SƏYAHƏTNAMƏ
SƏYYAF
OBASTAN VİKİ
Səyyad Aran
Səyyad Aran və ya Səyyad Salahlı (tam adı: Səyyad Adil oğlu Salahlı; 15 yanvar 1952, İmişli) — Azərbaycan ictimai-siyasi xadimi, filologiya elmləri namizədi (2005), Yeni Azərbaycan Partiyasının qurucularından biri, yazıçı-publisist, Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi, 1995-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini (16 noyabr 2012-ci ildən). Azərbaycan Respublikasının əməkdar jurnalisti. Səyyad Adil oğlu Salahov 15 yanvar 1952-ci ildə İmişli rayonunun Qaradonlu kəndində müəllim ailəsində dünyaya gəlmişdir. Ailələrində 10 uşaq olublar; o, ailənin ilk övladıdr. 1958–1968-ci ilərdə İmişli şəhər 1 saylı orta məktəbdə oxumuşdur. 1968-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuş və 1972-ci ildə həmin fakültəni bitirmişdir. İkinci ali təhsilini Bakı Dövlət Universitetində almış və 2001-ci ildə BDU-nun Hüquq fakültəsini bitirmişdir. 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda "1960–1980-ci illər Azərbaycan nəsrində psixologizm (Mövlud Süleymanlının yaradıcılığı üzrə)" mövzusunda "Azərbaycan ədəbiyyatı" ixtisasından (ixtisas şifri: 10.01.01) dissertasiya müdafiə edərək filologiya elmləri namizədi olmuşdur. 1972–1973-cü illərdə ali məktəbi bitirdikdən sonra təyinatla göndərildiyi İmişli rayonu Əzizbəyov (indiki Aşağı Qaralar) kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir. 1973–1974-cü illərdə Naxçıvanda, Qıvraq kəndində yerləşən Sovet Ordusunun 69626 nömrəli hərbi hissəsində hərbi qulluqda olmuşdur.
Səyyad Ağahüseynli
Səyyad Ağayev
Səyyad İsaq oğlu Ağayev (25 aprel 1976, Bakı) – İqtisad üzrə fəlsəfə doktoru, dosent, AR ETN İdarəetmə Sistemləri İnstitunun 6 saylı "Sosial-iqtisadi proseslərin modelləşdirilməsi" laboratoriyasının aparıcı elmi işçisi Səyyad İsaq oğlu Ağayev 25 aprel 1976-cı ildə Masallı rayonunun Kubın kəndinə anadan olmuşdur. 1982-1993-ci illərdə Kubin kənd E.Xamiyev adına əsas məktəbdə, 1991-1993-cü illərdə Hişkədərə kənd E.Ağayev adına orta məktəbdə təhsil almışdır. • 1993–1997: Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsi, bakalavr; • 2001–2003: magistr; • 2007–2010: Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun “Ekonometrika” ixtisası üzrə əyani doktoranturası. Mövzu: “Vergidən yayınma risklərinin modelləşdirilməsi”, Elmi rəhbər iqtisad elmləri doktoru, professor Y.H.Həsənli. www.aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/iqt/iqt_n_asi_30_05_13.pdf • Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 5 fevral 2014-cü il tarixli (protokol N03) qərarı ilə İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Ailəlidir. İki övladı var. Azərbaycan Republikasında fəaliyyət göstərən sadələşdirilmiş və əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin göstəricilərinin paylanması qanunları test edilmiş və vergidən yayınma riskləri qiymətləndirilmişdir. Azərbaycan Republikasında fəaliyyət göstərən sadələşdirilmiş və əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin göstəricilərinin paylanması qanunları test edilmiş və vergidən yayınma riskləri qiymətləndirilmişdir Bakı Dövlət Universiteti (”Ekonometrika” və “Optimallaşdırma üsullarının iqtisadi məsələlərə tətbiqi” fənni) Azərbaycan Universiteti (Ümumi iqtisadiyyat kafedrası 0,5 ş.v. müəllim.
