trans-Qafqaz
transabdominal
OBASTAN VİKİ
Sibir
Sibir (rus. Сибирь) — Avrasiyanın şimal-şərq hissəsində böyük coğrafi ərazi. Qərbdən Ural dağları, şərqdən Sakit okean, şimaldan Şimal Buzlu okean, cənubdan Qazaxıstan, Monqolustan, Çin əhatə edir. Sibir dedikdə Rusiya Federasiyasının tərkibidə olan ərazi başa düşülür. Ancaq coğrafi Sibirə Qazaxıstanın şimalı və Uzaq Şərq də daxildir. Sibir Qərbi Sibirə və Şərqi Sibirə bölünür. Həmçinin Cənubi Sibir, Şimal-Şərqi Sibir və Orta Sibir anlayışı da vardır. Ural və Yenisey çayı arasında yerləşən Qərbi Sibir ilk yaşayış məntəqəsidir. Əhalinin əksəriyyətinin yaşadığı Sibir torpaqlarının ən inkişaf etmiş hissəsidir. Sibirin şərq hissəsi, Asiyanın şimal-şərqini əhatə edir.
Trans yağlar
Trans yağlar (trans yağ turşusu izomerləri) — trans-konfiqurasiyasında olan, yəni "karbon-karbon" kovalent əlaqəsinin əks tərəflərində yerləşən karbohidrogen əvəzedicilərinə malik olan doymamış yağ növü. Trans yağlar təbii ət və süd məhsullarında, eləcə də yüksək temperatura məruz qalan bitki yağlarında, xüsusən dezodorasiya olunmuş yağlarda az miqdarda olur. Onlar doymamış yağların hidrogenləşməsi prosesinin yan təsiri kimi böyük miqdarda əmələ gəlir, məsələn, marqarin istehsalında. Burada qeyd etmək lazımdır ki, tərkibində doymamış yağ turşuları olmayan sərt marqarin inək (kərə yağı) yağından fərqli olaraq 7 % ə qədər trans yağları ehtiva edə bilər. Trans yağların istehlakının ürək-damar xəstəlikləri və ölüm ehtimalının artması ilə əlaqəli olduğu göstərilmişdir. Bu baxımdan ÜST və digər səhiyyə təşkilatları trans yağların istehlakından çəkinməyi tövsiyə edir .
Narva Trans FK
Narva-Trans — Estoniyanın futbol klubu. 2 dəfə Avropa kubok yarışlarında iştirak edib.
Trans milli korporasiyalar
Təsiredici nüfuzları, çoxmilyardlıq investisiyon qüdrətləri ilə qloballaşma prosesini stimullaşdırırlar. Hərtərəfli mühafizə sistemləri, yüksək maddi-texniki baza ilə təhciz edilmiş elmi-tədqiqat institutları, laboratoriyaları, konstruktor büroları TMK-nın artan potensialını, rəqabət qüdrətini təmin edir. Belə strateji istiqamət milli kapitalın fəaliyyətinin beynəlmiləlləşdirilməsi, transmilli kapitalın maraqlarının qloballaşması ilə və əvəzlənməsini gerçəkləşdirir. Hazırda dünya təsərrüfatının mühüm mexanizmi kimi onlar ÜDM-in 20–25%-nə malik olmaqla beynəlmilləşmənin əsas hərəkətverici qüvvəsinin özəyində dayanırlar. TMK-lar əsasən XIX əsrin sonlarından başlayaraq geniş inkişaf etməyə başladı. Ancaq TMK-ların tarixi daha qədimdir. İlk beynəlxalq iqtisadi fəaliyyətlə məşğul olmağa başlamış təşkilat "Tamplier ordeni" sayılır. Onlar 1135-cil ildə hələ beynəlxalq səviyyədə bank işiylə məşğul idilər. Ancaq rəsmi şəkildə yaradılmış ilk TMK-a İngiltərənin "East İndia Company" TMK-dır. Bu kompaniya 1600-cü ildə İngiltərənin Hindistanda iqtisadi fəaliyyət göstərməsi üçun kraliça I Yelizavetanın əmriylə yaradılır.
