trans-Qafqaz
transabdominal
OBASTAN VİKİ
Sibir
Sibir (rus. Сибирь) — Avrasiyanın şimal-şərq hissəsində böyük coğrafi ərazi. Qərbdən Ural dağları, şərqdən Sakit okean, şimaldan Şimal Buzlu okean, cənubdan Qazaxıstan, Monqolustan, Çin əhatə edir. Sibir dedikdə Rusiya Federasiyasının tərkibidə olan ərazi başa düşülür. Ancaq coğrafi Sibirə Qazaxıstanın şimalı və Uzaq Şərq də daxildir. Sibir Qərbi Sibirə və Şərqi Sibirə bölünür. Həmçinin Cənubi Sibir, Şimal-Şərqi Sibir və Orta Sibir anlayışı da vardır. == Qərbi Sibir == Ural və Yenisey çayı arasında yerləşən Qərbi Sibir ilk yaşayış məntəqəsidir. Əhalinin əksəriyyətinin yaşadığı Sibir torpaqlarının ən inkişaf etmiş hissəsidir. === Tarixi === === İqlimi === === Təbii qaynaqlar === === İqtisadiyyatı === == Şərqi Sibir == Sibirin şərq hissəsi, Asiyanın şimal-şərqini əhatə edir.
Trans yağlar
Trans yağlar (trans yağ turşusu izomerləri) — trans-konfiqurasiyasında olan, yəni "karbon-karbon" kovalent əlaqəsinin əks tərəflərində yerləşən karbohidrogen əvəzedicilərinə malik olan doymamış yağ növü. Trans yağlar təbii ət və süd məhsullarında, eləcə də yüksək temperatura məruz qalan bitki yağlarında, xüsusən dezodorasiya olunmuş yağlarda az miqdarda olur. Onlar doymamış yağların hidrogenləşməsi prosesinin yan təsiri kimi böyük miqdarda əmələ gəlir, məsələn, marqarin istehsalında. Burada qeyd etmək lazımdır ki, tərkibində doymamış yağ turşuları olmayan sərt marqarin inək (kərə yağı) yağından fərqli olaraq 7 % ə qədər trans yağları ehtiva edə bilər. Trans yağların istehlakının ürək-damar xəstəlikləri və ölüm ehtimalının artması ilə əlaqəli olduğu göstərilmişdir. Bu baxımdan ÜST və digər səhiyyə təşkilatları trans yağların istehlakından çəkinməyi tövsiyə edir .
Narva Trans FK
Narva-Trans — Estoniyanın futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 2 dəfə Avropa kubok yarışlarında iştirak edib.
Trans milli korporasiyalar
Təsiredici nüfuzları, çoxmilyardlıq investisiyon qüdrətləri ilə qloballaşma prosesini stimullaşdırırlar. Hərtərəfli mühafizə sistemləri, yüksək maddi-texniki baza ilə təhciz edilmiş elmi-tədqiqat institutları, laboratoriyaları, konstruktor büroları TMK-nın artan potensialını, rəqabət qüdrətini təmin edir. Belə strateji istiqamət milli kapitalın fəaliyyətinin beynəlmiləlləşdirilməsi, transmilli kapitalın maraqlarının qloballaşması ilə və əvəzlənməsini gerçəkləşdirir. Hazırda dünya təsərrüfatının mühüm mexanizmi kimi onlar ÜDM-in 20–25%-nə malik olmaqla beynəlmilləşmənin əsas hərəkətverici qüvvəsinin özəyində dayanırlar. TMK-lar əsasən XIX əsrin sonlarından başlayaraq geniş inkişaf etməyə başladı. Ancaq TMK-ların tarixi daha qədimdir. İlk beynəlxalq iqtisadi fəaliyyətlə məşğul olmağa başlamış təşkilat "Tamplier ordeni" sayılır. Onlar 1135-cil ildə hələ beynəlxalq səviyyədə bank işiylə məşğul idilər. Ancaq rəsmi şəkildə yaradılmış ilk TMK-a İngiltərənin "East İndia Company" TMK-dır. Bu kompaniya 1600-cü ildə İngiltərənin Hindistanda iqtisadi fəaliyyət göstərməsi üçun kraliça I Yelizavetanın əmriylə yaradılır.
