türkəsilli
türkizm
OBASTAN VİKİ
Fərhəngi-türki
"Fərhəngi-türki" lüğəti – XVIII əsrə aid kitab Azərbaycanlı alim Məhəmmədtağı Qaraqoyunlunun 1727-ci ildə Hindistanda tərtib etdiyi "Fərhəngi-türki" çox qiymətli bir lüğətdir. Azərbaycan, türk, türkmən, özbək və uyğur dillərinin leksik materialları əsasında tərtib edilmiş 1183 səhifəlik bu kitabın hər səhifəsi 15 sətirdən ibarətdir. Lüğətdə sözlərin əsası və kökü deyil, onların müxtəlif qrammatik formaları verilir və həmin söz-formaların bədii konteksdə işlənməsinə dair müvafiq nümunələr gətirilir. V. Aslanov, "Məhəmmədtağı Qaraqoyunlunun "Fərhəngi-türki" lüğəti", "Elm və həyat" jurnalı, Bakı, iyul 1975, № 7, səh. 20–21. Səbirə Baxşəliyeva, ""Fərhəngi-türki" lüğəti haqqında", "Elm və həyat" jurnalı, Bakı, avqust 1985, № 8, səh. 25–26.
Fənni-Sərfi-Türki
Fənni-Sərfi-Türki və ya Fənni-Sərfü nəhvi-Türki (Türk dilinin qrammatikası ya da Türk fənninin sərfi) — Mirzə Məhəmməd Əfşarın o zamanlar Türk dili adlandırılan Azərbaycan dilinin qrammatikası üzrə bir dərslikdir. Bu əsər təxminən 19-cu əsrin ikinci yarısında Azərbaycan dili qrammatikasına aid azərbaycanca yazılmış ilk əsərlərdən biri kimi öz zamanı üçün ən mükəmməl bir qrammatika dərsliyi olmuşdu. Əsər dilçi-mütəxəssislər, Azərbaycan dilinin tədrisi tarixi ilə məşğul olan tədqiqatçılar və geniş oxucu kütləsi üçün faydalı mənbədir. Girişdə M. Əfşarın Fənni-sərfü nəhvi-türki əsərinə qədər olan dövrdə və daha geniş şəkildə XIX əsrdə Türk (Azərbaycan) dilçiliyinin tarixinə ümumi bir nəzər yetirilir, Türk (Azərbaycan) dilçilik elminin formalaşmasına təsir edən müxtəlif amillər araşdırılır, ayrı-ayrı dilçilik kateqoriyala-rının inkişafı ilə bağlı qısa xülasələr şəklində icmal verilir. İkinci bölümdə həmçinin ayrı-ayrı morfoloji və sintaktik kateqoriyalar araşdırılmış, bu kateqoriya-ların izahında ənənəvi ərəb dilçiliyi və Avropa dilçiliyindən irəli gələn prinsiplərin nisbəti məsələsi aydınlaşdırılmış, müasir dilçiliyimizdə bu problemlərlə bağlı fərqli elmi görüşlərin şərhinə yer verilmişdi.
Gökcə ət-Türki
Gökcə ət-Türki (tam adı: İzzəddin Əbül-Müzəffər Gögcə ibn Əbdüllah ət-Türki) — Eldənizlərin vassallarından olmuşdur. İraqi Əcəmdə yəni İran ərazisində Xarəzmşahlara və Eldənizlərə qarşı fəal döyüş əməliyyatları aparmışdır. Bir müddət İraqi Əcəmi sultan titulu ilə idarə etmiş xəlifə ən-Nasir ilə müttəfiq olmuşdur. Xarəzmşah Təkişin Xarəzmə qayıtmasından sonra İraq məmlükləri bir yerə yığışaraq Xarəzmşahlara qarşı mübarizəyə başladılar. İttifaqın başında duran Cahan Pəhləvanın vassalı Gökcə ət-Türki ilə birlikdə xəlifə ən-Nasir də Xarəzmşahlara qarşı hərəkətə keçmişdi. Xarəzmşah tərəfindən Özbəyə verilən köhnə İraq Səlcuq torpaqları xəlifə ilə Gökcə arasında bölüşdürüldü. Rey, Savə, Qum, Kaşan Gökcənin, İsfahan, Həmədan, Zəncan və Qəzvin isə Xəlifənin əlinə keçdi. Özbək Həmədanın idarəsini öz əlinə aldı. Xarəzmşah Təkiş vəfatında sonra taxta oğlu Əlaəddin Məhəmməd keçdi. Xarəzm taxtında meydana gələn hökmdar dəyişikliyindən istifadə edən Gökcə, Özbək və Əbu Bəkr İraqi Əcəm bölgəsindəki fəallıqlarını artırdılar.
Qamusi-türki
Qamusi-türki — Məşhur türk alimi Şəmsəddin Saminin tərtib etdiyi ikicildlik lüğət. I cildi 1317-ci il hicri (1899-cu il miladi), II cildi isə 1318-ci il hicri (1900-cü il miladi) tarixlərində İstanbulda nəşr edilmişdir.
