Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Türkman
Türkmanlar və ya İraq türkmanları — İraqın şimalında yaşayan türk etnosu. Ad oxşarlığına baxmayaraq türkmanlar Orta Asiya türklərinə, Türkmənistanda yaşayan türkmənlərə deyil, Azərbaycan türklərinə, Anadolu türklərinə yaxın olub, oğuz türklərinin qərbi qolundandırlar. Yaşadıqları ərazilərdə isə ilk dəfə Səlcuqların ilk axınları zamanından xeyli əvvəllər məskunlaşmışdılar. Daha sonralar isə Səfəvi hökmdarları ən qədim Azərbaycan tayfalarından biri olan türkmanların yaşayışlarının daha da möhkəmləndirilməsini təmin etmişlər. Ərəb İraqı tarix boyunca bir çox mədəniyyətə beşiklik etmişdir. İraqda türk ünsürünün tarixi eramızdan əvvələki dövrlərə dayansa da tam olaraq indi İraqda etnik qruplar içərisində üçüncü ən çoxsaylı toplum olan türklərin əcdadlarının bu torpaqlara gəlişi 673-cü ilə təsadüf etməkdədir. Qeyd edilən tarixdə Əməvi sülaləsinin (661–750) əmirlərindən biri olan İraqi Ərəb vilayətinin hakimi Übeydullah bin Ziyad 4,000 türk əsilli süvarini bölgənin təhlükəsizliyi məqsədiylə Bəsrə şəhərinə yerləşdirmişdir. Əməvi sülaləsinin xəlifəliyinin bütün dövrlərində və Abbasilər sülaləsinin (750–1258) xəlifəliyinin ilk dövrlərində (750–945) türk əsilli əhali İraqın əsasən mərkəz və cənub hissələrinə yerləşir və bölgənin silahlı qüvvəsinin önəmli hissəsini təşkil edirdilər. 932-ci ildə indiki İranın qərbində Cəbəl bölgəsində əsas hökümdarı şahənşah titulu daşıyan şiə dövləti olan Büveyhilər yarandı. Büveyhilər sülaləsinin nümayəndlərinin müxtəlif bölgələrdə hakimiyyəti 932-ci ildən 1062-ci ilədək davam etmişdir.
Türkmən
Türkmənlər — türk xalqlarının Oğuz qrupunu təşkil edən Azərbaycanlıların və Oğuz qrupundan olan digər xalqların etnogenezində iştirak etmiş ən qədim və ilk Oğuz əsilli türk xalqıdır. Türkmənistan Respublikasında, Əfqanıstan İslam Respublikasında və İran İslam Respublikasında kompakt halda yaşayan türkmənlər türk xalqları arasında Türkiyə türklərindən, Azərbaycanlılardan , özbəklərdən , uyğurlardan və qazaxlardan sonra ən böyük Türk xalqı hesab olunurlar. Bugünkü Türkmənistan Respublikasının yerli türk əhalisi olan türkmənlər əsas etibarilə VIII əsrdən sonra tarix səhnəsinə çıxan kınık, salur, qayı, bayat, beydilli boylarının birləşməsi ilə meydana gələn Oğuz qövmlərindəndirlər. Oğuz-Türkmən mədəniyyətinin formalaşmasında bu bölgədə yaşamış olan qədim Türk alanların, aakaların və xəzərlərin də mühüm rolu olmuşdur. "Türkmən" etnik adı tarixi mənbələrə görə, V əsrdən bəlli olsa da, bu ad X əsrdə kəsinlik qazanmışdır. Qərb tarixçiləri Türkmənləri saf qanlı Türk adlandırdıqları kimi, bəzi müəlliflər də Türkmənləri Türk xalqlarının kökü olaraq qəbul edirlər. Çünki Türkmənistan böyük tarixi Türküstanın ən qədim insan yaşayan bölgələrindən biridir. Burada aparılan arxeoloji tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, Türkmənistan ərazisində 300 min il bundan əvvəl insanlar yaşamışlar. Qərb Türklərinin və səlcuqluların əsasını təşkil edən Oğuz və ya Türkmənlər moğol tipindən tamamilə fərqlidirlər. Məşhur orta əsr tarixçisi Rəşidəddinə görə, "Oğuzların Mavəraünnəhr, İran və Azərbaycanda nəsilləri çoxalmış, digər yerli Türklərlə qaynayıb-qarışdığından taciklər onlara "Türk-manənd", yəni "Türkə bənzər" adını vermişlər… Oğuzlar "Türkmən" adı aldıqdan sonra digər Türk tayfaları olan qarluq, xələc, qıpçaq, kanqlı və uyğurlardan ayrılmışlar", halbuki Mahmud Kaşğarlı müsəlman olan qarluq, çigil və yağmalara da əvvəllər "Türkmən" deyildiyini yazmışdır.
