TƏRİQƏTÇİLİK
TƏRKİ-ADƏT
OBASTAN VİKİ
Tərk
Tərk (farsca: تَرك) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanında şəhər. Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. 1390 hicri (2011) ilində İranda gərçəkləşən umumi sayıma görə (سرشماری عمومی نفوس و مسکن سال 90) şəhərdə yaşıyanların sayısı 2406 başdır. Tanınmış şair Həbib Sahir bu şəhərdə anadan olub və sonra ata və anası ilə Təbrizə köçüb.
Tərk (dəqiqləşdirmə)
Tərk
Tərk (Ərdəbil)
Tərk (fars. ترك‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 112 nəfər yaşayır (24 ailə).
Tərk daş məscidi
Tərk daş məscidi (fars. مسجد سنگی ترک‎) — İranın Şərqi Azərbaycan ostanında, Miyanə şəhərindən 29 km məsafədə yerləşən tarixi abidə. Tikilmə tarixi haqqında dəqiq məlumat yoxdur. Bina 1969-cu ildə İranın Mədəniyyət və Elm nazirliyi tərəfindən 868 nömrəsi ilə tarixi abidələr siyahısında qeydə alınmışdır. Tərk daş məscidi Miyanə şəhərindən 29 km aralıda Tərk kəndində yerləşən tarixi abidədir. Məscidinin günümüzə hər hansı bir kitabəsi gəlib çatmadığı üçün tikilmə tarixi haqqında əlimizdə dəqiq məlumat yoxdur, lakin bəzi tarixçilərə görə abidə Həsən ibn Əli dövründə inşa edilib. Bir digər tarixçilər isə tikilmə tarixini VI əsrə, digərləri VIII əsrə aid edir. Buna səbəb Şeyx Səfiəddin Ərdəbilinin qeydlərində məscidin VII əsrdə mövcud olması ilə bağlı yazıdır. Abidənin Elxani hökmdarı Sultan Məhəmməd Xudabəndə dövründə inşa edildiyi fikrini irəli sürən tarixçilər də var. İranın Mədəni İrs təşkilatı məscidi Elxani dövrü memarlıq abidəsi kimi qeydə alıb.
Tərk-i Viran (Sayınqala)
Tərk-i Viran (fars. ترك ويران‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 267 nəfər yaşayır (49 ailə).
Xrizantema (TƏRK)
Xrizantema (rus.: “Хризантема”; ing.: “Chrysanthemum”; az.: “Payızgülü”) Rusiya istehsalı tank əleyhinə özüyeriyən raket kompleksidir. Xrizantema hazırkı və gələcək nəsil tanklarla, həmçinin helikopter və digər aşağı hündürlükdə uçuş həyata keçirə bilən hava hədəflərilə mübarizə aparmaq və onları məhv etmək məqsədilə hazırlanmışdır. NATO kod adı AT-15 Springer olan bu texnikada 9M123 raketlərindən istifadə olunur. “Xrizantema-S” tank əleyhinə özüyeriyən raket kompleksi mühəndis istehkam qurğuları, hava hədəfləri, canlı qüvvələrin sığınacaqlarda və açıq meydanlardakı hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub. “Xrizantema-S” döyüş komplektində lazer və radiosiqnalla idarə olunan 4 fərqli raket tipi, habelə axtarış radarı və optik nişangah yer alır. BMP-3 döyüş maşınlarının şassisi üzərində yerləşməsi onun manevr imkanlarını daha da artırır. “Xrizantema-S” istənilən müdafiə səviyyəsinə malik olan tankları məhv edə bilir. Sistem tankları izləyib yerini müəyyən etmək üçün iki radara malikdir. “Xrizantema-S”in 6 min metrdən endirdiyi raket zərbəsi qarşısında heç bir tank və digər zirehli texnika davam gətirə bilməz. Həmçinin “Xrizantema-S”in raket kompleksi qalınlığı 3 metr olan beton təbəqə ilə örtülmüş dotu da darmadağın edə bilir.