Türki (dil)
Türki (تورکی / ترکی ) — XI əsrdən XX əsrin əvvəllərinə qədər yazılmış, ağır iranlaşmış Osmanlı dilinin istifadə olunduğu Osmanlı imperiyası hüdudlarından kənarda türk müsəlman xalqları tərəfindən istifadə edilən türk ədəbi dili. . Qaraxanlı-uyğur dilinin yerli dillərlə qarşılıqlı əlaqəsinin nəticəsi olan qarluq (qarluq-xarəzm) əsasında yaranmışdır (-d- dilinin tədricən -j- dili ilə əvəzlənməsi). Bir neçə regional variantın mövcudluğuna baxmayaraq, onların ümumiliyi var idi: türk dillərinin bir-birinə yaxınlığı və islamı qəbul edən müxtəlif türk əraziləri arasında aktiv mədəni və dil əlaqələri; fars dilinin hərflərindən – ərəb yazısına aid olan, saitlərin qrafikada tam əks olunmadığı və buna görə də müxtəlif regionlarda eyni sözün yerli tələffüz ənənəsinə uyğun olaraq dəyişkən oxunuşu olan fars yazısından istifadə; ərəb-fars leksik alınmalarının bolluğu. Onun təsiri altında olan türki dili və türki dilinin areallarının regional variantları: Qızıl Orda türki dili (ad variantları: Xarəzm-türk dili, oğuz-qıpçaq türki dili, qıpçaq-oğuz türki dili; XII–XVI əsrlər) Qızıl Orda qıpçaq (Aral-Xəzər) – qıpçaq-noqay (qaraqalpaq, qazax, Qırğız-Qıpçaq (qırğız)); Şimali Qafqaz – qıpçaq (qumuq, qaraçay-balkar), qıpçaq-oğuz (şimali səlcuqi) – şimali azərbaycanca; qıpçaq-noqay (noqay); (XVIII–XX əsrin əvvəlləri, ilk poetik abidələr XV əsrə aiddir) Volqaboyu (qədim tatar dili) – qıpçaq-bulqar tatar, başqırd); (XVII–XX əsrin əvvəlləri) Krım – Krım tatarları dialektindən asılı olaraq qıpçaq, qıpçaq-noqay, oğuz-səlcuq areallardır. Şərqi Oğuz – şərqi oğuz (türkmən, xarəzm, Xorasan-türk); Mərkəzi Asiya (cığatay dili, qarluq-xarəzm dili) – qarluq-xarəzm (özbək, uyğur); Казембек А. К. «Общая грамматика турецко-татарского языка…, обогащенное многими новыми филологическими исследованиями автора», 2 издание, испр. и доп., 1846. Баскакова Н. А. О периодизации истории литературного языка тюрки: Лингвогеография, диалектология и история языка. Кишинев, 1973; Тенишев Э. Р. Языки древне-среднетюркских памятников в функциональном аспекте // Вопросы языкознания, 1979, № 2; Наджип Э. Н. Исследования по истории тюркских языков XI—XIV вв. М., 1989. [slovar.cc/rus/bse/527542.html Современный толковый словарь.
Türki (linqvonim)
Türki — islam dünyasında fars və ərəb dillərindən fərqli olaraq bütün türk dillərini ifadə etmək üçün tez-tez istifadə olunan termin. Müxtəlif zaman və regional kontekstlərdə türki linqvonimi aşağıdakıları ifadə edə bilər: cığatay dili. Azərbaycan dilinin tarixi adlarından biri. Cənubi Azərbaycanda indi də işlədilir. X–XIV əsrlər qədim türk ədəbi dili. Qədim tatar dili.. Qədim Anadolu dili. Ərəb ədəbiyyatında məmlük-qıpçaq dili. Qərb akademik ədəbiyyatında türki sözü ilə əvvəllər yalnız şərqi türkcə (cığatay) dilini nəzərdə tutulurdu, bu da bəzən alimlər arasında səhvlərə yol açır. Məsələn, Eduard Qranvil Braun mərkəzi İranda yaradılmış XV əsrin sonlarına aid "Tarix-i Xətai" mənbəsini cığatay dili kimi təsnif etmişdir, çünki tərcüməçi orijinal dili "türki" adlandırmışdır.
Türki dili
Türki (تورکی / ترکی ) — XI əsrdən XX əsrin əvvəllərinə qədər yazılmış, ağır iranlaşmış Osmanlı dilinin istifadə olunduğu Osmanlı imperiyası hüdudlarından kənarda türk müsəlman xalqları tərəfindən istifadə edilən türk ədəbi dili. . Qaraxanlı-uyğur dilinin yerli dillərlə qarşılıqlı əlaqəsinin nəticəsi olan qarluq (qarluq-xarəzm) əsasında yaranmışdır (-d- dilinin tədricən -j- dili ilə əvəzlənməsi). Bir neçə regional variantın mövcudluğuna baxmayaraq, onların ümumiliyi var idi: türk dillərinin bir-birinə yaxınlığı və islamı qəbul edən müxtəlif türk əraziləri arasında aktiv mədəni və dil əlaqələri; fars dilinin hərflərindən – ərəb yazısına aid olan, saitlərin qrafikada tam əks olunmadığı və buna görə də müxtəlif regionlarda eyni sözün yerli tələffüz ənənəsinə uyğun olaraq dəyişkən oxunuşu olan fars yazısından istifadə; ərəb-fars leksik alınmalarının bolluğu. Onun təsiri altında olan türki dili və türki dilinin areallarının regional variantları: Qızıl Orda türki dili (ad variantları: Xarəzm-türk dili, oğuz-qıpçaq türki dili, qıpçaq-oğuz türki dili; XII–XVI əsrlər) Qızıl Orda qıpçaq (Aral-Xəzər) – qıpçaq-noqay (qaraqalpaq, qazax, Qırğız-Qıpçaq (qırğız)); Şimali Qafqaz – qıpçaq (qumuq, qaraçay-balkar), qıpçaq-oğuz (şimali səlcuqi) – şimali azərbaycanca; qıpçaq-noqay (noqay); (XVIII–XX əsrin əvvəlləri, ilk poetik abidələr XV əsrə aiddir) Volqaboyu (qədim tatar dili) – qıpçaq-bulqar tatar, başqırd); (XVII–XX əsrin əvvəlləri) Krım – Krım tatarları dialektindən asılı olaraq qıpçaq, qıpçaq-noqay, oğuz-səlcuq areallardır. Şərqi Oğuz – şərqi oğuz (türkmən, xarəzm, Xorasan-türk); Mərkəzi Asiya (cığatay dili, qarluq-xarəzm dili) – qarluq-xarəzm (özbək, uyğur); Казембек А. К. «Общая грамматика турецко-татарского языка…, обогащенное многими новыми филологическими исследованиями автора», 2 издание, испр. и доп., 1846. Баскакова Н. А. О периодизации истории литературного языка тюрки: Лингвогеография, диалектология и история языка. Кишинев, 1973; Тенишев Э. Р. Языки древне-среднетюркских памятников в функциональном аспекте // Вопросы языкознания, 1979, № 2; Наджип Э. Н. Исследования по истории тюркских языков XI—XIV вв. М., 1989. [slovar.cc/rus/bse/527542.html Современный толковый словарь.