Səyyad Mövsümov
Səyyad Salahlı
Səyyad Aran və ya Səyyad Salahlı (tam adı: Səyyad Adil oğlu Salahlı; 15 yanvar 1952, İmişli) — Azərbaycan ictimai-siyasi xadimi, filologiya elmləri namizədi (2005), Yeni Azərbaycan Partiyasının qurucularından biri, yazıçı-publisist, Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi, 1995-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini (16 noyabr 2012-ci ildən). Azərbaycan Respublikasının əməkdar jurnalisti. Səyyad Adil oğlu Salahov 15 yanvar 1952-ci ildə İmişli rayonunun Qaradonlu kəndində müəllim ailəsində dünyaya gəlmişdir. Ailələrində 10 uşaq olublar; o, ailənin ilk övladıdr. 1958–1968-ci ilərdə İmişli şəhər 1 saylı orta məktəbdə oxumuşdur. 1968-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuş və 1972-ci ildə həmin fakültəni bitirmişdir. İkinci ali təhsilini Bakı Dövlət Universitetində almış və 2001-ci ildə BDU-nun Hüquq fakültəsini bitirmişdir. 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda "1960–1980-ci illər Azərbaycan nəsrində psixologizm (Mövlud Süleymanlının yaradıcılığı üzrə)" mövzusunda "Azərbaycan ədəbiyyatı" ixtisasından (ixtisas şifri: 10.01.01) dissertasiya müdafiə edərək filologiya elmləri namizədi olmuşdur. 1972–1973-cü illərdə ali məktəbi bitirdikdən sonra təyinatla göndərildiyi İmişli rayonu Əzizbəyov (indiki Aşağı Qaralar) kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir. 1973–1974-cü illərdə Naxçıvanda, Qıvraq kəndində yerləşən Sovet Ordusunun 69626 nömrəli hərbi hissəsində hərbi qulluqda olmuşdur.
Səyyad Salahov

Səyyad İbrahimov
Səyyad Cabbar oğlu İbrahimov (27 avqust 1936, Nuxa – 17 dekabr 2016, Bakı) — azərbaycanlı neftçi-alim, Azərbaycan neft sənayesinin nümayəndəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin I vitse-prezidenti (1994–1997)., Azərbaycan SSR əməkdar mühəndisi (1991). Səyyad İbrahimov texnika elmləri namizədi alimlik dərəcəsini almış (1992), 20 elmi məqalənin və 17 ixtiranın müəllifi (istehsalat proseslərinin təkmilləşdirilməsi və səmərələşdirilməsi) olmuşdur. Səyyad Cabbar oğlu İbrahimov 1936-cı ildə Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. Səyyad İbrahimov 1954-cü ildə orta məktəbi qızıl medalla bitirərək Azərbaycan Sənaye İnstitutunun neft-mexanika fakültəsinə daxil olur. 1959-cu ildə institutu fərqlənmə diplomu ilə bitirərək təyinatını Neft Daşlarına alır və həyatının növbəti 32 ilini bura həsr edir. Əmək fəaliyyətinə Neft Daşlarından başlayan Səyyad İbrahimov 1959–1972-ci illərdə burada çilingər, mexanik, böyük mexanik, neft-qazçıxarma ustası, mədən müdrinin müavini, mədən müdiri, 1979–1980-ci illərdə Neft Daşları Neft Qaz Çıxarma İdarəsinin (NQÇİ) baş mühəndisi, 1980–1991-ci illərdə isə Neft Daşları NQÇİ-nin rəisi kimi çalışmışdır. Səyyad İbrahimov Neft Daşlarının dünya miqyasında şöhrətlənməsində neft mütəxəssisi və istehsalat təşkilatçısı kimi xidmət göstərmişdir. Bəxtiyar Məmmədov, Bəhmən Hacıyev, Qurban Abbasov kimi şəxslərdən sonra Neft Daşlarına rəhbərlik etmişdir. Onun rəhbərlik etdiyi 11 il ərzində Neft Daşları neft sənayesinin öncülü olaraq qaldı. Belə ki, bu dövrdə: mövcud 11 ədəd neftyığma məntəqəsi yeni üç iriləşdirilmiş neftyığma məntəqəsi ilə əvəz edilmiş, iriləşdirilmiş separasiya qurğuları tikilmiş, 1 saylı sıxıcı kompressor stansiyası genişləndirilmiş, yeni helikopter meydançası tikilmiş, Neft Daşlarından sahilə — Dübəndi neftyığma məntəqəsinə iki sualtı neft kəməri çəkilmiş, analoqu olmayan gücü 48 Mvt olan qaztrubinli elektrik stansiyasının tikilməsi və s.
