TS

Top Secret Tam məxfi
Trustworthy computing (TwC)
TSA
OBASTAN VİKİ
Cövhər Tsarnayev
Cövhər Tsarnayev (rus. Джоха́р Анзо́рович Царна́ев) — çeçen-avar mənşəli amerikalı tələbə. 2013-cü ilin 15 aprel tarixində Amerika Birləşmiş Ştatlarının Massaçusets ştatının Boston şəhərində hər il ənənəvi formada keçirilən olunan Boston marafonuna təşkil olunmuş terror hücumunun iki əsas şübhəlisindən biri. Hadisənin bir digər şübhəlisi Cövhər Tsarnayevin qardaşı Tamerlan Tsarnayevin polis tərəfindən keçirilən əməliyyat nəticəsində (hadisədən 3 gün sonra) öldürülmüşdür.
Dalbergia tsaratananensis
Dalbergia tsaratananensis (lat. Dalbergia tsaratananensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin dalbergiya cinsinə aid bitki növü.
Dalbergia tsiandalana
Dalbergia tsiandalana (lat. Dalbergia tsiandalana) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin dalbergiya cinsinə aid bitki növü.
Daniel Tsiokas
Daniel Tsiokas (19 iyun 1971, Kluj-Napoka) — Yunanıstanı təmsil edən stolüstü tennisçi. Daniel Tsiokas Yunanıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Daniel Tsiokas Yunanıstanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daniel Tsiokas Yunanıstanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 9-cu pillənin sahibi olub.
Dao De Tszin
Tao Te Çinq, Qədim Çin fəlsəfəsi olan Taoizmə aid kitabdır. Tao Te Çinq ənənəyə görə eramızdan əvvəl 600-cü illərdə yazılmışdır. Kitabın müəllifi taoist mütəfəkkir [[Lao Tszı]] (və ya Lao Zı, mənası "Qoca Usta") hesab olunur. Rəvayətə görə Lao Tszı sarayda arxiv baxıcısı imiş. Lakin kitabin müəllifliyi və yazılış tarixi tam təyin edilməmiş hesab olunur. Tao Te Çinqin mətninin daha əvvəlki dövrlərə aid olduğu, eramızdan əvvəl 6-cı əsrdə onun sadəcə olaraq qələmə alındığı hesab edilir. Tao Te Çinq özündən sonra gələn fəlsəfi və dini cərəyanlara, o cümlədən Neo Konfusianizmə və Çin Buddizminə dərin təsir göstərmişdir. Tao Te Çinq 250 dəfədən çox müxtəlif dillərə tərcümə edilmişdir. Tao Te Çinq adı müxtəlif formalarda tərcümə oluna bilər. Tao (Dao) – sözü əsasən "yol" kimi tərcümə olunsa da, "cığır", "kök", "metod" mənalarını da verir.
Dyörd Tsifra
Dyörd Tsifra (mac. Cziffra György; 5 noyabr 1921 — 17 yanvar 1994) — macar və fransız pianoçu və bəstəkar. Dyörd Tsifra Budapeştdə kasıb macar qaraçı ailəsində dünyaya gəldi. Atası 1910-cu ildə Parisin kabare salonlarında və restoranlarında pianoda ifa edirdi. Birinci Dünya müharibəsinin başlanğıcından etibarən düşmən dövlətin vətəndaşı kimi həbs edilib və həyat yoldaşı və iki qızı Macarıstana beş kiloqramlıq baqaj ilə deportasiya edilib. Ailəsi yalnız müharibədən sonra bir araya gəldilər. Tsifranın oğlu Jorj Tsifra professional dirijor idi və atası ilə bir neçə konsert və yazılarda iştirak etdi. Ancaq 1981-ci ildə çıxan yanğında onun perspektivli karyerası ölümündən sonra kəsildi. Chiffre heç bir zaman orkestr ilə çıxış etməmiş və ya qeyd etməmişdi və bəzi tənqidçilər güclü duyğular təsirinin oyun keyfiyyətinə təsir etdiyini qeyd etdilər. Tsifra, 72 yaşındakı Longpont sur Orge, Essonne, Fransada, ağciyər xərçəngi ilə əlaqədar bir sıra komplikasyonlara səbəb olan bir infarkt nəticəsində vəfat etdi.
Dövrü(tsikl) işsizlik
Dövrü (tsikl) işsizlik — işsizlik forması sənayenin tənəzzülü, istehsalda işçi qüvvəsinə olan tələbin aşağı düşməsi nəticəsində yaranır.