Trans-Xəzər dəmiryolu
Trans-Xəzər dəmiryolu (rus. Среднеазиатская железная дорога) — Qərbi Mərkəzi Asiyanın böyük hissəsindən keçən böyük ipək yolunu izləyən dəmir yolu. XIX əsrdə Orta Asiyanı işğal edən Rusiya İmperiyası tərəfindən tikilmişdir. Dəmiryolunun inşaatı 1879-cu ildə rusların Kokand üzərində qələbəsindən sonra başlamışdır. Yol əvvəlcə İmperator Rusiya Ordusunun yerli müqavimətə qarşı hərəkətlərini asanlaşdırmaq üçün hərbi məqsədə xidmət edirdi. Lakin lord Kerzon dəmir yoluna baş çəkərkən qeyd etdi ki, onun əhəmiyyəti yerli hərbi nəzarətdən kənara çıxır və Britaniyanın Asiyadakı maraqlarını təhdid edir.
Cənubi Sibir
Cənubi Sibir — qərbdən şərqə Qərbi Sibirdən Zeya-Bureya düzünə qədər uzanan, 3000 kilometr uzunluğu, 200 ilə 800 kilometr arasında eni olan dağlıq region. Şimali Asiyada yerləşən regionun yerli əhalisi ortaq tarixə, sosial-iqtisadi inkişaf və sıx qarşılıqlı əlaqəyə malik olduğundan oxşar mədəni və məişət xüsusiyyətlərini özündə əks etdirir. Ən yeni tektonik hərəkətlər nəticəsində müxtəlif yaşlı strukturlardan əmələ gəlmiş, yüksək və orta dağlardan ibarətdir. Göllər və akkumulyativ düzənliklərlə tutulmuş dərin tektonik çökəklər var. Dağlıq tayqa, cənubunda dağ meşə-çöl landşaftı üstündür. == İstinadlar == == Əlavə ədəbiyyat == Михайлов Н. И. Горы Южной Сибири. — М., 1961. Горы Южной Сибири // Гвоздецкий Н. А., Михайлов Н. И. Физическая география СССР. — М.: Мысль, 1978.
Qərbi Sibir
Qərbi Sibir — qərbdə Ural dağları, şərqdə isə Yenisey vadisi ilə sərhəd olan Sibirin hissəsi. Sahəsi — 2 451,1 min. km² (Rusiya ərazisinin 15%-i). Əhalisi — 14 619 min nəfər.
Sibir məhkumluğu
SSRİ-də yapon müharibə əsirləri – İkinci dünya müharibəsi zamanı SSRİ-nin Mancuriyanı işğal etməsindən sonra SSRİ-nin müxtəlif regionlarındakı düşərgələrə göndərdiyi yapon müharibə əsirləri. Bu hadisə Yaponiyada Sibir məhkumluğu (シベリア抑留, Shiberia yokuryuu) adı ilə tanınır. İkinci dünya müharibəsindən sonra 560.000-760.000 yapon personal SSRİ-də və Monqolustanda əmək düşərgələrində müharibə əsiri kimi işləməyə məcbur edilmişdir. Onlardan təxminən 60.000-347.000-i əsirlikdə olarkən ölmüşdür. Yaponiyadan xaricdə olan 3,5 milyon yapon əsgərinin böyük qismi ABŞ və Homindan Çini tərəfindən silahsızlaşdırılmış və 1946-cı ildə ölkələrinə geri qaytarılmışdırlar. Qərb müttəfiqləri 1941-ci ilin dekabrından 15 avqust 1945-ci ilə kimi (Yaponiyanın təslim olmasına qədər) 35.000 yaponu əsir götürmüşdürlər. SSRİ yapon müharibə əsirlərini nisbətən daha uzun müddət buraxmamış və əmək gücü kimi istifadə etmişdirlər. Yapon müharibə əsirlərinin tarixi haqqında araşdırmalar ancaq 1980-ci illərindən ikinci yarısında qlasnost və SSRİ-nin dağılması sayəsində mümkün olmuşdur. Bu vaxta qədər SSRİ-dəki müharibə əsirləri haqqında ictimai məlumat ancaq onların sayı ilə bağlı idi. Gizli SSRİ arxivlərinin açılmasından sonra məsələ ictimaiyyətdə müzakirə olunmağa başlamışdır.
