SƏPƏLƏMƏK

f.
1. Bir şeyi müxtəlif tərəfə necə gəldi atmaq, dağıtmaq, töküşdürmək, yaymaq.
Bunlardan əlavə, [Əbiş] şkafın gözlərini eşələyir, kağızlardan çıxarır, stolun üstünə səpələyirdi. S.Rəhimov.

2. Səpmək, tökmək. Buğda səpələmək. Darı səpələmək.
– …Afaq çoxdan bu yerləri tərk etmiş quşları da geri qaytarmaq istəyərək, bağçadakı təpəciyə gətirib bir çanaq arpa səpələdi. Ə.Məmmədxanlı.

3. Sovurmaq, sıçratmaq.
Külək qarı səpələr, – Bəxtiyar! Ağ geyinər təpələr, – Bəxtiyar! R.Rza

// Narın-narın yağmaq, çiləmək.
Arabir narın yağış da səpələyir, soyuq adamın iliklərinə işləyirdi. M.Rzaquluzadə.

Синонимы

  • SƏPƏLƏMƏK dağıtmaq — töküşdürmək
  • SƏPƏLƏMƏK çiləmək — sıçratmaq — yaymaq — tökmək — ələmək
SƏPƏLƏMƏ
SƏPƏLƏNMƏ

Значение слова в других словарях