Fikrət Türkmən
Fikrət Türkmən (türk. Fikret Türkmen; 3 dekabr 1945 və ya 1945, Abdilli[d], Yozqat ili) – Türkiyə ədəbiyyatşünası, türk xalqları ədəbiyyatı üzrə araşdırıcı, professor. 1992-ci ildə yaradılan Ege Universiteti Türk Dünyası Araşdırmalar İnstitutunun qurucu direktoru. == Həyatı və təhsili == Fikrət Türkmən 3 dekabr 1945-ci ildə Yozğadın Boğazlıyan qəzasının Abdilli kəndində əkinçiliklə məşğul olan ailədə doğulmuşdur. Ərzurum Atatürk Universiteti Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir (1963-1967). Universiteti bitirdikdən sonra Konyada bir liseydə müəllim işləmişdir. Qısa müddət müəllim işlədiyi bu məktəbdə tanış olduğu ədəbiyyat müəllimi Fidanla evlənmişdir. İdil adlı bir qızı və Orkun adlı bir oğlu var. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1968-ci ildə Atatürk Universitetinin Türk dili və ədəbiyyatı bölümündə folklor üzrə assistant kimi fəaliyyətə başlamışdır . 1969-cu ildə İstanbul Universitetində Prof.dr.
Hüseyin Türkmen
Hüseyin Türkmen (1 yanvar 1998, Ağcaabad, Trabzon ili) — Türkiyə Superliqasında çıxış edən Trabzonsporun futbolçusu. == Karyerası == === Trabzonspor === Trabzonsporda ilk matçına 12 dekabr 2017-ci ildə keçirilən Trabzonspor-Ərzurumspor matçında çıxıb. Matç Trabzonsporun 5–1 hesablı qələbəsi ilə başa çatıb. Trabzonsporda ilk qolunu 9 fevral 2022-ci ildə keçirilən Dənizlispor-Trabzonspor matçının 8-ci dəqiqəsində vurub. Matç Trabzonsporun 1–2 hesablı qələbəsi ilə başa çatıb.
Məhəmməd Türkmən
Məhəmməd Türkmən (tam adı: Məhəmməd Meretqeldi oğlu Türkmən; 17 oktyabr 1990, Marı) — Türkmən əsilli Azərbaycan jurnalisti, reportyor və fotoqrafı; “Fotoqraflar.com/info” saytının təsisçisi; Minval.İnfo saytının baş redaktoru (2018—h.h.); "Davam" Ümumrespublika Gənclər Hərəkatının təsisçilərindən biri və İdarə Heyətinin üzvü (2020). Məhəmməd Türkmən 17 oktyabr 1990-cı ildə Türkmənistan SSR-in Marı şəhərində dünyaya gəlib. Məhəmməd Türkmənin uşaqlıq illərinin bir hissəsi Türkmənistanın Marı şəhərində, bir hissəsi isə Salyan rayonunda keçib. 2011-ci ildən jurnalistika ilə məşğuldur. Məhəmməd Türkmən bir çox yerli və beynəlxalq jurnalist təlimlərində iştirak edib. "BakuNews", "Kanal 13" kimi internet televiziyalarda, "Elitar.az" və bir neçə saytda reportyor olaraq çalışıb. 2013-cü ilin oktyabr ayında "Yeni Müsavat" qəzetində fotoreportyor kimi işə başlayıb. Ekstremal vəziyyətlər və sosial sahə üzrə reportajlar hazırlayan Məhəmməd Türkmən, ölkəmizdə keçirilən beynəlxalq yarışlarda da çalışdığı media qurumunu təkbaşına təmsil edib. 2018-ci ilin yanvar ayında isə "Minval.İnfo" saytının baş redaktoru vəzifəsinə yüksəlib. Məhəmməd Türkmən cəbhə bölgəsində yaranan gərginliklər və kiçik döyüşlər zamanı həmin əraziyə yollanmış ilk jurnalistlərdən biridir.
