TƏŞRİF

is. [ ər. ] Öz gəlişi ilə bir şəxsi və ya yeri şərəfləndirmə; gəlmə, gəliş, buyurub gəlmə.
Rövşən et xanəmizi bir gecə təşrifinlə. S.Ə.Şirvani.

□ Təşrif aparmaq – getmək (hörmət və nəzakət məqamında işlənir).
Xülasə, axırda övrət təşrif aparır. C.Məmmədquluzadə.
[Hacı Murad:] Bu gün-sabah [İmanqulu] təşrif aparacaqdır. S.S.Axundov.

Təşrif gətirmək (etmək, buyurmaq) – gəlmək, buyurmaq (hörmət və nəzakət məqamında işlənir).
Səfalar gətirib, təşrif buyurdun; Qədəm basdın bizə, qurban olduğum. M.P.Vaqif.
[Əmrulla:] Yeri, bircə o Gülbadam xanıma de ki, özək komisyonu gözləyir, zəhmət çəkib təşrif gətirsin. C.Cabbarlı.

Təşrif qılmaq – bax təşrif gətirmək. [Abbas:] Başına döndüyüm, ay Əsmər xanım; Təşrif qılıb sən bu bağa xoş gəldin! “Abbas və Gülgəz”.
TƏŞNƏ
TƏŞRİFAT

Digər lüğətlərdə