TARİX
TARİXÇİ, TARİXŞÜNAS
OBASTAN VİKİ
Abel Sançes: bir iztirabın tarixçəsi
== Müəllif == İspaniyada 98 Nəslinin qabaqcıl yazıçılarından, filosof Miqel de Unamuno, roman, esse, hekayə, teatr və müxtəlif şeirlərin müəllifidir. Salamanka Universitetində professor, müxtəlif dövrlərdə üç dəfə rektor olmuşdur. Həyat və yaradıcılığında, doqmatik fikirlərə, faşizmə qarşı mövqe ortaya qoymuş, bu səbəbdən Primo de Rivera rejimi tərəfindən sürgün edilmişdir. İkinci Respublika zamanı Salamankadan millət vəkili seçilmişdir. Frankist hərəkat zamanı əvvəlcə üsyana dəstək versə də, sonradan baş verənlər onu məyus etmiş və bu qərarından peşman olduğunu açıqca bildirmişdir. 1936-cı ildə General Frankonun qərarıyla ev həbsinə alınmış, qısa müddət sonra isə evində vəfat etmişdir. XX əsrdə Avropada, ekzistensializm fəlsəfəsinin qabaqcıl təmsilçilərindən sayılan Unamuno Tanrı, inanclar, insan mənəviyyatı və xarakteri kimi bəşəri yüklü mövzuları öz əsərlərində oxucularına çatdırmışdır. == Əsər == Uşaqlıqdan bəri bir-birlərini tanıyan, birlikdə böyümüş iki dost — Abel və Xoakin arasında gənclik illərində yaranmış davranış, xasiyyət fərqi, daha sonra isə Abelin Xoakinin sevdiyi bir qızla, Xoakinin qohumu Elena ilə evlənməyi, Xoakində Abelə qarşı dərin bir kin, nifrət duyğusu yaradır. Xoakinə görə Abel gizli gizli Xuakinin ağlını, dərrakəsini, bacarıqlarını bəyənmir, ona üstdən aşağı baxır və paxıllıq edir. Abel rəssam, Xoakin isə həkimdir və hər ikisi öz peşələrində olduqca uğurludur.
Bir qolun tarixçəsi
Bir qolun tarixçəsi — idman yazarı, "Ballon d'Or" ("Qızıl top"), "The Best FIFA Football Awards", "Golden Foot" ("Qızıl Ayaq") və "World Soccer Awards" kimi nüfuzlu beynəlxalq mükafatların jüri üzvü Rasim Mövsümovun (Mövsümzadə) araşdırma mövzusunda yazdığı kitab. == Haqqında == Kitab 2013-cü ildə AFFA-nın dəstəyilə nəşr olunub. Bu araşdırma kitab Azərbaycan futbolunun fəxri Anatoli Banişevskinin 1966-cı ildə İngiltərədə keçirilmiş dünya çempionatında SSRİ yığmasının heyətində Portuqaliya ilə 3-cü yer uğrunda oyunda vurduğu, amma başqalarının adına yazılan qoldan bəhs edir. Kitabda Anatoli Banişevskinin SSRİ yığmasının heyətində rəsmi və qeyri-rəsmi oyunlarda vurduğu qolların siyahısı, həmçinin 1966 FİFA Dünya Kubokunun qrupları, keçirilmiş bütün oyunların nəticələri təqdim olunub. Bundan başqa, kitabda mundialın rəsmi afişası, turnirdən və sözügedən oyundan çəkilmiş fotoşəkillər yer alıb. == Mükafatları == "Bir qolun tarixçəsi" kitabı Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) tərəfindən 2013-cü ilin idman üzrə ən yaxşı kitabi seçilib. Bundan başqa, müəllif Rasim Mövsümov (Mövsümzadə) həmin 2013-cü ildə Türkiyədə "Yılın Yabancı Spor Yazarı" ("İlin ən yaxşı əcnəbi idman yazarı") nominasiyasında "Futbol Oscarı" mükafatına layiq görülüb. == Kitabxanalarda == "Bir qolun tarixçəsi" kitabı Azərbaycan Milli Kitabxanasında, İsveçrədə FIFA Dünya Futbol Muzeyi və Paraqvayda CONMEBOL Cənubi Amerika Futbol Muzeyinin kitabxanalarında, ABŞ-nin Texas ştatındakı Milli Futbol Şöhrət Zalının arxivində, həmçinin Londonda dünyanın ən böyük kitabxanası hesab edilən Britaniya Milli Kitabxanasında və Kiyevdə V. İ. Vernadski adına Ukrayna Milli Kitabxanasında saxlanılır. == "Anatoli Banişevski 60" == Rasim Mövsümov (Mövsümzadə) həmçinin 2006-cı ildə nəşr olunan "Anatoli Banişevski-60" kitabçasının müəllifidir.