Dünyа əhаlisinin dini tərkibi
Dəmirporfirin tərkibli biomimetik katalizatorlar
Dərbənd şəhəri əhalisinin etnik tərkibi
Flüor tərkibli monomerlər
Aromatik poliamidlərin sintezində istifadə olunan monomerlər Tere- və izoftar turşularından alınan aromatik poliamidlər alifatik poliamidlərdən (məsələn, poliamid-6 və -6,6) daha yüksək ərimə temperaturuna malik olması ilə fərqlənir: bir qayda olaraq bu göstərici 573 K-dən yüksək olur. Belə ki, tereftal turşusunun N,N-difenil-p- fenilendiaminlə kondensləşməsi zamanı ərimə temperaturu 663 K olan lifəmələgətirən polimer alınır. Tereftal turşusu ilə pepetazindən alınan lifəmələgətirən polimerin ərimə temperaturu 623-673 K-dir. Tereftal turşusundan alınan poliamidlər izoftal turşusu əsasında poliamidlərlə müqayisədə daha yüksək ərimə temperaturuna malikdir. Məsələn, 2,5-dimetilpiperazinin (trans-forma) vakumda tereftal turşusu ilə qarşılıqlı təsirdən parçalanma temperaturu 673 K-dən yüksək olan lifəmələgətirən polimer alınır. İzoftal turşusu əsasında hazırlanmış analoji polimer 588 K ərimə temperaturuna malikdir. Tereftal turşusu ilə 4,4-diaminditsikloheksilmetandan sintez olunmuş lifəmələgətirən polimer 648 K-də əriyir. İzoftal turşusunun müvafiq polimerinin ərimə temperaturu 473 K-ə bərabərdir. Aromatik dikarbon turşuları ilə piperazinlərdən polimerlərin alınmasında müvafiq turşulardan və yaxud onların törəmələrindən: efirlər, anhidridlər, xloranhidridlər, amidlərdən istifadə olunur. Tsikloalifatik diaminlərdən poliamidlər sintez etmək üçün turşulardan, aromatik diaminlərdən sintez üçün isə turşuların xloranhidridlərindən istifadə edilir.
Hüceyrənin kimyəvi tərkibi
Hüceyrənin kimyəvi tərkibi — Cansız təbiətlə müqayisədə hüceyrədə canlı təbiət üçün səciyyəvi olan hər hansı bir xüsusi kimyəvi element yoxdur. Bu səbəbdən də atom səviyyəsində canlı və cansızlar arasında heç bir fərq yaranmır. Bu, canlı və cansız təbiətin vəhdətini göstərir. Onlar arasında fərq yalnız molekulyar səviyyədə meydana çıxır. == Hüceyrәnin element tәrkibi == Dövri sistemdə olan təxminən 110 elementdən 80-ə qədəri hüceyrədə rast gəlinir. Lakin bunlardan yalnız 27 elementin hüceyrədə müxtəlif funksiya yerinə yetirdiyi müəyyən edilmişdir. Hüceyrədə kütlə payı 0,001%-dən çox olan elementlər makroelementlәr, 0,001%-dən 0,000001%-ə qədər olanlar isə mikroelementlәr hesab olunur. Canlılarda rast gəlinən 4 əsas elementdən (О, С, Н, N) sonra beşinci yeri kalsium tutur. Yaşlı insanda sutka ərzində sümük toxumasından 700 mq kalsium çıxarılır və bir o qədər də yenidən toplanır. Bu səbəbdən sümük toxuması dayaq funksiyasından başqa, həm də kalsium və fosfor deposu rolunu oynayır.