Trans-Xəzər dəmiryolu
Trans-Xəzər dəmiryolu (rus. Среднеазиатская железная дорога) — Qərbi Mərkəzi Asiyanın böyük hissəsindən keçən böyük ipək yolunu izləyən dəmir yolu. XIX əsrdə Orta Asiyanı işğal edən Rusiya İmperiyası tərəfindən tikilmişdir. Dəmiryolunun inşaatı 1879-cu ildə rusların Kokand üzərində qələbəsindən sonra başlamışdır. Yol əvvəlcə İmperator Rusiya Ordusunun yerli müqavimətə qarşı hərəkətlərini asanlaşdırmaq üçün hərbi məqsədə xidmət edirdi. Lakin lord Kerzon dəmir yoluna baş çəkərkən qeyd etdi ki, onun əhəmiyyəti yerli hərbi nəzarətdən kənara çıxır və Britaniyanın Asiyadakı maraqlarını təhdid edir.
Cənubi Sibir
Cənubi Sibir — qərbdən şərqə Qərbi Sibirdən Zeya-Bureya düzünə qədər uzanan, 3000 kilometr uzunluğu, 200 ilə 800 kilometr arasında eni olan dağlıq region. Şimali Asiyada yerləşən regionun yerli əhalisi ortaq tarixə, sosial-iqtisadi inkişaf və sıx qarşılıqlı əlaqəyə malik olduğundan oxşar mədəni və məişət xüsusiyyətlərini özündə əks etdirir. Ən yeni tektonik hərəkətlər nəticəsində müxtəlif yaşlı strukturlardan əmələ gəlmiş, yüksək və orta dağlardan ibarətdir. Göllər və akkumulyativ düzənliklərlə tutulmuş dərin tektonik çökəklər var. Dağlıq tayqa, cənubunda dağ meşə-çöl landşaftı üstündür. Михайлов Н. И. Горы Южной Сибири. — М., 1961. Горы Южной Сибири // Гвоздецкий Н. А., Михайлов Н. И. Физическая география СССР. — М.: Мысль, 1978.
Sibir Respublikası
Sibir Respublikası (17 iyul 1918 — 3 noyabr 1918) — yarım il müddətində mövcud olan Müvəqqəti Sibir hökuməti tərəfindən idarə edilən dövlət. Respublika iyundan noyabra qədər müddətdə Vətəndaş müharibəsi dönəmində Ural dağlarından Sakit okean sahillərinə qədər uzanırmış. Ərazisinə həmcinin Şərqi Çin dəmir yolu sahəsi və Harbin əraziləridə daxil olmuşdur. Sibir Respublikasının yaramasının əsas səbəbi 1917-ci ilin dekabrından 1918-ci ilin mayına qədər Rusiyanın şərq hissəsində yaranan idarə boşluqları olmuşdur. Bu zaman Sibirdə vilayətlərin idarə edilməsi üçün dövlət orqanları təşkil edilir. İcraedici hakimiyyət Müvvəqəti Sibir hökumətinə məxsus olmuşdur. Hökumətə Pyotr Vasileviç Volqodski rəhbərlik etmişdir. Sibir vilayət duması Omsk şəhərində yerləşirdi. Ölkənin əsas hərbi qüvvəsi Sibir ordusu olmuşdur. Bu ordu bir necə 10 minlik qüvvədən ibarət olmuşdur.
Sibir Tatarları
Sibir tatarlar (öz dillərində: Seber Tatarlar, rus. сибирские татары, tatar. татарлар) — Rusiya Federasiyasında kompakt, digər ölkələrdə isə az sayda yaşayan, türk xalqlarından biri. 2002-ci ildə aparılmış siyahıya almaya əsasən Rusiya Federativ Respublikasında 9.611 nəfər Sıbırlar yaşayır.
Sibir baldırğanı
Sibir baldırğanı (lat. Heracleum sibiricum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin baldırğan cinsinə aid bitki növü.
