tarixi-bioloji
tarixi-etimoloji
OBASTAN VİKİ
Azərbaycan tarixi
Azərbaycan tarixi — Qədim dövrdən bu günə kimi Azərbaycanın tarixi. Azərbaycan ərazisində hələ Paleolit dövründən etibarən məskunlaşma var idi (Azıx mağarasından tapılmış Azıxantrop və Qobustan petroqlifləri). E.ə. IV əsrdən 706-cı ilə qədər Azərbaycan ərazisində Qafqaz Albaniyası çarlığı mövcud idi, regionun cənub-şərqi hissəsi isə Atropatenanın tərkibində idi. VIII əsrdə Albaniya və Atropatena Ərəb Xilafətinin tərkibinə daxil olur və islam mədəniyyəti ilə tanış olur. Ərəb Xilafətinin zəifləməsindən sonra Azərbaycanda bir sıra feodal dövlətlər meydana gəlir (Şirvanşahlar, Salarilər, Sacilər, Şəddadilər və Rəvvadilər). XI əsrdə Azərbaycanın Böyük Səlcuq İmperiyasının tərkibinə daxil olması Azərbaycan xalqının formalaşması prosesində əhəmiyyətli rol oynayır. Azərbaycan xalqının formalaşması XV əsrdə başa çatır. Arran XII əsrdə Azərbaycan Atabəyləri dövlətinin tərkibinə daxil olur, XIII əsrdə isə monqolların hücumuna məruz qalır. Azərbaycan Elxanilər Teymurilər dövlətinin tərkibinə daxil olur.
Azərbaycanın tarixi

Bakı tarixi
Bakı şəhəri — Azərbaycan Respublikasının paytaxtıdır. Müxtəlif dövrlərdə Bakı şəhəri Şirvanşahlar dövləti, Bakı xanlığı, Bakı quberniyası, Azərbaycan Demokratik Respublikası və Azərbaycan Sovet Sosialist Respublikasının mərkəzi olmuşdur. Hal-hazırkı dövrdə isə Bakı şəhəri Azərbaycan Respublikasının paytaxtıdır. Bakı adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Fars dilində bu adın ilkin forması kimi Baqavan sözündən istifadə edilmişdir. Bu söz Tanrının şəhəri kimi tərcümə olunur. Fars mənbələrində Bakı adının digər bir etimologiyası kimi Bādkube (بادکوبه) kimi yazılan Küləklər şəhəridir. Bakı şəhərinin eramızın V əsrində yarandığından Badükübə sözünü bu dövrdən etibarən istifadə olunduğu ehtimal olunur. Abşeron yarımadası ərazisində yazılmış arxeoloji materiallar buranın qədim yaşayış məskəni olduğunu sübut edir. Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Binəqədi, Əmircan və s.
Bakının tarixi

Banqladeş tarixi
Banqladeş ərazisində e.ə. VII-VI əsrlərdə yaranmış ilk dövlət Vanqa (indiki Banqladeş adı da buradandır: "Banqla" — benqallara məxsus, "deş" — ölkə deməkdir. E.ə. IV əsrdə - eramızın V əsrində Banqladeş ərazisi müxtəlif qədim Hindistan imperiyalarının tərkibinə daxil idi.. VIII əsrdən bu dövlətlərin ərazisi qərbdəki torpaqlarla birlikdə vahid Benqaliya dövlətində birləşdirildi. 750-1174-cü illərdə bu dövləti Budda dininin himayədarı hesab olunan Pala sülaləsinin nümayəndələri idarə etmişlər. XIII əsrdə Benqaliyanı Dehli sultanlığı ələ keçirdi. Həmin dövrdə burada islam dini geniş yayılmağa başladı.. XIV əsrin ortalarında Benqaliyanın Dehli çanişinləri müstəqil hakimlərə çevrildilər. Onların bir neçə sülaləsi 1576-cı ilədək burada hakimiyyətdə olmuşdur.