Neft xammalının əsas tərkibi və emal üsullarının xarakteristikası
Qarabağın etnik tərkibi
14 may 1805-ci il tarixində Qarabağ xanı İbrahim Xəlil xan ilə Rus generalı Pavel Sisianov arasında imzalanan Kürəkçay müqaviləsindən sonra Qarabağ xanlığı Rusiya İmperiyasının tərkibinə qatılır və bununla da ermənilərin Qarabağa kütləvi miqrasiyası başlamışdır. 1811-ci ildə: ermənilər – 20,8%, müsəlmanlar – 79%; 1823-cü ildə: ermənilər – 21,7%, müsəlmanlar – 78% təşkil edirdi. Bu göstəricilər 10 fevral 1828-ci il tarixində Qacar dövlətinin şahzadəsi Abbas Mirzə ilə general İ.F.Paskeviç arasında imzalanmış Türkmənçay müqaviləsindən sonra əhəmiyyətli dərəcədə dəyişilir. 1830-cu ildə ermənilərin sayı artıq 33%, müsəlmanların sayı isə 66 ,6% təşkil edirdi. 1828–1830-cu illərdə İran və Türkiyədən 140.000-ə yaxın erməni Cənubi Qafqaza köçürüldü. Onların böyük hissəsi Qarabağda yerləşdirildi. İran və Türkiyədən kütləvi miqrasiya, xüsusilə Rusiya hökumətinin onlar üçün yaratdığı əlverişli iqtisadi şərait nəticəsində köçkünlərin arasında doğum sayının artması ilə yanaşı, XIX əsrin ikinci yarısında ermənilər və müsəlmanlar arasında nisbətin dəyişməsinə gətirib çıxardı. 1889-cu il: ermənilər −45,5%, müsəlmanlar-54%; 1897-ci il: ermənilər −41,5%, müsəlmanlar −57%; 1914-cü il: ermənilər −41%, müsəlmanlar −55%. Aşağıda təqdim olunan cədvəllərdə Qarabağın etnik tərkibindəki dəyişiliklər aydın müşahidə olunur. 1889–1914-cü illər ərzində Qarabağ əhalisinin etnik-dini tərkibinin hesablanması əhalinin etnik-dini mənsubiyyətinə görə 1867-ci ildə keçmiş Qarabağ xanlığı torpaqlarında yaradılmış Yelizavetpol (Gəncə) quberniyasının dörd qəzasında-Şuşa, Cəbrayıl (Karyaginski), Cavanşir və Zəngəzur qəzalarında həyata keçirilmişdir.
Qazaxıstan Rusiya imperiyasının tərkibində
Qazaxıstanın rus müstəmləkəçiliyi 1731-ci ildə Rusiyanın Gənc Kiçik Xan Əbülxairi ilhaq etməsi ilə başladı. Bu proses 130 ildən çox davam etdi və 1960-cı illərin ortalarında başa çatdı. 1731-1860-cı illərdə Qazaxıstan Rusiyaya, yalnız formal olaraq tabe idi, qəbilə və qəbilələrin hökmdarları müstəqil bir siyasət yürüdürdülər. Çar hökuməti xalq üsyanlarını vəhşicəsinə yatırsa da, ölkənin daxili işlərinə qarışmırdı (məhkəmə, qəbilələrarası məsələlər). Nüfuzlu insanlara və qəbilə rəhbərlərinə maaş və rütbələr verməklə, inzibati islahatlar aparmaqla və yerinə yetirməyənləri cəzalandırmaqla hakimiyyətini gücləndirdi. 1822 "Sibir qazaxlarının nizamnaməsi", 1824 "Orenburq Qazaxlarının Nizamnaməsi" Qazaxıstan torpaqlarının idarəetmə qaydasını müəyyənləşdirdi. Bu qanunlara görə Orta və Kiçik Juz xanlıqları ləğv edildi. Kiçik Juz xanlığını Rusiyadakına bənzər bir inzibati sistem əvəzlədi. Orta Juzda "böyük sultan" ın hakim vəzifəsi gətirildi. Daxili rayonlar yaradıldı.
Qazaxıstan əhalisinin etnik tərkibi
Sayı - 18 838 730 nəfər 01.08.2020
Sintszyan-Uyğur muxtar rayonu əhalisinin etnik tərkibi
Bu məqalə Sincan-Uyğur Muxtar Rayonunun əhalisinin sayı, sosial-demoqrafik xüsusiyyətləri haqqındadır. 1 noyabr, 2010-cu il siyahıyaalınmasına əsasən əhalinin yaş qrupları üzrə bölünməsi; 1 noyabr 2010-cu il siyahıyaalınmasına əsasən muxtar rayon ərazisində Çində rəsmən tanınan bütün 56 etnik qrupun nümyanəndələri yaşamaqdadır. Muxtar rayonda dövlət tərəfindən rəsmən tanınan 7 türk xalqının nümayəndələri yaşayır və onlar rayondakı ümumi əhalinin 53.25%-ini təşkil edirlər.