"Fərhəngi-türki" lüğəti
"Fərhəngi-türki" lüğəti – XVIII əsrə aid kitab Azərbaycanlı alim Məhəmmədtağı Qaraqoyunlunun 1727-ci ildə Hindistanda tərtib etdiyi "Fərhəngi-türki" çox qiymətli bir lüğətdir. Azərbaycan, türk, türkmən, özbək və uyğur dillərinin leksik materialları əsasında tərtib edilmiş 1183 səhifəlik bu kitabın hər səhifəsi 15 sətirdən ibarətdir. Lüğətdə sözlərin əsası və kökü deyil, onların müxtəlif qrammatik formaları verilir və həmin söz-formaların bədii konteksdə işlənməsinə dair müvafiq nümunələr gətirilir. V. Aslanov, "Məhəmmədtağı Qaraqoyunlunun "Fərhəngi-türki" lüğəti", "Elm və həyat" jurnalı, Bakı, iyul 1975, № 7, səh. 20–21. Səbirə Baxşəliyeva, ""Fərhəngi-türki" lüğəti haqqında", "Elm və həyat" jurnalı, Bakı, avqust 1985, № 8, səh. 25–26.
Hüseyn bin Əli ət-Türki
Hüseyn bin Əli ət-Türki (1699-1740) — 1705-1881-ci illərdə Tunisi idarə edən Hüseyni sülaləsinin qurucusu, Tunis bəyliyinin bəyi (1705-1740).
Əbu Süleym Fərəc Xadim Türki
Əbu Süleym Fərəc Xadim Türki və ya bəzən səhvən Fərəc ibn Süleym də adlandırılır — Abbasi saray xədimi və məmuru. 819-cu ildə əsir düşmüş xəlifə əleyhdarı İbrahim ibn Mehdini xəlifə Məmunun (h. 813–833) hüzuruna müşayiət etmişdir. Ayalon, David. Eunuchs, Caliphs and Sultans: A Study in Power Relationships. Jerusalem: Magnes Press, The Hebrew University. 1999. ISBN 978-9-6549-3017-8. Bosworth, C. E., ed. (1987).
Əbdülhəmid İbnü ət-Türki əl-Gili
Əbülfəzl Əbdülhəmid b. Vasi İbnü ət-Türki əl-Gili — İslam aləmində məşhur Türk riyazıyatçı alim. Əbu Məhəmməd onun kunyasıdır, ləqəbi isə İbnü ət-Türki - onun etnik mənsubiyətini (nisbə) bildirir. Bəzi ehtimallara görə xəzər əsillidir. Bəzi qaynaqlar onun başqa ləqəbini də verir: əl-Gili, əl-Cili, lakin ən çox "əl-Huttalı" ləqəbi ilə bilinir. Lakin, ehtimal ki onun əli ilə yazılmış bir əlyazmada, əl-Gilli ya da əl-Cilli kimi qeyd edilir. Apriori bu ləqəb üçün mənşə adı Gilan sözü hesab olunur. Belə ləğəb, doğrudan da buradan çıxan bəzi alimlər daşıyır. Lakin yenə apriori bunu həm də qumuq kəndi Gelini də hesab etmək olar. Bu sözə orta əsr türklərində həm etnonim kimi (gilə, gülə) həm də özəl Geli ad kimi də rast gəlmək olar.
