Səbətkeçməz — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Çaldaş kənd inzibati ərazi dairəsində kənd.[1]
Səbətkeçməz | |
---|---|
40°30′05″ şm. e. 45°43′24″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Başkənd-Dəstəfur çökəkliyindədir. Qoşa səbət yüklü heyvanların qayaların arasındakı dar keçiddən və ya sıx meşə yolundan keçə bilmədikləri yer el arasında səbətkeçməz adlanır. Vaxtilə kəndin yaxınlığındakı dağlıq, qayalıq yerdən keçən el yolunun adı olmuşdur. Sonralar Qarabulaq (Rüstəm Əliyev) kəndindən gəlmiş ailələrin saldığı kənd həmin ərazinin adı ilə adlandırılmışdır.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 679 nəfər əhali yaşayır.[3]