TİCARƏT-SƏNAYE

прил. торгово-промышленный (связанный с деятельностью в области торговли и промышленности). Azərbaycan Respublikasının ticarət-sənaye palatası торгово-промышленная палата Азербайджанской Республики (общественная организация, содействующая развитию внешней торговли и международных экономических связей), ticarət-sənaye müəssisəsi торгово-промышленное предприятие (заведение), ticarət-sənaye bankı торгово-промышленный банк
TİCARƏT-SATIŞ
TİCARƏT-TƏDARÜK
OBASTAN VİKİ
Bakı Ticarət-Sənaye İttifaqı
Bakı Ticarət-Sənaye İttifaqı — qeyri-hökumət təşkilatı. == Məlumat == Təşkilatın əsası 1918-ci ilin martında qoyulmuşdur. Sənaye və ticarət şöbələri var idi. Bütün sənaye sahələrinin təmsil olunduğu 24 qrupu əhatə edirdi. İttifaqın sədri Yusif Əhmədzadə Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, ticarət-sənaye ittifaqından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdi. Ticarət-sənaye ittifaqı 1919-cu ildə Parlamentə azad ticarət prinsipləri haqqında qanun layihəsi təqdim etmişdi. İttifaqın müzakirə etdiyi əsas məsələlər ticarət (ixrac və idxal məsələləri), valyuta məzənnəsi və valyuta əməliyyatları (kağız pullar çapının dayandırılması, daxili istiqraz vərəqələrinin buraxılması və i.a) və s. olmuşdur. 1919-cu il oktyabrın ortalarında Azərbaycan Xalq Cümhuriyyətinin İranla müqavilə layihəsi İttifaqın iclaslarında müzakirə edilmişdi. Ticarət-Sənaye İttifaqı İranla beynəlxalq poçt və qarşılıqlı dəmiryol əlaqələrinin bərpasını təmin edən müvəqqəti sazişin bağlanmasını zəruri hesab etmişdi.
Sənaye və Ticarət Nazirliyi (Vyetnam)
Sənaye və Ticarət Nazirliyi (vyet. Bộ Công Thương) — Vyetnamda sənaye və ticarətin inkişafı, təşviqi, idarə edilməsi, tənzimlənməsi, idarə edilməsi və böyüməsinə cavabdeh dövlət nazirliyi. Keçmiş Ticarət Nazirliyi 1945-ci ildə müasir Milli Birləşmə Kabinetinin formalaşması ilə yaranmış və 1955-ci ildə öz başına bir nazirliyə çevrilmişdir. Ticarət Nazirliyi 2007-ci ildə Sənaye Nazirliyi ilə birləşərək Sənaye və Ticarət Nazirliyi yaranmışdır. Hazırkı Sənaye və Ticarət Naziri Nquyen Honq Dyendir . Nazirliyin baş ofisləri Hanoyda yerləşir.
Sənaye
Sənaye (başqa dillərdə industria mənası latınca çalışqanlıq deməkdir) — iqtisadiyyatın əsas hissəsi olub, cəmiyyətin istehsal gücünün artmasına böyük təsir göstərərək həm sənayenin, həm də xalq təsərrüfatının başqa sahələri üçün əmək silahının hazırlanması ilə məşğul olan bir çox müəsissələrin (zavod, fabrik, hövzə, şaxta, elektrik stansiyası)toplusunu təsvir edir. Burada istehsal manufakturalardan fərqli olaraq yüksək mexanikləşdirmə və avtomatlaşdırma dərəcəsinə malikdir. Sənaye istehsal formalarının inkişaf etdirilib tətbiq olunması prosesinə sənayeləşmə deyilir. Sənaye əsas olaraq iki böyük sahə altında qruplaşır: hasil edən və emal edən sənaye. Hasil edən sənayeyə misal kimi dağ mədənlərini, neft yataqlarını, həmçinin hidroelektrik stansiyalarını, su kanallarını, meşə istismar təsərrüfatı, balıqtutma və dəniz məhsullarının istehsalını göstərmək olar. Emal edən sənayeyə isə qara və əlvan metalların, prokatların, kimyəvi və neft kimyası məhsulları, maşın və avadanlıqlar, ağac və kağız məhsulları, sement və başqa tikinti materialları, yüngül və yeyinti sənaye məhsulları, həmçinin sənaye məhsullarının təmiri ilə məşğul olan müəssisələr və istilik elektrik stansiyaları daxildirlər. == Neft sənayesi == Respublikada yanacaq sənayesi əsasən neftin və qazın çıxarılması və onların emalı ilə təmsil olunmuşdur. Neft və qaz hasilatının ilk dövrlər mütəmadi olaraq Abşeron yarımadasında, sonralar isə Aran iqtisadi rayonunun əsasən Muğan-Salyan hissəsində və Quba-Xaçmaz iqtisadi rayonunda, nəhayət, ən böyük həcmdə Xəzər dənizinin şelf zonasından çıxarılır. Hazırda neft və qaz istehsalı dənizdə sürətlə artır, quruda isə xüsusən Quba-Xaçmaz iqtisadi rayonunda hasilat getdikcə azalır. Vaxtilə istismar edilmiş neft yataqlarını da nəzərə almaqla, indi respublika ərazisində 90-a qədər neft-qaz yatağı vardır.
