toy-bayramlı

toy-bayramlı
toy-bayram
toy-bayramsız
OBASTAN VİKİ
Toy
Toy — çoxlu adət-ənənələrlə müşayiət olunan, evlənmə prosesinin son mərhələsi, qonaqlıqla başa çatan şənlik, çalıb oynamaq mərasimi. Toyun sosial əhəmiyyəti yeni ailənin yaradılması, qohumluq əlaqələrinin qurulması, ailə və yaş statusunun dəyişməsi, ər-arvadın statusunun ictimaiyyət tərəfindən tanınması ilə əlaqədardır. Toy özündə dil, folklor-poetik, ritual, musiqi, vizual və digər planları birləşdirir. Bir çox xalqlarda toya gəlinin ata-ana evindən bəy evinə ritual olaraq köçürülməsi, hədiyyə mübadiləsi, süfrə və s. adətlər daxildir. Bütün xalqlar arasında bir çox inanclar, əlamətlər və mərasimlər toyla əlaqələndirilir. Dindarlar üçün toy dini ayinlərlə (xristianlıqda toy, islamda nikah və s.) müşayiət olunur. Azərbaycanda evlənməyin ənənəvi yolu qızı elçilik vasitəsilə ilə nişanlayıb toy etmək olmuşdur. Ulu babalarımız "toy" dedikdə, şənlik məclisi, qonaqlıq, yeyib-içmək, çalıb-oynamaq başa düşüblər. El arasında deyilir: "Filankəs şadyanalıq edib toy çaldırıdı".
Bayramlı
Kəndlər və qəsəbələr Bayramlı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Bayramlı (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Bayramlı (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Bayramlı (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Bayramlı (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Bayramlı (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. Bayramlı (Şirvan) — Azərbaycanın Şirvan şəhərində qəsəbə.
Dağlarda toy
Şuşanın azad edilməsi — İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələri arasında, Şuşa şəhərinə nəzarəti əldə etmək uğrunda baş vermiş döyüş. Şuşa və ətrafındakı dağlıq ərazi Dağlıq Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir, ümumiyyətlə bölgənin "döyünən ürəyi" adlandırılır. Şəhər XIX əsrin ortalarına qədər regionda yaşayan azərbaycanlı əhalinin mədəni və siyasi mərkəzi sayılırdı. Şuşa işğaldan azad edilənə qədər Erməni Həvari kilsəsinə bağlı Artsax Yeparxiyasının mərkəzi olmuş Qazançı kilsəsi şəhərdə yerləşdiyindən Şuşa ermənilər üçün dini əhəmiyyətə malikdir. Həmçinin, şəhər Dağlıq Qarabağda müdafiə onurğası rolunu oynayır, separatçılar tərəfindən paytaxt elan edilmiş Xankəndi şəhərini strateji Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus şəhərinə bağlayır. Şuşa şəhəri 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və əksəriyyəti azərbaycanlılardan təşkil olunmuş şəhər əhalisi məcburi köçkün olmuşdur. Cəbrayıl şəhərindən irəliləyən Azərbaycan qüvvələri oktyabrın ortalarında Hadrut qəsəbəsini ələ keçirmişdir. Onlar daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil olmuşdur. Şuşa müharibənin başlanğıcından bəri bombardman altında olmasına baxmayaraq, yalnız 29 oktyabrdan şəhər yaxınlığında lokal döyüşlər başlamışdır. Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etmiş, ardından da strateji Şuşa–Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçirmişdir ki, erməni qüvvələri sonradan – 4 noyabrda yolu mülki vətəndaşlara bağlamışdır.
