Tapdıq Əlibəyli
Tapdıq Abış oğlu Əlibəyli (1 iyul 1961, Bürzünbül, Yardımlı rayonu) — Azərbaycan şairi, publisist, "Konstitusiya" qəzeti, "Heyrət" dərgisinin təsisçi və baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Türk Ağsaqqalları Birliyi (TAİB) İdarə Heyətinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, Prezident təqaüdçüsüdür.
== Həyatı ==
Tapdıq Abış oğlu Əlibəyli 1 iyul 1961-ci ildə Yardımlı rayonunun Bürzünbül kəndində anadan olub. Hamarkənd kənd orta məktəbini tərifnamə ilə bitirərək Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Dövlət Universitetində ali təhsil almışdır.
== Əmək fəaliyyəti ==
Dövlət mustəqilliyimizin bərpa edilməsinin 20 illiyinə ithaf olunmuş “Azərbaycan” adlı diski (şeirləri səsləndirib: müəllif) kütləvi tirajla işıq üzü görüb.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Ağsaqqallar Şurasının, Türk Ağsaqqalları Birliyi (TAİB) Təşkilat Komitəsinin, İdarə Heyətinin üzvü, “Heyrət” dərgisi və “Konstitusiya” qəzetinin təsisçisidir.Ədəbi yaradıcılığı “Qızıl qələm” media mükafatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Fəxri diplom” və “Hərbi vətənpərvərlik - 80” Yubiley medalı, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının, Alimlər Evinin və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Təşəkkürnamə” və diplomlarına layiq görülmüşdür. Prezident təqaüdçüsüdür.
=== Kitabları ===
Haqqa dayaq doğulmuşuq (şeirlər). Bakı: Mütərcim, 1997, 60 səh.
Torpağın səsi (şeirlər). Bakı: Mütərcim, 1999, 148 səh.