Ticarət
Ticarət iqtisadiyyatın bir sahəsidir. Alqı-satqı və xidmət sahələri ilə müşayiət olunan sahibkarlıq fəaliyyəti. Ticarət topdan və pərakəndə ticarətə bölünür. Ölkələr arasında ticarət istiqamətinə görə import və eksport adlanır. == Ədəbiyyat == Əliyev F. M. XVIII əsrin birinci yarısında Azərbaycanda ticarət Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine / Red. H. B. Abdullayev, Ə. Ə. Rəhmani ; Azərbaycan SSR EA Tarix İnstitutu. — Bakı : Azərb. SSR EA, 1964. — 122 s.
Ağır sənaye
Ağır sənaye böyük və əsasən mexaniki və struktur komponentlərin istehsal olunduğu bir sənaye qrupudur. Ümumiyyətlə mədən, metallurgiya, maşınqayırma, energetika, müdafiə sənayesi və kimya sənayesi kimi sahələri əhatə edir.
Elektron sənaye
Elektron sənaye – maşınqayırmanın ən yeni sahəsi. Elketron cihazları, elektron-hesablama maşınlarını istehsal edir ki, bunlar da hesablama texnikasında, təsərrüfatın bütün sahələrində və ölkənin müdafiəsində istifadə olunur. Bunlara çox saf, keyfiyyətli və bahalı materiallar işlənilir.
Rusiyada sənaye
Rusiya sənayesi — Rusiya iqtisadiyyatında böyük bir sənayedir. 2009-cu ildə Rusiyanın ÜDM-də sənayenin payı 37% -dir. 2008-ci ildə sənayedə işləyən əhalinin payı 31.9% -dir. 2007-ci ildə Rusiya sənaye istehsalında istehsalın payı 66% təşkil etmişdir. 2009-cu ildə istehsalda ümumi əlavə dəyəri 5.1 trilyon rubl olmuşdur. 2009-cu ildə istehsalatdakı məhsulun həcmi 13,6 trilyon rubl olmuşdur. 2008-ci ildə istehsalata kapital qoyuluşları - 1,37 trilyon rubl təşkil etmişdir.
Sənaye coğrafiyası
Sənaye coğrafiyası - iqtisadi coğrafiyanın bir sahəsi. Sənaye istehsalının ərazi üzrə yerləşdirilməsini, müxtəlif ölkə və rayonlarda sənayenin inkişafı və yerləşdirilməsinin qanunauyğunluqlarını, şərait və xüsusiyyətlərini öyrənir.
Sənaye cəmiyyəti
Sənaye cəmiyyəti — istehsal proseslərinin ön plana çıxdığı, fabrik və zavodlar, sənaye məhsullarının iqtisadiyyatın əsasını təşkil etdiyi, aqrar cəmiyyətdən sonra enerjinin əldə edilməsi nəticəsində meydana çıxan cəmiyyət. == Sənayenin inkişafı == Avropada və Şimali Amerikadakı sənaye inqilabından, ardınca 20-ci əsrdə bütün dünyada baş vermiş sənayeləşmədən əvvəl iqtisadiyyatın böyük bir hissəsi aqrar xüsusiyyət daşıyırdı. Əsas məhsullar çox vaxt məişətdə hazırlanır və istehsalın digər böyük bir hissəsi məhdud ixtisas və ya texnikaya sahib olan sənətkarlar tərəfindən kiçik emalatxanalarda həyata keçirilirdi. Orta əsrlərin sonlarında Avropanın bir çox şəhərlərində sənətkarlar öz ticarətlərini tənzimləmək və kollektiv şəkildə öz biznes maraqlarını həyata keçirmək üçün gildiyalar yaratdılar.
