T
TAAM
OBASTAN VİKİ
Ta' Qali
Ta' Qali — Maltada yerləşən kənd. İkinci Dünya Müharibəsi dövründə burada hərbi aerodrom yerləşirdi.
Ta-Dmeyrek
Ta-Dmeyrek (malta Ta' Dmejrek) — Malta dövlətinin ən hündür nöqtəsi. Hündürlüyü 253 metrdir. Faktiki olaraq Dinqli təpələrinin ən hüdür nöqtəsidir. Burada Dinqli kəndi yerləşir. Zirvə Malta adasının cənub-qərbiundə yerləşir. İlk əvvəllər Maltanın ən hündür nöqtəsi Dinqli kəndindən qərbdə yerləşən 232 metrlik zirvə hesab edilirdi. Sonradan isə bu zirvədən cənub-şərqdə yerləşən 235 metrlik zirvə olur. Bir müddət sonra 241 metr hündülüyə malik Maqdalena kapellası təyin edilir. Ta-Dmeyrek Maltanın ən hündür təbii zirvəsi olaraq təsdiq edilmişdir. "Ta' Dmejrek" (ingilis).
Ta-Seti
Ta-Seti (transkripsiyası Ta-kens, q.misir tȝ-stj; mənası: "Ox (silah) ölkəsi", "Satis (mineral) ölkəsi", "Satis (tanrıça) ölkəsi", "Əyrilmiş") — Yuxarı Misirin e.ə. XXIII–XXII əsrlərində yaranmış Nil çayı boyu yerləşən ən cənub vilayəti. Yunan-Roma dövründə Ombos ya Kom-Ombo nomu ,(lat. Nomos Ombites) adlandırılırdı. Nomlar misirşünaslar tərəfindən nömrələrlə təsnif olunduğuna görə Yuxarı Misirin birinci (I) nomu sayılır. Sülalə öncəsi dövrdə (e.ə. III minillikdə) vilayət Aşağı Nubiya, Sülalələr dövrü isə Elefantina kimi tanınırdı.
Conatan Ta
Conatan Ta (alm. Jonathan Tah‎; 11 fevral 1996, Hamburq) — Bundesliqa təmsilçisi "Bayer Leverkuzen" klubunda və Almaniya milli futbol komandasında, mərkəz müdafiəçisi mövqeyində çıxış edən peşəkar futbolçu.
Dövrün tapılması
İnformatikada dövrün tapılması iterativ funksiyalar ardıcıllığında dövrün tapılması üçün alqoritmik problemdir (alqoritmdir). Sonlu S {\displaystyle S} çoxluğunun özünə uyğun gələn, hər hansı bir f {\displaystyle f} funksiyası üçün, və eyni zamanda S {\displaystyle S} çoxluğundan olan x 0 {\displaystyle x_{0}} başlanğıc nöqtəsi üçün iterativ funksiyalar ardıcıllığı aşağıdakı kimidir: x 0 , x 1 = f ( x 0 ) , x 2 = f ( x 1 ) , … , x i = f ( x i − 1 ) , … {\displaystyle x_{0},\ x_{1}=f(x_{0}),\ x_{2}=f(x_{1}),\ \dots ,\ x_{i}=f(x_{i-1}),\ \dots } Nəticə etibarilə burada funksiyanın eyni qiyməti aldığı cütlük olmalıdır, yəni elə bir i {\displaystyle i} və j {\displaystyle j} cütlüyü olmalıdır ki, x i = x j {\displaystyle x_{i}=x_{j}} şərti ödənmiş olsun. Bu baş verən andan ardıcıllıq dövri olaraq x i {\displaystyle x_{i}} və x j − 1 {\displaystyle x_{j-1}} aralığında eyni ardıcıllığı təkrarlayacaqdır. Dövrün tapılması məsələsi f {\displaystyle f} və x 0 {\displaystyle x_{0}} -a görə i {\displaystyle i} və j {\displaystyle j} qiymətlərinin tapılmasıdır. Bu məsələnin həlli üçün müxtəlif alqoritmlər mövcuddur. Məsələn, Floydun "bağa və dovşan alqoritmi" iki göstəricinin müxtəlif sürətlərlə hərəkət etdirilməsi və onlarn hansısa bir nöqtədə rastlaşmasına əsaslanır. Brentin alqoritmi isə eksponensial axtarış üsuluna əsaslanıb. Hər iki alqoritm iki göstəricidən istifadə edir. Yaddaşı daha çox istismar etməklə hesablamaları bir qədər azaldan digər müxtəlif alqoritmlər də mövcuddur. Dövrün tapılması alqoritminin tətbiqi müxtəlifdir, nümunə olaraq psevdo-təsadüfi ədədlər generatoru, kriptoqrafik həş funksiyalar, ədədi üsullar üçün alqoritmlər, kompüter proqramlarında və konfiqurasiyalarında sonsuz dövrlərin tapılması və s.
