SƏRKEŞ
SƏRKİ
OBASTAN VİKİ
Anemas (sərkərdə)
Numan ibn Əbdüləziz ibn Şüeyb ibn Ömər Kurtubi, həmçinin Bizans mənbələrində Anemas (yun. Ἀνεμᾶς) — Bizans sərkərdəsi. O, Kritin sonuncu əmiri Əbdüləziz ibn Şüeybin oğlu olmuşdur. Numan Xandaksın mühasirəsindən və Kritin Bizans tərəfindən ələ keçirilməsindən sonra əsir götürülmüş, Konstantinopola aparılmış və burada Nikofor Fokanın triumfunda nümayiş etdirilmişdir. Konstantinopolda məskunlaşdıqdan sonra Anemas xristianlığı qəbul etmiş və imperatorun cangüdəni olaraq Bizans ordusuna qatılmışdır. XI–XII əsrlərdə Bizans aristokratiyasında ortaya çıxmış Anemas ailəsinin onun nəslindən gəlməsi mümkündür. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Kaldellis, Anthony. Streams of Gold, Rivers of Blood: The Rise and Fall of Byzantium, 955 A.D. to the First Crusade. Oxford University Press. 2017.
Calut (sərkərdə)
Calut (e. ə. XI əsr – təq. e.ə. 1023) — Qurani Kərimə görə Həzrət Davud peyğəmbər (s) tərəfindən sapandla öldürülmüş fələstinli nəhəng sərkərdə. Əhdi-Ətiqdə adı Qoliaf kimi keçir.
Pavsani (sərkərdə)
Spartalı Pavsani Kleombrot oğlu (yun. Παυσανίας; bilinmir, Sparta, Peloponnes – e.ə. 467, Sparta, Peloponnes) – Yunan-İran müharibələri dövründə Sparta sərkərdəsi. Fermopil döyüşündə kral Leonidin ölümündən sonra oğlu Plistarxusun regenti olmuşdur. Onun başçılığı ilə yunanlar Plateya döyüşündə farsları darmadağın etmişdir. Həmin qələbə, alman tarixçisi Ernst Kurtiusun sözləri ilə desək, Elladanın qurtuluş günü idi.
Böyük Sərkərdə (1949)
Böyük sərkərdə qısametrajlı sənədli filmi rejissor Mikayıl Mikayılov tərəfindən 1949-cu ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Stalinin anadan olmasının 70 illik bayramına həsr edilmişdir. == Məzmun == Film Stalinin anadan olmasının 70 illik bayramına həsr edilmişdir. Kinooçerkdə pambıq ustası Qüdrət Səmədovun və dəmiryolçu Firudin Ağayevin Stalinə teleqram vurmaları, Ağdam rayonunda yeni məktəb binasının açılması, Ağdaş rayonundakı Oktyabrın 30 illiyi adına kolxozda yeni mədəniyyət klubunun istifadəyə verilməsi, Bakıdakı Nizami meydanında artistlərin çıxışları, opera və balet teatrında keçirilmiş təntənəli yığıncaq və s. öz əksini tapmışdır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Vladimir Adlerberq (sərkərdə)
Vladimir Fedoroviç Adlerberq (18 (29) noyabr 1791, Vıborq – 8 (20) mart 1884, Sankt-Peterburq) — Rusiya dövlət xadimi, piyada generalı, general-adyutant, qraf. O, 1842–1857-ci illərdə poçt şöbəsinə rəhbərlik etmiş, onun rəhbərliyi altında Rusiyada poçt markaları tətbiq olunmuşdur. Adlerberq 1852–1870-ci illərdə imperator məhkəməsi naziri olmuşdur. 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni (1812); 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni (1829); 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni (1829); "Ağ qartal" ordeni (1833); 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni. 25 illik xidmətə görə (1835); "Müqəddəs Aleksandr Nevski" ordeni (1837); "Müqəddəs Aleksandr Nevski" ordeni üçün almaz nişanları (1841); 1-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni (1846); "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni (1849); "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni üçün almaz nişanlar (1856); "L il qüsursuz xidmətə görə" fərqlənmə nişanı (1860). Адлерберг, Владимир Феодорович, граф // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Гр.
Böyük sərkərdə (film, 1949)
Böyük sərkərdə qısametrajlı sənədli filmi rejissor Mikayıl Mikayılov tərəfindən 1949-cu ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Stalinin anadan olmasının 70 illik bayramına həsr edilmişdir. == Məzmun == Film Stalinin anadan olmasının 70 illik bayramına həsr edilmişdir. Kinooçerkdə pambıq ustası Qüdrət Səmədovun və dəmiryolçu Firudin Ağayevin Stalinə teleqram vurmaları, Ağdam rayonunda yeni məktəb binasının açılması, Ağdaş rayonundakı Oktyabrın 30 illiyi adına kolxozda yeni mədəniyyət klubunun istifadəyə verilməsi, Bakıdakı Nizami meydanında artistlərin çıxışları, opera və balet teatrında keçirilmiş təntənəli yığıncaq və s. öz əksini tapmışdır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".

Значение слова в других словарях