TOXUNULMAZLIQ
TOKARLIQ
OBASTAN VİKİ
Boris Tokaryev
Boris Vasilyeviç Tokaryev (rus. Борис Васильевич Токарев) — Rusiyanın teatr və kino aktyoru. Rusiyanın əməkdar artisti, Rusiya Kinoaktyorlar Gildiyasının ilk vitse-prezidenti, "Debüt" studiyasının baş prodüseri. == Həyatı == Boris Tokaryev 1947-ci ildə Kaluqa vilayətinin Kiselyovo kəndində anadan olmuşdur. Onun uşaqlıq illəri də elə orada keçmişdir. Sonralar Tokaryevlər Moskvaya köçür və Boris məhz orada ilk dəfə məktəbə gedir. Boris kino debütünə 12 yaşında "Xilas edilmiş nəsil" filmində çəkilərək imza atır. 13 yaşında ikən Boris Puşkin adına teatra dəvət alır. Bir müddət sonra onu rejissor Pobedonossevin yanına assistent kimi qəbul edirlər. Beləliklə, Boris məktəbdə təhsilini davam etdirə-etdirə böyük səhnədə əsl aktyor kimi yetişməyə başlayır.
Olqa Tokarçuk
Olqa Tokarçuk (pol. Olga Nawoja Tokarczuk; 29 yanvar 1962[…], Sulexuv[d], Lyubuş voyevodluğu[d]) — Polşa yazıçısı; Ədəbiyyat üzrə Nobel mükafatı laureatı.
Tokara adaları
Tokara adaları (yap. 吐噶喇列島) — Sakit okeanda, Yaponiyaya məxsus adalar qrupu. Onlar Ryukyu adalarının (Nansey) bir hissəsidir. Osumi və Amami adaları arasında yerləşir. Osumi adalarından Şərqi Çin dənizini Sakit Okeanla birləşdirən Tokara boğazı ilə ayrılır. Adalarda Toşima kəndi yerləşir. Adalar inzibati cəhətdən Kaqoşima prefekturasına daxildir.
Tokarev TT-33
SSRİnin çıxardığı yarı-avtomatik tapancalardandır. TT-33 olaraq da bilinir.TT-nin açıqlamsı "Tula, Tokarev"dir.1920-ci illərin sonunda Qırmızı Ordu, çoxca köhnələn Nagant M1895 revolver yerinə yerli istehsal yarı-avtomatik tapanca axtarışına girmişdir. Ordu, bir çox müxtəlif silah prototipinin testi nəticəsində, 1930-cu ildə Rus silah dizayneri Fedor Tokarevin "TT-30" dizaynını tətbiqə qoyma qərarı almışdır. Sonrasında bu dizayn bir az modernləşmiş və 1934-də "TT-33" adıyla ardıcıl istehsala verilmişdir.Daha əvvəl Almaniyadan alınıb istifadə olunan Mauser C96nın 7.63x25mm Mauserlik gülləsi təməl alınıb, qovan ölçülərinə az qala heç toxunulmadan yalnız barıt modernləşməsi nəticəsində 7.62x25mm TT cəbhəxanası ortaya çıxarılmışdır və bu da yeni silahın sursat növü olmuşdur. 2 güllə növü o qədər bənzərdir ki, bəzi silahlarda dəyişməli olaraq belə istifadə edilə bilər çox məşhur olmasa da. 116 mm-lik nisbətən uzun lüləsi, güclü 7.62-yə 25 mm-lik Tokarev gülləsiylə birləşincə ortaya olduqca güclü və etibarlı bir silah çıxmışdır. Hələ də elədir. Standart maqazini 8 güllə daşıyır. Bu tapança Qırmızı Ordunun İkinci dünya müharibəsi və Koreya müharibəsinda standart tapancasıydı. Öz ölkəsində 1934 - 1952-ci illər arasında çıxarılmış olsa da, bir çox sovet silahı kimi bunun da saysız xarici modifikasiyası istehsalı günümüzə qədər uzanmıştır.
Tokarev binası
Tokarev binası - Rostov-na-Donu şəhəri ərazisində, Bolşoy Sadovnaya küçəsi, Çexov prospektində yerləşir. Binanın tikintisi 1905-ci ildə başa çatırılmışdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxildir. Gəlirli bina 1905-ci ildə inşa edilmişdir. Ninamın sahibi rostovlu tacir və spirtli içkilər zavodunun sahibi Nikolayev İliç Tokarev olmumdur. İnqilaba qədər binada S. O. Babaxanov bakaleyası, Rus Teatral cəmiyyəti, «Yağ-Pendir» mağazası, apteklər üçün xüsusi qablar anbarı yerləşirdi. Sovet hakimiyyəti qurulduqdan sonra digər binalar kimi bu bina da milliləşdirilmişdir. Bir müddət sonra binada şəhər uşaq xəstəxanı olur. Böyük Vətən müharibəsi dönəmində bina böyük zərər görmüşdür. 1945-ci ildə binanı Rostov-na-Donuda olmuş Uiston Çerçil və Klement Çerçil binanı ziyarət etmişdir.
Vladimir Tokarev

Значение слова в других словарях