Dünya tarixi
Dünya tarixi və ya insanlıq tarixi — bütövlükdə bəşər cəmiyyətinin inkişaf prosesi, bütün xalqların tarixində özünü göstərən qanunauyğunluqlar ilə səciyyələnir. Dünya tarixi prosesi bəşər cəmiyyətinin yaranması ilə başlayır və ümumi fərqləndirici xüsusiyyətlərdən asılı olaraq şərti olaraq xronoloji dövrlərə bölünür Bəzən dünya tarixi ayrı-ayrı ölkələrin tarixinin və ya özünəməxsus və nisbətən qapalı mədəniyyətlərin tarixlərinin məcmusu kimi başa düşülür. Bəşər tarixinin inkişafı iki yolla həyata keçirilir: kəşflərin və tapıntıların tədricən artması, həmçinin maddi və mənəvi təkamül dövrünü təşkil edən keyfiyyətli sıçrayışlar və ya inqilablar yolu ilə. Kənd təsərrüfatı (Neolit) inqilabı sivilizasiyaların, məskunlaşmış icmaların inkişafına, yəni köçəri həyat tərzindən (maldarlıq və yığım) əkinçiliyə keçdi. Bu qədim sivilizasiyalarda biliklərin nəsildən-nəslə maddi daşıyıcılarda ötürülməsinə imkan verən yazı icad edilmişdir. Bu, müxtəlif sənətkarlıqların inkişafına, əmək bölgüsünə və cəmiyyətin təbəqələşməsinə təkan verdi. Səpələnmiş yaşayış məntəqələri həyatı dəstəkləyən mənbələr — münbit təbii suvarılan torpaqlar, su (çaylar və göllər) və heyvandarlıq üçün bol otlaqlar ətrafında cəmləşmişdir. Nəqliyyat vasitələrinin təkmilləşdirilməsi də buna kömək etdi. Qədim icmaların bu təbii inkişaf prosesləri, min illər boyu inkişaf edən qonşu icmalar arasındakı rəqabət və qarşıdurmalarla müşayiət olunan vəziyyət dövlətlərin və daha sonra super güclərin (imperiyaların) yaranmasına səbəb oldu. Qədim dövrün sonunda Roma İmperiyasının Avropada süqutu orta əsrlərin başlanğıcı oldu.
Dünyamin Tağızadə
Dünyanı bəzəyən Abbasın tarixi
Tarixi-aləmarayi-Abbasi, Tarix-i aləmara-yi Abbasi (fars. تاریخ عالم‌آرای عباسی‎; azərb. Dünyanı bəzəyən Abbasın tarixi‎) — İsgəndər bəy Münşinin farsca yazdığı Səfəvilər xanədanlığının tarixindən bəhs edən və Səfəvi hökmdarı I Şah Abbasa ithaf olunmuş tarixi əsər. == Əsərin nəşrləri == Azərbaycan türkman tayfasından olan Səfəvi tarixçisi İsgəndər bəy Münşinin yazdığı "Dünyanı bəzəyən Abbasın tarixi" Azərbaycan tarixini öyrənmək üçün qiymətli ilkin mənbədir. İsgəndər bəy Münşi Şah Abbasın sarayında xidmət etmiş və bu əsərini fars dilində yazmışdı. Dünyanın tanınmış şərqşünasları öz tədqiqatlarında bu qiymətli ilk mənbəyə dönə-dönə istinad etmişlər. "Tarixi-aləmarayi-Abbasi" əsərinin farsca mətnindən götürülmüş ayrı-ayrı hissələr hələ XIX əsrdə rus şərqşünasları B.Dorn və V.V.Velyaminov-Zernov tərəfindən dərc olunmuşlar. Mənbənin Mirzə Şərif tərəfindən tərtib olunmuş üçcildlik ilk tam nəşri 1896-cı ildə Tehranda daşbasma üsulu ilə çap olundu. Əsərin sonrakı nəşrləri hazırlanarkən bu daşbasma (litoqrafik) çapı əsas götürülmüşdür. 1955-1956-cı illərdə İran alimi İrəc Əfşarın redaktəsi ilə "Tarixi-aləmarayi-Abbasi" ikinci dəfə iki kitaba sığışdırılmış üç cild halında işıq üzü gördü.