Basketbol tarixi
Basketbol 1891-ci ildə ABŞ-nin Massaçusets ştatının Sprinqfilds kollecinin bədən tərbiyəsi müəllimı Ceyms Neysmit tərəfindən yaradılmışdır. Az vaxtda bu oyun Amerikada böyük şöhrət qazandı. Hazırda, dünyada milyonlarla insan bu oyunu oynayır. Ceyms Neysmit 1861-ci ildə Kanadada anadan olmuş, 1939-cu ildə vəfat etmişdir. 21 dekabr 1891-ci ildə Ceyms Neysmit beş əsas ideyadan və 13 qaydadan istifadə edərək yeni oyunun qaydalarını nəşr etdirdi. Ceyms Neysmitin zəhmətini qiymətləndirərək 1911-ci ildə Sprinqfilds kolleci onu fəxri bədən tərbiyəsi ustası dərəcəsi ilə təltif etmişdir. 1939-cu ildə Mak Qill Universiteti Neysmitə tibb doktoru dərəcəsi ad verdi, 1968-ci ildə Sprinqfilds kollecində “Basketbol şərəfi zalı” adlı Ceyms Neysmit muzeyi açılmışdır. Basketbolun inkişafı qaydalara, ləvazimata, qurğulara və basketbolçunun geyiminə öz təsirini göstərdi. 1983-cü ildə ilk dəfə dəmir halqa ilə top qəbul olundu. 1984-cü ildə topun ölçüsü 30-32 düym (76,2-81,3 sm.) qədər artdı.
Bağdad tarixi
Bağdad tarixi — 991-ci ildə əsrlərdə xəlifə Əl-Qadirin taxta çıxmasından 1092-ci ildə Məlikşahın vəfatına qədər islam tarixi, həm dini, eyni zamanda siyasi mənada "keçid tarixi" kimi səciyələnə bilər. Xilafətin paytaxtında, davamını gur kütləvi toqquşmalarda və alimlərin mübahisələrində tapan çoxsaylı təlatümlər, adi həyat hadisələrindən daha artıq idi. İnkişafını izləməyə və anlamağa çalışanlar üçün, onlar nəinki sünnüliklə şiəliyin münasibətlərini, eləcə də hakimiyətin mənası aydınlaşdırar. Buveyhilərin 945-ci ildə Bağdada varmasından sünnülərlə şiələr arasında toqquşmalar çoxaldı, və buveyhi əmirlərinin xəlifələr üzərindəki himayəsi bütövlükdə məhdud idi. Əl-Qadirin hakimiyətindən(991–1031) yeni an müəyyən olundu: sünnəni müdafiə etmək və xəlifənin hakimiyətini bərpa etmək. Bunun üçün əlbəttə ki Əl-Qadir, xəlifələrə həmişə kifayət etməyən maddi vəsaitlərdən deyil, çevik diplomatiyadan və missioner fəaliyətindən(da'va) istifadə etməli idi. 994-cü ildə ilk mədrəsə sayılan və şiəliyin müdafiəsi üçün nəzərdə tutulan Sabur bin Ərdəşirin (Dar al-elm)inə qarşı, xəlifə əl-Hərbiyyə məhəlləsində xütbələrin də nəzərdə tutulduğu cümə məsçidi açdırdı. O biri yandan, ciddi xalq təlatümləri, bağdadlı şiələrin xüsusi canfəşanlıqla qeyd etdikləri Aşura və Qədir Xum təntənələri ilə əlaqədar, 998-ci ildə alovlandı. Sünnülər buna qarşı iki tədbirə əl atdılar: Mus'eib bin Zubeyrin qəbrinin ziyarətinə, və Mağara günü bayramına(Yaum əl-qar). Birinci Mus'eibin qiyamçı əl-Muxtarın üzərindəki qələbəsinə, ikincisi, peyqəmbərin Əbu Bəkrlə rəqiblərindən gizlənməsi ilə bağlı, sirdən olan epizoda həsr olunmuşdur.
