TİTRƏMƏK

f.
1. Titrəmə tutmaq, əsmək.
Geyər cırıq bürünməsin, soyuqda titrəyər, əsər; Gedər odunçu meşəyə, ağac qırar, odun kəsər. A.Səhhət.
Mehriban əsəbiləşdiyindən titrəyən ( f.sif. ) əllərilə kəlağayısını başına doladığı halda [dedi]. S.Hüseyn.

// məc. Əsmək.
Qoca kövrək səsinin titrədiyini duyub susdu. M.Hüseyn.

2. məc. Yanıb-sönmək, sayrışmaq, titrək işıq vermək.
O gündən titrədi məscid şamları; Qərib gecələrin Ay işığında. S.Vurğun.

3. məc. İztirab, narahatçılıq keçirmək, narahat olmaq.
Qəhrəmanın öz oğlu üçün nə qədər titrədiyini Firəngiz yaxşı bilirdi. S.Rəhimov.

// Dalğalanmaq, əsmək.
Xalqın ciyərindən dalğalanaraq; Əllərdə titrədi bir qızıl bayraq. S.Vurğun.

4. məc. Hərəkətə gəlmək, təlatümə gəlmək, sarsılmaq.
Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar. C.Məmmədquluzadə.
Göyə lərzə düşür bomba səsindən; Dağlar da titrəyib gəlir baş-başa. S.Vurğun.

Синонимы

  • TİTRƏMƏK TİTRƏMƏK (müxtəlif mənalarda) Axı on ildən bəri; Titrəməyib, əsməyib; Heç birində əlləri (B.Vahabzadə); ƏSMƏK Dünən qabağından o qız tələsdi; Keçdi şi
  • TİTRƏMƏK qorxmaq — sarsımaq
  • TİTRƏMƏK əsmək — yırğalanmaq — silkələnmək

Антонимы

  • TİTRƏMƏK TİTRƏMƏK – İSİNMƏK Əziz söhbət zamanı gördü ki, Gülsabah titrəyir (Ə.Vəliyev); İçəri keçdi, peçin yanında oturdu, isindi (“Ulduz”)

Этимология

  • TİTRƏMƏK Mənbələrdə “дрожание” anlamını verən tir sözü var (tir-tir əsmək). Görünür, titrə sözü tirtə kimi olub, sonra formasını dəyişib
TİTRƏMƏ
TİTRƏR

Значение слова в других словарях

жа́воронковый лгу́нья молокого́нный номократи́ческий подмо́га соска́бливать ходу́льки диплопи́я изря́дно плотово́д пробро́сить своим горбо́м сельга emergency release formic full-fed opinion column pinnule synthetic geometry trouser stripe walloping звукорежиссёр обгонять обучение охлаждаться