Səyyad Şairov
Səyyad Şairov (1 iyul 1945, Daşkənd, Basarkeçər rayonu – 3 yanvar 2023, Ramana) — şair, "Araz" ali ədəbi media mükafatı laureatı. Şairov Səyyad Süleyman oğlu, 1 iyul 1945-ci ildə ulu Oğuz yurdu Göyçə mahalının Basarkeçər rayonunun axarlı-baxarlı bir guşəsi sayılan Daşkənd kəndində anadan olub. Səyyad Şairov haqq aşiqi şair Məmmədhüseynin nəticəsidir. 1962–63-cü illərdə 1 saylı Peşə Məktəbində təhsil almış və Bakı şəhəri Səbail rayon "Neft-Qaz Çıxarma Idarəsi"ndə neft quyularının təmiri briqadasında və "Rayonlararası Avtomatlaşdırma və Elektirikləşdirmə Idarəsi"ndə elektrik işləmişdir. 1964-cü ildə Sovet Ordusu sıralarına çağırılan Səyyad Şairov Belarusiyanın Novo-Borisov şəhərində tank komandiri hazırlayan hərbi məktəbə daxil olub. Hərbi təhsili bitirdikdən sonra Qrodno şəhərində motoatıcı batalyonun tank komandiri, bölmə komandirinin müavini və bölmə komandiri olmuşdur. 1971–73-cü illərdə Gəncə Politexnik Texnikumunun "Avtomobil nəqliyyatının istismarı" ixtisasını bitirdikdən sonra 1973–76-cı illərdə Xalq Universitetinin "Kənd Təsərrüfatının Iqtisadiyyatı" fakültəsini bitirmişdir. Səyyad Şairov Bərdə rayonunun Yeni Daşkənd kəndinin "Rabitə şöbəsi"nin rəisi işləmişdir. Rayon təbliğat-təşviqat şöbəsinin üzvü olmuşdur. 1980-ci ildən 1989-cu ilin sonuna qədər Yeni Daşkənd kənd orta məktəbində "Gənclərin çağırışaqədərki hazırlığı" üzrə təlimatçı müəllim işləmişdir.
Səyyad Şıxıyev
Səyyad Əlizadə
Səyyad Əşrəf oğlu Əlizadə (6 avqust 1958, Babı, Qaryagin rayonu – 30 sentyabr 2021, Yasamal rayonu) — Azərbaycan müğənnisi. Səyyad Əlizadə 6 avqust 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. İlk təhsilini Babı kəndindəki orta məktəbdə alıb. Uşaq yaşlarından məktəbdə keçirilən şənliklərdə və rayon ansamblında oxumağa başladı. 8-ci sinifdə oxuyarkən Füzuli rayonunda münsiflər heyətinə Ağabala Abdullayevin rəhbərlik etdiyi müsabiqədə qalib olmuşdur. 19 yaşında Azərbaycan Dövlət Televiziyasında "Xoş gördük, tələbə" verilişində çıxış etmişdir. 1977-ci ildə İnşaat Mühəndisləri İnstitutuna daxil olub. İnstitutda "Arzu" Xalq Çalğı Alətləri Ansamblı ilə "Oxu tar", "İstedadlar axtarırıq", müsabiqələrinin, "SSRİ-Yunan gəncləri" Festivalının laureatı olmuşdur. Tələbəlik illərində İslam Rzayevin "Araz" ansamblında çalışmışdır. İnstitutu qurtaranda, 1981-ci ildə Kiyev şəhərinə Metrotikinti idarəsinə növbə rəisi göndərilmişdir.
