Ermənistan tarixi

Ermənistan tarixi — müasir Ermənistan Respublikasının sərhədləri içərisində qalmış regionlarının tarixdən əvvəlki dövrlərdən bu günə qədərki tarixidir. Qədim Ermənistan tarixən erməni krallığı kimi tanınırdı. İmperiya Böyük Tiqranın hakimiyyəti dövründə inkişafının zirvəsinə çatdı. Ermənistan eramızın 300-cü ilində dünyada xristianlığı qəbul edən ilk ölkə olmuşdur.

Mənşəyi[redaktə | mənbəni redaktə et]

Ermənilərin məlum olan ən qədim mənşəyi Urartulardır[1]. Əksər dillərdə bu insanları təsvir etmək üçün "Ermənilər" adından istifadə olunsa da, ermənilər özlərinə "Hay" (erməni əlifbasında "Հայ", cəm formada "Hayer", "Հայեր") kimi müraciət edirlər; bu adın Hayk adlı əfsanəvi şəxsdən gəldiyi düşünülür. "Ermənistan" erməni dilində "Հայաստան" ("Hayastan") kimi yazılır. Erməni folkloruna görə, Hayk, Toqarma, Gomer və Yafətin nəslindən olmuş və Ararat dağının ətəyində yaşamışlardır.[2]

İbtidai icma dövrü[redaktə | mənbəni redaktə et]

Ermənistanın ibtidai icma dövrü tarixi daha böyük olan Zaqafqaziyanın tarixinə mənsubdur. Orada yaşayan insanları müəyyənləşdirən Qədim daş dövrünə mənsub olan izlər müəyyən edilmişdir. Neolit dövrünün eramızdan əvvəl 9500–6000-ci illər arasındakı dövrü qeyri-müəyyəndir. Son dövrlərdə həyata keçirilmiş olan qazıntılarda tapılan obsidyandan hazırlanmış alətlərin tapılması nəticəsində Kasah çayının sahilində yaşayan "Kmlo" adlı bir xalqın varlığı qeyd edilmişdir. Ancaq saxsı qabların izlərinə rast gəlinməmişdir.

Son orta əsrlər və yeni dövrdə[redaktə | mənbəni redaktə et]

İrəvanda 1766-cı ildə inşa edilmiş olan Göy məscid.

XV əsrin ikinci yarısından etibarən Ermənistan torpaqları Azərbaycan mənşəli Ağqoyunluların əlində idi. Ağqoyunlu hökmdarı Uzun Həsən 1478-ci ildə öldükdən sonra bu dövlət zəifləməyə başladı. Şah İsmayılın yaratmış olduğu Səfəvi imperiyası güclənməyə başladı. 1501-ci ildə Ağqoyunlular Səfəvilər tərəfindən çox ağır bir məğlubiyyətə uğradıldılar. 1508-ci ildə Ağqoyunlular tamamilə məhv edildilər. 1514-cü ildə Osmanlılara qarşı aparmış olduqları Çaldıran döyüşündə məğlub olduqları üçün Səfəvilərin irəliləyişi yavaşladı. Ancaq Osmanlı imperiyası ilə Səfəvilər arasındakı ziddiyyətlər XVI–XVII əsrlər boyu davam etmişdir. Nəticədə indiki Ermənistanın ərazisi bu iki ölkə arasında dəfələrlə əl dəyişdirmişdir.

1639-cu ildə imzalanan və Səfəvi imperiyası ilə Osmanlı dövləti arasındakı sərhədləri təyin edən son müqavilə olan Qəsri-Şirin sülh müqaviləsi İrəvan ərazisini Səfəvi dövlətinə təhvil verirdi, lakin 1724-cü ildə Səfəvi dövlətindəki daxili proseslər ilə əlaqədar olaraq baş verən zəifləmə dövründə Osmanlı dövləti Rusiya imperiyası ilə razılaşdı və Səfəvi dövlətinin şimal hissəsi ruslarla bölüşdürüldü. Beləliklə, Ermənistan torpaqları bir daha Osmanlı imperiyasının tabeliyinə keçdi, lakin 1743-cü ildə Nadir şahın hakimiyyəti altında güclənən Səfəvi imperiyası, Osmanlı dövləti ilə bir müqavilə bağlayaraq Qəsri Şirin müqaviləsi ilə nəzərdə tutulmuş olan sərhədlərə qayıtmağa razılaşdılar. Beləliklə, Ermənistan torpaqları nəhayət Osmanlı işğalından azad edildi və yenidən Səfəvi hakimiyyətinə keçdi.