Başqırdıstan tarixi
Başqırdıstan tarixi — Başqırdıstanın keçmişi. Başqırdların orta əsrlər tarixi əslən bir Başqırd olan X. E. Taqoyev və R. Kuzeyev tərəfindən də araşdırılmışdır. Başqırdlar haqqında ilk tarixi məlumatlar IX–X əsrlərə aid ərəb mənbələrində verilir. Mənbələrdə onlar "başkort" və ya "başqırd" kimi qeyd olunmuşdular. Başqırdlar Volqa Bulqar dövləti yaranandan sonra onlara tabe oldular. XIII əsrdən Başqırdlarda feodal münasibətləri yarandı. 1236-cı ildə Batu xanın monqol qoşunları Volqa-Bulqar dövlətini süquta uğratdı, həmçinin Başqırdıstan torpaqları da onların işğalı altına düşdü. Başqırdlar Qızıl Ordaya xəz ilə yasaq (vergi) ödəyirdilər. Bundan başqa mal-qaranın sayının onda bir hissəsi də onlara verilirdi. XIV əsrdə Başqırdıstan ərazisi Qızıl Orda xanı Toxtamış xanla Əmir Teymur arasında döyüş (1391-ci ilə Gündüzcə döyüşü) meydanına çevrilmişdi.
Bizans tarixi
Şərqi Roma imperiyası (Yunanca: Βασιλεία τῶν Ῥωμαίων, Basileía tôn Rhōmaíōn "Roma İmperatorluğu"; Latinca: Imperium Romanum). Bizans imperiyası və ya Yunan imperiyası, Roma imperiyasının 395-ci ildə Şərq və Qərb hissələrinə parçalanması ilə quruldu. Paytaxtı Roma olan Qərbi Roma imperiyası V əsrdə Qot qəbilələrinin İtalyanı istila etməsi ilə süquta uğradı. Mərkəzi Konstantinopol (bugünkü İstanbul) olan və Bizans imperiyası da deyilən Şərqi Roma İmperatorluğu isə min ildən artıq varlığını qoruya bildi. Avropa, eləcə də bütün dünya mədəniyyətinin tarixində Bizans sivilizasiyası xüsusi yer tutur. Bizans imperiyası mövcud olduğu bütün minillik ərzində yunan-roma dünyasının və ellinist Şərqin ənənələrini davam etdirərək parlaq mədəniyyət mərkəzinə çevrildi. Bizansın meydana gəlməsi, Roma İmperatoru I Konstantinin paytaxtı Romadan bugünkü İstanbula köçürməsi ilə də bağlıdır. Roma İmperatoru I Konstantin (Büyük Konstantin), 330-cu ildə imperatorluğun paytaxtını qədim yunan şəhəri Bizantiona (Bizans) dəyişdi və yeni paytaxta "Nova Roma" (Yeni Roma) adını versə də imperatorun ölümündən sonra "Konstantinin şəhəri" anlamına gələn "Konstantinopol" adı istifadə olunmuşdur. Büyük Konstantin, Romadan senatorlar və yüksək məmurlar gətirərək Konstantinopolda yeni idarə meydana gətirdi və şəhəri yenidən abadlaşdırdı. Roma çox tanrılı olmasına baxmayaraq, Konstatinopolu xristian şəhəri etdi və özü də bu dini qəbul etdi.