Übeydullah binu Yəhya bin Xaqan ət-Türki
Übeydullah binu Yəhya bin Xaqan ət-Türki (Əbu əl-Həsən Übeydullah b. Yəhya binu Xaqan ət-Türki; Abbasilər xilafəti – 5 avqust 877, Səmərra[d], Səlahəddin mühafəzəsi) — Xəlifələr Mütəvəkkil, Müktəmid və Müstəinin dövrlərində, uzun müddət xəlifə vəziri vəzifəsini tutan Abbasi xilafətinin görkəmli dövlət xadimlərindəndir. Dar-etnik mənşəyi barədə qaynaqlarda məlumat qalmayıb, ancaq ehtimal etmək olar ki, o xəzər əsillidir. Bunu onun, soyadında keçən kiçik şəcərəsi, və onun "ət-Türki" ləqəbi sübut edir. Çünki türk etnonimi hələ Qafqaz Hun eli tayfaları arasında geniş yayılmışdı. Artıq erkən orta əsrlər qaynaqlarında, məsələn Ağvan tarixində türk etnonimi, hun və xəzərlə sinonim kimi işlənir, xəzər dövləti isə Türküstan, Türk eli, Türkiyə adlanırdı. 7-ci əsrin ikinci yarısında Cənubi Qafqazın istilasına başlamış ərəblər, Qafqazın türk etnonimikasından o qədər də baş çıxarmırdılar yaxud onu fars və ermənilərin vasitəsilə öyrənirdilər. Buna görə ərəb qaynaqlarında adətən mikroetnonimlər deyil, o vaxt Xəzər dövlətinin əsasını təşkil edən sadəcə hun-xəzər tayfa ittifaqına daxil olanların mənsubiyətini bildirən türk makroetnonimi işlənirdi. Qaynaqlara görə, Übeydullahın babası Xaqan xəlifə Mötəsimin etibarlı adamlarından biri idi. Ola bilsin ki, Xaqan, Mötəsimin xəzər əsilli anası Maridə(Maridə ərəblərin Xəzər ölkəsinə növbəti hücumu zamanı aparılan əsir idi.
Cümhuriyyət Xalq Partiyası (Türkiyə)
Cümhuriyyət Xalq Partiyası (türk. Cumhuriyet Halk Partisi) — 9 sentyabr 1923-cü ildə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiyadır. Partiyanın nizamnaməsinə görə, onun rəsmi abreviaturası “CHP”dir. Onun simvolu Altı Oxdur. Türkiyə Böyük Millət Məclisində 133 deputatla ana müxalifəti təmsil edən partiyadır. Onun sədri Özgür Özəl. 22 may 2010-cu il tarixində CXP-nin XXXIII qurultayında CXP sədri Kamal Kılıçdaroğlu seçilmişdir. Onun namizədliyini 1200 qurultay nümayəndəsi dəstəkləmişdir ki, bu da CXP üçün rekord rəqəmdir. Qurultaydan əvvəl mətbuatın dili ilə ona "Qandi Kamal" (türk. Gandi Kemal) ləqəbi verilmişdir.
Cümhuriyyət bayramı (Türkiyə)
Türkiyədə Cümhuriyyət bayramı — 1925-ci ildən etibarən hər il 29 oktyabr tarixində Türkiyədə qeyd olunan dövlət bayramı 1922-ci ildə səltənətin qaldırılmasından sonra Türkiyə dövlətinin siyasi quruluşunun yəkun təsbiti məsələsi 1923-cü ilin oktyabrında cümhuriyyətin elanı ilə həll edildi. 6 əsr ərzində çoxmillətli türk-islam monarxiyası şəklində həyat sürən Türkiyə dövləti TBMM-in 29 oktyabr tarixli qərarı ilə həyatına respublika kimi davam etmişdir. Cümhuriyyətin elanından sonra ilk Prezident seçilən Mustafa Kamal Paşa Türkiyənin Osmanlı İmperiyasından yeni siyasi rejimə faktiki keçidini şərtləndirən genişmiqyaslı islahatların banisidir. 1925-ci ildən etibarən keçirilməyə başlayan bayram Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk Respublikasında (KKTC) və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində qeyd edilir.
Danimarka–Türkiyə münasibətləri
Türkiyə—Danimarka münasibətləri — Danimarka Krallığı ilə Türkiyə Respublikası arasında diplomatik əlaqələr rəsmi olaraq 1923-cü ildə quruldu; Danimarka ilə Osmanlı İmperiyası arasında XVIII əsrdə başlayan əlaqələrin davamı idi. Danimarkanın Ankarada, Türkiyənin Kopenhagendə səfirliyi var . Hər iki ölkə NATO üzvüdür. Danimarka ilə Türkiyə arasındakı diplomatik münasibətlərdə bir cizgi filmi qalmaqalı və bir kürd peyk televiziya kanalı ilə əlaqədar gərginlik yaşandı. 14 oktyabr 1756-cı ildə Sultan III Osman ilə Kral V Frederik arasında Dostluq və Ticarət Müqaviləsi imzalandı. 1758-ci ildə Danimarka Osmanlı İmperiyasına fövqəladə nümayəndə təyin etdi . 1618-1648-ci illərdə Danimarka və Osmanlı İmperiyası Müqəddəs Roma İmperiyasına qarşı birlikdə mübarizə apardı. Şimali müharibə zamanı Danimarka ilə Osmanlı İmperiyası bir-biri ilə müharibə vəziyyətində idi . Ölkələr 1803-1815-ci illər arasındakı Napoleon müharibələri zamanı müttəfiq idilər. 1920-ci il Türkiyə-Ermənistan müharibəsi zamanı Danimarka, Ermənistan Demokratik Respublikası ilə Türkiyə arasında aparılan danışıqlarda vasitəçi kimi çıxış etdi.
