TAVUS

Adın mənşəyini bəziləri hindcə, bəziləri də latınca hesab edir. Ərəbcəsi “tavus”dur: uzun və rəngarəng tükləri olan quş; bəzənmiş qız; əbədilik, ölməzlik, padşahlıq rəmzi kimi tətbiqi sənətdə işlənir.
TAVAT
TAVUZ
OBASTAN VİKİ
Tavus nahiyəsi
Tavus nahiyəsi —
Tavus ibn Keysan
Tavus ibn Keysan (ərəb. طاووس بن كيسان‎; 634, Yəmən – 724) — mühəddis və fəqih. Tavus ibn Keysan 653-cü ildə Yəməndə doğuldu və Cənəd şəhərində yaşadı. Əsl adının Zəkvan, ləqəbinin Tavus olduğunu söyləyənlər varsa da, Tavus adıyla şöhrət tapmışdır. Tavus (süs, zinət) ləqəbinin ona qiraətçilərin öndə gələnlərindən (Tavusül-qurra) olması dolayısıyla verildiği qeyd edilir. Dönəmin Sasani hökmdarının Yəməni zəbt etmək üçün göndərdiyi əsgərlərin soyundan gələn (əbna) Fars kökənli bir ailəyə mənsubdur. Əməvilərin ilk dönəmlərində Yəmənə amil təyin edilən Bahir ibn Risan əl-Himyəri və ya İbn Hövzə əl-Həmdaninin mövlası olduğu nəql edilir. Ailəsinin mənşəyi haqqında başqa rəvayətlər də zikr edilməkdə, anasının Fars əsilli olub, atasının Nəmir ibn Kasıt qəbiləsinə mənsub olduğu yaxud bu ailənin bir Ərəb qəbiləsiylə heç vəla aqdi qurmadığı, ancaq Tavusun atası Keysanın Himyər qəbiləsindən bir qadınla evləndiyi və Tavusun bu evlilikdən dünyaya gəldiyi bildirilir . Tavus əlli nəfərə qədər səhabini gördü, onlardan hədis və elm öğrəndi. Yəməndə yaşamaqla birlikdə zaman-zaman müəllimi Abdullah ibn Abbasın olduğu Məkkəyə və Zeyd ibn Sabitin yaşadığı Mədinəyə səyahətlər etdi.
Seyyid ibn Tavus
Seyyid ibn Tavus (ərəb. سيد بن طاووس‎; 1193- 1266) — Seyyid ibn Tavus miladi XIII əsrdə yaşamış görkəmli cəfəri alimlərindən biridir. O, 1193-cü ildə böyük alimlərin vətəni olan Hillə şəhərində doğulmuşdu. Ata tərəfdən şəcərəsi İmam Həsənə (ə), ana tərəfdən İmam Hüseynə (ə) çatırdı. Alimin bütöv adı Rəziyyəddin Seyyid Əli ibn Musadır, “Seyyid ibn Tavus” adı ilə tanınır. Onun mənsub olduğu Ali-Tavus nəsli İraqda böyük şöhrətə malik idi. Seyyid ibn Tavus Hillə, Nəcəf və Kərbəla şəhərlərində yaşamış, ömrünün sonlarına yaxın Bağdadda ömür sürmüş, Elxani hökmdarı Hülaku tərəfindən nəqib (şiələrin işlərini nizama salan şəxs) vəzifəsinə təyin edilmişdi. Seyyid ibn Tavus müxtəlif sahələrdə öz qələmini sınamış, “Lühuf”, “İqbal”, “Təraif”, “Fəlah əl-sail”, “Mühəc əl-dəavat” kimi dəyərli əsərlər yazmışdır. Kitablarının böyük bir qismi dua, ibadət əməlləri və əxlaq mövzusundadır. Ümumiyyətlə, alim mənəvi təkamül və əxlaq məsələlərinə xüsusi önəm vermişdir.
Tavusgəran
Tavusgəran (kürd. Tawûsgeran) — yezidi dini bayramı. Tavusgəran əsnasında kəvallar və digər din xadimləri yezidi kəndlərini ziyarət edərək "sincaq" – Tavusi Mələk simvolu olan tovuz quşunun müqəddəs şəkillərini gətirirlər. Bunlara ehtiram edilir, dindarlardan haqq yığılır, xütbələr oxunur, müqəddəs su və berat (Lalişdən kiçik daşlar) paylanır.

Значение слова в других словарях