Suriya əhalisinin etnik tərkibi
Suriya Mərkəzi Statistika Bürosunun rəsmi "əhali saatı"na görə 22 sentyabr 2015-ci il tarixinə ölkə əhalisinin sayı 23.394.783 nəfər təxmin edilir. Ancaq digər mənbələrdə göstərilən məlumatlar fərqlidir. Mərkəzi Kəşfiyyat İdarəsi Ümumdünya faktlar kitabında 2014-cü ilin iyul ayına, ABŞ Siyahıyaalma Bürosu isə 2015-ci ilin iyul ayına Suriya əhalisini təqribən 17.065 milyon nəfər təxmin edir. Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Əlaqələndirmə İdarəsinə görə 2015-ci ilin sentyabr ayına olan məlumatlara əsasən təqribən 4.1 milyon nəfər Suriyanı tərk etmiş, 7.6 milyon nəfər isə ölkə içində məcburi köçkünə çevrilmişdir, həmçinin ölkədə 12.2 milyon insan humanitar yardıma ehtiyac duymaqdadır. Suriyalı qaçqınların sayca ən böyük hissəsi Türkiyədə sığınacaq tapmışdır. Əgər 29 aprel 2011-ci ildə Türkiyəyə ilk sığınan qaçqın qrupun sayı 252 nəfər idisə bu rəqəm 2015-ci ilin avqust ayının ilk ongünlüyündə 1.905.984 nəfəri, həmin ayın 25–ində isə 1.938.999 nəfəri ötmüşdür və sentyabr ayının ikinci ongünlüyünə olan rəsmi məlumata əsasən 2.225.147 nəfər təşkil edir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumatlarına əsasən Türkiyədən sonra ən çox Suriyalı qaçqın qəbul edən ölkələr Livan (25 avqust 2015; 1.113.941 nəfər), İordaniya (17 sentyabr 2015; 628.887 nəfər), İraq (13 sentyabr 2015; 248.503 nəfər) və Misirdir (5 iyul 2015; 132.375 nəfər); həmçinin 2011-ci ilin aprel ayından 2015-ci ilin avqust ayınadək Avropa qitəsinin 37 ölkəsində qeydə alınmış Suriyalı qaçqınların sayı 428.735 nəfərə çatmışdır. Suriya Mərkəzi Statistika Bürosunun məlumatlarına görə: — Siyahıyaalınmalara və 2005–2011-ci illərin ortalarına olan cari hesablamalara əsasən Suriya əhalisinin sayı: — 2004-cü siyahıyaalınması yekunlarına əsasən Suriyanın I dərəcəli inzibati vahidlərində əhali sayı: — Suriyanın I dərəcəli inzibati vahidlərində 2011-ci ilin ortasına təxmin edilən əhali sayı: — Suriyanın I dərəcəli inzibati vahidlərində 2011-ci ilin sonuna təxmin edilən əhali sayı: Suriya Mərkəzi Statistika Bürosunun məlumatlarına görə 2011-ci ilin ortasına təxmin edilən əhalinin yaş strukturu: 2004-cü siyahıyaalınması yekunlarına əsasən Suriyanın I dərəcəli inzibati vahidləri üzrə şəhər və kənd əhalisinin sayı və inzibati vahidlərin ümumi əhalisi içində nisbətləri: 2004-cü il siyahıyaalınmasına əsasən ölkənin ölkədə 112–si şəhər yaşayış yeri, 5.976–sı isə kənd olmaqla cəmi 6.088 yaşayış yeri vardır. Şəhərlərdən 14–ündə əhalinin sayı 100 mindən artıqdır. Suriyanın müasir sərhədləri daxilində danışılan dillər və ya etnik mənzərə haqqında bütün rəsmi məlumatlar müasir Suriya ərazisinin Fransa mandatı altında olduğu dövrə (1920–1946) aiddir.
Türkiyə əhalisinin etnik tərkibi
Türkiyə əhalisi — məqalə Türkiyə əhalisinin demoqrafik xüsusiyyətləri haqqındadır. Türkiyə dövlətində etnik bölgü üzrə ətraflı araşdırma aparan Amerika Missioner təşkilatının "Joshua Layihəsi" araşdırması. MKİ-nin 2014-cü ilə olan təxminlərinə əsasən Türkiyə Republikası əhalisinin sayına görə dünyada 240 ölkə arasında 17-ci yerdə dayanmaqdadır. Türkiyənin 83.614.362 əhalisi vardır. "Ünvana bağlı əhali qeydiyyatı sistemi"nə görə 31 dekabr 2013-cü il tarixinə Türkiyə əhalisinin yaş qrupları üzrə bölünməsi; Türkiyə dövlətində etnik bölgü üzrə ətraflı araşdırma aparan Amerika Missioner təşkilatının "Joshua Layihəsi" araşdırması. Türkiyenin Etnik Yapısı: Halkımızın Kökenleri ve Gerçekler. Yazar: Ali Tayyar Önder. Araştırma & İnceleme Serisi: 1, Yayın No: 1. Genişletilmiş 16. Baskı.