Sənaye inqilabı
Sənaye İnqilabı — Avropada XVIII və XIX əsrlərdə, elmi-texniki tərəqqi nəticəsində buxar gücü ilə işləyən maşınların istehsal prosesinə inteqrasiyası ilə avtomatlaşdırılmış sənayenin yaranmasını ifadə edən tarixi hadisə. Sənaye İnqilabı ilk olaraq Birləşmiş Krallıqda meydana gəlmiş, sonralar isə Qərbi Avropa, Şimali Amerika və Yaponiya başda olmaqla, bütün dünyaya yayılmışdır. == Sənaye İnqilabının tərifi == Son 3 əsrdəki insanlıq tarixinin ən əsas inkişafı, sənaye inqilabı idi. Bu inqilab adi bir tarixi hadisə deyil. Hələ də müasir dünyanı formalaşdırmaqda davam edən bir prosesdir. Ən qədim sənaye cəmiyyətləri(ingilis,fransız) belə, bu prosesin misal üçün, ailə münasibətlərinə və ətraf mühitə olan təsirlərinə hələ də uyğunlaşmağa çalışırlar. Bu fenomen təxminən 250 il əvvəl ortaya çıxdı və dünyanı dəyişdirdi. Əmtəə istehsal etmək üçün yeni üsullara və sistemə fokuslaşan sənayeləşmə, insanların yaşadığı yerləri, davranışlarını, siyasi məsələlərə baxış bucaqlarını, hətta birçox tarixçinin iddia etdiyi kimi cinsi əlaqədə olma stillərini belə dəyişdirdi. Sənaye inqilabı elə başlanğıcdan etibarən qlobal bir prosesdi. Sənaye inqilabı qlobal iqtisadi münasibətlərdə meydana gələn dəyişikliklərdən qaynaqlandı, sonra bu əlaqələri daha fərqli olaraq yenidən təsvir etməyə başladı və bunu etməyə hələ də davam edir.
Sənaye mühəndisliyi
Sənaye mühəndisliyi — insan, maliyyə, bilik, informasiya, avadanlıq, enerji, material və proses kimi tərkib hissələrdən ibarət sistemi yaratmaq, tətbiq və inkişaf etdirməklə məşğul olan mühəndilsiyin bir sahəsidir. O həm də prototiplərin yaradılması və onların yaxşı satılması üçün xidmət edir. Sənaye mühəndisliyi bundan əlavə istər riyazi, istərsə də fiziki və sosial və mühəndislik elmlərinin sintezi ilə təsvir edilir. Hazırlama sistemlərinin tətbiqində bu sahə vaxtın azaldılması, pul, material, enerji və başqa resursların qənaətini əldə etməyə imkan verir. Sənaye mühəndisliyi həm də tətbiq sahəsindən asılı olaraq əməliyyat menecmenti, sistem texnikası, istehsal prosesi, hazırlama texnologiyası və ya istehsal sisitemləri kimi də məlumdur. Bu və ya digər adların tətbiq istifadəçilərin özlərini başqalarından fərqləndirməsi ilə bağlıdır. Avtomobil sənayesində tez-tez menecment mühəndisliyi, idarəedici menecment ya da sistem mühəndisliyi adlanır. Bu ixtisas hələ XIX əsrdən müxtəlif universitetlər tərəfindən tədris olunmağa başlamışdır. ABŞ-də bu təhsil ilk dəfə olaraq 1908-ci ildə tətbiq olunur. 1926-cı ildə Berlin TU-da da eyni yönlü ixtisas tədris olunmağa başlayır.