Tezxarab (Türkman)
Tezxarab (fars. تيزخراب‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 262 nəfər yaşayır (76 ailə).
Türkman (Urmiya)
Türkman (fars. تركمان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 171 nəfər yaşayır (40 ailə).
Türkman Məmmədov
Türkman dağı
Türkman dağı, həmçinin Çəbəl-Türkman, Cəbəl-əl-Türkman (ərəb. جبل تركمان‎ türk. Türkmen Dağı) — Suriyanın şimal-qərbində, Latakiya bölgəsində, Türkiyə ilə sərhəddə yerləşən El Nusayriyə Dağlarının bir hissəsi olan dağ silsiləsi. Silsilə burada yaşayan Suriya türkmanlarınin (türklər, türkmanlar) adından götürülmüşdür. Türkman dağı Suriyanın Latakiya bölgəsinin şimalında, Türkiyə sərhədi yaxınlığında türkcə Bayırbuçak adlanan ərazidə dağ silsiləsidir. Dağ silsiləsi Əl-Laziqiyyə mühafəzəsinin şərq uzunluğu boyunca uzanır. Bölgədə daha çox Suriya türkmanları yaşayır. Qeyd edək ki, Bayırbucakda 72 türkmən kəndi var. Bunlardan 54-ü muxtar statusa malikdir. Onlardan 18-i təsərrüfat statusludur.
Türkmən (Bərdə)
Türkmən (qədim adı Qaramanı-Türkmanan) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Tarixdə bu yer Qaramanı-Türkmanan adlanmışdır.
Türkmən (Göyçay)
Türkmən — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Türkmən Göyçay r-nunun Qızılağac inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Yaşayış məntəqələri öz adında ağqoyunlu tayfa ittifaqının asas qollanndan biri olan tiirkman tayfasının adını əks etdirir. XV əsrin sonu XVI əsrin əvvəllərində isə qızılbaş tayfa ittifaqına daxil olan türkmənlər Səfəvi dövlətinin siyasi həyatında mühüm rol oynamışlar. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 275 nəfər əhali yaşayır.
Türkmən (dəqiqləşdirmə)
Türkmən və ya Türkman — orta əsrlərdə Oğuz-türk mənşəli şəxslər üçün istifadə edilən etnonimdir. 17-18-ci əsrlərə qədər azərbaycanlılar da belə adlandırılmışdır. Türkmən (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Türkmən (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd. Türkman (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 1-ci Türkmən (Baymak) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. 2-ci Türkmən (Baymak) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Türkmənlər — Mərkəzi Asiyada yaşayan xalq. Türkmanlar — İraqın şimalında yaşayan türk etnosu.
Türkmən Səhra
Türkmən Səhra-İranın şimal-şərqindəki Xəzər dənizinin yaxınlığında Türkmənistanla sərhəddə olan bir bölgədir. Əhalisinin böyük çoxluğu etnik türkmənlərdir.
Türkmən armudu
Türkmən armudu (lat. Pyrus turcomanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Kopetdağ meşələri və ona yaxın rayonlarda yayılmışdır. Hündürlüyü 15 m çatan, iynəsiz, şaxələnmiş çətirli ağacdır. Tumurcuqları və zoğları əvvəlcə tükcüklüdür, sonradan təxminən çılpqdır. Zoğların qabığı ucunda kərpicvari-qonur, digər hissələrdə bozumtuldur. Yarpaqları enli-ellipsvari və ya təxminən yumru, uzunluğu 7 sm-dək və eni 5 sm-dək, əvvəlcə tükcüklərinə görə gümşü, sonradan çılpaq və yaşıl, parlaqdır. Apreldə çiçəkləyir. Meyvələri qalın qabıqlı, şirin, dadı qatranlı, yüksək miqdarda bərk hüceyrəli, armudvari, eni 2,5 sm-dək və uzunluğu 2 sm-dəkdir. İşıqlı enliyarpaqlı meşələrdə, daşlı-qayalı quru yamaclarda açıq sahələrdə, dağ çaylarının başlanğıcında, dəniz səviyyəsindən 1800–2000 m yüksəkliklərdə rast gəlinir.