Türkmənistan əhalisinin etnik tərkibi
Türkmənistan əhalisi — Türkmənistan Respublikasının sərhədlərinin daxilində yaşayan əhali. Türkmənistan dövlətinin sonuncusu 2006-cı ilin iyul ayının əvvəlində elan edilmiş rəsmi məlumatlarına əsasən ölkə əhalisi yüksək artım tempi ilə artmaqdadır, ancaq beynəlxalq təşkilatların məlumatları bu dövlətin rəsmi məlumatlarından fərqlidir. 10-21 yanvar 1995-ci il siyahıyaalnmasına əsasən Türkmənistanın de-yuri əhalisi 4.437.570 nəfər, de-fakto əhalisi isə 4.483.251 nəfər olmuşdur. De-fakto əhalinin yaş strukturu: hər iki cinsdən 0-4 yaşlarında olanlar: 674.693 nəfər hər iki cinsdən 5-9 yaşlarında olanlar: 619.381 nəfər hər iki cinsdən 10-14 yaşlarında olanlar: 516.995 nəfər hər iki cinsdən 15-19 yaşlarında olanlar: 455.727 nəfər hər iki cinsdən 20-24 yaşlarında olanlar: 414.632 nəfər hər iki cinsdən 25-29 yaşlarında olanlar: 366.538 nəfər hər iki cinsdən 30-34 yaşlarında olanlar: 351.856 nəfər hər iki cinsdən 35-39 yaşlarında olanlar: 281.039 nəfər hər iki cinsdən 40-44 yaşlarında olanlar: 204.313 nəfər hər iki cinsdən 45-49 yaşlarında olanlar: 126.864 nəfər hər iki cinsdən 50-54 yaşlarında olanlar: 97.136 nəfər hər iki cinsdən 55-59 yaşlarında olanlar: 114.232 nəfər hər iki cinsdən 60-64 yaşlarında olanlar: 91.473 nəfər hər iki cinsdən 65-69 yaşlarında olanlar: 73.263 nəfər hər iki cinsdən 70-74 yaşlarında olanlar: 43.818 nəfər hər iki cinsdən 75-79 yaşlarında olanlar: 22.707 nəfər hər iki cinsdən 80-84 yaşlarında olanlar: 15.942 nəfər hər iki cinsdən 85-89 yaşlarında olanlar: 5.813 nəfər hər iki cinsdən 90-94 yaşlarında olanlar: 2.611 nəfər hər iki cinsdən 95-99 yaşlarında olanlar: 639 nəfər hər iki cinsdən 100 və daha yuxarı yaşlarda olanlar: 722 nəfər hər iki cinsdən yaş kateqoriyasında təsnif edilməmişlər: 2.857 nəfər 2000-ci ilin əvvəlinə olan rəsmi təxminə əsasən 5,200,000 nəfər 1.5.2001 tarixinə olan rəsmi təxminə əsasən 5.410.000 nəfər 1.8.2001 tarixinə olan rəsmi təxminə əsasən 5.487.900 nəfər 1.01.2002 tarixinə olan rəsmi təxminə əsasən 5.640.000 nəfər 1.12.2004 tarixinə olan rəsmi təxminə əsasən 6.525.800 nəfər 2005-ci ilə olan rəsmi təxminə əsasən 6.746.500 nəfər 1.3.2006 tarixinə olan rəsmi təxminə əsasən 6.786.400 nəfər 1.7.2006 tarixinə olan rəsmi təxminə əsasən 6.836.500 nəfər 15–26 dekabr 2012-ci il tarixində ölkə müstəqillik qazandıqdan sonra ikinci Ümumtürkmənistan əhali siyahıyaalınması keçirilmişdir. 