Sibir cökəsi
Sibir cüyürü
Sibir cüyürü (lat. Capreolus pygargus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin cüyür cinsinə aid heyvan növü. Sibirin cənubunda, Uzaq Şərqdə, Orta Asiyanını dağlarında, Monqolustanda, Şimali və Şərqi Çində yayıllmışdır. Erkəklərinin bədəninin uzunluğu 123-151 sm, süysününün hündürlüyü 84-100 sm, kütləsi 60 kq, dişilərinin bədənlərinin uzunluğu 119-147 sm, süysününün hündürlüyü 80-96 sm, kütləsi 52 kq-a qədər olur.
Sibir damotu
Sibir damotu (lat. Leonurus sibiricus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü.
Sibir haskisi
Bu itlər buz mavisi gözləriylə qorxuducu olsalar da, əslində, sevgi dolu bir heyvandırlar. Azadlıqlarına düşkündürlər və inadcıldırlar, yaltaqlanmağı sevmirlər. Bəzilərinin göz rəngi fərqli ola bilər (hətta gözlərinin rəngləri ayrı-ayrı da olur). Uşaqlara qarşı çox xoşgörüşlüdür. Əslində hamı ilə yaxşı keçinir amma quş, siçan kimi balaca heyvanları ovlamaq istəyir, tək qalanda sıxılıb evdəki bəzi əşyaları gəmirə bilər. Boş yerə hürməzlər, amma ulaya bilərlər. İstiyə qarşı dözümləri yoxdur, 60 dərəcə soyuğa kimi dözə bilərlər. Zəif yerleri burun, qulaq və gözleridir, bu orqanları çox həssas və daima nəzarətdə olmalıdırlar. Orta ömürləri 11–13 ildir. Erkəyinin çəkisi: 20 ilə 27, dişisinin çəkisi: 16 ilə 23 kq arasıdır.
Sibir küknarı
Sibir küknarı (lat. Picea obovata) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. Təbiətdə Şərqi Sibirdə və Altay dağlarında aşkar olunmuşdur. Hündürlüyü 25 m-ə qədər çatan ağacdır. Çətiri konusvarıdır. Gövdəsinin diametri 1 m-dən çoxdur. Cod iynəyarpaqlarının uzunluğu 1,7-2,2 sm, bitişik və ya şaxələnmiş, göyümtül çalarlıdır. Zoğların yuxarı işıqlı tərəfində iynəyarpaqların yarısı ağımtıl-sarı, günəşdə yanan kimidir. Budaqları üstdən işıqlı görünür. Qozaların uzunluğu 6,5-7,5 sm, diametri təxminən 3 sm, yaşımtıl-açıq qonur, tipik yaşıl iynəyarpaqlı növünə nisbətən daha nazik və yumşaq qabıqlıdır, adi küknara bənzəyir, 6-7 il yaşayır, kölgəyədavamlıdır.
Sibir məhkumluğu
SSRİ-də yapon müharibə əsirləri – İkinci dünya müharibəsi zamanı SSRİ-nin Mancuriyanı işğal etməsindən sonra SSRİ-nin müxtəlif regionlarındakı düşərgələrə göndərdiyi yapon müharibə əsirləri. Bu hadisə Yaponiyada Sibir məhkumluğu (シベリア抑留, Shiberia yokuryuu) adı ilə tanınır. İkinci dünya müharibəsindən sonra 560.000-760.000 yapon personal SSRİ-də və Monqolustanda əmək düşərgələrində müharibə əsiri kimi işləməyə məcbur edilmişdir. Onlardan təxminən 60.000-347.000-i əsirlikdə olarkən ölmüşdür. Yaponiyadan xaricdə olan 3,5 milyon yapon əsgərinin böyük qismi ABŞ və Homindan Çini tərəfindən silahsızlaşdırılmış və 1946-cı ildə ölkələrinə geri qaytarılmışdırlar. Qərb müttəfiqləri 1941-ci ilin dekabrından 15 avqust 1945-ci ilə kimi (Yaponiyanın təslim olmasına qədər) 35.000 yaponu əsir götürmüşdürlər. SSRİ yapon müharibə əsirlərini nisbətən daha uzun müddət buraxmamış və əmək gücü kimi istifadə etmişdirlər. Yapon müharibə əsirlərinin tarixi haqqında araşdırmalar ancaq 1980-ci illərindən ikinci yarısında qlasnost və SSRİ-nin dağılması sayəsində mümkün olmuşdur. Bu vaxta qədər SSRİ-dəki müharibə əsirləri haqqında ictimai məlumat ancaq onların sayı ilə bağlı idi. Gizli SSRİ arxivlərinin açılmasından sonra məsələ ictimaiyyətdə müzakirə olunmağa başlamışdır.