Qanlı Toy
Qanlı toy (isp. Bodas de Sangre) - ispan yazıçı, dramaturq Federiko Qarsiya Lorka tərəfindən 1931-ci ildə yazılmış faciə janrında üç pərdəli pyes. Feliks ailəsi ilə davam edən qan düşmənçiliyində bir oğlu və ərini itirən Ananın digər oğlu evlənmək üzrədir. Bəyin istədiyi qız, Gəlin, bir neçə il əvvəl Feliks ailəsindən olan Leonardo ilə görümüş, lakin daha sonra aralarında mübahisə düşmüş və ayrılmışlar. Leonardo Gəlinin əmisiqızı ilə evlənmiş və təzəcə doğulmuş bir uşağı var. Gəlin Leonardoya qarşı ehtirasını, sevgisini saxlamış, lakin Bəylə evlənməyə razılıq vermişdir. Bəylə Gəlinin toy gecəsi qonaq kimi ailəsi ilə dəvət edilən Leonardo Gəlini də ikna edərək toydan qaçırlar. Bundan xəbər tutan Bəy və qohumlar onların axtarışına çıxır. Gecənin bir vaxtı qaçaq sevgililərin önlərini kəsən Bəy Leonardo ilə təkbətək döyüşə girir və nəticədə hər ikisi ölür. Sevgilisini itirən Gəlin, ərini itirən Gəlinin əmisiqızı (Leonardonun arvadı) və yeganə oğlunu itirən Ana öz faciələrini yaşayırlar.
Toy (rəqs)
Toy rəqsi — Azərbaycanın milli rəqsi. Naxçıvanda oynanılan qədim, ənənəvi rəqsdir. Bəy və gəlinin cavan qohumları bu rəqsi gəlini aparan faytonun qabağında oynayardılar. Rəqs "yallı" tiplidir, yan-yana addımlı cəld rəqsdir. Oynayanlardan çoxunun əlində yanar məşəl olardı. "YouTube"da Toy rəqsi.
Toy adətlərimiz
Azərbaycan toy adətləri — Azərbaycan mədəniyyətinin tərkib hissəsi. Əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilmişdir. Toy rəsmi nikah mərasimi olmaqla yanaşı bir-biri ilə bağlı təntənəli ənənələr (qız bəyənmə, elçilik, nişanlılıq dövrü, toy öncəsi adətlər, toy və s.) sistemidir. Milli toy adətlərində azərbaycan xalqına xas olan bütün müsbət xüsusiyyətlər öz əksini tapmışdır. Azərbaycanın toy adət-ənənələri həm başqa xalqların adətlərinə təsir etmiş, həm də özü digər xalqların mədəniyyətindən müəyyən elementlər götürmüşdür. Toy adətlərinə zəmanənin də təsiri hiss edilməkdədir. Son dövrlərdə toyların bir qayda olaraq xüsusi şadlıq saraylarında təşkil edilməsi, bəy-gəlin rəqsinin hazırlanması, mələk libasında kiçik qızların bəy-gəlin ətrafında rəqs etməsi, toyda müasir rəqs üçün vaxt ayrılması, toyun sonunda gəlinin arxaya gül dəstəsi atması, bal ayının (deyim və adət XIX əsrdə digər xalqların mədəniyyətlərindən götürülmüşdür) keçirilməsi də bu qəbildəndir. XX əsrə qədər Azərbaycanda iki gəncin tanışlığı həddindən artıq qəliz ssenari idi. Ciddi ənələlərə əsasən toydan qabaq qızlara oğlanlar ilə ünsiyyətdə olmağa qadağan edirdilər. Lakin bütün hallarda olduğu kimi cavanlar necəsə bir birlərini görməyə nail olurdu.