Butan tarixi
Butanın tarixi VII əsrdə Tibetdən buddizmin yayılması ilə sıx bağlıdır.. Sonrakı bir neçə əsr ərzində Butanın münbit vadiləri Tibetdən gəlmələr tərəfindən məskunlaşmışdır. Butanda Tibet lamaları tərəfindən çox sayda monastırların əsası qoyulmuşdur. Onlardan ən iriləri XVI əsrə aiddir və Tibet buddizminin bir neçə qolu ilə bağlıdır. Butan dövləti XVII əsrin əvvəllərində buddizmin müxtəlif cərəyan və məktəblərinin dünyəvi və dini hakimiyyət uğrunda mübarizəsi gedişində meydana gəlmişdir. Butanın banisi Tibet rahibi Şabdrunq Nqavant Namqyal (1594-1651) hesab olunur. O, Butanda dualist hakimiyyət sistemi yaratmış, idarəçilik üzrə səlahiyyətləri dünyəvi (deb racə) və dini (drahma racə) başçılar arasında bölüşdürmüşdür. Lamaizmin hakim drukpa karcupa məktəbinin təmsilçiləri olan Butanın sonrakı dini hökmdarlarına təbəələri Şabdrunqun inkarnasiyaları kimi sitayiş edirdilər. Monastır-qalaların (dzonqların) başçıları xeyli dərəcədə müstəqilliklərini saxlayırdılar. Tədricən Butanda hakimiyyət əyalətləri idarə edən iri feodal sərkərdələrin əlinə keçdi.
Butanın tarixi

BƏƏ tarixi
Müasir BƏƏ-nin ərazisi çox qədimdən məskunlaşmışdır. Qazıntılar zamanı tapılan insan və heyvan heykəlləri, həm də başqa tikililərin qalıqları, vahələrin əkinçiliklə məşğul olan əhalisinin yüksək mədəniyyətə malik olduqlarını sübut edir. Şarja şəhərinin yaxınlığındakı Cəbəl Fəya düşərgəsi bu məmləkətin ulu tarixini bir daha sübut edir. Maraqlıdır ki, Cəbəl Fəyadan insan sümükləri tapılmayıb. XVI əsrin başlanğıcında İran körfəzi sahilində yerləşən ölkələrin tarixində əsaslı dönüş baş vermişdir. Bu dövrdən körfəzin sahillərində ilk Avropa müstəmləkəçiləri görünməyə başlamışdır. 1507-ci ildə Hörmüz boğazına daxil olan Portuqaliya hərbi donanması bu yerləri zəbt edərək İran körfəzinin Ərəbistan sahillərində Portuqaliya ağalığını bərqərar etdi. Lakin Osmanlı imperiyası bu regionda öz mövqeyini əldən verməmək üçün, XVI əsrin axırlarına qədər Portuqaliya ilə mübarizə aparmışdır. Sonradan İran körfəzi regionuna sahib olmaq üçün yeni iddiaçılar: İngiltərə və Niderland meydana çıxır. İran ilə Portuqaliya arasındakı ziddiyyətlərdən bacarıqla istifadə edən İngiltərə portuqaliyalıları bu regiondan sıxışdırmış və 1623-cü ildə sonradan özlərinin İran körfəzində başlıca dayaq məntəqəsi olan Hörmüzü tuta bilmişdir.
Bəhreyn tarixi
Bəhreyn qədim tarixə malik ölkələrindən biridir. Bu ərazi müxtəlif dövrlərdə Dilmun, Sasanilər, Ərəb xilafəti və Qərmətilər dövlətləri tərəfindən işğal olunaraq onların tərkibinə daxil edilmişdir. Bəhreyn qədim tarixə malik olan ölkədir. Adalar haqqında ilk məlumat eramızdan əvvəl III minilliyə aiddir. İlk ekspedisiyalarda arxioloqların diqqətini Bəhreyn ərazisində sərdabələr cəlb etmişdir. Bu sərdabələrin tədqiqinə 1879-cu ildə başlanılmışdır. Arxeoloqların muzeylərə verdikləri tapıntılar Bəhreynin qədim tarixini açmağa, bir vaxtlar çiçəklənən şəhərlərin mənzərəsini təsvir etməyə imkan verir. Bəlkə buna görə də qədim şumerlər onu "əbədi cənnətə" bənzədərək Dilmun adlandırmışlar. Şumerlərin bizim günlərə qədər qalmış yazılarında, Dilmun, iri ticarət və mədəniyyət mərkəzi kimi xatırlanır. Arxipelaqın əlverişli coğrafi mövqeyi, İran körfəzinin hər yerində ticarətə ağalıq etmək istəyənləri həmişə özünə cəlb etmişdir.