Türkmən atı
Ahaltəkə atı — köçəri Təkə türkmən tayfası tərəfindən yaradılmış at cinsi. Ahal-təkə orta hündür boylu, ensiz bədənli, incə sümüklü atdır. Bəzi ekspertlərin rəyinə görə Axaltəkə atı dünyada ən qədim at növlərindən biridir. Qamətli və uca boylu Axaltəkə atları deyilənə görə səhra şəraitində azca su ilə uzaq yürüşlərə davamlığına görə Marko Polo və Makedoniyalı İsgəndər kimi qədim dövrün məşhur səyahətçilərinin diqqətini özünə cəlb etmişdi. Axaltəkə cinsinin əmələ gəlməsində Türkmənistanın təbii şəraiti və xalqın yaşayışı böyük rol oynamışdır. Türkmənistanın isti və quru iqlimi, susuz və xarakter bitki örtüyü, səhra şəraiti və eləcə də xalqın keçmişdə köçəri heyvandarlıq həyatı, bu şəraitə uyğun və davamlı, quru bədən quruluşu və iti yerişli Təkə cinsinin yaranmasına səbəb olmuşdur.Köçəri Təkə türkmən tayfası əsrlərlə yetişdirdiyi təmiz cinsli Axaltəkənin başqa at cinsləri ilə qarışmasına yol vermirdi. XIX əsrdə isə Təkələr Rusiya imperiyasının ordusuna məhz həmin atların köməyi ilə uzun müddət müqavimət göstərməyə qadir olduğundan, 1870-ci illərdə Rusiya hərbçiləri Axaltəkənin kökünü kəsməyi qərara alaraq, atların böyük əksəriyyətini məhv etdilər. 20 ildən sonra isə Rusiya alimləri yenidən Axaltəkə at növünü bərpa etməyə başladılar və bu gün dünyada olan həmin atlarının hamısı məhz onların o zaman bərpa etdikləri cins nəsildəndir. ABŞ-n Florida ştatında təmiz cinsli Axaltəkə atları yetişdirən Cessika Eyli Keytin dediyinə görə, Sovet dövründə Axaltəkənin taleyi eniş-yoxuşlu olub, lakin dövlət başçısı Nikita Xruşşovun 5 illik iqtisadi planlaşdırma proqramı bir daha bu at növünün yer üzündən silinmə təhlükəsini gerçəkləşdirdi: "Axaltəkə atları başqa gözəl atlarla yanaşı ət üzrə planı doldurmaqdan ötrü sallaqxanalara göndərilirdi". Axal-təkə atlardan kütləvi surətdə ingilislər Hindistana daşımışlar və Hindistanın at cinslərin yaxşılaşdırılmasında bilavasitə böyük rolu vardır.
Türkmən bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Türkmən dastanları
Türkmən şifahi xalq ədəbiyyatının ən geniş yayaılmış janrı dastanlardır. Türkmənlər bu janrı "dessan", "epos", "anonim dessan", "avtorlu dessan" və s. kimi terminlərlə adlandırırlar. Beymuhammet Ataliyeviç Garriyev 1947-ci ildə dastanları belə təsnif etmişdir: 1. Qəhrəmanlıq dastanları: "Goroqlı", "Yusup-Ahmet", "Alı bey Balı bey", "Dövletyar" və s. dastanlarda türkmənlərin tarixi, qəhrəmanlıq keçmişi, yadellilərə qarşı mübarizəsi bədii əksini tapmışdır. Qəhrəmanlıq dastanlarında qəhrəmanın doğumu, ad alması, təlim və tərbiyəsi, ata-silaha yiyələnməsi, yaxınları ilə vidalaşaraq düşmənlərinə qarşı mübarizəyə qalxması və sairədən bəhs edilir. 2. Məhəbbət dastanları: "Şahsenem bile Qarip", "Yusup bile Züleyxa", "Zöhre bile Tahir", "Gül-Senuber", "Necep oğlan", "Aslı bile Kerem", "Xuyrlukqa-Xemra", "Sayatlı Xemra" və s. dastanlarında əsas süjet məhəbbət üzərində qurulmuşdur.
