Tabasaranlı
Tabasaranlılar (öz dilində — tabasaran) — Şimali Qafqazda yaşayan yerli xalqlardan biri. Əsasən Böyük Qafqazın cənub-şərq yamacında, Xəzər dənizi sahillərində məskunlaşmışlar. Tabasaranların əsas hissəsi Dağıstanın Tabasaran, Xiv və Dərbənd rayonlarında yaşayırlar. Şəhər əhalisi ən çox Dərbənd, Oqni, Kaspiysk və Mahaçqala şəhərlərində cəmlənmişdir. Onlar, eyni zamanda. az da olsa, Şimali Qafqazın bütün regionlarına da yayılmışlar. Tabasaranlar yığcam yaşadıqları ərazilərdə şimalda və şimal-qərbdə darginlər, cənub-qərbdə aqullar,cənubda ləzgilər, şərqdə isə azərbaycanlılarla qonşudurlar. Sayı 200 min nəfərdən çox (2011-ci il) Həmçinin bir müddət ( X əsr) Şirvanşahlar dövlətinin tərkibində olmuşdur.
Rusiyada 151 466 nəfər ( 2021-ci il siyahıya alınması)
Dağıstanda — 126 319 (2021-ci il)
Stavropol vilayətində — 7 000 (2010-ci il )
Rostov vilayətində — 2 231 (2002-ci il)
Krasnodar vilayətində — 1 331 (2002 -ci il) Saratov vilayətində — 1 276 (2002-ci il)
Qazaxıstanda — 1 000 (2000-ci il)
Ukraynada — 977 nəfər(2001-ci il)
Latviyada — 6 (2010-ci il)
Qonşu xalqların dilində aşağıdakı kimi adlanırlar:
avar dilində — tabasaranal
aqul dilində — uxunar, tabasarançuy
kaytaq dilində — şilan
qumuq dilində — tabasaranlar
lak dilində — tabasaran
ləzgi dilində — kabqan(аr)
rutul dilində — tabasarandaşura
saxur dilində — tabassaranna
çeçen dilində — tapsaroy.