Daxili İşlər Nazirliyi (Türkiyə)
Türkiyə Cümhuriyyəti Daxili Nazirliyi — yurdun iç təhlükəsizliyini və asayişini təmin etmək, cəmiyyət nizamını qorumaq, illərin ümumi idarəsini təşkil etmək, məhəlli idarələr üzərində mərkəzi idarə adına və sayet mövqeyi olaraq nəzarətdə tapılmaq və inzibati baxımdan gördüyü qanuni tədbirlərlə bu idarələrin inkişaflarına köməkçi olmaq, xalqın əhali və vətəndaşlıq əməliyyatlarını yerinə yetirmək, ola biləcək döyüş və təbii fəlakətlər mövzularında vətəndaş müdafiə etmə xidmətlərini icra etməklə vəzifəlidir. Nazirlik boynuna götürmüş olduğu bu vəzifələri mərkəz və əyalət təşkilatları vasitəsilə yerinə yetirir. Müammər Gülər 25 dekabr 2013-cü il tarixində istefa vermişdir. Nazirlik bugünkü təşkilat quruluşuna 1983-ci ilin sonunda edilən tənzimləmə ilə qovuşmuş və 14 fevral 1985-ci il tarixində çıxarılan 3152 (üç min yüz əlli iki) saylı qanunla bu yeni quruluşa davamlılıq qazandırılmışdır.
Demokrat Partiya (Türkiyə, 1946)
Demokrat Partiya — Türkiyədə 7 yanvar 1946-cı ildə yaradılmış siyasi partiya. DP-nin yaradılışı ilə ölkə çoxpartiyalı sistemə keçir. 1950-ci ildə hakimiyyətə gələn Demokrat Partiya həmçinin 1954,1957 seçkilərində qələbə qazanmışdır. 27 may 1960 hərbi çevrilişindən sonra devrilən siyasi qurum həmin ilin sentyabrın 29-da bağlanmışdır. 1946-cı ilə qədər Türkiyədə təkpartiyalı sistem hökm sürürdü. 1923-cü ildə Mustafa Kamal Atatürkün öncüllüyü ilə yaranan Cümhuriyyət Xalq Partiyası ölkədə yeganə siyasi partiya olmaqda qalırdı. Hələ 1924 və 1930-cu illərdə müvafiq olaraq Sərbəst Firqə və Tərəqqipərvər Cümhuriyyət Firqəsinin yaradılması ilə çoxpartiyalı sistemə keçidə cəhd edilsədə uğursuzluqla sonladı. Ancaq demokratik qüvvələr güclənməkdə idi. CHP-yə müxalifətin yaranmasını tələb edən əsas problemlərdən biri Türkiyənin iqtisadi geriliyi, əhalinin böyük bir hissəsinin təminatının aşağı olması və iqtidarın bu problemləri aradan qaldırılması üçün etdiyi islahatların istənilən nəticəni verməməsi idi.Digər bir səbəb təkpartiya sistemin demokratik parlament respublikası idealarına uyğun olmamasıydı. 1938-ci ildə Atatürkün ölümündən sonra prezident seçilən İsmət İnönünün pul əskinaslarında təsvir edilməsi, ona "Şef" ünvanının verilməsi parlamentdə çox böyük etirazlara səbəb oldu.
Demokrat Partiya (Türkiyə, 2007)
Demokrat Partiya (türk. Demokrat Parti) — 27 may 2007-ci ildə Doğru Yol Partiyasının adını və loqosunu dəyişməsi nəticəsində qurulan türk siyasi partiyası. Partiyanın kökləri 1946-cı ildə Cəlal Bayarın öndərliyi ilə yaradılan eyni adlı siyasi təşkilata dayanır. Bu partiaya 1950-ci il parlament seçkilərində qələbə qazanaraq Cümhuriyyət Xalq Partiyasından sonra Türkiyədə iqtidara gələn ilk partiya oldu. Demokrat Partiyadan Adnan Menderes baş nazir, Cəlal Bayar isə prezident seçildi. Demokrat Partiya iqtidarının hakimiyyətinə 1960-cı il 27 may çevrilişi ilə son qoyuldu. Partiya ləğv olunsa da idealogiyası sonrakı illərdə başqa partiyalarda yaşadı. Bunlardan ən əsasları Ədalət Partiyası, Ana Vətən Partiyası və Doğru Yol Partiyası idi. Bu siyasi qurumlar 2000-ci illərə kimi Türkiyə siyasi həyatında böyük rol oynamış və bir neçə dəfə iqtidara gəlmişlər. 27 may 2007-ci ildə Mehmed Ağarın rəhbərlik etdiyi Doğru Yol Partiyası adını və emblemini dəyişdirərək Demokrat Partiyaya çevrildi.
Demokrat Partiyası (Türkiyə, 1946)

Demokrat Partiyası (Türkiyə, 1946–1961)

Demokrat Partiyası (Türkiyə, 2007)
Demokrat Partiya (türk. Demokrat Parti) — 27 may 2007-ci ildə Doğru Yol Partiyasının adını və loqosunu dəyişməsi nəticəsində qurulan türk siyasi partiyası. Partiyanın kökləri 1946-cı ildə Cəlal Bayarın öndərliyi ilə yaradılan eyni adlı siyasi təşkilata dayanır. Bu partiaya 1950-ci il parlament seçkilərində qələbə qazanaraq Cümhuriyyət Xalq Partiyasından sonra Türkiyədə iqtidara gələn ilk partiya oldu. Demokrat Partiyadan Adnan Menderes baş nazir, Cəlal Bayar isə prezident seçildi. Demokrat Partiya iqtidarının hakimiyyətinə 1960-cı il 27 may çevrilişi ilə son qoyuldu. Partiya ləğv olunsa da idealogiyası sonrakı illərdə başqa partiyalarda yaşadı. Bunlardan ən əsasları Ədalət Partiyası, Ana Vətən Partiyası və Doğru Yol Partiyası idi. Bu siyasi qurumlar 2000-ci illərə kimi Türkiyə siyasi həyatında böyük rol oynamış və bir neçə dəfə iqtidara gəlmişlər. 27 may 2007-ci ildə Mehmed Ağarın rəhbərlik etdiyi Doğru Yol Partiyası adını və emblemini dəyişdirərək Demokrat Partiyaya çevrildi.