Türkmən dili
Türkməncə ya da Türkmənistan Türkcəsi (türkm. Türkmen dili) — oğuz qrupu türk dillərinə aiddir. Həmçinin dildə qıpçaq dil qrupunun əlamətləri vardır. Türkmənistanın rəsmi dilidir. Türkmən dilində Türkmənistan ərazisindən başqa İran, Əfqanıstan, Türkiyə, Qaraqalpaq, Tacikistan, Qazaxıstan, Özbəkistan, Stavropolda (Rusiya) danışılır. Türkmən dili Azərbaycan tükcəsinə bənzərliyi ilə fərqlənir. Türkmən dilində ərəb, fars və rus dillərindən külli miqdarda söz vardır. Rus sözlərinin türkməncəyə güclü təsiri SSRİ dövrünə təsadüf edir.
Türkmən eli
Türkmən eli, Türkmən torpağı və Turkomaniya (ərəbcə: توركمن إيلي) ya da Şərqi Türkməneli — İraqda bölgə adı. Türkmən eli əsasən İraq türkmənlərinin tarixi olaraq üstün əhali sayına sahib olduğu, türkmənlərin tarixi olaraq dominant olduğu geniş torpaqları ifadə etmək üçün istifadə olunan siyasi termindir. İraq-Türkiyə-Suriya sərhədində olan və çarpaz olaraq İran sərhədinə qədər uzanan bölgəni əhatə etməkdədir. Bölgənin şimal hissəsindəki şəhəri Kərkük türkmənlər üçün paytaxt hesab edilir. Bölgənin bir sıra şəhərləri son dövlərlərdə kürdlərin sürətli məskunlaşmasına məruz qalmışdır. Nəticədə türkmənlərin paytaxtı hesab olunan Kərkük şəhəri də daxil olmaqla, Təlafər, Mosul (İraqın ikinci ən böyük şəhər), Tuzxurmatu və Mandalidə bu iki icma arasında münasibətlər kəskinləşmişdir. Bölgə İraq sərhədləri daxilində, Türkiyə-Suriya-İraq sərhədlərinin kəsiştiyi nöqtədən şimal-qərb-cənub-şərq istiqamətinə qədər yayılmışdır. Uyğun olaraq Təlafər, Mosul, Ərbil, Altınkörpü, Kərkük, Tuzxurmatu, Kifri, Qaratəpə, Hanekin, Diyala, Mendeli və Bədrəni əhatə edir, Bağdadın cənub-şərqində, İran sərhədində sonlanır. İraqı buradan bölən xətt və İraq türklərinin olduğu yer, eyni zamanda şimaldakı dağlıq kürd bölgəsi ilə cənubdakı ərəb bölgəsini bir-birindən ayıran bufer bölgə olaraq ifadə edilə bilər. Türkmən eli zəngin təbii qaz, neft və kükürd yataqlarına sahibdir.
Türkmən karakalı
Türkman (etnonim)
Türkmən və ya türkman — orta əsrlərdə oğuz türk mənşəli xalq üçün geniş istifadə olunan termin. Oğuz türkləri VIII əsrdə Mərkəzi Asiyada, Aral və Xəzər dənizləri arasında yerləşən ərazidə tayfa konfederasiyası yaradan və türk dil ailəsinin oğuz qolunda danışan qərbi türk xalqı idi. Qədim və tanış olan "türk" adı, həmçinin "Bayat", "Bayandur", "Əfşar", "Qayı" kimi tayfa adları ilə yanaşı, əslən eksonim olan "türkmən" sözü son orta əsrlərə aiddir. X əsrdə islam mənbələri oğuz türklərini şamanist və ya buddist türklərdən fərqli olaraq müsəlman türkmənlər adlandırırdılar. Bu, oğuz türklərinin əksəriyyəti müsəlman olduqları üçün XII əsrdə Bizans vasitəsilə Qərb dünyasının istifadəsinə daxil olmuşdur. Sonralar "oğuz" termini oğuz türklərinin özləri arasında tədricən "türkmən" ilə əvəz edilmiş və beləliklə, eksonim endonimə çevrilmiş və bu proses XIII əsrin əvvəllərində tamamlanmışdır. Bu termin Yaxın Şərqdə tarixi perspektivdə Mərkəzi Asiya türkmənlərinə (Türkmənistan türkmənlərinə) yox, Anadolu, Azərbaycan və ümumiyyətlə, Yaxın Şərqin oğuz köçərilərinə aid edilir. Anadoluda son orta əsrlərdən etibarən "türkmən" sözünün yerini Osmanlı imperiyası və onun hakim sülaləsinin adından gələn "Osmanlı" termini almışdır. Bu, Azərbaycan xalqının subetnik qrupu olan tərəkəmə yarımköçəri tayfalarının endonimi kimi qalır. Bu gün Azərbaycan, Qaqauziya, Türkiyə və Türkmənistan sakinlərinin əhəmiyyətli qismi oğuz türklərinin törəmələridir və danışdıqları dillər türk dil ailəsinin oğuz qrupuna aiddir.
