1. Keçmişdə: padşahların, feodalların saraylarında gülməli hərəkətləri və zarafatları ilə öz ağalarını və onların qonaqlarını əyləndirən şəxs. Saray təlxəyi.
– Təlxəklər bütün kələklərini meydana qoydular.
2. Keçmişdə: meydanlarda, küçələrdə və s. yerlərdə gülməli nömrələr göstərən şəxs; oyunbaz.
[Təlxək] üzünə dəridən bir üzlük taxıb, aşağıda oyun çıxarar və yamsılamaqla pul yığardı.
// Adamları güldürən, əyləndirən, zarafatcıl adam.
[Ədhəm] istedadlı bir təlxək idi, həm özü gülürdü, həm də başqalarını güldürürdü.
[Məsumə Firəngizə:] Burax [Köçərini] getsin, təlxəyin birisidir, dilinə dil çatdıra bilməzsən.