1995-ci il sa. görə Türkmənistan əhalisi 4.437.570 nəfərdir. Ahal vilayətində (Aşqabad şəhəri daxil) 1.189.775 nəfər Aşqabad şəhəri təxminən 531.000 nəfər (ümumi Ahal vilayəti 1.19 milyon nəfər) Marı vilayətində 1.017.226 nəfər Daşoğuz vilayətində 926.607 nəfər Lebap vilayətində 918.269 nəfər Balkan vilayətində 385.693 nəfər 2005-ci ilə olan rəsmi təxminə əsasən Türkmənistan əhalisi 6.746.500 nəfərdir. Aşqabad şəhərində 909.300 nəfər Ahal vilayətində 968.600 nəfər Marı vilayətində 1.519.000 nəfər Daşoğuz vilayətində 1.409.400 nəfər Lebap vilayətində 1.371.100 nəfər Balkan vilayətiində 569.100 nəfər Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial məsələlər üzrə şöbəsinin (ing. United Nations Department of Economic and Social Affairs) Statistika Bölümünün (ing. United Nations Statistics Division) məlumatlarına əsasən Türkmənistan əhalisi (de-fakto): 1996-cı ildə 4.569.000 nəfər 1998-ci ildə 4.859.000 nəfər 2000-ci ildə 4.891.598 nəfər 2001-ci ildə 4.973.962 nəfər 2002-ci ildə 5.051.817 nəfər 2003-cü ildə 5.123.940 nəfər 2011-ci ildə 5.105.301 nəfər 2013-cü ildə 5.240.000 nəfər Dünya Bankının məlumatlarına əsasən Türkmənistanın əhalisi: 1995-ci ildə 4.188.010 nəfər 1996-cı ildə 4.267.690 nəfər 1997-ci ildə 4.335.991 nəfər 1998-ci ildə 4.395.293 nəfər 1999-cu ildə 4.449.427 nəfər 2000-ci ildə 4.501.419 nəfər 2001-ci ildə 4.551.762 nəfər 2002-ci ildə 4.600.171 nəfər 2003-cü ildə 4.648.037 nəfər 2004-cü ildə 4.696.876 nəfər 2005-ci ildə 4.747.839 nəfər 2006-cı ildə 4.801.595 nəfər 2007-ci ildə 4.858.236 nəfər 2008-ci ildə 4.917.543 nəfər 2009-cu ildə 4.978.962 nəfər 2010-cu ildə 5.041.995 nəfər 2011-ci ildə 5.106.668 nəfər 2012-ci ildə 5.172.931 nəfər 2013-cü ildə 5.240.072 nəfər 2014-cü ildə 5.307.000 nəfər MKİ-nin Dünya Faktlar Kitabında verilən məlumatlara əsasən Türkmənistan əhalisi: iyul, 1995-ci il tarixinə 4.075.316 nəfər iyul, 1997-ci il tarixinə 4.229.249 nəfər iyul, 1998-ci il tarixinə 4.297.629 nəfər iyul, 1999-cu il tarixinə 4.366.383 nəfər iyul, 2000-ci il tarixinə 4.518.268 nəfər iyul, 2001-ci il tarixinə 4.603.244 nəfər iyul, 2002-ci il tarixinə 4.688.963 nəfər iyul, 2003-cü il tarixinə 4.775.544 nəfər iyul, 2005-ci il tarixinə 4.952.081 nəfər iyul, 2006-cı il tarixinə 5.042.920 nəfər iyul, 2007-ci il tarixinə 5.097.028 nəfər iyul, 2009-cu il tarixinə 4.884.887 nəfər iyul, 2010-cu il tarixinə 4.940.916 nəfər iyul, 2012-ci il tarixinə 5.054.828 nəfər iyul, 2013-cü il tarixinə 5.113.040 nəfər iyul, 2014-cü il tarixinə 5.171.943 nəfər MKİ-nin və Dünya Bankının məlumatlarına nəzər yetirildikdə aydın olur ki, Türkmənistan əhalisinin sayına dair təxminlər edilərkən 1995-ci ildə keçirilmiş rəsmi sayımın nəticələri nəzərə alınmamışıdır və bu səbəbdən bu təxminlər yalnışdır.
Tərkayış (Heris)
Tərkayış (fars. تركايش‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 432 nəfər yaşayır (104 ailə).
Tərkdərə (Sayınqala)
Tərkdərə (fars. ترك دره‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 135 nəfər yaşayır (25 ailə).
