Maeda Toşiie
Maeda Toşiie (前田 利家, 15 yanvar 1538 və ya 15 yanvar 1539, Naqoya – 27 aprel 1599) – Azuçi-Momoyama dövrünün nüfuzlu Yaponiya daymyolarından biri. 1551-ci ildə Oda Nobunaqaya xidmət etməyə başlamışdır.
1559-61-ci illər istisna olmaqla, Nobunaqanın ölümünə qədər onun xidmətində olmuşdur. Bu dövr ərzində Nobuqananın əsas generallarından birinə çevrilmiş, Ovari əyalətinin daymyosu olmuşdur. Növbəti illərdə isə Toyotomi Hideyoşinin yaxın müttəfiqinə çevrilmişdir.
== Fəaliyyəti ==
=== Oda klanı ilə ===
Toşşie Nobunaqanın başlıca hərbi əməliyyatlarının çoxunda iştirak etmişdir. 1560-cı ildə ronin kimi Okehazama döyüşündə, 1561-67-ci illərdə Mino əyalətinin işğalında, 1570-73-cü illərdə Asaqi Naqamasa və Asakura Yoşikaqeyə qarşı hərəkatlarda, Osakada Təmiz torpağın buddizmi rahiblərinin silahlı qüvvələrinə qarşı mübarizədə, 1575-ci ildə muşketyor kimi Naqaşino döyüşündə Nobunaqa üçün döyüşmüşdür.
1575-ci ildə Nobunaqa Eçizen əyalətini yenidən işğal etmiş və əyalətin idarəsini Şibata Katsuieyə tapşırmışdır. Bu zaman Toşiieni Şibatanın idarəçiliyini təftiş etməklə vəzifləndirmişdir. Tezliklə o, bir daymyonun gəlirinə və statusuna malik olmuş, 1581-ci ildə isə Nobunaqa tərəfindən Noto əyalətinin daymyosu seçilmişdir.