Odlar Yurdu (triptix)
"Odlar Yurdu" — azərbaycanlı rəssam Tahir Salahovun 2007-ci ildə çəkdiyi triptix rəsm əsəri. Rəssam əsərin üzərində on aydan çox işləmişdir.
== Tarixi ==
Tahir Salahovun sözlərinə görə, "Çox istəyirdim ki, açıq dənizdə çalışan insanların qarşılaşdıqları təhlükəni dəfələrlə azaldan belə bir qurğunu çəkim...".
== Təsviri ==
Triptixin mərkəzi hissəsində "Xəzər bu gün" əsəri yerləşir. Triptixin sol tərəfində "Atəşgah", sağında isə Qız qalası var.
== Tənqid ==
İncəsənət tarixçisi və tənqidçisi Yekaterina Dyoqotun fikrincə, triptix nefti "sənaye yox, dini mənada" şərh edir.