Bəhreynin tarixi
Bəhreynlilər (özünüadlandırma: baharna) — Bəhreyn ərəbləri, Bəhreynin əsas əhalisi. Sayları 433,7 min nəfərdir (2005). Bəhreynlilər ərəb dilinin Ərəbistan qrupunun dialektlərində danışırlar. Yerli əhali (təqribən 75 faizi) anaza qrupunun keçmiş Bəhreyn, yaxud baharna dialektində immiqrantlar isə Şərqi Ərəbistan qrupunun yeni Bəhreyn dialektində danışırlar.. Dindarları müsəlmandır. Ərəblər Bəhreyn arxipelaqında eramızın I minilliyində məskunlaşmışlar; Bəhreynlilər özlərini e.ə. VI əsrdə Navuxodonosor tərəfindən Babilistana köçürülmüş, sonradan Bəhreynə qayıtmış Ərəbistan tayfalarının nəsilləri hesab edirlər. XVII əsrdə Bəhreynin İraq tərəfindən işğalından sonra arxipelaqda iranlılar məskunlaşmışlar. 1783-cü ildə farslar Bəhreynin hakim sülaləsinin baniləri - anaza qrupunun şeyxləri (bəni atban tayfası) tərəfindən qovulmuşdur. Tayfa bölgüsü qalmaqdadır: bəni atbanlar, auvaylalar, əl-buku-ət-muavədələr.
Coğrafiya tarixi
Coğrafiya sözünün mənası "geo" - yer, "qrafo"- yazıram deməkdir. İki hissəyə bölünür. Fiziki coğrafiya və iqtisadi coğrafiya. Fiziki coğrafiya – toponimika (yer yurd adların öyrənir), geomorfologiya (relyefi), Landşaftşunaslıq (Landaşftı), Biocoğrafiya (bitki və heyvan növlərin), İqlimşunaslıq (iqlimi), Hidrologiya (suyu) Bu dövr alimi Pifaqor ilk dəfə olaraq Yerin kürə şəklində olması fikrini söyləmişdir. Aristotel yerin kürə şəklində olmasın elmi yolla ilk dəfə izah etmişdir. Coğrafiya sözünü elmə ilk dəfə Erotosfen gətirmişdir. Erotosfen ilk coğrafi xəritənində müəllifi olmuş lakin tərtib etdiyi xəritədə meridian və paralelləri çəkməmişdir. Demək Erotosfenin xəritəsində dərəcə toru yox idi həmçinin yerin əyriliyi nəzərə alınmamışdı. Ondan daha mükəmməl xəritə isə Ptolomey tərəfindən tərtib olunmuş, Erotosfendən fərqli olaraq Bu dövr daha çox ərəb səyyah və dənizçilərinin adı ilə bağlıdır. Bu dövrdə ən mühüm yol Avropa ilə Asiyani birləşdirən İpək yolu idi.
Cərrahiyyə tarixi
Cərrahiyyə (cərrahlıq) — bədənə fiziki müdaxilə yoluyla diaqnoz, profilaktika və müalicə yollarını öyrənən tibb sahəsi. Azərbaycanın Çalağantəpə məntəqəsində aparıılmış arxeoloji qazıntılar nəticəsində, e.ə. IV minilliyə aid və üzərində trepanasiya əməliyyatının izlərini daşıyan insan kəlləsi aşkar olunmuşdur. Əməliyyat çınqıl daşından hazırlanmış skalpellə yerinə yetirilmişdir və, çox güman ki, xəstənin ağrı və iztirablarını azaltmaq, məqsədini güdürdü. Bu tapıntı tunc-daş dövründə yaşayan cərrahların müəyyən bilik və səriştəyə malik olmasından xəbər verir. E. ə. VIII–IV əsrlərdə Azərbaycanın qədim əraziləri olan Manna və Midiya dövlətlərində tibb Assuriya və Babilistan tibbinin təsiri altında inkişaf edirdi. Atroptena və Qafqaz Albaniyası dövlətlərində tibb nəzəriyyəsi qədim Zərdüştilikdən gələn və yunanlar tərəfindən mənimsənilmiş dörd unsur (od, su, torpaq və hava) nəzəriyyəsinə əsaslanırdı. Hippokrat və Qalenin əsərləri və ümumiyyətlə qədim Yunan tibbi Ellinizm dövründə (e.ə. IV əsrdən sonra) yayılmağa başladı.
