1. Atılmaq, tullanmaq, hoppanmaq. Yerindən sıçramaq. İrəliyə sıçramaq.
– Əsəd sıçrayıb bir daşın dalında gizlənərək bayaq gördüyü yerə baxdı.
// Atlanıb (hoppanıb) keçmək.
Gülşən Yasəmənin sözündən xoşlanmadı: – Arxı sıçramamış barakallah gözləməyin.
// Hoppanıb qalxmaq (oturmaq).
Surxay kəhərin belinə sıçradı.
Oğul sıçradı ata, yel kimi uçdu getdi; Elə bil ov dalınca alıcı quşdu, getdi.
2. Səpilmək, çilənmək.
Sıçrayarkən işıldayar damcılar; San saçılar mirvaridlər, incilər.