Brauzerin tarixçəsi
Gözlənilən bir qətlin tarixçəsi (roman)
Gözlənilən bir qətlin tarixçəsi (isp. Crónica de una muerte anunciada) – Qabriel Qarsiya Markesin 1981-ci ildə nəşr olunmuş romanıdır. == Məzmunu == Roman 21 yaşlı ərəb mənşəli kolumbiyalı gənc Santyaqo Nasarın qətlindən bəhs edir. Əhvalat şəhərə 27 il sonra bu hadisəni araşdırmaq üçün qayıdan müəllif tərəfindən nəql edilir. Santyaqo Nasar səhər saat 5:30-da yuxudan durub, şəhərə gəmi ilə gələn yepiskopu görməyə hazırlaşır. Santyaqo keçən gecə bütün şəhər əhlinin iştirak etdiyi Bayyardo San Roman ilə Anxela Vikarionun toyundakı sərxoşluqdan sonra sustluq keçirir. Evdən çıxmazdan qabaq, o anası Plasido Lineroya gecə gördüyü yuxusunu danışır. Yuxuda Santyaqo əncirlikdə gəzişdiyini görür. Yuxuda ağacları görmək pis əlamətdir, ancaq Plasida Linero, təcrübəli yuxuyozan olmağına baxmayaraq, buna fikir vermir. Santyaqo şəhər sakinləri ilə birlikdə yepiskopu qarşılamaq üçün limana yola düşür.
Hesablama avadanlığı tarixçəsi
Hesablama avadanlıqı tarixçəsi — İnformasiya texnologiyasının müasir inkişaf dövrü texnologiyasında edilən dəyişikliklərə uyğun olaraq, müxtəlif mərhələlərə bölünür. Hər mərhələ yeni nəsil kompyuterlərin meydana gəlməsi ilə bağlıdır. "Komputerlərin nəsilləri" başlıca olaraq komputerlərdə istifadə edilən məntiq elementlərinin müxtəlifliyi ilə fərqlənir. Məntiq elementi informasiyanın emalı və yadda saxlanması üçün istifadə edilən elektron komponentdir. Birinci nəsil — (1951–1958). Kompüterlərin birinci nəslində elektron lampaları əsas məntiq elementi idi. Bu lampalar qızır və tez-tez sıradan çıxırdı. Kompüterlər işləyərkən xeyli elektrik enerjisi sərf edilirdi. Bu maşınların bir nöqsanı da hesablama işlərinin təşkili ilə bağlı idi. Belə ki, istənilən məsələni həll etmək üçün müvafiq alqoritmi-proqramı ikilik kodlar şəkilndə tərtib etmək lazım gəlirdi ki, buda çətin, yorucu və tez-tez səhvlərə gətirib çıxaran bir iş idi.
Veb brauzerin tarixçəsi
Veb səyahət tarixçəsi
Əttar: Bir qatilin tarixçəsi (film, 2006)
Ətriyyatçı: Bir qatilin tarixçəsi (ing. Perfume: The Story of a Murderer) — rejissorluğu Tom Tikver tərəfindən edilən, əsas rollarda Ben Vişou, Alan Rikman, Reyçel Herd-Vud və Dastin Hoffmanın yer aldığı 2006-cı il istehsalı olan psixoloji-dram filmi. Patrik Züskindin eyniadlı romanı əsasında çəkilmişdir. Ssenari müəllifləri Endrü Birkin, Bernd Ayhinqer və Tom Tikverdir. Film 18-ci əsrdə Fransada cərəyan edir, mükəmməl qoxubilmə hissinə malik olan Jan-Baptistin hekayəsindən bəhs edir. Film məşhur qatil olan Jan-Batist Qrenuyun cəzalandırılması səhnəsi ilə başlayır. Edam üçün aparılmasından əvvəl fransız balıq bazarında doğulan kimi tərk edilməsiylə başlanan həyat hekayəsinə geridönüş edilir. Yetimxanada böyüyən Qrenuy hamıkından daha güclü iybilmə qabiliyyətinə sahib, qəribə və hamıdan uzaq gəzən bir uşaq olaraq yetişir. Daha sonralar dabbaq birinə satılır və uzun illər dabbaq köməkçisi olur. Günlərin bir günü yeni qoxular ilə tanış olduğu Parisə ilk təslimatı edəndə hər şey dəyişir.