Danimarka tarixi
Danimarka tarixi, bugünkü Danimarka Krallığı torpaqlarının tarix öncəsi dövrlərdən günümüzə qədər uzanan tarixdən ibarətdir. Danimarkada insanların 100.000 ildən çox bir tarixi var, lakin Danimarkanın şimalda yerləşməsi səbəbindən insanlar son buz dövründə Danimarkanı tərk etməli oldular və insanlar eramızdan əvvəl 12.000-də buzlaqların geri çəkilməsi ilə yenidən Danimarka torpağında gəldilər. Eramızdan əvvəl 3000-ci ildə Danimarkanın yerli sakinləri öz torpaqlarında əkib becərməyə başladılar. Dəmir dövründə (eramızdan əvvəl IV — I əsrdə Skandinav iqlimi soyuq və yağışlı bir dövrdən keçdi. Bu dövrdə Danimarkalıların cənubi Almaniya bölgəsinə köç etdikləri təyin olunub Roma İmperiyasının ən güclü dövründə belə, sərhədləri Danimarkanı əhatə etmirdi. Bununla birlikdə, Danimarkada tapılan Roma sikkələri, iki bölgə arasında ticarət əlaqələrinin güclü olduğunu sübut edir. Bundan əlavə, Danimarkanın Roma ordusuna əsgər verdikləri təyin olundu. Danimarkada yayılmış torf bataqlıqları arxeoloji məlumatların böyük bir mənbəyidir. Danimarkada Antik dövrdən qalma yazılı sənədlər olmadığından, bu bataqlıqlarda aşkar edilmiş yaxşı qorunan insan cəsədləri tarixçilərə o dövrdə Danimarkalıların mədəniyyəti və həyat tərzi haqqında bir fikir verə bilər. 8-ci və 11-ci əsrlər arasında Danimarkada Vikinqlər kimi tanınan tayfa hökm sürürdü.
Din tarixi
Dinlər tarixi — tarix boyunca mövcud olmuş, bu günümüzə qədər gələn və gəlib çatmayan bütün dinlərin yaranışı, inkişafı, inanc, ibadət və əxlaqi dəyərləri öyrənən elm sahəsidir. Dinlərin yaranması məsələsi ilə ilk növbədə XIX əsrin ortalarında müstəqil elm sahəsinə çevrilməyə başlayan dinşünaslıq məşğul olur. Bununla belə, din məsələsinə maraq bəşəriyyətin bütün tarixi boyunca mövcud olub. Hələ qədim zamanlarda insanlar tanrılara inamı (politeizmi) dərk etməyə çalışırdılar. Məsələn, yunan şairi Hesiod (e.ə. VIII–VII əsrlər) "Teoqoniya" ("Tanrıların mənşəyi haqqında") əsərində yunan mifologiyasının ilk sistemli təsvirini verməyə çalışmış və burada da o, tanrıların mənşəyi haqqında öz fikirlərini ifadə etmişdir. Bununla belə, onun mifologiyasını mənimsəyən II minillikdə Mesopotamiyada, Finikiyada, Kiçik Asiyanın cənub-şərqində, Suriyanın və Mesopotamiyanın şimalında yaşamış hetlər və XIV əsrdə fəth edilmiş hurrilər arasında meydana çıxan bu əsərə bənzər parçalar və ya təkrarlar var". Əvvəlcə insanlar dinin meydana gəlməsini müxtəlif yollarla izah etməyə çalışırdılar: o, təbii mənşəlidir, yoxsa vəhy dinidir; yaxud sosial mənşəlidirmi? Məsələn, hökmdarlar tərəfindən icad edilmişdir ki, öz dövlətlərində insanlar ədalətli və fəzilətli olsunlar (Miletli Hekatey). Sofist filosoflar dini ictimai hadisə baxımından şərh edirdilər, məsələn, Afinanın tiran hökmdarı Kritius insanları qorxu içində saxlamaq üçün aldatma nəzəriyyəsi irəli sürmüşdür.