Demokratik Sol Partiya (Türkiyə)
Demokratik Sol Partisi (Demokratik Sol Partiyası, DSP), Türkiyə Respublikasındakı siyasi partiyalardan biridir. Hal-hazırda Önder Aksakal partiyanın başındadır. Partiya Türkiyənin keçmiş baş nazirlerinden Bülent Ecevitin həyat yoldaşı Rahşan Ecevit tərəfindən 14 noyabr 1985 tarixində qurulub. Partiyanın ideolojisi demoktratik soldur.
Demokratik Sol Partiyası (Türkiyə)
Demokratik Sol Partisi (Demokratik Sol Partiyası, DSP), Türkiyə Respublikasındakı siyasi partiyalardan biridir. Hal-hazırda Önder Aksakal partiyanın başındadır. Partiya Türkiyənin keçmiş baş nazirlerinden Bülent Ecevitin həyat yoldaşı Rahşan Ecevit tərəfindən 14 noyabr 1985 tarixində qurulub. Partiyanın ideolojisi demoktratik soldur.
Dəyanət işləri üzrə rəhbərlik (Türkiyə)
Dəyanət işleri üzrə rəhbərlik — 3 mart 1924-cü il tarixində Şəriət və Vəqflər Nazirliyinin yerinə qurulan, İslam dininin inancları, ibadətləri və əxlaqi prinsipləri ilə əlaqəli işlərin aparılması, cəmiyyəti din haqqında maarifləndirmə və ibadət yerlərinin idarə olunması ilə məşğul olan qurum. Mustafa Kamal Atatürkün əmri ilə 429 saylı qanuna əsasən Türkiyə Cümhuriyyətinin Baş Nazirliyinə bağlı bir təşkilat olaraq quruldu. 9 iyul 2018-ci ildə ölkənin prezidentlik sisteminə keçməsi ilə təşkilat da Cümhuriyyət başçılığının tabeliyinə keçdi. Konstitusiyanın 136-cı maddəsində belə bir bənd yer alır: 2020 üçün illik büdcəsi 11.519.609.000 Tl təşkil edir.
Ermənistan-Türkiyə müharibəsi (1920)
Ermənistan-Türkiyə müharibəsi (1920) — Rusiya imperiyasının dağılmasından sonra yaranmış erməni-daşnak hökumətinin işğalçılıq siyasəti nəticəsində baş vermiş müharibə. Müharibənin başlanmasında böyük dövlətlərin antitürkiyə siyasəti də az rol oynamamışdı. Versal-Vaşinqton sisteminin tərkib hissəsi kimi Paris sülh konfransında (1919-20) hazırlanmış Sevr sülh müqaviləsi (1920) Osmanlı imperiyasının bölüşdürülməsini nəzərdə tuturdu. Müqavilənin imzalanmasına Birinci dünya müharibəsinin (1914-18) qalib dövlətləri ilə yanaşı, Ermənistan (Ararat) Respublikası da cəlb edilmişdi. Müqaviləyə görə Türkiyənin Van, Bitlis, Ərzurum və Trabzon vilayətlərinin bir hissəsi erməni-daşnak hökumətinə verilməli idi. Türkiyə Böyük Millət Məclisi ölkənin ərazisini bölüşdürən bu müqaviləni rədd etmiş, sultan da onu ratifikasiya etməmişdi. Ermənistan isə Türkiyəyə qarşı əsassız ərazi iddialarını həyata keçirmək üçün müharibəyə başladı. 1920-ci il iyunun 18-də daşnaklar Oltu şəhərini tutdular. Rusiya hökuməti Ermənistanla may-iyun və Türkiyə ilə iyul-avqust aylarında Moskvada keçirilən konfranslarda hadisələrə müdaxilə etməyə çalışdı. Lakin hər iki tərəf onun təkliflərini qəbul etmədi.
Ermənistan–Türkiyə müharibəsi (1920)

Ermənistan–Türkiyə münasibətləri
Ermənistan–Türkiyə münasibətləri — Ermənistan Respublikası ilə Türkiyə Respublikası arasındakı münasibətlər erməni soyqırımını tanımaq, Ermənistanın Qars müqaviləsini ratifikasiya etməkdən imtina etməsi və Türkiyənin Qarabağ münaqişəsində Azərbaycana dəstək verməsi ilə çətinləşir. İki dövlət arasında 311 km uzunluğa malik sərhəd olmasına baxmayaraq bağlıdır. Ermənistan XV-XVI əsrlərdə Osmanlı İmperiyasının tərkibində idi. Ermənilərlə osmanlılar arasında münasibətlər qarışıq olmuşdur. Osmanlı hökmdarları Konstantinopolda erməni Patriarxlığının yaradılmasına təşəbbüs göstərmişdilər. Şəhərin erməni əhalisi artmırdı və sultanın dəstəyindən istifadə etməyərək daha pis vəziyyətdə idi. Kəndlərdə yaşayan ermənilər tez-tez yerli idarədən əziyyət çəkirdilər. Bundan əlavə cizyə kimi əlavə vergi ödəməli olurdular. Oğlan övladlarını isə döyüşçü olmaq üçün sultana verirdilər (Yeniçəri). Ancaq XVII əsrin əvvəllərindən Osmanlı İmperiyası zəyifləmələ başladı.
