TORPAQBASDI

Hər hansı bir hakimin tabeliyində olan əraziyə ayaq basdıqda alınan vergi, rüsum.

Dağlarla, düzlərlə ov ovlaya-ovlaya o qədər getdilər ki, yenə özgə padşahın torpağına addadılar. Vəzir irəli yeriyib dedi:

– Şahzadə, bura özgə padşahın torpağıdı. Bizdən torpaqbasdı alarlar. (“Şah İsmayıl”)

                                                                            *

Dedi:

– Burdan keçən torpaqbasdı verib keçməlidir.

Sam dedi:

– Ey ərəb, gəl bizi incitmə, bir qədər qızıl, gümüş verim, izin ver, keçək.

Ərəb cavab verdi:

– Mana uzunçuluq lazım deyil, ya hamınızı qıracayam, ya da adambaşına torpaqbasdı verəcəksiniz. (“Sam şahzadə”)

TOPUCAQ
TORUM

Значение слова в других словарях

ба́цнуть докати́ться доторго́вывать жето́нный к праотца́м ли́нька непро́сто обжа́риться отва́ливать саморо́дочный эта́п борщеви́к конта́ктные линзы сопроводи́тельная фитотерапе́вт antimutagen apothecary cetacea insomuch as Isobel Ossetian post-bellum thank надземный угнетающий