Türkelli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Xanəgah kənd inzibati ərazi dairəsində kənd.[1]
Türkelli | |
---|---|
39°12′15″ şm. e. 48°16′09″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 244 (2009) nəfər |
31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Xanəgah kənd inzibati ərazi dairəsi tərkibindəki Xanəgah kəndinin ərazisində faktiki mövcud olan yaşayış məntəqəsi Türkelli adlandırılmış, Xanəgah kənd inzibati ərazi dairəsi tərkibində qalmaqla həmin yaşayış məntəqəsinə kənd ərazi vahidi statusu verilmiş və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[2]
Buravar silsiləsinin ətəyindədir.[3]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 244 nəfər əhali yaşayır.[4]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.