Dünyanın Tarixi Şəhərləri Liqası
Dünyanın Tarixi Şəhərləri Liqası — nadir mədəniyyəti və ənənələri, zəngin tarixi irsi olan şəhərlərin meriyaları tərəfindən yaradılmışdır. Bu təşkilat mədəniyyət, tarix, incəsənət, ekologiya sahəsində proqramların işlənib hazırlanması və həyata keçirilməsi məqsədilə 1994-cü ildə[mənbə göstərin] qurulmuşdur. Hazırda Dünyanın Tarixi Şəhərləri Liqasında planetimizin 126 şəhəri vardır. == Şəhərlər == Akra Aleksandriya Algiers Amsterdam Andong Afina Bağdad Ballarat Barselona Bordo Boston Bratislava Brüssel Budapeşt Buyeo Chengdu Chiang Mai Cologne Kordoba Krakov Cusco Dijon Dublin Edinburq Fez Florensiya Cenevrə Quadalaxara Gongju Gyeongju The Hague Hanoi Helsingborg Hue Iasi İsfahan İstanbul Qüds Kaesong Katmandu Kazan Kiyev Konya Kyoto Lahore Lissabon Lutsk (Ukraine) Lvov Melburn Mexico City Minsk Montpellier Monreal Nanjing Nara Nikosia Norwich Norwood Payneham and St Peters Odessa Osmanqazi Paris Praqa Kvebek Riqa Roma Santyaqo de Kompostela Şəki (Azərbaycan) Daşkənd Tunis Ulan Bator Varanasi Vyana Xian Yangon Yogyakarta Zaqreb Zhengzhou Sürix Azərbaycanın Şəki şəhərinin Dünyanın Tarixi Şəhərləri Liqasına üzv olması barədə 2008-ci il dekabrın 8-də təşkilatın prezidenti, Yaponiyanın Kyoto şəhər bələdiyyəsinin sədri Daisaku Kodokavadan gəlmiş təbrik məktubunda bildirilir ki, Dünyanın Tarixi Şəhərləri Liqasının İdarə Heyətinin 2008-ci ilin oktyabrında keçirilmiş iclasında Şəki təşkilata üzv qəbul edilmişdir.Azərbaycanın Şuşa şəhəri 14–16 noyabr 2022-ci il tarixlərində Cənubi Koreyanın Andonq şəhərində baş tutan18-ci Dünya Konfransı çərçivəsində keçirilən Baş Assembleyanın iclasında Tarixi Şəhərlər Liqasına daxil edilmişdir.
Düzənlik tapiri
Düzənlik tapiri; Yəhərli tapir; Braziliya tapiri (lat. Tapirus terrestris)) — Təkdırnaqlılar dəstəsinin tapirkimilər fəsiləsinin tapir cinsinə aid məməli heyvan növü. == Yarımnövləri == T. t. aenigmaticus T. t. colombianus T. t. spegazzinii T. t. terrestris == Yayılması == Düzənlik tapirinə Cənubi Amerikanın And dağlarının şərqində böyük bir ərazidə rast gəlinir. Onların arealı Kolumbiya və Venesueladan Braziliyanın cənubuna kimi, Paraqvay və Argentinanın şimal hissələrində olan əraziləri əhatə edir. Yaşayış yerləri meşələr, ilk növbədə onların həmişə su hövzələrinə yaxın yerlərdə olmağa çalışdıqları tropik meşələrdir.
Dədəli (Talin)
Dədəli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km məsafədə, Alagöz dağının qərb ətəyində yerləşir. Ermənilər buraya 1828-ci ildən sonra Türkiyədən köçürülüb. Toponim təkə türk tayfasının bir tirəsi olan dədə etnoniminə mənsubluq bildirən -li şəkilçisinin qoşulması əsasında əmələ gəlib. Cavanşir tayfasının bir qolu da dədəli adlanırdı. Bu tayfa Arasbar sancağında, Xan arxı kənarında qışlayıb, trəvan əyalətinin sərhəddində yaylayırdı. «Dədə tayfasının yaşadığı kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Yexnik qoyulmuşdur.