Toy marşı
Toy marşı — alman bəstəkarı Feliks Mendelson tərəfindən bəstələnmiş məşhur musiqi əsəri. Hazırda qərb ölkələrində, o cümlədən Azərbaycan toylarının, demək olar ki, əksəriyyətində bu musiqi ifa olunur. Əsər qısa kontekstli olmasına baxmayaraq, bu gün dünyada ən məşhur musiqi bəstələrindən sayılır. Bu kompozisiya 1842-ci ildə Uilyam Şekspirin "Yay gecəsində yuxu" əsərinə bəstələnmişdir. Qərb ölkələrindəki toylarda ən çox ifa olunan bu musiqi, bəzi məlumatlara görə, ilk dəfə 1847-ci ildə Doroti Karyu və Tom Denielin toyunda çalınmışdır. Lakin nədənsə ilk dəfə ifa olunma populyarlığı Viktoriya və Fridrixin Londondakı Müqəddəs Ceyms Sarayındakı təmtəraqlı toyuna aid edilir. Belə ki, bəzi məlumatlara görə dünyaca məşhur olan bi marş ilk olaraq, 25 yanvar 1858-ci ildə Britaniya şahzadəsi Viktoriya ilə Prussiya kralı III Fridrixin toy mərasimində ifa olunmuşdur. Britaniya kraliçası Viktoriyanın qızı olan şahzadə Viktoriya bəstəkarın yaradıcılığını çox sevdiyinə görə, bu mahnıya üstünlük verilmişdi. Məhz bu səbəbdən, həmin toyda "Toy marşı"nı bəstəkar Mendelson özü ifa etmişdi. Onun ifa etdiyi orqan indi Tottenhemdəki Müqəddəs Anna Kilsəsində saxlanır.
Toy rəqsi
Toy rəqsi — Azərbaycanın milli rəqsi. Naxçıvanda oynanılan qədim, ənənəvi rəqsdir. Bəy və gəlinin cavan qohumları bu rəqsi gəlini aparan faytonun qabağında oynayardılar. Rəqs "yallı" tiplidir, yan-yana addımlı cəld rəqsdir. Oynayanlardan çoxunun əlində yanar məşəl olardı. "YouTube"da Toy rəqsi.
Toy Şaftalısı
Wedding Peach (yap. 愛天使伝説ウェディングピーチ, azərb. Sevgi Mələyinin Əfsanəsi: Toy Şaftalısı‎) — Kunihiko Yuyama tərəfindən yaradılmış yapon anime serialı. Wedding Peach — Internet Movie Database saytında.
Toy əti
Bayramlı (Bərdə)
Bayramlı — Azərbaycan Respublikasının Bərdə rayonunun Otuzikilər kənd inzibati ərazi dairəsində kənd. Əhalisi 150 (2009) nəfərdir. == Tarixi == Qarabağ düzündədir. Keçmişdə Bayramuşağı adlanan bu kənd otuzikilər tayfasının bayramuşağı oymağının burada məskunlaşması nəticəsində yaranmışdır.
Bayramlı (Tovuz)
Bayramlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Bayramlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Bayramlı kəndi Azaflı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Bayramlı kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Bəzən Əsrik (sahilində yerləşdiyi çayın adından) Bayramlı da adlanır. Kəndin adı muğanlı tayfasının bayramlı tirəsinin adı ilə bağlıdır. == Tarixi == === Tarixi abidələri === Bayramlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Tovuz-Böyük Qışlaq yolunun sağ tərəfində yerləşir. Rayon mərkəzindən kəndə qədər məsafə 7 kilometrdir. Azaflı, Aşağı Quşçu, Əsrik Çırdaxan, Yanıqlı və İbrahimhacılı kəndləri ilə qonşudur. Ərazisi dağlıq və dağətəyi zonadır. Kəndin şimal sərhəddindən Əsrikçay keçir. == Əhalisi == === Şəhidləri === Yusifov Mehman Musa oğlu (1979–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Bayramlı (Şirvan)
Bayramlı — Azərbaycan Respublikasının Şirvan şəhərinin inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Əli Bayramlı şəhər inzibati ərazi vahidi tərkibində faktik mövcud olan ərazi vahidi Bayramlı qəsəbəsi adlandırılmış və şəhərin ərazi vahidləri siyahısına daxil edilmişdir. Bayramlı qəsəbəsi Əli Bayramlı şəhər inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Bayramlı qəsəbə inzibati ərazi vahidi yaradılmışdır. Şirvan şəhərinin Bayramlı qəsəbəsi şəhərin əsas hissəsindən fərqli olaraq Kür çayının sağ sahilində yerləşir. Ərazisi 120 ha, əhalisi 2552 nəfərdir. Qəsəbədə əhali əsasən fərdi təsərrüfatla məşğuldur. Qəsəbədə 477 fərdi təsərrüfat, 4 ədəd iki mərtəbəli, 1 ədəd bir mərtəbəli, 2 uyğunlaşdırılmış yaşayış binası vardır ki, bunlarda da 86 ailə məskunlaşmışdır. Bayramlı qəsəbə İcra Nümayəndəliyi M.Ə.Sabir küçəsi 1 ünvanında yerləşir. == Tarixi == Kür çayının daşması nəticəsində baş vermiş təbii fəlakət zamanı 2010-cu ilin mayında Azərbaycanın Şirvan şəhərinin Bayramlı qəsəbəsi ərazisində Kürün səviyyəsi durmadan artmışdır. Bayramlı qəsəbəsi əhalisinin bir qismi suyun əhatəsində qalmışdır.