Böyük Tiqran Ermənistan imperatoru

1747-ci ildə Nadir şah öldürüldükdən sonra Ermənistanda İrəvan xanlığı adlı bir dövlət yaradıldı. Səfəvi dövlətinin himayəsində olan bu dövlətin əhalisi türklərdən, azərilərdən, iranlılardanermənilərdən ibarət idi. Bu etnik qruplar arasında ən kiçik hissəni 5% olan olan ermənilər təşkil edirdi. Bu vəziyyət 1826–1828-ci illərdəki Rusiya-İran müharibəsinə qədər davam etmişdir. 1 oktyabr 1827-ci ildə rus ordusu İrəvanı ələ keçirdi. 1828-ci ilin əvvəllərində rus ordusu Urmiya gölünün sahillərinə çatıb İrana doğru irəliləməyə başladı. Rusların sürətli irəliləyişindən qorxuya düşmüş Fətəli şah Qacar Rusiya ilə sülh müqaviləsi bağlamağa razı oldu. 21 fevral 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsi ilə Ermənistan torpaqları Səfəvi dövlətinin əlindən çıxdı və Rusiya imperiyasının bir hissəsinə çevrildi.

Müasir dövr[redaktə | mənbəni redaktə et]

XI Qızıl Ordunun İrəvana daxil olması
ABŞ prezidenti Vudro Vilsonun layihəsinə əsasən Ermənistan Respublikasının Sevr müqaviləsi ilə yaradılmalı olan qərb sərhədləri

Rusiya Ermənistan ərazisini Armyanskii oblast (Erməni vilayəti) adlanan bir inzibati vahid halına gətirdi. 1828-ci ildə 18% civarında olan vilayətin erməni əhalisi, Rusiya rəhbərliyinin dəvət etdiyi İran ermənilərinin köç etməsi nəticəsində XX əsrin əvvəllərində 48% səviyyəsinə çatdı. Birinci Dünya müharibəsi dövründə Osmanlı imperiyasından qaçqın olaraq gələn ermənilərlə bu rəqəm 70% -ə çatdı. İran və Azərbaycan mənşəli xalqın regionu tərk etməsi nəticəsində əhali tədricən bugünkü Ermənistan Respublikasındakı erməni əhalinin əksəriyyət təşkil etdiyi formaya çevrildi.

1917-ci il inqilabından sonra dağılan Rusiya dövlətinin Qafqazdakı torpaqlarında yaranmış olan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası 28 may 1918-ci ildə ləğv edilmiş və İrəvanda Ermənistan Demokratik Respublikası elan edilmişdir. 2,5 il davam edən müstəqillik dövründə iqtisadi, hərbi və siyasi böhranlarla sarsılan respublika, 1920-ci ilin noyabrında TürkSovet orduları tərəfindən eyni vaxtda işğal edilərək müstəqilliyini itirdi və 2 dekabr 1920-ci ildə Sovet İttifaqına qoşuldu və ərazisində Ermənistan Sovet Sosialist Respublikası adlı SSRİ-yə tabe olan kukla dövlət yaradıldı.

Sovet İttifaqının son dövründə, 1988-ci ildə, Ermənistan Sovet Respublikası ilə Azərbaycan arasında Dağlıq Qarabağ regionu ilə bağlı fikir ayrılığı yarandı. Azərbaycana məxsus, lakin əhalisinin əksəriyyəti erməni olan muxtar region olan Dağlıq Qarabağda ermənilər qiyam qaldıraraq müstəqil bir ayrı respublika yaratmış olduqlarını elan etdilər. Ermənistan və Azərbaycan müharibə astanasında ikən, hər iki respublikadakı Azərbaycan və erməni mənşəli etnik azlıqlar zorakılığa məruz qaldılar. Münaqişə davam edərkən 1990-cı ilin mayında Yeni Ermənistan Ordusu yaradılır və Sovet ordusundan ayrılaraq faktiki olaraq müstəqil bir orduya çevrilir.

Sovet İttifaqının dağılmasından sonra Ermənistan 23 avqust 1991-ci ildə müstəqilliyini elan etdi. Getdikcə qızışan Ermənistan-Azərbaycan müharibəsində, Ermənistan Dağlıq Qarabağla Ermənistan arasındakı Laçın dəhlizini işğal etdi və faktiki olaraq Dağlıq Qarabağı özünə birləşdirdi. Azərbaycanın Ermənistana tətbiq etdiyi iqtisadi embarqo ölkədə böyük problemlərə səbəb oldu. 1993-cü ildə Türkiyə də Ermənistana qarşı embarqoya qoşuldu. Qarabağ müharibəsi 1994-cü ildə Rusiyanın araya girməsi tərəflər arasında atəşkəs müqaviləsinin imzalanması ilə başa çatdı.

2020-ci il müharibəsinə qədər Ermənistan beynəlxalq ittifaqın Azərbaycana aid olduğunu bildirdiyi Azərbaycan ərazisinin 20 faizini (Dağlıq Qarabağ və Laçın dəhlizi daxil olmaqla) işğal altında saxlamışdır. Bu vəziyyəti əsas götürən Türkiyə, Ermənistan Respublikası ilə diplomatik əlaqələr yaratmaqdan çəkinmiş və bu ölkə ilə sərhədlərini nəqliyyat vasitələrinin istifadəsi üçün də bağlatdırmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Dédéyan, sayfa 48.
  2. Digər bir əfsanəyə görə Hayk Bel adlı bir divlə döyüşərək onu məğlub etmiş və beləliklə də Erməni xalqını yaratmışdır.