Sibir nərəsi
Sibir nərəsi (lat. Acipenser baerii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Sibir porsuğu
Sibir porsuğu (lat. Gulo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi. Fosil sübutları bu cinsin Şimali Amerikada yarandığını və daha sonra Pliosen dövründə bütün Avrasiyaya yayıldığını göstərir.
Sibir qramafonçiçəyi
Sibir qramafonçiçəyi (lat. Ipomoea sibirica) - i̇pomeya cinsinə aid bitki növü.
Sibir quşarmudu
Sibir quşarmudu (lat. Sorbus sibirica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Sibir sidrağacı
Sibir sidrağacı (lat. Pinus sibirica) - şam ağacı cinsinə aid bitki növü. == Arealı == Sibir sidrağacı növü Rusiyanın Avropa hissəsindən Uzaq Şərq hissəsinə qədər ərazidə yayılmışdır. == Sinonim == Pinus arolla Petrov Pinus cembra f. coronans (Litv.) Krylov Pinus cembra var. sibirica (Du Tour) A.E.Murray Pinus cembra var. sibirica (Du Tour) G.Don Pinus cembra subsp. sibirica (Du Tour) Krylov Pinus coronans Litv. Pinus hingganensis H.J.Zhang Pinus sibirica var. hingganensis (H.J.Zhang) Silba Pinus sibirica subsp.
Sibir sinanxumu
Cynanchum sibiricum (lat. Cynanchum sibiricum) - cynanchum cinsinə aid bitki növü.
Sibir südotu
Sibir süsəni
Sibir süsəni (lat. Iris sibirica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Sibir tarixi
Sibir tarixi — Sibirin keçmişi. == Daş dövrü == === Paleolit === === Neolit === == Tunc dövrü == == Dəmir dövrü == == Xaqanlıq dövrü == 709-cu ildə Bilgə xaqanın komandanlığı altında qırğız qəbilələri məğlub edildi. 711–715-ci illərdə qarluqlar üzərində qələbə çaldı. 716-cı ildə Qapağan xaqanı oğuzlar öldürdü. İltərişin oğlu Bilgə xaqan (716–734), qardaşı Gültəkin ordu komandanı, Tonyukuk baş vəzir oldu. Bilgə xaqanın əsas fəaliyyəti türkləri bir xalq kimi qoruyub saxlamaqdan ibarət idi. II Göytürk imperatorluğunun ərazisi şərqdə Sarı dənizə, qərbdə Xəzər dənizinə və Krımın şərqinə, şimalda Sibir buzlaqlarına, cənubda Kəşmirə çatırdı. 726-cı ildə Tonyukuk öldü. 731-ci ildə Gültəkin Doğuz oğuzlarla döyüşdə həlak oldu. 734-cü ildə Bilgə xaqanı zəhərləyib öldürdülər.
Sibir tayaotu
Sibir tayaotu (lat. Crepis sibirica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü.
