Minimum istehlak səbəti
Istehlak səbəti məsələsini tənzimləmək üçün hazırda Azərbaycan Respublikasında 2004-cü il 5 oktyabr tarixli «Yaşayış minimumu haqqında qanun» qüvvədədir.
Adı çəkilən Qanuna əsasən minimum istehlak səbəti – insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri – ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Yaşayış minimumu – minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət olan sosial normadır.
Minimum istehlak səbəti əhalinin əsas sosial – demoqrafik qrupları üzrə bir nəfərin və ya ailənin xərc maddələri üzrə aşağıdakı tərkibdə formalaşdırılır:
1) ərzaq mallarının minimum toplusu;
2) fərdi və ailəvi istifadə olunan qeyri – ərzaq mallarının minimum toplusu (geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni – məişət, sanitariya əşyaları, dərmanlar və s.);
3) xidmətlərin minimum toplusu ( mənzil – kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni – maarif, müalicə – istirahət xidmətləri və s.).
Minimum istehlak səbətinin tərkibi dövlət elmi idarə və müəssisələrinin, qeyri – hökumət təşkilatlarının iştirakı ilə Respublika hökuməti tərəfindən üç ildə bir dəfədən az olmayaraq müəyyənləşdirilməlidir."Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 182 nömrəli qərarı ilə yeni redaksiyada əlavələrlə təsdiq edilmişdir. Qərara əsasən Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi aşağıdakı kimidir:
Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi1. Ərzaq məhsulları (kq-la illik)
2. Qeyri-ərzaq malları
3.