Dədəli (Talın)
Dədəli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km məsafədə, Alagöz dağının qərb ətəyində yerləşir. Ermənilər buraya 1828-ci ildən sonra Türkiyədən köçürülüb. Toponim təkə türk tayfasının bir tirəsi olan dədə etnoniminə mənsubluq bildirən -li şəkilçisinin qoşulması əsasında əmələ gəlib. Cavanşir tayfasının bir qolu da dədəli adlanırdı. Bu tayfa Arasbar sancağında, Xan arxı kənarında qışlayıb, trəvan əyalətinin sərhəddində yaylayırdı. «Dədə tayfasının yaşadığı kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Yexnik qoyulmuşdur.
Dəyişən cərəyan üçün taxıc yuvaları
Taxıc yuvası — taxıcla birlikdə elektrik naqilləri arasında birləşmə yaratmaq üçün istifadə edilir. Tixac yuvası ya divarda suvağın üst hissəsində,ya da divara batırılmış şəkildə tətbiq olunur. Bəzi hallarda o səyyar birləşmədə əlaqələndrici rolunu oynayır. Məsələn masalarda, uzadıcı məqsədilə naqillərin birləşdirilməsində. Gücləndirilmiş taxıc yuvaları da mövcuddur. Belə yuvalar güclü maşınların elektrik şəbəkəsi ilə birləşdirilməsi üçün tətbiq edilir. Gücləndirilmiş taxıclar həm bir fazalı, həm də üç fazalı şəbəkələri birləşdirmək üçün müxtəlif səviyyəli qoruyucu mexanzimlə təchiz olunurlar. Bir çox gücləndirilmiş taxıc yuvaları 220/380 V gərginliyində işləyə bilir. Onlarda kontakt üçün sərt zolaqlardan istifadə edilir. Keramikadan hazırlanmış taxıc yuvaları plastmasa nisbətən daha etibarlıdır, çünki onlar yanmırlar.
Eldar Tağızadə
Eldar Abdulla oğlu Tağızadə (6 sentyabr 1963, Bakı – 3 iyun 1992, Dağlıq Qarabağ) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eldar Tağızadə 1963-cü il 6 sentyabr Bakı şəhərində anadan olmuşdur. 1970–1980-ci illərdə Nəsimi rayonundakı 164 saylı məktəbdə təhsil almışdır. Məktəbi bitirən Eldar Bakı Dövlət Universitetinə daxil olur və 1985-ci il buranı fərqlənmə diplomu ilə bitirir. Daha sonra polis olmaq istəyən Eldar Səbail rayon polis idarəsində çalışmağa başlayır. 1989-cu ildə Sverdlovsk şəhərində kurs keçir və baş leytenant rütbəsini alır. Tağızadə Eldar Daxili İşlər Nazirliyi (Azərbaycan)ndə əməliyyat müvəkklili vəzifəsində çalışırdı. == Döyüşlərdə iştirakı == Cəsur polis işçisi tez-tez cəbhəyə gedir və girovların azad edilməsində iştirak edirdi. Eldarın sayəsində neçə-neçə insan girovluqdan azad edilmişdi. 1991-ci ildə ona kapitan rütbəsi də verilmişdi.
Eldar İsmayılov (tarixçi)
İsmayılov Eldar Rafiq oğlu (30 mart 1950, Bakı – 10 mart 2014) — azərbaycanlı tarixçi. == Həyatı == Eldar İsmayılov 30 mart 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973 – 1976-cı illərdə həmin universitetin aspiranturasında təhsil almışdır. 1977-ci ilin dekabrında MDU-da namizədlik, 1991-ci ilin fevral ayında isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1977-ci ildən ölümünə qədər fasiləsiz olaraq Azərbacan Dövlət Universitetində çalışır. Fəaliiyətinə universititin tədris hissəsinin rəisi kimi başlamışdır. 1983-cü ildə dosent, 1992-ci ildə isə professor elmi adına layiq görülmüşdür. 1986 – 1990-cı illərdə dissertasiya müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın elmi katibi, 1991–1994-cü illərdə isə həmin suranın sədri, 1990 – 1994-cü illərdə tarix fakültəsinin dekanı, 1996 – 1999-cu illərdə kafedra müdiri vəzifələrində işləmişdir. Uzun illərdir ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü idi.
