TAXMAQ

f.
1. İki şeyin uclarını bir-birinə keçirmək, ilişdirmək, yaxud bir şeyi başqa bir şeyə keçirmək.
Kişi müştüyə taxmaq istədiyi papirosa sığal verirdi. Mir Cəlal.
[Bəyim xala] …bağırsaq kimi çözələnən rezin borunun bir ucunu su kranına taxıb asfaltı yuyurdu. İ.Hüseynov.

// Sancmaq, ilişdirmək, keçirmək.
Mən bir yolçu olub yoldan keçərkən; Qoparıb köksümə taxardım səni. H.Cavid.
Taxır sinəsinə güldən, çiçəkdən; Açır süfrəsini bulaq başında. S.Vurğun.

2. Keçirmək. Qolbaq taxmaq. Barmağına üzük taxmaq.
[Suğra] güllü-çiçəkli krepdeşindən lap yeni dəblə tikilmiş uzun bir don, lak tufli geymiş, hətta sırğa da taxmışdı. M.Hüseyn.

3. Bir şeyi bir şeyin üstünə qoymaq, bənd etmək, ilişdirmək.
Tahir sümük çərçivəli eynək taxmış ucaboy, buğdayısifət, qıvrımsaç alimi yaxşı xatırlayırdı. M.Hüseyn.
Bəzən Lətif işini qurtarıb qəlibçilər şöbəsinə gəlir, gözlük taxmış gənc metaləridənlərə … sataşırdı. H.Seyidbəyli.

4. dan. Əyninə, əlinə keçirmək, geymək.
Nəriman, sevinmiş kimi əlcəyi barmaqlarına taxdı. Mir Cəlal.
[Çimnaz] …pambıqlı canlığını əyninə taxıb, qızına da … paltarını dəyişməyi təklif elədi. Ə.Əbülhəsən.

Синонимы

  • TAXMAQ asmaq
  • TAXMAQ geyinmək — keçirmək
  • TAXMAQ 1. TAXMAQ [Əmiraslan ağa:] ..Cahangir sabah qırmızı bayrağını “Laçın yuvasına taxmaq arzusundadır (S

Антонимы

  • TAXMAQ TAXMAQ – ÇIXARMAQ Geyin xara, geyin ipək; Boynuna tax daş-qaşları (S.Vurğun); Cibindəki kağızları çıxartdı (H
TAXMA
TAXT

Значение слова в других словарях