TOZLU-ÇİRKLİ

прил. пыльный и грязный, с пылью и грязью
TOZLU
TOZLU-TORPAQLI
OBASTAN VİKİ
Tozlu tufanlar
== Tozlu tufanlar == Tozlu tufanlar-burulğanlı fırtınalar arasında çox vaxt tozlu fırtınalar (tufanlar) ayrılır. Belə fırtınalar eni 500 m-ə çatan və adi sürəti saatda 60 km-ə qədər olan geniş hava kütlələridir. Belə axınlar, adətən, quraqlıq vilayətlərdən yarımquru və rütubətli vilayətlərə toz və xırda qırıntı materialı gətirir. Bir neçə on santimetr hündürlükdə havada çınqıl və iri qum 2 metrə qədər hündürlükdə xırda qum uçur, daha çox yüksəkliklərdə isə (1,5 km-ə qədər) xırda toz hissəciklərinin tutqun buludu əmələ gəlir. Aparılan hissəciklərin tərkibindən asılı olaraq qara fırtınalar (Rusiyanın Avropa hissəsinin cənubu üçün səciyyəvidir, burada qara torpaqlar sovrulur); sarı fırtınalar - Orta Asiya üçün xarakterik olub san-qum qumluca və gillicə sovrulur; qırmızı fırtına (dəmir oksidinə boyanmış gillicə); ağ fırtına - geniş şoranlıq ərazilərdə baş verir (duz hissəcikləri sovrulur). Ağ fırtınalar qurumaqda olan Aral gölü yerləşən sahələrdə müşahidə olunub, göldən uzaq ərazilərdə də torpağın şorlaşmasına səbəb olur. Tozlu tufanların müddəti bir neçə saatdan 7 ... 70 sutkaya kimi davam edir. Küləyin sürəti, adətən, saniyədə 40 metri keçmir. Tozlu tufanlar praktiki olaraq insan həyatı üçün bilavasitə təhlükəli olmasa da, böyük maddi ziyan yetirir.
Çirkli müharibə
Argentinada "çirkli müharibə" (isp. Guerra Sucia en la Argentina) — Argentina hərbi diktaturaları tərəfindən həyata keçirilən və 1976-1983-cü illərdə XX əsrin sonuncu hərbi xuntasının hakimiyyəti dövründə ən yüksək həddə çatan dövlət terrorizmi tədbirlərinin (kütləvi adam oğurluğu, işgəncə, məhkəməsiz edamlar) ümumi adıdır. Kondor əməliyyatının bir hissəsi. == Tarixi == 24 mart 1976-cı ildə Xorxe Videlanın başçılıq etdiyi ordu çevriliş edərək prezident İzabel Peronu devirdi. Hərbçilərin köməyi ilə Videla geniş səlahiyyətlər əldə etdi və bu, Argentinada insan hüquqlarının pozulmasına səbəb oldu. Kütləvi həbslər həyata keçirilir, məhbuslara işgəncə verilir, çox vaxt öldürülürdü. Xunta dövründə 10 min nəfər fiziki cəhətdən məhv edilmiş, 30 min nəfər itkin düşmüş, daha 60 min nəfər isə siyasi səbəblərdən uzun müddətə həbslərə, işgəncələrə və zorakılığa məruz qalmışdır. Çirkli müharibənin əsas qurbanları solçu fəallar, o cümlədən həmkarlar ittifaqı üzvləri, tələbələr, jurnalistlər, marksistlər və peronistlər idi. Xunta 1983-cü ildə Argentinanın Folklend müharibəsindəki məğlubiyyətindən qısa müddət sonra süqut etdi. Hökumət dəyişikliyindən sonra prezident Raul Alfonsinin tapşırığı ilə məşhur yazıçı Ernesto Sabatonun başçılıq etdiyi İnsanların Kütləvi İtkin Düşməsi İşləri üzrə Milli Komissiya ( CONADEP) yaradıldı.
Çirkli pulların yuyulması
Çirkli pulların yuyulması — qeyri-qanuni yolla əldə edilmiş maliyyə vəsaitlərinin "gizli iqtisadiyyat"dan rəsmi iqtisadiyyata keçirilməsi və onlardan sonrakı mərhələdə açıq şəkildə istifadə edilməsi. Prosesin rəsmi adı "cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya mülkiyyətin leqllaşdırılması"dır. Bu zaman pul vəsaitləri nağd puldan qeyri-nağd (bank) pula və əksinə qeyri-nağd puldan (bank hesabı) nağd pula çevrilə bilər. == Ümumi məlumat == Bu elə bir prosesdir ki, onun nəticəsində cinayət yolu ilə əldə edilmiş ("çirkli") vəsaitlər qanuni ("təmiz") kimi görünməyə başlanır. Pulların yuyulması əməli bir cinayətdir və bu əmələ görə Azərbaycan Respublikasında müvafiq cinayət məsuliyyəti nəzərdə tutulubdur. Cinayətkarlarda, bir qayda olaraq, yalnız iri məbləğdə vəsaitlərin yuyulmasında ehtiyac yaranır. Bununla belə, bu cür əməlin cinayət sayılmasında yuyulan vəsaitlərin həcmi və yaxud məbləği rol oynamır. Çirkli pulları qanuni kimi görünməsini təmin etmək və ya ən azından çirkli pulların mənbəyini gizlətmək məqsədilə cinayətkarlar müxtəlif üsul və vasitələrdən istifadə edirlər. Bu cür üsul və vasitələrdən maliyyə və qeyri-maliyyə, ələlxüsus da bank sektorunda istifadə olunur. Pulların yuyulmasına qarşı mübarizə bir neçə məqsədlə aparılır.

Digər lüğətlərdə