Elm Tarixi (jurnal)
Elm Tarixi "History of Science" (jurnal) — Azərbaycan Respublikasında nəşr edilən beynəlxalq elmi-nəzəri araşdırmalar jurnalı. Müxtəlif elm və sahələrin tarixi, inkişafı, təsviri və elmi ixtira və kəşfləri haqqında elmi məqalələr qəbul və nəşr edir. == Jurnal haqqında == History of Science jurnalı 19/09/2018-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində № 4196 nömrəsi ilə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasında "elmlərin tarixi, təsnifi və təsviri" haqqında fənlərarası elmi jurnaldır. Jurnal həmçinin №12300 şəhadətnamə və 17/C-11838-21 nömrəsi ilə AR ƏMA-də qeydiyyatdan keçmişdir.
Elm Tarixi və Elmşünaslıq (Beynəlxalq elmi-nəzəri jurnal)
Elm tanrı axtarışında (kitab)
Elm Tanrı Axtarışında (ing. God's Undertaker) — Con Lennoksun "Elmi bestseller" silsiləsindən olan kitabı. 📌 Kitabda elmi debatların əsas mövzuları – kainatın mənşə və quruluşu, həyatın, onun əsas növlərinin necə yaranması və genetik kodun məlumatla zəngin məzmunu araşdırılır. Elm tarixinin bizə necə yanlış öyrədildiyi, elmin onların tərəfində olduğunu söyləyənlərin, əslində, necə əsassız danışdıqları, hər şeyi yaradan və hər an idarə edən bir Tanrının varlığının nə üçün elmi cəhətdən də ən tutarlı izah olduğu qeyd edilir. == Məzmun == "Bir sıra müasir şərhçilərə inanası olsaq, elm Tanrını bir küncə sıxışdırıb, öldürüb, sonra da hərtərəfli izahatları ilə dəfn edib. Onlar deyirlər ki, ateizm intellektual olaraq əsaslandırılmış yeganə mövqedir və Tanrını yenidən təqdim etmək üçün istənilən cəhd elmin tərəqqisinə mane ola bilər. Bu təşviqedici və düşündürücü kitabda Con Lennoks bizi bu cür iddiaları çox diqqətlə nəzərdən keçirməyə dəvət edir. O soruşur: "Doğrudanmı, elmdə hər şey məhz ateizmə işarə edir? Bəs mümkündürmü ki, teizm elmlə ateizmə nisbətən daha rahat uzlaşsın? Elm Tanrını dəfn edib, ya yox?" Kitabda elmi debatların əsas mövzuları – kainatın mənşə və quruluşu, həyatın, onun əsas növlərinin necə yaranması və genetik kodun məlumatla zəngin məzmunu araşdırılır.
Elm tarixi
Elm tarixi — elmin yaranmasını və elm fenomenini öyrənən tədqiqatlar. Elm elmi cəmiyyət tərəfindən dünya haqqında empirik, nəzəri və praktiki yolla toplanmış biliklər toplusudur. Elm tarixi həm obyektiv informasiyanı, həm də elmdə mövcud olmuş qeyri-obyektiv informasiyanı da toplayaraq tədqiq edir. Elmin tarixinin öyrənilməsi ilk növbədə saxlanılmış original və ya istinadən yenidən nəşr edilmiş mətnlər əsasında baş verir. «Elm» və «alim» terminləri istifadəyə XVIII—XX əsrlərdə daxil olub, ona qədər isə biliklərin hamısı toplam şəkildə «natural fəlsəfə» adlanırdı.
