1. Tamam etmək, tam hala gətirmək, əlavə edib doldurmaq, bütövləşdirmək.
□ Bir-birini tamamlamaq – bir tam, bir bütöv əmələ gətirmək, bir-birinə əlavə olmaq, tamlamaq.
Danışıqlar uzanır, zarafatlar, gülüşlər bir-birini tamamlayırdı.
2. Sona yetirmək, qurtarmaq, axıra çatdırmaq. Kitabı oxuyub tamamlamaq.
– Həcər sözünü tamamlayıb, gözünü yollara dikmişdi. “ ”.
Bayram ehmalca gülümsündü. Mənə cavab verməyib öz fikrini tamamladı.