Ətriyyatçı: Bir qatilin tarixçəsi (film)
Ətriyyatçı: Bir qatilin tarixçəsi (ing. Perfume: The Story of a Murderer) — rejissorluğu Tom Tikver tərəfindən edilən, əsas rollarda Ben Vişou, Alan Rikman, Reyçel Herd-Vud və Dastin Hoffmanın yer aldığı 2006-cı il istehsalı olan psixoloji-dram filmi. Patrik Züskindin eyniadlı romanı əsasında çəkilmişdir. Ssenari müəllifləri Endrü Birkin, Bernd Ayhinqer və Tom Tikverdir. Film 18-ci əsrdə Fransada cərəyan edir, mükəmməl qoxubilmə hissinə malik olan Jan-Baptistin hekayəsindən bəhs edir. Film məşhur qatil olan Jan-Batist Qrenuyun cəzalandırılması səhnəsi ilə başlayır. Edam üçün aparılmasından əvvəl fransız balıq bazarında doğulan kimi tərk edilməsiylə başlanan həyat hekayəsinə geridönüş edilir. Yetimxanada böyüyən Qrenuy hamıkından daha güclü iybilmə qabiliyyətinə sahib, qəribə və hamıdan uzaq gəzən bir uşaq olaraq yetişir. Daha sonralar dabbaq birinə satılır və uzun illər dabbaq köməkçisi olur. Günlərin bir günü yeni qoxular ilə tanış olduğu Parisə ilk təslimatı edəndə hər şey dəyişir.
Azərbaycanın Olimpiya Oyunlarında dopinq tarixçəsi
Azərbaycanın Olimpiya Oyunlarında dopinq tarixçəsi — aşağıda Azərbaycanın Olimpiya Oyunları tarixində baş verən dopinq hadisələri qeyd edilmişdir. 14 dəfə Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycan idmançılarının adı yalnızca 2008 və 2012-ci illərdə dopinqdə hallanmışdır. 2016-2017-ci illərdə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən aparılan araşdırmalara əsasən biri yunan-roma güləşçisi, beşi isə ağır atlet olmaqla 6 idmançının nəticələri ləğv edilmişdir. 4 idmançı olimpiaları medalsız başa vursa da, yunan-roma güləşçisi Vitali Rəhimov gümüş medaldan, ağır atlet Valentin Xristov isə bürünc medaldan məhrum edilmişdir. == Ləğv edilən nəticələr == == 2008-ci ilin olimpiadası == 24.08.2016-cı ildə Beynəlxalq Olimpiya Komitəsi (IOC) ağır atletlərin turnirində çıxış edən Nizami Paşayevdən 2008-ci il Olimpiya Oyunlarında götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə rəsmi məlumat verdi. Məlumata əsasən Nizami Paşayev olimpiada da mübarizə apardığı gün onun qanında qadağan olunan dehidroxlormetiltestosteron (turinabol) preparatı tapıldı. Beynəlxalq Olimpiya Komitəsi (IOC) İntizam Komissiyasının qərarına əsasən Nizami Paşayevin nəticələri ləğv edildi. 26.10.2016-cı ildə Beynəlxalq Olimpiya Komitəsi (IOC) ağır atletlərin turnirində çıxış edən digər idmançı — Sərdar Həsənovdan 2008-ci il Olimpiya Oyunlarında götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə rəsmi məlumat verdi. Məlumata əsasən Sərdar Həsənov olimpiada da mübarizə apardığı gün onun qanında qadağan olunan dehidroxlormetiltestosteron (turinabol) preparatı tapıldı. Beynəlxalq Olimpiya Komitəsi (IOC) İntizam Komissiyasının qərarına əsasən Sərdar Həsənovun nəticələri ləğv edildi.

Значение слова в других словарях