Tərkeş
Tərkeş — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 30 km cənub-şərqdə, Tikanlıçayın sağında, Oğuz-Qəbələ avtomobil yolunun sağında yerləşir. Sincan İnzibati Ərazi Dairəsinə daxildir. Tərkeş Oğuzda ən qədim yaşayış məskənlərindən biridir. Kəndin ərazisində respublika əhəmiyyətli arxeoloji və memarlıq abidələrindən Qədim Qəbiristanlıq (son orta əsrlər), Böyük Qala, Kiçik Qala (antik dövr), Tikanlı qoruq yaşayış yeri (III–VIII əsrlər) var. "Tərkeş" – etnotoponimdir. Göytürklərin bir qolu olan türkeş tayfasının adını əks etdirir. Bu tayfa haqqında "Türkün qızıl kitabı"nda geniş məlumat verilir. "Türk" – "hərəkətedənod"dur. Uruk-turuk (nəsil-kök), ətrak, tukyu, Terek (çay), tərk, struktur, strategiya, elektrik kimi sözlərin məzmunu da odla, hərəkətlə, həyata qovuşmaqla bağlıdır.
Dünya əhalisinin dini tərkibi
Dünya əhalisinin dini tərkibi — Dünya dinlərinin yaranması etnik sərhədlərin dini sərhədlərlə üst-üstə düşməməsini üzə çıxartdı. Sonrakı əsrlərdə dini mənsubiyyətlə etnik mənsubiyyət arasında əlaqə tam zəiflədi. Milli dinlər çox az qalmışdır. Onlara misal olaraq, erməni qriqorian kilsəsi, əksər yaponlar arasında yayılmış sintoizm, pəncablıların bir hissəsi arasında yayılmış sikxizm və s. göstərilə bilər. Adətən, müsəlman ölkəsi adlanan ölkələrdə müxtəlif dinlərin nümayəndələri yayılmışdır. Daha böyük parçalanma bir sıra xristian ölkələri üçün səciyyəvidir. Eyni xalqın bir neçə dini şaxəyə mənsub olması bu xalq daxilində mədəni-məişət fərqlərinin və etnokonfessional qrupların yaranmasına səbəb olur. Belə qruplara farslar arasında zərdüşt dininə sitayiş edənləri, Livan və Suriya ərəbləri arasında druzları və s. göstərmək olar.
Tərki şamxallığı
Tərki şamxallığı — X əsrdən 1867-ci ilədək Dağıstan ərazisində mövcud olmuş feodal dövlət. Övliya Çələbi bu xanlığın torpaqları üçün "Kumuğıstan" və "Dağıstan-i Qumuq" təbirlərini işlətmişdir. Şamxal dağlıq bölgədə iqamət edirdi. Şamxallığın mərkəzi Tərki kəndi idi. Şamxal Çobanın 1578-ci ildə ölümü üzərinə yerinə keçən oğlu Sultan But zamanında idarə mərkəzi Teymurxan-Şuraya köçürüldü. Bu xanlığın Dağıstanın ən şimalında yer alması, Qazan və Həştərxan xanlıqlarının yıxılmasının ardından daha cənuba enmə fürsəti tapan ruslarla qumuqların qarşı qarşıya gəlməsinə yol açdı. Qumuqlar, 1586-cı ildən etibarən başlayan Rus hücumlarına və işğal hərəkətlərinə qarşı, digər müsəlman Qafqaz xalqlarıyla birlikdə XVI–XVIII əsrlər arasında osmanlıların da dəstəyini alaraq XIX əsrin ikinci yarısına qədər sürəkli mübarizə apardılar. Tarixi mənbələrdə III Surxay Gəray şamxal Müzəffər oğlu "Şamxal-şah", "Dağıstan padşahı" titulları altında məşhurdur. Bu ləqəb (titul) altında müasirləri onu vətən qarşısında böyük xidmətlərini qeyd edib, etiraf ediblər. Hələ erkən uşaqlıq illərində atası Gəray şamxal Surxayı Böyük Şah Abbasa amanat vermişdi.