Dinlər tarixi

Dünya tarixi
Dünya tarixi və ya insanlıq tarixi — bütövlükdə bəşər cəmiyyətinin inkişaf prosesi, bütün xalqların tarixində özünü göstərən qanunauyğunluqlar ilə səciyyələnir. Dünya tarixi prosesi bəşər cəmiyyətinin yaranması ilə başlayır və ümumi fərqləndirici xüsusiyyətlərdən asılı olaraq şərti olaraq xronoloji dövrlərə bölünür Bəzən dünya tarixi ayrı-ayrı ölkələrin tarixinin və ya özünəməxsus və nisbətən qapalı mədəniyyətlərin tarixlərinin məcmusu kimi başa düşülür. Bəşər tarixinin inkişafı iki yolla həyata keçirilir: kəşflərin və tapıntıların tədricən artması, həmçinin maddi və mənəvi təkamül dövrünü təşkil edən keyfiyyətli sıçrayışlar və ya inqilablar yolu ilə. Kənd təsərrüfatı (Neolit) inqilabı sivilizasiyaların, məskunlaşmış icmaların inkişafına, yəni köçəri həyat tərzindən (maldarlıq və yığım) əkinçiliyə keçdi. Bu qədim sivilizasiyalarda biliklərin nəsildən-nəslə maddi daşıyıcılarda ötürülməsinə imkan verən yazı icad edilmişdir. Bu, müxtəlif sənətkarlıqların inkişafına, əmək bölgüsünə və cəmiyyətin təbəqələşməsinə təkan verdi. Səpələnmiş yaşayış məntəqələri həyatı dəstəkləyən mənbələr — münbit təbii suvarılan torpaqlar, su (çaylar və göllər) və heyvandarlıq üçün bol otlaqlar ətrafında cəmləşmişdir. Nəqliyyat vasitələrinin təkmilləşdirilməsi də buna kömək etdi. Qədim icmaların bu təbii inkişaf prosesləri, min illər boyu inkişaf edən qonşu icmalar arasındakı rəqabət və qarşıdurmalarla müşayiət olunan vəziyyət dövlətlərin və daha sonra super güclərin (imperiyaların) yaranmasına səbəb oldu. Qədim dövrün sonunda Roma İmperiyasının Avropada süqutu orta əsrlərin başlanğıcı oldu.
Ekologiyanın tarixi
Ekológiya XX yüzilliyin ikinci yarısında formalaşmış elmdir. Onun yaranmasının obyektiv səbəbləri olmuşdur. Son yuzillik ərzində insan toplumlarının inkişafı bütün göstəricilər üzrə ən yüksək həddə gəlib çıxmışdır. Yer kürəsinin əhalisi kəskin olaraq artmış və indi 6 milliarddan çoxdur (1992-ci ildə – 5.4 mlrd, 1997-ci ildə – 5.8 mlrd). Bu qədər böyük insan kütləsini maddi cəhətdən təmin etmək üçün kənd təsərüfatı və sənayenin gücləri də kəskin olaraq artmışdır. Keçmişdə insanlar azla yetərlənmişdirlərsə, bu gün onların istəkləri çoxalmışdır. Yaşayışın ritmi də buna gətirib çıxartmışdır. Yaşayışın standartları da artmışdır. Çağdaş sənayesonrası (postindustrial) toplumu istehlak toplumu da adlandırmaq olar. Çağdaş sənaye insanın hər bir ehtiyacını ödəməyə yönəlmişdir.
