TÜRKAZƏR
TÜRKER
OBASTAN VİKİ
Türkel TV
ARB 24 — Azərbaycanın ilk xəbər telekanalı. == Tarixi == Telekanal 2010-cu il iyunun 1-də "Türkel TV" adı ilə Tovuzda yaradılıb. İlk illərdə regional yayım həyata keçirən telekanal 2012-ci ildən xəbər formatına keçib və 2015-ci il aprelin 10-dan "Azerspace-1" peyki vasitəsilə yayımlanıb. Telekanal 2016-cı il sentyabrın 19-da rebrendinq edərək "ARB 24" adlandırılıb. 2017-ci il dekabrın 28-də "ARB 24" telekanalına Milli Televiziya və Radio Şurasının elan etdiyi ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə müsabiqənin nəticəsində müddətsiz lisenziya verilib. 2018-ci il noyabrın 27-dən ixtisaslaşmış xəbər kanalı kimi "ARB 24" Bakıdan Full HD formatlı ümumrespublika yayımına başlayıb. Peyk parametrləri isə belədir: Azerspace 46, 11024 MHz, Vert., S/R 12700. "ARB 24" telekanalı hər saatın tamamında olmaqla 24 saat ərzində aparıcılı və aparıcısız xəbər buraxılışları təqdim edir. Bundan başqa, gündəlik "İşgüzar səhər", "İş vaxtı" və "Nə baş verir?" xəbər marafonları, eləcə də "Oyundankənar" idman layihəsi, həftəlik "Peşəkar mübahisə", "Həftəyə baxış", eləcə də "Gündəm" ictimai-siyasi verilişləri izləyicilərin ixtiyarına verilir. Həftədə 1 dəfə yayımlanan "Business Lady", "Kreativ sənaye", "Fokusda" və "Gələcəyin peşəsi" verilişləri də böyük maraqla izlənilir.
Sabir Nuri Türkel
Nuriyev Sabir Ayyət oğlu (Sabir Nuri Türkel) (1938-2009) — azərbaycanlı şair, ədəbiyyat tədqiqatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Sabir Nuri Türkel 1938-ci il iyulun 16-da Sabirabad rayonunun Qəzli kəndində, el xanəndəsi Ayyət Nuri oğlunun və dini təhsilli şamaxılı qızı Məşədi Ceyranxanımın ailəsində dünyaya gəlmişdir. Kiçik yaşlarında valideynlərini itirdiyindən qardaş himayəsində tərbiyə və təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra, 1954-cü ildə Bakı şəhərindəki 10 saylı texniki peşə məktəbinə qəbul olunmuşdur. Bu məktəbi bitirdikdən sonra, 1956-cı ildə Bakı Pedaqoji Sənaye Texnikumuna göndərilmiş, 1960-cı ildə isə bu texnikumu bitirərək inşaatçı-texnik ixtisasına yiyələnmişdir. 1961-1962-ci illərdə Bakının Sabunçu qəsəbəsindəki 6 saylı texniki peşə məktəbində tərbiyəçi-müəllim, 1970-1972-ci illərdə Sumqayıtda və Bakıda inşaat ustası və iş icraçısı, daha sonra Kolxozlararası Layihə İnstitutunda smetaçı-mühəndis vəzifələrində çalışmışdır. Lakin yazıb-yaratmağa, o cümlədən, mətbuata olan böyük həvəs onu müvafiq ali təhsil almaq məqsədilə Azərbaycan Dövlət Universitetinə gətirmiş və 1972-ci ildə bu universitetin filologiya fakültəsini bitirmişdir. Bununla yanaşı, o, Azərbaycan Jurnalistlər İttifaqı Jurnalist Sənətkarlığı İnstitutunu (1977) və Azərbaycan KP MK-nın Marksizm-Leninizm Universitetini (1991) də bitirməyə müvəffəq olmuşdur. Ümumiyyətlə, Sabir Nuri Türkel ədəbiyyat aləminə ötən əsrin 50-ci illərində ilk qələm təcrübələri – şeirləri ilə qədəm qoymuşdur. İlk məqaləsi 1953-cü ilin fevralında "Azərbaycan gəncləri" qəzetində dərc olunmuşdur.
Akçabük (Türkeli)
Akçabük (türk. Akçabük) — Türkiyənin Sinop ilinin Türkeli ilçəsində yerləşən kənd. == Tarixi == Akçabük kəndinin məlum olan ən qədim adı "Makdil" olub indiki Marbel məhəlləsindən almışdır. Daha sonrakı adı "Yervi" olub Yervi məhəlləsindən götürmüşdür. Bu adlar romalılardan qalmışdır. Son adı "Akçabük"ü isə indiki Sancaqoğlu məhəlləsinin keçmiş adı "Bayaz" adından almışdır. "Bayaz" fars sözü olub "ağ, axça" deməkdir. "Bük" isə ağacsız yer mənasını verir. == Haqqında == Əhalinin başlıca gəlir mənbəyi heyvandarlıq və əkinçilikdir. Qışda yanacaq kimi odundan istifadə olunur.
Türkelli
Türkelli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Cəlilabad rayonunun Xanəgah kənd inzibati ərazi vahidində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Xanəgah kənd inzibati ərazi dairəsi tərkibindəki Xanəgah kəndinin ərazisində faktiki mövcud olan yaşayış məntəqəsi Türkelli adlandırılmış, Xanəgah kənd inzibati ərazi dairəsi tərkibində qalmaqla həmin yaşayış məntəqəsinə kənd ərazi vahidi statusu verilmiş və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Türkelli oyk. Cəlilabad rayonunun eyni adlı i.ə.v-də kənd. Buravar silsiləsinin ətəyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 244 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qıznaz Türkeli
Qıznaz Türkeli (türk. Kıznaz Türkeli; 1 yanvar 1962, Mələkli) — Azərbaycan əsilli Türkiyə əsnafı və siyasətçisi. == Həyatı == Qıznaz Türkeli 1 yanvar 1962-ci ildə Türkiyədə, İğdırın Mələkli qəsəbəsində anadan olmuşdur. Onun ailəsi İğdıra Təbriz və Qum şəhərlərindən gəlmişdir. Türkeli özünü sosialist adlandırmışdır. O, ibtidai və orta təhsilini İğdırda tamamlamışdır. Türkeli gənc yaşlarında bir çox iş yerlərində və fabriklərdə çalışaraq iş həyatına başladıqdan sonra 15 il əsnaf olaraq çalışmışdır. O, qadın təşkilatları fəhlə hərəkatlarında fəal iştirak etmişdir. Türkeli Türkiyə Böyük Millət Məclisinin XXV çağırış Iğdır millət vəkili olmuşdur. Ailəlidir, uşağı var.