Ermənistan–Türkiyə sərhədi
Türkiyə–Ermənistan sərhədi (türk. Ermenistan–Türkiye sınırı, erm. Հայաստան–Թուրքիա սահման) — Türkiyə və Ermənistan arasında dövlət sərhədi. Sərhədin uzunluğu 311 km-dir və şimalda Gürcüstanla sərhəd qovşağından cənubda Azərbaycanla sərhəd qovşağına qədər uzanır. Sərhəd şimaldan Gürcüstanla sərhədin Arpi gölünün qərb hissəsindəki kəsişməsindən başlayır və Ermənistanın dağlıq əraziləri boyunca bir sıra qeyri-bərabər xətlər boyunca cənuba uzanır. Qərbi Arpaçay çayına çataraq çaydan cənubdan Araz çayı ilə birləşməyə qədər davam edir və daha sonra şərqə sonra cənub-şərqə axan Arazı izləyir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə kəsişmə nöqtəsinə qədər uzanır. Birinci Dünya müharibəsi zamanı Rusiya Osmanlı İmperiyasının şərq bölgələrini işğal edir. Rusiyada 1917-ci il inqilabından sonra yeni kommunist hakimiyyət orqanları müharibədəki iştiraklarına son verməyə tələsir. 1918-ci ildə Almaniya və Osmanlı İmperiyası ilə Brest-Litovsk sülh müqaviləsini imzalayır.
FOX (Türkiyə)
NOW — "The Walt Disney Company" adlı şirkətin tabeliyində olan, Türkiyədə yayımlanan televiziya kanalıdır. TGRT kanalının bağlanmasından sonra həmin kanalın tezliyində 24 fevral 2007-ci il tarixində yayıma başlamışdır. 24 yanvar 2024-cü il tarixində Disneyin FOX üçün aldığı ad haqqının dolması səbəbi ilə Türkiyədə 12 fevral 2024-cü il tarixindən etibarən NOW adını almışdır. "TGRT" İhlas Holdinqin tabeliyində olan "Huzur Radyo TV A. Ş." şirkətinə aid telekanal idi. 17 dekabr 2004-cü ildə İhlas Holdinq kanalın satıldığını açıqladı. Nəticədə şirkətin 56,5%-i satılmış oldu. "TGRT" kanalını satın alan ABŞ-nin media şirkətlərindən biri "News Corporation"ın sahibi Rupert Keit Murdoç idi. Daha sonra "News Corporation" digər hissədarları ilə də razılaşaraq bu şirkətin bütün hissələrini satın aldı. İhlas Holdinq "TGRT" kanalını satsa da, "TGRT Haber" və "TGRT Belgesel" kanallarını satmadı. "News Corporation" şirkəti bu işi Ahmet Ertegün vasitəsilə həll etdi.
Fortis Türkiyə Kuboku
Ziraat Türkiyə Kuboku — Türkiyə Futbol Federasiyası 1961-ci ildən başlayan UEFA Kuboklar Kubokunda Türkiyəni təmsil etmək məqsədilə 1962–1963 mövsümündə Türkiyə Çempionatının bütün dəstələrində yer alan 66 komandanın iştirakı ilə ilk Türkiyə Kubokunu təşkil etmişdir. Turnir 1980–1981 mövsümündən Federasiya Kuboku adı ilə təşkil edilmişdir. 1992–1993 mövsümündən etibarən isə Türkiyə Kuboku adı bərpa olunmuşdur. Qalatasaray 18 dəfə bu kuboku qazanaraq ən çox Türkiyə Kubokunun sahibi ünvanını qazanmışdır. 2009-cu ildən etibarən kubokun adı "Ziraat Türkiyə Kuboku" olmuşdur. Qeyd: Altay oyuna çıxmadığı üçün Qalatasaray texniki qələbə qazandı. Püşk ilə Altay qələbə qazandı.
Fransa–Türkiyə münasibətləri
Türkiyə–Fransa münasibətləri — Fransa və Türkiyə arasındakı mövcud ikitərəfli münasibətlər. 1839-1876-cı illərdə Osmanlı İmperiyasında modernləşmə islahatları dövrü baş verir. Bu da Türkiyə tarixində Tanzimat adlanır. Fransız dili modernləşmədə mühüm rol oynayır: siyasətçilər və diplomatlardan əlavə, müasir Türk ədəbiyyatının müxtəlif mərhələlərində yazıçılar Qərbə istinad nöqtəsi olaraq fransız dilindən istifadə edir. Türk məktəblərində fransız dili ilk xarici dil kimi yayılması əslində bu yaxınlara qədər davam etmişdir. Hal-hazırda ingilis dili türklər arasında öyrənilən əsas xarici dilə çevrilmişdir. Bununlada fransız dili sıxışdırılıb çıxarılır. 2004-cü ildə Fransa Prezidenti Jak Şirak Fransanın Türkiyənin Avropa İttifaqına daxil olması ilə əlaqədar bir referendum keçirəcəyini və Aİ-nın daha da genişlənməsinin də xalqın səsverməsi ilə mümkün olacağını açıqlayır. 2007-ci ildə Fransa Prezidenti Nikolya Sarkozi “Türkiyənin Avropa Birliyi daxilində yeri yoxdur” ifadəsini işlədir və sözünə davam edir: “Mən demək istəyirəm ki, Avropa sərhədlərini müəyyənləşdirməlidir və yeri olmayan Türkiyədən başlayaraq bütün ölkələrin Avropaya üzv olmaq imkanı yoxdur.”. 2018-ci ildə Fransa Prezidenti Emmanuel Makron bu kəlmələri işlədir:"Türkiyənin Avropa İttifaqı ilə münasibətlərinə gəlincə, son hadisələrin və qərarların Türkiyənin Aİ-na üzvlüyündə hər hansı bir irəliləyiş gətirmədiyi açıqdır".