Bayramlı (Şəmkir)
Bayramlı (əvvəlki adları: Qıraq Bayramlı (?-1930); Kolxozkənd (1930 - 29 dekabr 1992)) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Şəmkir rayonunun Kolxozkənd kəndi Bayramlı kəndi adlandırılmışdır. == Tarixi == Kəndin keçmiş adı Qıraq Bayramlıdır. Kəndi XIX əsrdə Tovuz rayonundan köçürülmüş ailələr Kür çayının qırağında saldığına görə belə adlandırmışlar. Kənd 1929-1930-cu illərdə Kürün qırağından indiki əraziyə köçmüşdür. Kollektivləşmə ilə əlaqədar 1930-cu ildə Kolxozkənd adlandırılan yaşayış məntəqəsinin əvvəlki adı 1992-ci ildən bərpa edilmişdir. Etnotoponimdir. 1917-1933-cü illərdə bu oykonimlər Bayramlılar, Bayraməlilər, Bayramlar variantlarında da qeydə alınmışdır. Türkmənistanın Marı vilayətində Bayraməli adlı şəhər var. Kənddə həmcinin XI-XII əsrlərə aid Baydar şəhər xarabalıqları yerləşir.
Elmar Bayramlı
Elçin Bayramlı
Gözəl Bayramlı
Gözəl Oruc qızı Bayramlı (27 aprel 1962, Bakı – 7 oktyabr 2020, Bakı) — azərbaycanlı ictimai və siyasi xadim; Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü və sədrinin müavini; sabiq siyasi məhbus. == Həyatı == Gözəl Bayramlı 1962-ci il aprelin 27-də anadan olub. == Fəaliyyəti == Gözəl Bayramlı uzun illər Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü və sədrinin müavini idi. 15 sentyabr 2009-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədr müavini seçilmişdir. === Həbs edilməsi === Gözəl Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan Azərbaycana gələn zaman sərhəddə Dövlət Sərhəd Xidməti tərəfindən saxlanılıb. 2018-ci il yanvarın 23-də Qazax Rayon Məhkəməsinin Qərarına əsasən Gözəl Bayramlı 3 il müddətinə azadlıqdan məhrum edildi. Bayramlı 2019-cu ilin martında əfv sərəncamı ilə azad edilmişdi. O, 7 oktyabr 2020-ci ildə ölüb.
