Tacir Pançenkonun binası
Tacir Pançenkonun binası — Rostov vilayəti Konstantinovsk şəhəri ərazisində yerləşən tarixi memarlıq binası. Bina 1910-cu ildə inşa edilmişdir. Bina Eklektika stilinə sahibdir. İki mərtəbəli bina 2002-ci il 12 dekabr tarixli 124 saylı qərarla memarlıq abidəsi elan edilmişdir.
Adres: 347250, Rostov vilsyəti, Konstantinovsk ş, Kartaşova küçəsi, 35
== Tarixi ==
ХIХ əsrin sonları XX əsrin əvvəlləri Rosrov vilayəti Konstatinov rayonu, Konstatinov şəhəri ərazisində çoxlu sayda eklektika stilində bina inşa edilmişdir. Bu stil əsasən borokko və rokoko elementləri ilə işlənmələrə sahiddir. Üstəlik burada renessans və modern stillərinə belə rast gəlmək mümkün idi. Eklektika stilində inşa edilən binalardan biridə Kartaşova küçəsi, ev 35 ünvanında yerləşən iki mərtəbədən ibarət olan iki mərtəbəli binadır. Bina kərpiçdən inşa edilmişdir. Tikili 1910-cu ildə I gildiya taciri, kağız fabrikinin sahibi, Rostov-na-Donu şəhərinin fəxri sakinin nəvəsi İvan Stepanoviç Pançenkonun vəsaiti hesabına inşa edilmişdir.