Kapitalın orqanik tərkibi
Marksist iqtisadi nəzəriyyədə kapitalın orqanik tərkibi — sabit nisbət ( c {\displaystyle c} ) və ( v {\displaystyle v} ) kapital. Daimi kapitalın payı nə qədər çox olarsa, kapitalın üzvi tərkibi bir o qədər yüksək olar. Kapitalın üzvi tərkibi artmağa meyllidir. Bu, kapitalın daimi hissəsinin artımı hesabına baş verir. Daimi kapitalın payı texnoloji tərəqqi, texnologiyanın təkmilləşdirilməsi, sənayenin avtomatlaşdırılması, robotlaşdırılması və kompüterləşdirilməsi hesabına artır. Kapitalın daimi hissəsinin artması dəyişən kapitalın payının azalmasına səbəb olur. Nəticədə işçi qüvvəsinə tələbin azalması və işsizliyin artması müşahidə olunur. Digər tərəfdən, kapitalın üzvi tərkibinin artması mənfəət dərəcəsinin azalmasına səbəb olur. Beləliklə, kapitalist istehsalının ziddiyyətli xarakteri üzə çıxır. Bir tərəfdən mənfəət güdərək sahibkarlar əmək məhsuldarlığını artırır və texniki tərəqqiyə töhfə verir, digər tərəfdən əmək məhsuldarlığının artması mənfəətin sürətini azaldır və işsizliyin artmasına səbəb olur.
Cinayət tərkibi
Cinayət tərkibi cinayət hüququnda təsbit edilmiş obyektiv və subyektiv əlamətlər məcmusu olub bu və ya digər ictimai təhlükəli əməli cinayət kimi müəyyən edir. Cinayət tərkibinin əlamətləri cinayət hüququnun ümumi və xüsusi hissələrinin normalarında təsbit edilmişdir. Onları dörd alt sistemə bölmək olar: obyekt və subyekt əlamətləri, cinayətin obyektiv və subyektiv tərəfi. Hər hansısa bir əməldə cinayət tərkibinin bütün əlamətlərinin olması onun cinayət kimi tanınması və onu törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır; cinayət tərkibi əlamətlərindən ən azı birinin olmaması isə əməlin cinayət olmadığını bildirir. == Cinayət tərkibinin əlamətləri və elementləri == Cinayət tərkibi əlamətlərdən və elementlərdən ibarətdir. Cinayətin elementi, əməlin cinayət kimi tanınması üçün zəruri olan minimal konkret hüquqi əhəmiyyətli əmlakdır. Əgər əməldə cinayət tərkibinin ən azı bir zəruri elementi yoxdursa, əməl bütövlükdə cinayət sayılmır. Tərkib əlamətinin şifahi təsviri cinayət hüququ normasının dispozisiyasında öz əksini tapmışdır. Cinayətin əlamətləri Cinayət Qanununun həm Ümumi, həm də Xüsusi hissələrinin normalarında təsbit edilə bilər: Ümumi hissədə bütün cinayətlərə xas olan əlamətlər, Xüsusi hissədə isə konkret cinayətlərə xas olan əlamətlər (əsasən bunlar obyektin əlamətləri və cinayətin obyektiv tərəfi). Kompozisiya elementi aşağıdakı tələblərə cavab verməlidir: o, digər əlamətlərlə birlikdə əməli ictimai təhlükəli və qanunsuz kimi xarakterizə etməli, onu digər oxşar cinayətlərdən fərqləndirməli, qanunda bilavasitə göstərilməli və ya hüquq normalarının mətnindən birbaşa irəli gəlməlidir.
Yanlış döngə 3: Ölümə tərk (film, 2009)
Yanlış döngə 3: ölümə tərk — 2009-cu ildə çəkilmiş qorxu, kriminal janrlı ABŞ filmi, "Yanlış döngə" film silsiləsinin davamı. Əylənmək istəyən bir qrup gənc Vircina meşələrində düşərgə qururlar. Aleks müvəqqəti olaraq dostlarından ayrılır. Geri qayıdanda isə təsadüfən bir məxluqun rəfiqəsini öldürərək yediyinin şahidi olur və burda tək olmadıqlarını anlayır. Gecə vaxtı isə bir qrup məhbusla qarşılaşır. Kimlərki həbsxanalarını dəyəşərək başqa yerə köçörüləcəklərdi. Lakin qəzaya düşərək burda ilişiblər. Onlarında başında Nid adlı gənc polis var hansıki məhbuslara nəzarət edir. Aleks hər şeyi danışır. İlk dəfə ona inanmasalarda sonradan gözlərinin qarşısında bir məhbusun məxluq tərəfindən necə qaçırıldığını görəndə vəziyyət dəyişir.

Значение слова в других словарях