SƏFƏVİ
SƏFİ
OBASTAN VİKİ
Səfxan Rüstəmov
Rüstəmov Səfxan Hidayət oğlu (25 aprel 1926, Daşkənd, Yeni Bəyazid qəzası – 15 may 1991, Çənlibel, Şəmkir rayonu) — əməkdar müəllim, Dövlət Təhlükəsizlik Komitəsinin Vardenis rayon şöbəsinin əməkdaşı. == Həyatı == Səfxan Rüstəmov 25 aprel 1926-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Basarkeçər rayonunun Daşkənd kənd orta məktəbini bitirdikdən sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə daxil olmuşdur. 1951-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Səfxan Rüstəmov Ermənistan SSR Dövlət Təhlükəsizlik Komitəsinin Vardenis rayon şöbəsinin əməkdaşı olmuşdur. 1970-ci ildən 1988-ci ilə qədər Daşkənd kənd orta məktəbində direktor müavini işləmişdir. Səfxan Rüstəmov əməkdar müəllim, Vardenis rayon və Daşkənd kənd sovetlərinin deputatı olmuşdur. 1988-ci ildə doğma yurd-yuvasından məcburən ayrılan Səfxan Rüstəmov Şəmkir rayonunun Çənlibel kəndində məskunlaşmışdır. Görkəmli pedaqoq Səfxan Rüstəmov Şəmkir rayonunun Çənlibel kəndində 15 may 1991-ci ildə vəfat etmiş və kənd qəbiristanlığında dəfn edilmişdir.