Sənaye parkı
Sənaye parkı- (həmçinin sənaye obyekti, ticarət məkanı olaraq da tanınır), sənayenin inkişafı məqsədi üçün planlaşdırılan və rayonlaşdırılan ərazi kimi nəzərdə tutulmuş ərazidir. Sənaye parkı biznes və ya ofis məqsədli ilə yaradılan parkların daha "ağırçəkili" bir versiyası kimi düşünülə bilər, baxmayaraq ki, ağır sənayeyə nisbətən yüngül sənaye kimi xarakterizə olunur. == Faydaları == Sənaye parkları, bir qayda olaraq, şəhərin əsas yaşayış sahəsinin kənarlarında və ya xaricində yerləşir. Normal şəkildə magistral və dəmir yolu da daxil olmaqla yaxşı nəqliyyat imkanı ilə təmin olunur. Belə nümunələrdən biri Londonun Temza Gateway bölgəsindəki Temza çayı boyunca yerləşən çox sayda sənaye məhəlləsidir. Sənaye parkları ümumiyyətlə nəqliyyat vasitələrinə yaxın, xüsusilə də magistral yollar, dəmir yolları, hava limanları və portlar da daxil olmaqla birdən çox nəqliyyat rejiminin kəsişdiyi yerlərdə yerləşir. Şimali Amerika sənaye parkının isə ümumi xüsusiyyəti parkın su tələblərini qarşılamaq və yanğınsöndürmə məqsədləri üçün kifayət qədər su tutmağa kömək edən su qülləsinə sahib olmasıdır. Bu həm də sənaye parkını və ərazini reklam edir, çünki adətən cəmiyyətin adı və loqotipi onun üzərinə rənglənmişdir. Sənaye parkları təşkil etmək üçün torpaq ayırmanın bir sıra məqsədləri mövcuddur: Xüsusi infrastrukturu ayrılmış ərazidə cəmləşdirməklə, həmin infrastrukturun mühüm xərclərini azaltmaq. Bu cür infrastruktura yollar, dəmir yolu xətləri, limanlar, yüksək enerji təchizatı (çox vaxt üç fazalı elektrik enerjisi daxil olmaqla), yüksəksəviyyəli rabitə kabelləri, böyük həcmli su təchizatı və yüksək həcmli qaz xətləri daxildir; Bir yerdə vahid infrastrukturu təmin etməklə yeni bizneslər cəlb etmək; Şəhər yerlərindən sənaye sahələrini uzaqlaşdırmaqla sənayenin ətraf mühitə və sosial sferaya təsirini azaltmağa çalışmaq; Yerli səviyyədə ekoloji nəzarəti təmin etmək.
Sənaye robotu
Sənaye robotu – robotun bir növü olub, istehsal proseslərində müəyyən proseslərin aparılması üçün tətbiq olunur. Buraya pəstahların tutulması, hissələrin yığılması və emalı daxildir. ==== Funksiyaları ==== Bu günkü sənaye robotları əsasən stasionar olaraq yerləşdirilirlər və konkret tapşırığın yerinə yetirilməsi üçün təyin olunurlar. Robotların inkişafının əvvəlində əsasən texnoloji proseslərə asan inteqrasiya oluna bilən ucuz texniki periferiyanın yaradılması; modular quruluşa malik robotların həm tutqacı hərəkət etdirən yönəldicilərə, həm idarəetmə sisteminin tələblərinə uyğunlaşdırılması; robotların işləmə mexanizminin riyazi modelləri əsasında onun hərəkətinin optimallaşdırılması ilə çəkisinin azaldılması və sərtliyinin artırılması; sadə senzorların tətbiqi ilə robotların tətbiq sahələrinin genişləndirilməsi; mikroelektronikanın tətbqi ilə robotlarda xətaların asanlıqla tapılması üçün diaqnozetmə funksiyalarının daxil edilməsi kimi məsələlərin həlli maraq doğururdu. ==== Quruluşu ==== Sənaye robotları əsasən üç tərkib hissədən ibarətdir. Robotu nəql etmək üçün üç sərbəstlik dərəcəsinə malik arabadan istifadə olunur. Bu robotun gövdəsini təşkil edir. Qövdəyə bərkidilmiş robotqolu təyinatından asılı olaraq 4-dən 6-ya qədər sərbəstlik dərəcəsinə malik olur. Qolun uc hissəsinə robotun ən həssas hissəsi – effektorlar (sensorlar) və əl bərkidilir. Robotların belə sinifləşdirilməsi əsasən onların malik olduqları kinematika əsasında yaratdıqları işçi fəzanın adı ilə bağlıdır.