Sibir nərəsi
Sibir nərəsi (lat. Acipenser baerii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Sibir porsuğu
Sibir porsuğu (lat. Gulo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi. Fosil sübutları bu cinsin Şimali Amerikada yarandığını və daha sonra Pliosen dövründə bütün Avrasiyaya yayıldığını göstərir.
Sibir qramafonçiçəyi
Sibir qramafonçiçəyi (lat. Ipomoea sibirica) - i̇pomeya cinsinə aid bitki növü.
Sibir quşarmudu
Sibir quşarmudu (lat. Sorbus sibirica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Sibir sidrağacı
Sibir sidrağacı (lat. Pinus sibirica) - şam ağacı cinsinə aid bitki növü. Sibir sidrağacı növü Rusiyanın Avropa hissəsindən Uzaq Şərq hissəsinə qədər ərazidə yayılmışdır. Pinus arolla Petrov Pinus cembra f. coronans (Litv.) Krylov Pinus cembra var. sibirica (Du Tour) A.E.Murray Pinus cembra var. sibirica (Du Tour) G.Don Pinus cembra subsp. sibirica (Du Tour) Krylov Pinus coronans Litv. Pinus hingganensis H.J.Zhang Pinus sibirica var. hingganensis (H.J.Zhang) Silba Pinus sibirica subsp.
Sibir sinanxumu
Cynanchum sibiricum (lat. Cynanchum sibiricum) - cynanchum cinsinə aid bitki növü.
Sibir südotu
Sibir süsəni
Sibir süsəni (lat. Iris sibirica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Sibir tarixi
Sibir tarixi — Sibirin keçmişi. 709-cu ildə Bilgə xaqanın komandanlığı altında qırğız qəbilələri məğlub edildi. 711–715-ci illərdə qarluqlar üzərində qələbə çaldı. 716-cı ildə Qapağan xaqanı oğuzlar öldürdü. İltərişin oğlu Bilgə xaqan (716–734), qardaşı Gültəkin ordu komandanı, Tonyukuk baş vəzir oldu. Bilgə xaqanın əsas fəaliyyəti türkləri bir xalq kimi qoruyub saxlamaqdan ibarət idi. II Göytürk imperatorluğunun ərazisi şərqdə Sarı dənizə, qərbdə Xəzər dənizinə və Krımın şərqinə, şimalda Sibir buzlaqlarına, cənubda Kəşmirə çatırdı. 726-cı ildə Tonyukuk öldü. 731-ci ildə Gültəkin Doğuz oğuzlarla döyüşdə həlak oldu. 734-cü ildə Bilgə xaqanı zəhərləyib öldürdülər.
Sibir tayaotu
Sibir tayaotu (lat. Crepis sibirica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. Hapalostephium sibiricum (L.) D.Don Hieraciodes sibirica (L.) Kuntze Hieracium sibiricum (L.) Lam. Lepicaune sibirica (L.) K.Koch Soyeria sibirica (L.) Monnier Crepis ruprechtii Boiss. Hieraciodes ruprechtii Kuntze Hieracium macrophyllum Vuk. Sonchus caucasicus Biehler Sonchus flexuosus Ledeb.