Sibir xalqları
Sibir əhalisinin 9/10 hissəsini slavyan xalqları təşkil edir. Sibirin daimi qeydiyyatda olan 26 milyonluq əhalisinin 22 milyondan çoxunu ruslar, bir milyondan çoxunu isə ukraynalılar təşkil edir. Sibirin yerli xalqlarının sayı isə 1,3 milyondan artıqdır. 2009-cu il siyahıyaalınmasına görə müasir Sibirdə 40-a qədər yerli xalq yaşayır. Onların bəzilərinin məskunlaşdığı torpaqlar Avropa dövlətlərinin bir çoxunun ərazisindən böyükdür. Məsələn, Saxa Respublikasının (Yakutiya) ərazisi Fransanın ərazisindən 6 dəfə, buryatların yaşadığı ərazisi isə Böyük Britaniya torpaqlarından 1,5 dəfə böyükdür. Sibir xalqları öz saylarına görə 2 qrupa ayrılırlar: böyük və kiçik xalqlar. Buryatlar, yakutlar, tuvalılar, Sibir tatarları, xakaslar və altaylılar böyük xalqlar hesab olunurlar. Qalan xalqların hamısı Sibirin kiçik xalqları sayılırlar. Sibirin şimal-şərqində bir qrup eskimoslar (1500 nəfər) və aleutlar (500 nəfər) da yaşayır.
Sibir xanlığı
Sibir xanlığı (Сибирский юрт, tatar. Себер ханлыгы, Seber xanlığı; Себер йорты, Seber yortı) — Qərbi Sibirdə feodal Türk dövləti. Paytaxtı Qaşlıq şəhəri idi. == Tarixi == "Sibir" sözü "Sabir" adlı türk tayfasının adı ilə bağlıdır. Sibirdə paleolit dövründən qalma 40 min il bundan əvvələ aid ilk insan izlərinə Ob və Yenisey çayları ilə Baykal gölü ətrafında rast gəlinmişdir. Kama-İtil ərazisindəki "Suvar" şəhərinin adı da bu türk tayfasının adı ilə bağladır. Sabirlər V əsrdə İtil (Volqa) çayı boyunca Xəzər dənizinə, daha sonra isə bir qismi Qafqazı keçərək Anadoluya qədər yayılmışlar. Sibir əvvəllər Ob çayının orta və aşağı hissəsinə deyilmişsə, sonradan Sabirlərin İrtış çayı və Baykal gölünə doğru yayılmaları nəticəsində nəhayət Kamçatkaya qədər uzanan bütün Şimali Asiyaya "Sibir" deyilmişdir. Ərəbdilli mənbələrdə bu ölkənin adı "Sibir" və ya "İbir", Çin mənbələrində "Si-bi-rh" və "Bissibur" kimi qeyd edilmiş, rus mənbələrində də "Sibir" kimi göstərilmişdir. Qızıl Orda imperiyasının parçalanmasından əvvəl Sibir xanlığının ilk hökmdarı Mamiq oğlu Taybuğa olmuşdur.
Sibir xoruzgülü
Sibir xoruzgülü (lat. Adonis sibirica) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü. == Sinonimləri == Sibir xoruzgülünün sinonimləri aşağıdakılardır: : Adonanthe apennina (L.) Sennikov Adonanthe sibirica (Patrin ex DC.) Spach Adonis apennina var. dahurica Ledeb. Adonis apennina var. sibirica (Patrin ex DC.) Ledeb. Adonis apennina subsp. sibirica (Patrin ex DC.) Korsh. Adonis ircutiana Fisch. ex DC. Adonis sibirica Patrin ex Ledeb.
