Hər hansı bir hakimin tabeliyində olan əraziyə ayaq basdıqda alınan vergi, rüsum.
Dağlarla, düzlərlə ov ovlaya-ovlaya o qədər getdilər ki, yenə özgə padşahın torpağına addadılar. Vəzir irəli yeriyib dedi:
– Şahzadə, bura özgə padşahın torpağıdı. Bizdən torpaqbasdı alarlar. (“Şah İsmayıl”)
*
Dedi:
– Burdan keçən torpaqbasdı verib keçməlidir.
Sam dedi:
– Ey ərəb, gəl bizi incitmə, bir qədər qızıl, gümüş verim, izin ver, keçək.
Ərəb cavab verdi:
– Mana uzunçuluq lazım deyil, ya hamınızı qıracayam, ya da adambaşına torpaqbasdı verəcəksiniz. (“Sam şahzadə”)