Sənaye yağları
Sənaye yağları – aşağı və orta özlülüyə (5–50 mm2/c 500C-də) malik distillat neft yağlarıdır. Bu yağlardan dəzgahların sürtünmə hissələrində, ventilyatorlarda, nasoslarda, toxuculuq maşınlarında,həmçinin hidravlik mayelərin, plastik və texnoloji sürtkülərin hazırlanmasında əsas kimi istifadə olunur. == Xüsusiyyətlər == "Sənaye yağları" anlayışı bu qrup yağları avtomobil və başqa nəqliyyat yağlarından (motor, transmissiya, aviasiya) və hidravlik mayelərdən ayırmaq üçün müvafiq standartlara (ГОСТ ISO) daxil edilmişdir. Sürtkü yağlarının stasionar qurğularda istifadə olunması, nəqliyyatdan fərqli olaraq sürtünən cütlüklərdə orta temperatur rejimi və təzyiqi ilə xarakterizə olunur. Mülayim temperatur şəraiti olan yerdə sənaye avadanlığının istismarı yağların nəqliyyatda xarakterizə olunan “bütün fəsillərdə işləmə” problemini aradan qaldırır. == Yağların xassələri == Sənaye yağları – metalkəsən dəzgahların detallarının, preslərin, yayma və digər sənaye avadanlıqlarının yeyilməsinin və sürtünməsinin azalmasını təmin etmək üçündür. Sənaye yağları eyni zamanda sürtünmə qovşaqlarından istiliyi ayırmalı, detalları korroziyadan qorumalı, sürtünmə səthlərini çirklənmədən təmizləməli, kipləşdirici vasitə olmalı, hava ilə kontaktda köpüyün əmələ gəlməsinin, davamlı emulsiyaların yaranmasının qarşısını almalı, filtrlərdən yaxşı filtirlənməli, toksiki və pis iyə malik olmamalıdır. Işləmə şəraitində sürtkü yağları yüksək temperatura və təzyiqə məruz qalırlar, müxtəlif metallarla hava ilə, su ilə və müxtəlif aqressiv mühütlə təmasda olurlar. Məhz buna görə istismar zamanı yağlar oksidləşir özlülükləri, turşu ədədi korroziya aktivliyi artır, yeyilmə məhsulları ilə çirklənirlər – aşındırıcı yeyilmə artır, filtrləşmə çətinləşir, parçalanma məhsulları əmələ gəlir – özlülük , alışma temperaturu azalır, su əmələ gəlir və s. Özlülük – yağların əksəriyyəti üçün çox mühüm istismar xassəsindən biridir.
Sənaye müharibəsi
Sənaye müharibəsi — hərb tarixində təxminən XIX əsrin əvvəllərindən və sənaye inqilabının başlanğıcından atom əsrinin başlanğıcına qədərki dövr. Bu dövr sənayeləşmə prosesi vasitəsilə böyük ordular, donanmalar və hava qüvvələri yaratmaq və təchiz etmək iqtidarında olan milli dövlətlərin yüksəlişi ilə xarakterizə olunur. Kral Birləşmiş Xidmətlər İnstitutunun açıqlamasına görə, Rusiya–Ukrayna müharibəsi onu sübut etmişdir ki, sənaye müharibəsi əsri hələ də gündəmdədir. Onların fikrinə görə, avadanlıq, nəqliyyat vasitələri və sursatların kütləvi istehlakı tədarük üçün böyük sənaye bazası tələb edir. == İstinadlar == == Xarici keçidlər == Modern Tendencies in Strategy and Tactics as shown in Campaigns in the Far East (1906) by Lieutenant Colonel Yoda, Imperial Japanese Army.
Sənaye İnqilabı
Sənaye İnqilabı — Avropada XVIII və XIX əsrlərdə, elmi-texniki tərəqqi nəticəsində buxar gücü ilə işləyən maşınların istehsal prosesinə inteqrasiyası ilə avtomatlaşdırılmış sənayenin yaranmasını ifadə edən tarixi hadisə. Sənaye İnqilabı ilk olaraq Birləşmiş Krallıqda meydana gəlmiş, sonralar isə Qərbi Avropa, Şimali Amerika və Yaponiya başda olmaqla, bütün dünyaya yayılmışdır. == Sənaye İnqilabının tərifi == Son 3 əsrdəki insanlıq tarixinin ən əsas inkişafı, sənaye inqilabı idi. Bu inqilab adi bir tarixi hadisə deyil. Hələ də müasir dünyanı formalaşdırmaqda davam edən bir prosesdir. Ən qədim sənaye cəmiyyətləri(ingilis,fransız) belə, bu prosesin misal üçün, ailə münasibətlərinə və ətraf mühitə olan təsirlərinə hələ də uyğunlaşmağa çalışırlar. Bu fenomen təxminən 250 il əvvəl ortaya çıxdı və dünyanı dəyişdirdi. Əmtəə istehsal etmək üçün yeni üsullara və sistemə fokuslaşan sənayeləşmə, insanların yaşadığı yerləri, davranışlarını, siyasi məsələlərə baxış bucaqlarını, hətta birçox tarixçinin iddia etdiyi kimi cinsi əlaqədə olma stillərini belə dəyişdirdi. Sənaye inqilabı elə başlanğıcdan etibarən qlobal bir prosesdi. Sənaye inqilabı qlobal iqtisadi münasibətlərdə meydana gələn dəyişikliklərdən qaynaqlandı, sonra bu əlaqələri daha fərqli olaraq yenidən təsvir etməyə başladı və bunu etməyə hələ də davam edir.