Türkman soyqırımı
Türkman soyqırımı — İŞİD tərəfindən İraqda yaşayan türkmanlara qarşı törədilən sistematik qətl, təcavüz, edam, qovulma və cinsi köləliyə cəlb olunma halları. Bu, İŞİD-in türkmanların yaşadıqları əraziləri ələ keçirməsi ilə başlamış, onların İraqdakı bütün torpaqlarını itirməsinə qədər davam etmişdir. 2017-ci ildə soyqırım kimi tanınıb, 2018-ci ildə isə İraq türkmən qız və qadınlarının cinsi köləliyi Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınıb. Bəzi türkman milli azlıq və insan haqları təşkilatları repressiyanın türkofob xarakteri daşıdığını bildirmişdir. Türkmanlar İraqda üçüncü ən böyük etnik qrupdur. Onlar türk mənşəlidirlər və cənubdan ərəblər, şimaldan isə kürdlərlə əhatə olunmuş tarixi Türkməneli regionunda yaşayırlar. Onların əhalisi məzhəb baxımından sünni və şiə arasında demək olar ki, bərabər bölünür və bu, repressiyada rol oynayan əsas amillərdəndir. Həm sünni türkmənlər, həm də şiə türkmənlər İŞİD-in hədəfinə çevrilib. Türkmanlar əvvəllər Altınkörpü qətliamı, Gavurbağı qətliamı, 1924-cü il Kərkük qətliamı və 1959-cü il Kərkük qətliamı kimi repressiv hadisələrin hədəfi olmuşdular. İŞİD-in 2014-cü ilin iyununda Şimali İraqa hücumu zamanı əhalisinin mühüm bir qismi türkman olan Mosul, Təlafər, Tikrit şəhərləri, Kərkük və Diyalə mühafəzələrinin bir hissəsi kimi bir çox ərazini ələ keçirmişdir.
Türkmən (etnonim)
Türkmən və ya türkman — orta əsrlərdə oğuz türk mənşəli xalq üçün geniş istifadə olunan termin. Oğuz türkləri VIII əsrdə Mərkəzi Asiyada, Aral və Xəzər dənizləri arasında yerləşən ərazidə tayfa konfederasiyası yaradan və türk dil ailəsinin oğuz qolunda danışan qərbi türk xalqı idi. Qədim və tanış olan "türk" adı, həmçinin "Bayat", "Bayandur", "Əfşar", "Qayı" kimi tayfa adları ilə yanaşı, əslən eksonim olan "türkmən" sözü son orta əsrlərə aiddir. X əsrdə islam mənbələri oğuz türklərini şamanist və ya buddist türklərdən fərqli olaraq müsəlman türkmənlər adlandırırdılar. Bu, oğuz türklərinin əksəriyyəti müsəlman olduqları üçün XII əsrdə Bizans vasitəsilə Qərb dünyasının istifadəsinə daxil olmuşdur. Sonralar "oğuz" termini oğuz türklərinin özləri arasında tədricən "türkmən" ilə əvəz edilmiş və beləliklə, eksonim endonimə çevrilmiş və bu proses XIII əsrin əvvəllərində tamamlanmışdır. Bu termin Yaxın Şərqdə tarixi perspektivdə Mərkəzi Asiya türkmənlərinə (Türkmənistan türkmənlərinə) yox, Anadolu, Azərbaycan və ümumiyyətlə, Yaxın Şərqin oğuz köçərilərinə aid edilir. Anadoluda son orta əsrlərdən etibarən "türkmən" sözünün yerini Osmanlı imperiyası və onun hakim sülaləsinin adından gələn "Osmanlı" termini almışdır. Bu, Azərbaycan xalqının subetnik qrupu olan tərəkəmə yarımköçəri tayfalarının endonimi kimi qalır. Bu gün Azərbaycan, Qaqauziya, Türkiyə və Türkmənistan sakinlərinin əhəmiyyətli qismi oğuz türklərinin törəmələridir və danışdıqları dillər türk dil ailəsinin oğuz qrupuna aiddir.
