Elnur Gəgiş oğlu Talıbov (26 dekabr 1996; Lerik, Azərbaycan — 6 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Elnur Talıbov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Lerik, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2015-2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2020 2020 2020 2021 |
Elnur Talıbov 1996-cı il dekabrın 26-sı Lerikdə anadan olmuşdur. Lənkəran şəhəri 9 nömrəli tam orta məktəbdə təhsil almışdır. Subay idi.
2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Aprel döyüşlərində iştirak etmiş və göstərdiyi şücaətə görə fəxri fərman və təşəkkürnamə ilə təltif olunmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Elnur Talıbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi çərçivəsində Füzulinin azad edilməsi və Hadrutun azad edilməsində iştirak etmiş və qəlpə yarası alaraq həlak olmuşdur.
2020-ci il noyabrın 1-i Lənkəran şəhərində dəfn olunmuşdur.
Əsgər Talıbov Elnur Gəgiş oğlu ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 dekabr tarixli 2349 nömrəli Sərəncamı ilə "Vətən uğrunda" medalı, Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2362 nömrəli Sərəncamı ilə "Füzulinin azad olunmasına görə" medalı, Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2364 nömrəli Sərəncamı ilə "Xocavəndin azad olunmasına görə" medalı və Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli Sərəncamı ilə "Cəsur döyüşçü" medalı ilə təltif olunmuşdur.[1][2][3][4]