Futbol üzrə Türkiyə Kuboku
Ziraat Türkiyə Kuboku — Türkiyə Futbol Federasiyası 1961-ci ildən başlayan UEFA Kuboklar Kubokunda Türkiyəni təmsil etmək məqsədilə 1962–1963 mövsümündə Türkiyə Çempionatının bütün dəstələrində yer alan 66 komandanın iştirakı ilə ilk Türkiyə Kubokunu təşkil etmişdir. Turnir 1980–1981 mövsümündən Federasiya Kuboku adı ilə təşkil edilmişdir. 1992–1993 mövsümündən etibarən isə Türkiyə Kuboku adı bərpa olunmuşdur. Qalatasaray 18 dəfə bu kuboku qazanaraq ən çox Türkiyə Kubokunun sahibi ünvanını qazanmışdır. 2009-cu ildən etibarən kubokun adı "Ziraat Türkiyə Kuboku" olmuşdur. Qeyd: Altay oyuna çıxmadığı üçün Qalatasaray texniki qələbə qazandı. Püşk ilə Altay qələbə qazandı.
Hindistan–Türkiyə münasibətləri
Türkiyə—Hindistan münasibətləri — Hindistan və Türkiyə arasındakı beynəlxalq əlaqələrdir. 1948-ci ildə Hindistan və Türkiyə arasında diplomatik münasibətlər qurulduğundan bəri, siyasi və ikitərəfli münasibətlər ümumiyyətlə isti və anlayışla xarakterizə olunur, baxmayaraq ki, Hindistanın rəqibi olan Pakistanın Türkiyənin dəstəyi ilə ara sıra gərginliklər davam edir . Hindistanın Ankarada səfirliyi və İstanbulda baş konsulluğu var. Türkiyənin Yeni Dehlidə səfirliyi və Mumbayda baş konsulluğu var. 2015-ci il tarixindən etibarən Hindistan və Türkiyə arasındakı ikitərəfli ticarət 6,26 milyard ABŞ dolları təşkil etmişdir. İkitərəfli yeni bir mərhələyə qədəm qoydu və hər iki tərəf ticarət əlaqələrini qarşılıqlı faydalı və davamlı şəkildə genişləndirmək məqsədi ilə ikitərəfli əməkdaşlıq proqramlarının inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Bununla birlikdə, dünyanın ikinci ən sıx ölkəsi olaraq, Hindistanın 1990-cı illərdən bəri qlobal iqtisadiyyatda və beynəlxalq siyasətdə əhəmiyyət qazanmaqda irəliləməsi Türkiyəni Cənubi Asiya üçün yeni bir strategiya hazırlamağa sövq etdi. Türkiyə, Pakistan və Banqladeş ilə ənənəvi olaraq yaxşı münasibətlərini qoruyaraq, Hindistanın Cənubi Asiyadakı siyasətinə üstünlük verməyə başladı. Son illərdə ortaq strateji hədəflər üzündən iki ölkə arasındakı münasibətlər istiləşdi və təhsil, texnologiya və ticarət sahələrində ikitərəfli əməkdaşlıqda artım oldu. 18 mart 2012-ci il tarixində, Türkiyənin Hindistandakı səfiri Burak Akçapar, Türkiyənin Hindistandan uçuşları ikiqat artırmaq və daha dörd əlaqə nöqtəsi açmaq istədiyini açıqladı.
Hərbi Dəniz Məktəbi (Türkiyə)
Ali Hərbi Dəniz Məktəbi , 1773-cü Əlcəzairli Qazi Həsən Paşa tərəfindən , İstanbul, Kasımpaşada "Mühendishane-i Bahr-i Hümayun" adı altında qurulmuş və 1985-ci ildən etirbarən İstanbul Tuzlada yerləşən Türk Dəniz Qüvvələri üçün zabit yetişdirən təhsil ocağıdır. Məzumiyyət törənləri hər il 31 Avqustda keçirilən Ali Hərbi Dəniz Məktəbində Türk Dəniz Qüvvələrinin tərkibində olan birliklərdə xidmət etmək üçün zabit hazırlamaqdadır. Məktəbdə sənaye, elektronika-elektrotexnika, kompüter, maşınqayırma, kommunuikasiya, beynəlxalq münasibətlər və gəmi inşaatı mühəndisliyi ixtisasları vardır. Bundan əlavə Pusula (Kompas) adında bir də tələbə jurnalı mövcuddur.

Значение слова в других словарях