Nadir Bayramlı
Nadir Bayramlı (Bayramlı Nadir Qaçay oğlu; d. 1962, Qaraxanbəyli, Füzuli rayonu) — Azərbaycan müğənnisi. Nadir Bayramlı 1962-ci ildə 26 dekabr tarixində Azərbaycan respublikası, Füzuli rayonunun Qaraxanbəyli kəndində musiqiçi ailəsində anadan olmuşdur. Uşaqlıq yaşlarından musiqiyə olan həvəsi onu bu sənəti seçməyə istiqamətləndirdi. Artıq on iki, on üç yaşlarında özfəaliyyət səviyyısində bir sıra tədbirlərdə çıxış etmişdir. 1978-ci ildə artıq 16 yaşında ikən Nadir bəy Füzuli şəhərinə köçmüş və uzun müddət burada yaşamışdır. Füzulidə yaşadığı müddətdə bir sıra tanınmış sənət adamları ilə - xanəndələrlə tanış olaraq sənətin sirrlərini onlardan öyrənmişdir. 1981-ci ildə 19 yaşında hərbi xidmətə yola düşmüş 21 yaşında hərbi xidməti bitirib 1984 cü ildə Üzeyir Hacıbəyov adına Ağdam şəhər musiqi texmikumunun solo oxuma-xanəndəlik sinfinə qəbul olmuşdur. 1988 - ci ildə təhsilini bitirdikdən sonra, Füzuli şəhər musiqi məktəbində muğam muəllimi kimi fəaliyyətə başlamışdır. 1990-ci ildə Bakı şəhərindən bir sıra görkəli xanəndələr və musiqiçilər tərəfindən dəvət alaraq Bakıya köçmüş və bundan sonrakı, sənət fəaliyyətini Bakı şəhərində davam etdirmişdir.
Ramin Bayramlı
Ramin Baba oğlu Bayramlı (20 noyabr 1979, Toxluca, Krasnoselsk rayonu) — Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi İdarə Heyətinin sədri (2 dekabr 2019-cu il — 12 sentyabr 2021-ci il), Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru. Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və immunologiya kafedrasının müəllimidir (3 fevral 2023-cü ildən). Ramin Bayramlı 20 noyabr 1979-cu ildə Göyçə mahalının Toxluca kəndində ziyalı ailəsində anadan olub. 1996-cı ildə Şəmkir rayonunun Çənlibel kənd 1 saylı orta məktəbini bitirib, həmin il Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsinə daxil olub. Tələbəlik illərində Mərkəzi Hərbi Klinik Hospitalın travmatologiya və ortopediya bölməsində gecə növbəsində tibb qardaşı vəzifəsində çalışıb. 2007–2008-ci illərdə İstanbul Universitetində, 2010-cu il Kocaeli Universitetində elmi tədqiqatlar aparıb, 2009-cu ildə 19 Mayıs Universitetində Tibbi Laboratoriyaların İdarə olunması kursunu bitirib. Ailəlidir, 4 övladı var. 2001–2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və İmmunologiya kafedrasının baş laborantı, 2005–2010-cu illərdə həmin kafedranın assistenti, 2010–2013-cü illərdə baş müəllimi işləyib. 2011–2016-cı illərdə ATU-nun Tədris Terapevtik Klinikasının Mərkəzi Laboratoriyasının müdiri, 2013–2016-cı illərdə həmin klinikanın baş həkimi, 2018–2019-cu illərdə Talessemiya Mərkəzinin Elmi işlər üzrə direktor müavini kimi çalışıb. 2013–2016-cı illərdə ATU-nun Tədris-Terapevtik klinikasında işlədiyi kollektivlə birlikdə ölkəmizdə ilk dəfə tam elektronlaşmış Klinikanın qurulmasına və Klinikada 7 yeni şöbənin yaradılmasına, bu şöbələrə xaricdə təhsil almış gənc mütəxəssislərin cəlb olunmasına nail olub.
Samir Bayramlı
Samir Bayramlı Musa oğlu - Azərbaycanlı aparıcı. 17 mart 1985-ci ildə Bakı şəhərində anadan olub. 2001-2005-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində oxuyub. Professional televiziya fəaliyyətinə 2005-ci ildə başlayıb. İlk olaraq müxbir-aparıcı kimi, daha sonralar isə səhər verilişlərinin şəxsi rubrikalarının müəllifi və aparıcısı olan Samir 2007-2010-cu illərdə Azad Azərbaycan TVdə "Bizdən Sizə" adlı verilişin müəllifi və aparıcısı kimi fəaliyyət göstərib. 2007-2010-cu illərdə eyni zamanda dövrünün ən məşhur müsiqi yarışması olan "Yeni Ulduz"un aparıcısı olub. 2010-2011-ci illərdə Röya və Zamiq Hüseynovun iştirakı ilə "Doğma Diyar" layihəsinin aparıcısı kimi bütün Azərbaycanı dolaşıb. Bu layihədən sonra Azad Azərbaycan TVdə "Sən də Oyna" adlı məşhurların yarışdığı əyləncəli realiti verilişin aparıcısı olur. 2013-cü ildə dünyada ilk dəfə keçirilən 2013 Türkviziya Mahnı Müsabiqəsinin Azərbaycandakı proqramı üzrə aparıcı və Azərbaycan nümayəndə heyətinin rəsmi üzvü kimi çıxış edir. 2014-cü ildə yenə Azad Azərbaycan TVdə "Toydan Əvvəl"in aparıcısı olub.