M-ticarət
M-ticarət — mobil rabitə vasitələrinin köməyilə alqı-satqı. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Marjinal ticarət
Marjinal ticarət (ing. margin trading) — razılaşdırılmış məbləğ - marja təhlükəsizliyinə qarşı tacirə kreditlə verilən pul və / və ya maldan istifadə edərək spekulyativ ticarət əməliyyatlarının aparılması. Marjinal, sadə bir borcdan fərqlənir ki, alınan pul məbləği (və ya alınan malların dəyəri) girov məbləğindən (marji) bir qayda olaraq bir neçə dəfə çoxdur. Məsələn, ABŞ dollarına 100 min avro alqı-satqı müqaviləsi bağlamaq hüququnun verilməsi üçün broker ümumiyyətlə 2 min dollardan çox girov tələb edir. Belə borc vermək mümkündür, çünki marjinal ticarətində əməliyyatların məqsədi həmişə yalnız bir müddət sonra eyni məhsulun qiymətlərindəki fərqi əldə etməkdir və alınanları istehlak etmək deyil. Eyni zamanda, treyderə malların çatdırılması heç vaxt baş vermir, bu da malların zədələnməsi və ya itirilməsi riskini aradan qaldırır. Marjinal əməliyyatları mütləq "sövdələşməni bağlamaq" deməkdir, yəni "açılış" sövdələşməsinə münasibətdə bir cüt əks əməliyyat aparmaq - əgər birincisi məhsulun rubla alınmasıdırsa, o zaman bir müddət sonra eyni məhsul rubla satılacaq və özgəninkiləşdirilməyəcək və ya fərqli bir şəkildə istifadə olunmayacaq. Bu marjinal krediti verərkən bir treyder üçün mövcud olan vəsaitin bir əməliyyatdan yarana biləcək zərərin qaytarılması zəmanəti kimi izah edilməsinə imkan verir, yəni qiymətin özü deyil, mümkün zərərin miqdarı nəzərə alınır. Marjinal ticarəti treyderə eyni kapitalla əməliyyat həcmini artırmağa imkan verir. Əlavə olaraq, marjinal ticarəti zamanı, oxşar məhsulun sonrakı gözlənilən alınması ilə borc verilmiş bir məhsul satmağa və krediti natura (əmtəə) qaytarmağa icazə verilir.
Ticarət balansı
Ticarət balansı (ing. Trade balance) ― Tədiyyə balansında bir ölkənin mal alqı-satqısının, başqa sözlə idxal-ixracının balansı. İxracat miqdarı, xaricə satılan malların dəyərlərinin toplamına, İdxal miqdarı isə xaricdən ölkəyə girən malların dəyərləri toplamına bərabərdir. Buna əsaslanaraq, Ticarət balansı (Xarici ticarət balansı) ixrac ilə idxal arasındakı münasibətdir. Ölkənin ixracı, idxalından böyükdürsə, təmiz (net) ixracat 0-dan böyük olar və bu halda ölkənin xarici ticarət balansı artmış olar (müsbət balans). Bir sözlə Ticarət balansı müsbət olar. Əks halda isə, ölkə ixracı, idxaldan kiçik olarsa, təmiz (net) ixrac 0-dan kiçik olar. Bu halda ölkənin xarici ticarət açığı olar. Yəni ticarət balansi mənfi olar. Müsbət ticari balans ölkənin istehsal etdiyi məhsulların dunya bazarında tələbinin yüksək olmasının göstəricisidir.
Ticarət bloku
Ticarət bloku — blok üzvləri üçün ticarət maneələrini endirən və ya aradan qaldıran bir qrup ölkə. Ticarət bloku yaratmaq üçün ölkələr beynəlxalq müqavilələr bağlayırlar. İqtisadi inteqrasiyanın müxtəlif dərəcələrindəki ticarət blokları mövcuddur: Azad ticarət sahəsi Gömrük İttifaqı Ümumi bazar == Aktiv ticarət blokları == Bir sıra ölkələr iki və ya daha çox fərqli ticarət blokuna aiddir. Ticarət bloklarının təsnifatında təkrarlanmamaq üçün bu ölkələr ən aktiv ticarət bloklarından yalnız birinə həvalə edilmişdir. Blokların "fəaliyyəti" aşağıdakı üç meyara görə qiymətləndirilir: Əhəmiyyətli praktik nailiyyətlərin olması (yalnız blok üzvlərinin real hərəkətləri ilə dəstəklənməyən bəyannamələr deyil) Son (və ya müntəzəm) fəaliyyətlər (iclaslar, yeni müqavilələr, daxili prosedurlar) Gələcək iqtisadi inteqrasiya üçün iddialı planların olması və onun icrası üçün dəqiq bir son tarix. Xəritədəki müəyyən rənglər müxtəlif bloklar üçün dəfələrlə istifadə olunur. Tünd rəng tam bir penis deməkdir; açıq rəngli- assosiativ üzv, müşahidəçi, gələcək iştirakçı, namizəd və ya oxşar status.