Dövrü (tsikl) işsizlik
Dövrü (tsikl) işsizlik — işsizlik forması sənayenin tənəzzülü, istehsalda işçi qüvvəsinə olan tələbin aşağı düşməsi nəticəsində yaranır.
Echinops tschimganicus
Echinops tschimganicus (lat. Echinops tschimganicus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Fris Tsvikki
Fris Svikki (14 Fevral, 1898 – 8 Fevral, 1974)—İsveçrə astronomu.O həyatının çox hissəsini Amerika Birləşmiş Ştatlarının Kaliforniya Texnologiya İnstitutunda işləmiş,nəzəri astronomiyaya və müşahidə astronomiyasına bir çox mühüm töhfələr vermişdir. Fris Svikki Bolqarıstanın Varna şəhərində anadan olmuşdur.Onun atası, Fridolin (d 1868) Bolqar şəhərində görkəmli sənayeçi idi və həmçinin Bolqarıstanın Varna şəhərində (1908-1933) Norveç səfiri vəzifəsində çalışmışdır.Varnada Svikkinin evi Fridolin Svikki tərəfindən layihələndirilmiş və tikilmişdir.Onun anası Fransisk Vrek (d 1871) əslən Avstriya-Macarıstan İmperiyasının Çexiyasından idi.Fris, Svikki ailəsindəki üç övladdan ən böyüyü idi:onun Leoni adlı bacısı və Rudolf adlı kiçik qardaşı var idi.Frisin anası 1927-ci ildə Bolqarıstanın Varna şəhərində vəfat edib və o İsveçrəyə qayıdanda onun atası Fridolin 1945-ci ilə qədər Bolqarıstanda qalıb.Bacısı Leoni Varna şəhərindən olan bir Bolqarnan evləndi və bütün həyatını bu şəhərdə keçirdi. 1904-ci ildə, altı yaşında,Fris İsveçrənin Qlarus şəhərinə nənə və babasının yanına ticarət öyrənməyə göndərilib.Lakin onun riyaziyyat və fizikaya olan marağı onun İsveçrənin Sürix şəhərində yerləşən İsveçrə Federal Texnologiya İnstitutunda ali təhsil alması ilə nəticələndi.O, 1925-ci ildə Kaliforniya Texnologiya İnstitutunda Robert Milliken ilə işləmək üçün ABŞ-yə köçdü. O, bizim kainatın bu gün başa düşülməsinə dərin təsir edən çoxsaylı kosmoloji nəzəriyyələrin banisidir.O ilk olaraq Neytron ulduzlarının kosepsiyasını başa düşməyə imkan verən Supernova terminini elmə daxil etdi.Svikki ”Tənha canavar” idi və o bütün riyazi işlərini özü edirdi.O "Tənha canavarın fəaliyyətləri" başlığı altında avtobioqrafik əsər yazmağı planlaşdırırdı. Fris Svikki o dövrdə olan bəzi reaktiv mühərrikləri təkmilləşdirib və 50-dən artıq patantə sahib idi. Fris Svikki ateist idi. Frits Zwicky məhsuldar alim idi və astronomiya elminin bir çox sahələrində mühüm töhfələr vermişdir.
Froyla Tsalam
Froyla Tsalam (ing. Froyla Tzalam; 27 iyul 1971, San-Antonio[d]) — belizeli antropoloq və icma lideri. Tsalam Toledo şəhərinin San Antonio kəndində anadan olub. Texasdakı Triniti Universitetindən antropologiya ixtisası üzrə bakalavr dərəcəsi ilə məzun olub. Daha sonra, Susseks Universitetindən kənd inkişafı üzrə magistr dərəcəsi əldə edib. Hal-hazırda Sarstun Temaş Yerli İdarəetmə İnstitutunun icraçı direktorudur. 22 aprel 2021-ci ildə Beliz Baş naziri Conni Briseno ser Kolvill Yanqın təqaüdə çıxmasının ardından Belizin növbəti general-qubernatoru olaraq onu namizəd olaraq açıqladı. Üçüncü general-qubernator, bu vəzifəyə təyin edilmiş ikinci qadın və ilk yerli amerikalı general-qubernatoru olaraq Tsalam vəzifəsinə başladı. Tsalam 2017-ci ilin yanvarında senata namizədlik verdi və siyahıya alındı, lakin STYİİ-dakı işinə yönəlmək üçün sonradan imtina etdi.
