1. Kənar, qıraq. Yolun tili.
– İndi Şamo gah cığırla… və gah da cığırın tili ilə gedirdi.
2. Əlin çeçələ barmaqdan ovuca tərəf olan hissəsi.
[Yusif] …gah ülgücü əlinin tilinə çəkib itiləyir, gah da qabağına qoyduğu dəyirmi güzgünün yerini rahatlayırdı.
3. Uzunsov təpənin üstü. Təpənin tili.
– Atlar tildən üzüaşağı addım-addım enirdilər.
4. İki səthin kəsişdiyi yer. Piramidanın tili.