Azərbaycanın Olimpiya Oyunlarında dopinq tarixçəsi

Azərbaycanın Olimpiya Oyunlarında dopinq tarixçəsi — aşağıda Azərbaycanın Olimpiya Oyunları tarixində baş verən dopinq hadisələri qeyd edilmişdir. 14 dəfə Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycan idmançılarının adı yalnızca 20082012-ci illərdə dopinqdə hallanmışdır.

2016-2017-ci illərdə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən aparılan araşdırmalara əsasən biri yunan-roma güləşçisi, beşi isə ağır atlet olmaqla 6 idmançının nəticələri ləğv edilmişdir. 4 idmançı olimpiaları medalsız başa vursa da, yunan-roma güləşçisi Vitali Rəhimov gümüş medaldan, ağır atlet Valentin Xristov isə bürünc medaldan məhrum edilmişdir.

Ləğv edilən nəticələr

[redaktə | mənbəni redaktə et]
İdmançı
İdman növü
Yarış
Məlumat
Ləğv edilmə tarixi
Olimpiada
Nəticə
Yer
Sərdar Həsənov ağır atlet -62 Kq.
2008
DNF
26.10.2016
İntiqam Zairov ağır atlet -85 Kq.
361
9
12.01.2017
Nizami Paşayev ağır atlet -94 Kq.
396
5
24.08.2016
Vitali Rəhimov yunan-roma güləşçisi 60 Kq.
finalda uduzdu
26.12.2016
Valentin Xristov ağır atlet -56 Kq.
2012
286
16.06.2016
Sərdar Həsənov (2) ağır atlet -69 Kq.
321
8
İntiqam Zairov (2) ağır atlet -94 Kq.
397
6
12.01.2017
Boyanka Kostova ağır atlet -58 Kq.
233
5
16.06.2016

2008-ci ilin olimpiadası

[redaktə | mənbəni redaktə et]

24.08.2016-cı ildə Beynəlxalq Olimpiya Komitəsi (IOC) ağır atletlərin turnirində çıxış edən Nizami Paşayevdən 2008-ci il Olimpiya Oyunlarında götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə rəsmi məlumat verdi.[1] Məlumata əsasən Nizami Paşayev olimpiada da mübarizə apardığı gün onun qanında qadağan olunan dehidroxlormetiltestosteron (turinabol) preparatı tapıldı.[1] Beynəlxalq Olimpiya Komitəsi (IOC) İntizam Komissiyasının qərarına əsasən Nizami Paşayevin nəticələri ləğv edildi.[1]

26.10.2016-cı ildə Beynəlxalq Olimpiya Komitəsi (IOC) ağır atletlərin turnirində çıxış edən digər idmançı — Sərdar Həsənovdan 2008-ci il Olimpiya Oyunlarında götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə rəsmi məlumat verdi.[2] Məlumata əsasən Sərdar Həsənov olimpiada da mübarizə apardığı gün onun qanında qadağan olunan dehidroxlormetiltestosteron (turinabol) preparatı tapıldı.[2] Beynəlxalq Olimpiya Komitəsi (IOC) İntizam Komissiyasının qərarına əsasən Sərdar Həsənovun nəticələri ləğv edildi.[2]

26.12.2016-cı ildə Beynəlxalq Olimpiya Komitəsi (IOC) yunan-roma güləşi turnirlərində çıxış edən və gümüş medala sahib olan Vitali Rəhimovun 2008-ci il Olimpiya Oyunlarında götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə rəsmi məlumat verdi.[3] Məlumata əsasən Vitali Rəhimov olimpiada da mübarizə apardığı gün onun qanında qadağan olunan dehidroxlormetiltestosteron (turinabol) preparatı tapıldı.[3] Beynəlxalq Olimpiya Komitəsi (IOC) İntizam Komissiyasının qərarına əsasən Vitali Rəhimovun nəticələri ləğv edildi və gümüş medaldan məhrum edildi.[3]