Ticarət mərkəzi
Ticarət mərkəzi - müxtəlif məhsulların satışı mövzusunda ümumiyyətlə bir firma tərkibində bəzən də kooperativ olaraq fəaliyyət göstərən böyük satış mağazası. Mağaza, böyüklüyünə görə reyonlardan meydana gələ biləcəyi kimi bir mağazalar birliyi şəklində də ola bilər. Ən böyük alver mərkəzi 1986dan bu yana fəaliyyətdə olan və dünyanın ən böyük ticarət mərkəzi olaraq Ginnesin Rekordlar Kitabına girən Kanada Edmonton, Albertadakı "West Edmonton Mall"dır. Son illərdə insanlarda inkişaf edən ticarət mədəniyyəti fərqlilik göstərərək küçə mağazalarından şəhər ticarət mərkəzlərinə maraq artmışdır. Ticarət mərkəzləri insanlara ticarətin yanında əyləncə, kino, fəaliyyət və müxtəliflik kimi imkanlar da təqdim etdiyi üçün insanların mərkəz nöqtəsi halına gəlmişdir. Və böyük bir sürətlə bütün dünyada yeni ticarət mərkəzləri açılmaqdadır.
Transsəhra ticarət
Transsəhra ticarət yolu — Qərbi və Şimali Afrikanın böyük hissəsini əhatə edən ticarət əməliyyatları şəbəkəsi. Ticarət XX əsrin ortalarına qədər karvan yolları ilə aparılırdı. Sülh dövründə Böyük Səhranı keçmək və geri qayıtmaq təxminən 18 ay çəkirdi. Böyük Səhranı cənubdan şimala keçən iki əsas yol boyunca döyüş arabalarının təsvirləri aşkar edilmişdir. Bundan tədqiqatçılar belə nəticəyə gəlmişdilər ki, ticarət yolları qədim zamanlarda Böyük Səhradan keçmişdir. Artıq VIII əsrin ortalarında ərəblər Mərakeşin cənubundakı Sicilmasa ilə Mavritaniyadakı Audaqost arasında karvan yolu yaratmışdılar Böyük Səhranın qızılın gətirildiyi cənub kənarında Aralıq dənizi tacirləri məskunlaşmışdılar. Orada ərəb və bərbərlərin dəvə karvanları ilə şimaldan gətirilən məhsullar cənubdan vanqaralar tərəfindən idarə olunan eşşək karvanlarına yenidən yüklənirdi.
Ticarət kapitalı
Ticarət kapitalı — dövriyyə sferasında ayrıca kapitalistlər qrupunun işlətdiyi sənaye kapitalının təcrid olunmuş hissəsi. Onun xüsusi funksiyası malların və onlarda olan izafi dəyərin satışı prosesinə xidmət etməkdir. Kapitalizmdən əvvəlki formasiyalarda ticarət kapitalı kapitalın müstəqil və dominant forması idi. == Tarixi == Ticarət kapitalı kapitalist istehsal tərzinin doğulmasından çox əvvəl yaranmış və tarixən sənaye kapitalından əvvəl olmuşdur. Feodalizmin parçalanması dövründə o, kapitalist istehsal üsulunun formalaşmasına, xırda əmtəə istehsalçılarının məhvinin sürətləndirilməsinə, feodalların təsərrüfat təsərrüfatlarının bazar münasibətlərinə cəlb edilməsinə, mənfəət və mənfəət məqsədlərinə tabe edilməsinə fəal töhfə verib. zənginləşdirmə. Ticarət kapitalı regionlar və ölkələr arasında iqtisadi əlaqələrin inkişafında, milli və dünya bazarlarının formalaşmasında mühüm rol oynamışdır. == Ticarət kapitalının funksiyaları == Ticarət kapitalının fəaliyyətinin son məqsədi ticarət mənfəəti əldə etməkdir. Əmtəə kapitalının pul kapitalına, yəni satışa çevrilməsi. Ticarət kapitalı məcmu kapitalın dövriyyə sürətini sürətləndirir.