Sibir yupikcəsi
Sibir yupikləri tərəfindən danışılan dil. == Sibir yupikcəsindən Azərbaycan dilində bəzi sözlərin tərcüməsi == == Əlifbası == Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən Müqqədəs Lourens adasında Latın əlifbası, Rusiya Federasiyasının Çukotka Muxtar Dairəsində isə Kiril əlifbasında istifadə edilir. Rusiya Federasiyasında istifadə edilən kiril əifbası əsasında tətbiq edilmiş Eskimo əlifbası : Qeydlər: Saitlər uzun və qısa formada olurlar. Lakin bəzi hallarda yazıda əks edilmir. / ӈъ = ŋ İstifadə edilən əlavə şərti işarələr: ӷ = г’ , ӄ = к’ , ӈ = н’ , ў = w , ӽ = х’ * Eskimo dilində istifadə edilmir. Müqqədəs Lourens adasında yaşayan Sibir yupikləri üçün Latın əlifbası əsasında yeni bir əlifbanın yaradılması işinə 1970-ci ildə başlanılmışdır. Feyirbanks Alyaska Universitetinin dil mərkəzində Maykl Krausun rəhbərliyi ilə hazırlanmağa başlanan əlifba 4 aya tam hazır olmuşdur. Əlifbanın hazırlanmasında Maykl Krausa, Linda Aghnaghaghpik Badten, Sharon Pungoviyi Orr və digər Sibir yupikcəsini bilən şəxslər kömək etmişdilər.
Sibir yupikləri
Sibir yupikləri və ya Yuitlər (öz dilində olan adı: Alyaskada (Yupiget); Rusiyada (Юпигыт)) — Sibirdə Rusiya Federasiyasının Çukotka Muxtar Dairəsində və Amerika Birləşmiş Ştatlarının Alyaska ştatının Müqqədəs Lourens adasınnda yaşayan Yupik qoluna aid eskimos xalqıdır. Müqqədəs Lourens adasındakı Sibir yupikləri, Alyaskada qohumluq baxımından inyupiklərə ən yaxın xalqdır. Rusiyadakı Sibir yupikləri, çukçaların mədəni assimilyasiyasına məruz qalmış, onların mədəniyyətini mənimsəmişdir. Uzun müddət çukçalarla bir ərazidə yaşamaları Sibir yupiklərinin çukçalaşmasına səbəb olmuşdur. Sahil boyu ərazilərdə yaşayan çukçaların da çukçalaşmış yupik olduqları güman edilir. Yupiklərin böyük bir qismi özlərini çukçalarlarla eyniləşdirilməsinə qarşıdır. Ancaq sibir yupikləri və çukçalar arasında tək fərq dillərinin ayrı-ayrı olmasıdır. Qalan bütün mərasim və mədəniyyətləri isə eynidir. Sibir yupiklərinin sayı 2000 nəfərdən çoxdur. 1980 və 1992-ci illərdə aparılan siyahıya alınmaya əsasən, sibir yupiklərinin 95%-nin sibir yupikcəsində danışdığı məlum olmuşdur.
Sibir zirinci
Sibir zirinci (lat. Berberis sibirica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Sibir zümrüdçiçəyi
Sibir zümrüdçiçəyi (lat. Scilla siberica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin zümrüdçiçəyi cinsinə aid bitki növü. Scilla L. - cinsinin latınca adı əvvəllər bu bitkinin aid edildiyi dəniz soğanı cinsinə mənsubdur. Məlum olan 80 növdən gülçülükdə təxminən 10 növündən istifadə edilir: aşağıdakı növlər xüsusilə məşhurdurlar: İkiyarpaqlı zümrüdçiçəyi (S. bifolia) mavi gülləri olan alçaqboylu, çoxillik bitkidir. Ağ, çəhrayı və bənövşəyi çiçəkləri olan bağ formaları vardır. Sibir zümrüdçiçəyi (S. sibirica) sallaq, mavi, bəzən ağ rəngdə çiçəkləri olan bitkidir. Bu növ 1796-cı ildən gülçülükdə istifadə olunur. Zümrüdçiçəyi çox rütubətli şəraitdə yaxşı bitir. Onu adətən gölməçələrin yaxınlığında əkirlər. Bitkini otaq şəraitində də yetişdirmək olar.