Tural Bayramlı
Vüqar Bayramlı
Zəkulla Bayramlı
Bayramlı Zəkulla Niftulla oğlu — filologiya üzrə fəlsəfə doktoru, füzulişünas alim, dosent, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi, Füzulinin həyat və yaradıçılığı ilə bağlı çoxlu sayda əsərlərin müəllifi. Bayramlı Zəkulla Niftulla oğlu 04 sentyabr 1965-ci ildə Ağcabədi rayonu, Qaravəlli kəndində anadan olmuşdur. 1972-1982-ci illərdə Qaravəlli kəndi orta məktəbində təhsil alıb. 1990-ci ildə Gəncə Dövlət Universitetinin filologiya fakultəsini Azərbaycan dili və Ədəbiyyyatı ixtisası üzrə bitirib. 1990-1993-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitututunda aspiranturanı oxuyub. 1994-cü ildə "Füzuli yaradıcılığı və Çağdaş ədəbi-nəzəri fikir" mövzusu üzrə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alıb. 1990-cı ildə Ağcabədi rayon Qaravəlli kəndi orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. 1994-cü ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışır. 2013-2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunda Klassik Azərbaycan Əbəbiyyatını tədris edib. 1994-1998-ci illərdə Azərbaycan Radiosunun "Xarici ölkələrə verlişlər" studiyasının Güney Azərbaycan şöbəsində redaktor, böyük redaktor vəzifəsində çalışıb.
Əli Bayramlı
Şirvan (əvvəlki adları Zubovka (1938-ci ilədək); Əli-Bayramlı (1938–2008)) — Azərbaycanda şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli, 594-IIIQ saylı Qərarı ilə şəhər Şirvan adlandırılmışdır. Şirvan 1938–1954-cü illərdə qəsəbə, 28 iyul 1954-cü ildə rayon tabeli şəhər statusu almışdır. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. Onun ərazisi 72.7 km², əhalisinin sayı 87946 nəfər, əhalinin sıxlığı isə hər 1 kv. km-də 2457 nəfər təşkil edir. Şəhərə həmçinin Hacıqəhrəmanlı və Bayramlı qəsəbələri də aiddir. Şəhər əhalisinin 98,5%-ni azərbaycanlılar, yerdə qalanlarını isə ruslar, ukraynalılar, tatarlar, türklər və digər xalqların nümayəndələri təşkil edir. Azərbaycanda Şirvan işıq adası, nur şəhəri sayılır. Küçələrin genişliyi, səkilər boyunca sıralanan ağaclar bu aran şəhərinin istisini azaldır.
Bayramlı (soyad)
Bayramlı — Azərbaycanda daha çox işlədilən soyad və təxəllüs. Bu soyadı və təxəllüsü olan tanınmış insanlar Zəkulla Bayramlı — filologiya üzrə fəlsəfə doktoru, füzulişünas alim Cavid Bayramlı — kapitan, Vətən müharibəsinin iştirakçısı. Elmar Bayramlı — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı. Gözəl Bayramlı — azərbaycanlı ictimai və siyasi xadim. Tural Bayramlı Tural Bayramlı (əsgər) — Daxili Qoşunlarının əsgəri, Vətən müharibəsi şəhidi. Tural Bayramlı (futbolçu) — Azərbaycanlı futbolçu.

Значение слова в других словарях