12.01.2017-ci ildə isə Beynəlxalq Olimpiya Komitəsi (IOC) ağır atletlərin turnirində çıxış edən İntiqam Zairovdan 2008-ci il Olimpiya Oyunlarında götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə rəsmi məlumat verdi.[4] Məlumata əsasən İntiqam Zairov olimpiada da mübarizə apardığı gün onun qanında qadağan olunan dehidroxlormetiltestosteron (turinabol) preparatı tapıldı.[4] Beynəlxalq Olimpiya Komitəsi (IOC) İntizam Komissiyasının qərarına əsasən İntiqam Zairovun nəticələri ləğv edildi.[4]

2012-ci ilin olimpiadası

[redaktə | mənbəni redaktə et]

16 iyun 2016-cı ildə Beynəlxalq Olimpiya Komitəsi (IOC) ağır atletlərin turnirində çıxış edən Valentin Xristovdan 2012-ci il London Olimpiadasında götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə rəsmi məlumat verdi.[5] Məlumata əsasən Valentin Xristov olimpiada da mübarizə apardığı gün onun qanında qadağan olunan dehidroxlormetiltestosteron (turinabol) preparatı tapıldı.[5] Beynəlxalq Olimpiya Komitəsi (IOC) İntizam Komissiyasının qərarına əsasən Valentin Xristovun nəticələri ləğv edildi və qazandığı bürünc medaldan məhrum edildi.[5]

16 iyun 2016-cı ildə Beynəlxalq Olimpiya Komitəsi (IOC) ağır atletlərin turnirində çıxış edən Boyanka Kostovadan 2012-ci il London Olimpiadasında götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə rəsmi məlumat verdi.[6] Məlumata əsasən Boyanka Kostova olimpiada da mübarizə apardığı gün onun qanında qadağan olunan dehidroxlormetiltestosteron (turinabol) preparatı tapıldı.[6] Beynəlxalq Olimpiya Komitəsi (IOC) İntizam Komissiyasının qərarına əsasən Boyanka Kostovanın nəticələri ləğv edildi.[6]

12 yanvar 2017-ci ildə Beynəlxalq Olimpiya Komitəsi (IOC) ağır atletlərin turnirində çıxış edən İntiqam Zairovdan 2012-ci il London Olimpiadasında götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə rəsmi məlumat verdi.[7] Məlumata əsasən İntiqam Zairov olimpiada da mübarizə apardığı gün onun qanında qadağan olunan dehidroxlormetiltestosteron (turinabol) preparatı tapıldı.[7] Beynəlxalq Olimpiya Komitəsi (IOC) İntizam Komissiyasının qərarına əsasən İntiqam Zairovun nəticələri ləğv edildi.[7]

  1. 1 2 3 Kaspi qəzeti. "Nizami Paşayevin qanında dopinq tapıldı". Kaspi.az (az.). 2022-08-30. 2016-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. 1 2 3 Report İnformasiya Agentliyi. "Azərbaycan ağır atletinin olimpiada nəticəsi ləğv edilib". www.report.az (az.). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  3. 1 2 3 Oxu.az xəbər portalı. "Vitali Rəhimovun olimpiya medalı əlindən alındı". www.oxu.az (az.). 2022-08-30. 2016-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  4. 1 2 3 Report İnformasiya Agentliyi. "Azərbaycan ağırlıqqaldıranı olimpiya medalından məhrum edilib". www.report.az (az.). 2022-08-30. 2022-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  5. 1 2 3 Sportnet.az idman saytı. "Valentin Xristov: "London olimpiadasında dopinqə düşməmişəm"". www.sportnet.az (az.). 2022-08-30. İstifadə tarixi: 30.08.2022.[ölü keçid]
  6. 1 2 3 Report İnformasiya Agentliyi. "Azərbaycanın daha bir ağırlıqqaldıranından dopinq tapılıb". www.report.az (az.). 2022-08-30. 2016-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  7. 1 2 3 Qafqazinfo.az idman portalı. "İntiqam Zairov cəzalandırıldı - Dopinq tapıldı". www.qafqazinfo.az (az.). 2022-08-30. 2022-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.