Elm tarixi
Elm tarixi — elmin yaranmasını və elm fenomenini öyrənən tədqiqatlar. Elm elmi cəmiyyət tərəfindən dünya haqqında empirik, nəzəri və praktiki yolla toplanmış biliklər toplusudur. Elm tarixi həm obyektiv informasiyanı, həm də elmdə mövcud olmuş qeyri-obyektiv informasiyanı da toplayaraq tədqiq edir. Elmin tarixinin öyrənilməsi ilk növbədə saxlanılmış original və ya istinadən yenidən nəşr edilmiş mətnlər əsasında baş verir. «Elm» və «alim» terminləri istifadəyə XVIII—XX əsrlərdə daxil olub, ona qədər isə biliklərin hamısı toplam şəkildə «natural fəlsəfə» adlanırdı.
Ermənistan tarixi
Estoniya tarixi
Estoniya tarixi — estonların yaşadığı Baltik dənizinin şərq sahillərindən başlayır. Estonlar tarixən Tevton ordeni ilə yaxından əməkdaşlıq etmiş Livoniya ordeni və Hanza ittifaqı kimi birliklərin fəaliyyətində yaxından iştirak etmişlər. Estonlar eradan əvvəl Ural dağının ətəklərindən başlayaraq, indiki yaşadıqları ərazilərə doğru hərəkət etməyə başlamışdılar. Estonlar tarixi baxımdan Macarlar və Finlərlə yaxın münasibətlərdə olmuşlar. Estoniya sözünün dünya dillərində bu gündə işlədilən Eastern sözündən yarandığı ehtimal edilir. Şərq mənasını bildirən bu söz Eston xalqının Baltik dənizinin şərqində yaşadığını göstərirdi. Estonlar Baltik dənizinin şərqində yerləşən limanlarda XV əsrdən etibarən yaşamağa başlamışdılar. Estonlar Avropada Xristianlıq dinini ən geç qəbul etmiş xalqlardandır. XII əsrdə Baltik dənizinin şərq sahillərində ticarət fəaliyyəti ilə məşğul olmuş Almanların qədim nəsilləri yerli xalqı Xristianlıq dininə dəvət etmişdilər. Estonların yeni dinə maraq göstərmədiklərini və dini qəbul etməkdən imtina etdiklərini gördükdə, Roma Papası vəziyyət barədə məlumatlandırılmışdır.
Feminizmin tarixi
Feminizm (lat. femina — qadın) — məqsədi qadına qarşı ayrıseçkiliyin aradan qaldırılması olan cəmiyyətin bütün sahələrində qadın hüquqları uğrunda bir hərəkəti izah edən bir termin. Bu hərəkat XVIII əsrdə klassik liberalizm dalğasında meydana gəldi, lakin 1960-cı illərin sonlarından etibarən daha da gücləndi. Feministlər, nəzəri əsaslandırma əsasında qadınların tabe mövqeyini, kişilərlə bərabər olmayan sosial vəziyyətini dərk edən və qadın azadlığı ideyasını dəstəkləyənlərdir (lat. emancipatio — asılılıqdan qurtulma). Cinslər bərabərsizliyinin təhlilinə və qadınların hüquq və mənafelərinin qorunmasına diqqət çəkərək hakim sosial münasibətləri tənqid edirlər. Feminist fikirlərin yayılması üçün ilkin şərtlər, burjua münasibətlərinin yaranması şəraitində feodal cəmiyyətinin çöküşü zamanı ortaya çıxdı, bundan sonra qadınları işə qəbul etmə və işləyən əl sahiblərinə çevrilmə dövrü başladı. Feminist fikirlərin yayılmasını İtalyan yazıçıları İzotta Noqarola, Laura Çereta, Pizanyalı Kristinanın ilk adlarının ortaya çıxması ilə əlaqələndirən bir nöqtə də var. Buraya, ümumiyyətlə İngiltərədə qadın hüquqlarının ilk müdafiəçiləri adlandırılan Afra Ben, Meri Estelin işləri də daxildir. Qadının kişilər kimi azad və tam hüquqlar kimi qəbul edilmək hüququnu müdafiə etdilər.