Türkmən incəsənəti
Türkmən dövrü incəsənəti və ya Türkmən incəsənəti — İran, İraq, Anadolu kimi ərazilərdə türkmənlərin hakimiyyəti və ya hamiliyi altında yaradılmış incəsənət. Səlcuqilər dövründən bəri sülalənin sultanları öz güclərini gücləndirmək üçün Yaxın və Orta Şərqin bəzi yerlərində hərbi məskənlər yaratmışdılar. Suriya, İraq və Şərqi Anadoluda böyük türkmən məskənləri yaradılmışdır. Malazgird döyüşündən sonra oğuzlar Anadolu və Azərbaycanda geniş şəkildə məskunlaşdılar. Artıq XI əsrdə türkmənlər Arranda sıx məskunlaşmışdılar. Məhz həmin dövrdə Bizans vasitəsilə "türkman" sözü Qərb dünyasının istifadəsinə daxil olmuşdur. Sonralar "oğuz" termini oğuz türklərinin özləri arasında ardıcıl olaraq "türkmən" termini ilə əvəz olunmuş, bununla da endonimə çevrilmişdir. Bu proses XIII əsrin əvvəllərində tamamlanmışdır. Bu termin Yaxın Şərqdə tarixi perspektivdə Mərkəzi Asiya türkmənlərinə (Türkmənistan türkmənlərinə) yox, Anadolu, Azərbaycan və ümumiyyətlə, Yaxın Şərqin oğuz köçərilərinə aid edilir. Türkmən kitab sənəti ənənəsi çox dar bir şəkildə öyrənilmiş, xəttatlıq, təzhib və cidlləməyə yox, daha çox miniatürlərə fikir verilmişdir.
Türkmən üslubu
Türkmən dövrü incəsənəti və ya Türkmən incəsənəti — İran, İraq, Anadolu kimi ərazilərdə türkmənlərin hakimiyyəti və ya hamiliyi altında yaradılmış incəsənət. Səlcuqilər dövründən bəri sülalənin sultanları öz güclərini gücləndirmək üçün Yaxın və Orta Şərqin bəzi yerlərində hərbi məskənlər yaratmışdılar. Suriya, İraq və Şərqi Anadoluda böyük türkmən məskənləri yaradılmışdır. Malazgird döyüşündən sonra oğuzlar Anadolu və Azərbaycanda geniş şəkildə məskunlaşdılar. Artıq XI əsrdə türkmənlər Arranda sıx məskunlaşmışdılar. Məhz həmin dövrdə Bizans vasitəsilə "türkman" sözü Qərb dünyasının istifadəsinə daxil olmuşdur. Sonralar "oğuz" termini oğuz türklərinin özləri arasında ardıcıl olaraq "türkmən" termini ilə əvəz olunmuş, bununla da endonimə çevrilmişdir. Bu proses XIII əsrin əvvəllərində tamamlanmışdır. Bu termin Yaxın Şərqdə tarixi perspektivdə Mərkəzi Asiya türkmənlərinə (Türkmənistan türkmənlərinə) yox, Anadolu, Azərbaycan və ümumiyyətlə, Yaxın Şərqin oğuz köçərilərinə aid edilir. Türkmən kitab sənəti ənənəsi çox dar bir şəkildə öyrənilmiş, xəttatlıq, təzhib və cidlləməyə yox, daha çox miniatürlərə fikir verilmişdir.