Rövşən et xanəmizi bir gecə təşrifinlə.
□ Təşrif aparmaq – getmək (hörmət və nəzakət məqamında işlənir).
Xülasə, axırda övrət təşrif aparır.
[Hacı Murad:] Bu gün-sabah [İmanqulu] təşrif aparacaqdır.
Təşrif gətirmək (etmək, buyurmaq) – gəlmək, buyurmaq (hörmət və nəzakət məqamında işlənir).
Səfalar gətirib, təşrif buyurdun; Qədəm basdın bizə, qurban olduğum.
[Əmrulla:] Yeri, bircə o Gülbadam xanıma de ki, özək komisyonu gözləyir, zəhmət çəkib təşrif gətirsin.
Təşrif qılmaq – bax təşrif gətirmək. [Abbas:] Başına döndüyüm, ay Əsmər xanım; Təşrif qılıb sən bu bağa xoş gəldin! “Abbas və Gülgəz”.