İbn Səyyad
Safi ibn Səyyad əl-Ənsari və İbn Səyyad (ərəb. الصف بن الصياد‎) — 7-ci əsrdə Ərəbistandakı peyğəmbərlik hərəkatının iştirakçısı. İbn Səyyad ənsardan gəlib Mədinədə yaşayırdı. O, yəhudiliyə etiqad edirdi, lakin sonda İslamı qəbul edir. O, İslam peyğəmbəri Məhəmmədlə görüşüb, hətta onun trans vəziyyətinə düşməsini izləyib. İbn Səyyad vəhylər alarkən tez-tez öz plantasiyasının xurma ağacları arasında paltara bürünərək transa düşürdü. İslam rəvayətində İbn Ömərin sözlərindən Məhəmmədlə İbn Səyyadın görüşlərindən birinin hekayəsi nəql olunur: Bundan sonra Rəsulullah Ubeyy ibn Kəbin müşayiəti ilə İbn Səyyadın olduğu xurma bağına gedir. Peyğəmbər İbn Səyyadın diqqətini çəkməmiş ondan bir şey eşitmək istədi və gördü ki, (İbn Səyyad) yerdə uzanmış, altından qəribə bir parça ilə örtülür, hansı ki, anlaşılmaz səslər eşidildi. İbn Səyyadın anası Rəsulullahın xurma ağacının gövdələrinin arxasında gizləndiyini görüb səsləndi: “Ey Safi! - çünki İbn Səyyadın adı belə idi.
Hacıabad-i Səyyadə (Qürvə)
Hacıabad-i Səyyadə (fars. حاجي آباد سيده‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 103 nəfər yaşayır (29 ailə). Əhalisini kürdlər təşkil edir.
Mehman Səyyadov
Mehman Sayadov (Sayadov Mehman Qəzənfər oğlu; 21 noyabr 1972, Canəhməd, Vardenis rayonu – 9 may 1992, Nəbilər, Şuşa rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1972-ci il 21 noyabr Qərbi Azərbaycanın Vardenis rayonunun Günəşli kəndində anadan olmuşdur. Orta məktəbin yeddinci sinfini burada bitirən Mehman erməni millətçilərinin 1988-ci ildə azərbaycanlıları deportasiya etdikləri zaman ailəsi ilə Samux rayonuna köçür. 1988-ci illərdə Xalq Hərəkatının öndə gedənlərindən idi. Mehman 18 yaşı tamam olan kimi Sovet Ordusuna çağırıldı. Qarabağda baş verən hadisələr onu bərk narahat edirdi. Mehman altı ay xidmət etdikdən sonra Vətənə dönür və könüllü olaraq cəbhəyə yollanır. == Döyüşlərdə iştirakı == 5 noyabr 1991-ci ildə "Azərbaycan Qarabağı" adlı könüllü özünümüdafiə batalyonlarından birinə yazılan Mehman gənc olmasına baxmayaraq Şuşa cəbhəsində əfsanəvi qəhrəmanlıqlar göstərdi. Kosalarda və Nəbilər kəndlərində vuruşan Mehman döyüşçü dostları ilə 70 erməni yaraqlısını və xeyli zirehli texnikanı sıradan çıxarmışdı. Mehman 1992-ci il 9 may tarixdə Şuşanın Nəbilər kəndində öz ölümü ilə ölməzliyə qovuşdu.
Səyyadabad (Bukan)
Səyyadabad (fars. سيداباد‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 128 nəfər yaşayır (23 ailə).

Значение слова в других словарях