Elm və texnologiya tarixi
Elm və texnologiya tarixi - Təbii aləmi necə başa düşməyi tədqiq edən sahə (elm) və bunu necə manipulyasiya etmək bacarığı (texnologiya) əsrlər boyu dəyişmişdir. Bu akademik nizam intizam elmi innovasiyaların mədəni, iqtisadi və siyasi təsirləri tədqiq edir. == Elm və Texnologiya tarixini tədqiq edən Universitetlər == === Argentina === Buenos Ayres Texnologiya Institutu, Argentina, Elm və Texnologiyanın tarixi haqqında kurslar təklif edir. Milli Texnoloji İnstitutu, karyera təklif edən proqramları var. === Avstraliya === Sidney Universiteti tələbələr və aspirantlar üçün Təbiət elmləri fakültəsində tarix və fəlsəfə elmləri bölməsi tərəfindən aparılan tarix və fəlsəfə elmləri üzrə proqramlar təklif edir. === Belçika === Lyej Universitetində elm və texnikanın tarixi mərkəzi adlı kafedra var. === Kanada === Ottavada Karlton Universiteti "texnologiya, cəmiyyət və ətraf mühit" proqramı üzrə qədim elm və texnologiyanın kurslarını təklif edir. Toronto Universitetinin Elm və Texnologiyanın tarixi və fəlsəfəsi üzrə proqramı var. Nova Skotiyada, Halifaksda Kral Kollecinin Universitetində elm və texnologiyanın tarixi proqramı var. === Fransa === Nant Universitetinin fransız riyaziyyatçı François Vyetenin (1540-1603) adını daşıyan Centre François Viète adlı bölməsi var.
Elman Talıbov
Elman Talıbov (tam adı: Elman Eldar oğlu Talıbov; 2 noyabr 1985, Bakı) — "Nə? Harada? Nə zaman?" oyununun televiziya variantının və Breyn-rinq teleoyununun iştirakçısı. "Nə? Harada? Nə zaman?" oyununun 2019-cu ilinin yaz və 2020-ci ilinin payız seriyasının "Büllur bayquş" sahibi. 29 aprel 2019-cu il tarixində Azərbaycan gəncliyini beynəlxalq intellektual oyunlarda layiqincə təmsil etdiyinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Elmar Məhərrəmov (tarixçi)
Elmar Əli oğlu Məhərrəmov (d.9 iyul 1949, Sisian rayonu, Ermənistan SSR, SSRİ) — tarix üzrə fəlsəfə doktoru, AMEA A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin aparıcı elmi işçisidir. == Həyatı == Elmar Əli oğlu Məhərrəmov 1949-cu ildə iyul ayının 9-da keçmiş Ermənistan SSR-in Sisian rayonunda anadan olub. 1973–1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsində təhsil almışdır. 1975-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunda işləyir. 2002-ci il dekabrın 25-dən İnformasiya mərkəzinin rəhbəri idi. 2004–2014-cü illərdə Tarix üzrə Problem Şurasının elmi katibi olub. Hazırda yeni yaradılmış Qərbi Azərbaycan tarixi şöbəsinin aparıcı elmi işçisidir. 2001-ci ildə tarix üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir. Müasir Azərbaycan tarixinə dair bir sıra elmi məqalə, tezislər və dərs vəsaitinin, o cümlədən, ""Kommunist" qəzetinin yaranması və inkişafı (1920–1928-ci illər)" (rus dilində), ""Kommunist" qəzeti və Azərbaycan SSR kənd təsərrüfatının bərpası məsələləri" (1920–1928-ci illər)" (rus dilində), "Xalq qəzeti: yaranması və inkişafı tarixindən" (A. E. Məhərrəmli ilə müştərək), "Azərbaycan tarixinin bir əsrlik salnaməsi" adlı monoqrafiyaların, "Azərbaycan Respublikasının Dövlət rəmzləri" (akademik İ. H. Əliyevlə müştərək) kitabçasının, abituriyentlər üçün 3 yardımçı vəsaitin (t.e.n. R. S. Məlikovla müştərək), orta məktəblərin 9-cu sinfi üçün "Yeni tarix" dərsliyinin I hissəsinin müştərək müəllifidir, 60-dan artıq elmi məqaləsi və kitabları işıq üzü görüb.
Elməddin Talıbov
Elnur Talıbov
Elnur Tağıyev
Elxan Tağıyev
Elzamin Tağıyev
Erməni soyqırımı iddialarının tanınması
Erməni soyqırımının tanınması (ing. Armenian Genocide recognition) — Erməni soyqırımının dünya ölkələri tərəfindən tanınması prosesinə verilən ümumi ad.
Erməni soyqırımının tanınması
Erməni soyqırımının tanınması (ing. Armenian Genocide recognition) — Erməni soyqırımının dünya ölkələri tərəfindən tanınması prosesinə verilən ümumi ad.

Значение слова в других словарях