Ticarət müharibəsi
Ticarət müharibəsi (ing. trade war), Ticarət mübahisəsi (alm. Handelsstreit‎) — xarici bazarları (təhqiredici ticarət müharibəsi) ələ keçirmək və ya milli iqtisadiyyatın (müdafiə ticarət müharibəsi) ticarətin "işğalı" ticarəti ilə məşğul olmaq məqsədilə iki və ya daha çox dövlətin ticarət rəqabəti. == Xüsusiyyətləri == Ticarət müharibələrinin aparılması səbəbləri və metodlarının tədqiqi, geoiqtisadiyyat və dünya iqtisadiyyatı da daxil olmaqla müxtəlif elmlərin prerogatividir. Bir ticarət müharibəsi daha geniş "hərbi əməliyyatlar" bu qədər iqtisadi müharibənin bir hissəsi kimi keçirilə bilər. Klassik istiqamətdə olan iqtisadçılar ticarət müharibələri ilə mənfi aiddirlər, icraları onların icrası münaqişədə iştirak edən bütün ölkələrin iqtisadi quyuların azalmasına səbəb olur. Eyni zamanda, ticarət müharibələri bir çox nəzəri anlayışlar çərçivəsində, o cümlədən institusional və keynes dili nəzəriyyələri çərçivəsində nəzəri cəhətdən əsaslandırılmışdır. Hücum edən bir ticarət müharibəsi aparmağın əsas üsulları: ixrac gömrük tariflərini azaltmaq, ixrac kvotalarının artırılması, zibil qiymətlərindən istifadə, fövqəladə hallarda, iqtisadi blokada və embarqo istifadə olunur, istehlakçılara və ya ekologiyaya zərərli rəqiblərin elanı, bəyanatların beynəlxalq qaydalarının və normalarının və rəqiblərin istifadəsini və istifadəsini qadağan edən və ya əhəmiyyətli dərəcədə məhdudlaşdıran və ya əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə müşayiət oluna bilər. Müdafiə Ticarət Müharibəsinin metodlarına ticarət maneələrinin inşası daxildir: İdxal gömrük rüsumlarının artması (idxal olunan malların qiymətinin daxili qiymət səviyyəsinə qədər artması təmin edilməsi, boşaltmanın qarşısını almaq üçün), daxil olmaqla, bərabərləşdirici vəzifələrin istifadəsi də daxil olmaqla), İdxal kvotaların azaldılması, Ayrıfilsiz məhdudiyyətlərin tətbiqi - lisenziyalaşdırma proseduru və gömrük rəsmiləşdirilməsinin komplikasiyası ilə bağlı maneələr, İdxal olunan malların milli standartlara və texniki şəraitə uyğunluğu ilə çətinliklərin meydana gəlməsini təmin edən texniki maneələrin tətbiqi. Ticarət müharibəsinə rəhbərlik edən bütün ölkələrin müdafiə taktikasına riayət edildiyi təqdirdə, özünəməxsus "kollektiv autarxiya" imkanı var.
Pərakəndə ticarət
Pərakəndə ticarət, pərakəndə, riteyl və ya reteyl — şəxsi və ya ailə istifadəsi üçün nəzərdə tutulmuş mal və xidmətlərin (yəni iş fəaliyyəti ilə əlaqəli olmayan) birbaşa son istehlakçıya satılması. == Xüsusiyyətləri == Pərakəndə satışların pərakəndə satış sahəsinin saxlanılmasını tələb edən pərakəndə satıcılar vasitəsilə həyata keçirilməsinə əsaslanaraq, geniş işçi heyəti, salonda və anbardakı çoxlu mallar, malların qiymətini artırır. Xərcləri ödəmək və mənfəət əldə etmək üçün ticarət marjası (marja) tətbiq olunur. Marjın miqdarı bazarın ümumi vəziyyəti və ya qiymətlərin dövlət tənzimlənməsi (bəzi mal və xidmətlər kateqoriyası üçün) ilə tənzimlənir. Dövlət tərəfindən tənzimlənməyən mallar (xidmətlər) üçün marj 30% -dən 200% -ə və ya daha çox ola bilər. Çox vaxt kassa aparatı, 2 qəbz çap edən pərakəndə satış məntəqələrində alış-veriş faktını təsdiq etmək üçün istifadə olunur (kassadan istifadə mümkün olmadıqda və ya avtomat vasitəsilə satılarkən). Biri alıcıya verilir, ikincisi isə satıcıda saxlanılır. Kassa qəbzlərində aşağıdakılar olmalıdır: ticarət adı malların (xidmətlərin) dəyəri vergi dərəcəsini göstərən əlavə dəyər vergisinin məbləği satış tarixi və vaxtı Bundan əlavə, satış qəbzində satın alınan malların siyahısı ola bilər. Çekdə heç bir alış siyahısı yoxdursa, satın alınan malları göstərən faktura müşayiət oluna bilər. == Tarixi == Pərakəndə satış tarixi uzaq keçmişə gedib çıxır.

Значение слова в других словарях