TƏNASÜB

is. [ ər. ] Uyğunluq, mütənasiblik; aralarında uyğunluq və münasiblik olma, bir-biri ilə tutma, bir-birinə yaraşma.
[Qızın] dalğın baxışı, vücudunun tənasübü hər kəsi … özünə baxmağa məcbur edərdi. S.Hüseyn.
Mehriban çox gec-gec gülümsəyir, gülümsəyəndə də üzündəki tənasüb pozulur. H.Seyidbəyli.

Синонимы

  • TƏNASÜB uyğunluq — tarazlıq — həmahənglik
  • TƏNASÜB boy-buxunluq — qamət
TƏN
TƏNASÜBSÜZ
OBASTAN VİKİ
Nisbət və tənasüb
A ədədinin B ədədinə bölünməsindən alınan qismətə A ədədinin B ədədinə nisbəti deyilir. Yəni, nisbət, B ədədinin A ədədinin daxilində neçə dəfə yerləşdiyini əks elətdirir(A:B). Məsələn, əgər bir səbətdə 8 ədəd naringi, digər səbətdə 6 ədəd limon varsa, onda, naringilərin sayının limonların sayına nisbətini 8:6 ( 4:3 nisbətinə ekvivalentdir) şəklində göstərəcəyik. Bu nümunədə həmçinin, limonların sayının naringilərin sayına nisbətini 6:8 ( və ya 3:4) şəklində, naringilərin sayının bütün meyvələrin sayına nisbətini isə 8:14 (və ya 4:7) şəklində yazmaq olar. Nisbəti təşkil edən ədədlər istənilən oxşar kəmiyyətlər ola bilər, məsələn , obyektlərin nisbəti, insanların nisbəti, düzbucaqlının eni ilə uzunluğunun nisbəti və s. A ədədinin B ədədinə nisbətini kəsr kimi A B {\displaystyle {A \over B}} şəklində yazmaq olar. Bu kəsri istər adi, istərsə də onluq kəsr şəklində göstərmək mümkündür. İki nisbətin bərabərliyinə Tənasüb deyilir. A ədədinin B ədədinə nisbəti (A:B) , C ədədinin D ədədinə nisbətinə (C:D) bərabərdirsə, bu tənasübü aşağıdakı kimi quracağıq: A:B=C:D A,B,C və D bu tənasübün hədləri adlanır. A və D tənasübün kənar hədləri, B və C isə orta hədləri adlanır.

Значение слова в других словарях