Galium tsukinanats
Geokimyəvi tsikl
Geokimyəvi tsikl - Vernadskiyə görə, Yer qabığında kimyəvi elementlərin və onların birləşmələrinin dövranına səbəb olan hadisə və proseslərin məcmusu. Elementlərin tarazlıqda olan birləşmələri, elementlərin bir geosferdən digərinə keçməsi nəticəsində bu tarazlığın pozulması, uzunmüddətli (geoloji baxımdan) dəyişilmələrin vaxtaşırı təkrarı Yer qabığı atomlarının əksəriyyətinin iştirak etdiyi xüsusi dövrü proseslər yaradır. Bir termodinamik örtüyü əhatə edən elementin Yer qabığının bütün proseslərində dövrü miqrasiyalarını əhatə edən dövrü proses (tsikl) və ümumi geokimyəvi tsikl fərqləndirmək lazımdır. Kimyəvi xassələrinə uyğun olaraq hər elementin öz geokimyəvi tsikl vardır. Bu tsikllər atomların yalnız əsas hissəsi üçün dönərdir: onların bir qismi daim və qanunauyğun olaraq dövrandən çıxır və ya yenidən dövrana qoşulur. Planetar miqyasda geokimyəvi tsikl səthi hadisələr olub, Yer qabığından kənara çıxmır. Bu anlayış müxtəlif termodinamik örtüklərdə gedən ayrı-ayrı prosesləri bir-birilə əlaqələndirməyə və beləliklə, Yer qabığında elementin tarixini bərpa etməyə imkan verir. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.
Harald tsur Hauzen
Harald tsur Hauzen (11 mart 1936[…], Helzenkirxen, Üçüncü Reyx – 29 may 2023, Heydelberq, Baden-Vürtemberq) — alman alimi, 2008-ci ildə insan papilloma virusunun uşaqlıq boynunun xərçənginə səbəb olmasını sübut etməsinə görə Nobel mükafatına layiq görülüb. 1955 — orta məktəbi bitirib 1960 — Hamburq Universitetinin Tibb fakültəsini bitirir 1961–63 — Düsseldorf Universitetinin Tibbi Microbiologiya and Immunologiya bölməsində işləyib: virusun törətdiyi xromosom dəyişikliklərinin tədqiqatı and diaqnostic bacteriologiya and virologiya üzrə təlim. 1964 — evlənir və ilk oğlu Yan Dirk dünyaya gəlir 1965 — Verner and Gertrud Henledən Filadelphiyanın Uşaq Hospitalında iş təklifi gəlir, orada Verner Henle Virologiya bölməsinin müdiri idi 1966–68 — Filadelfiyaya işləməyə gedir: bütün laboratoriya yenicə kəşf olunmuş Epştayn-Barr virusunu araşdırırdı. Onlar müşahidə etmişdilər ki, Burkitt limfomalı xəstələr bu virusa qarşı çox sayda anti-bədəncik (əks-cisimcik) ürətir. Harald tsur Hauzen isə molekular biologiyanın tez inkişaf edən müayinə üsullarını yaxşı bilmədiyi üçün başqa bir virusla (adenovirus tip 12) işləyir. Tsur Hauzen elektron mikroskop altında göstərə bilir ki, tip 12 adenovirusuna yoluxmuş insan hüceyrələri spesifik xromosom pozuntuları meydana gəlir, eləcə də EBV-hissəciklərini antigen-müsbət Burkitt limfom hüceyrələrində nümayiş etdirə bilir. 1969 — Vürtsburq Universitetində yenicə açılmış virusologiya laboratoriyasının müdiri Eberhard Veker-dən dəvət aldığı üçün qayıdır Almaniyaya. Burada ona imkan verilir öz müstəqil araşdırma qrupunu yaratsın. Almaniyada Tsur Hauzen fikrini tamamən EBV-un tədqiqatına yönəldir. Verner Henlenin və Corc Klaynın köməkliyi ilə Filadelfiya və Stokholmdan çox sayda Burkitt limfom hüceyrə sıraları və xərçəng biopsiyaları alır.
Hasekura Tsunenaqa
Hasekura Tsunenaqa (1571[…], Naqai[d], Yamaqata – 7 avqust 1622, Mutsu əyaləti[d], Tosando[d]) — yaponiyalı samuray və səyyah. Hasekura Tsunenaqa əsasən Şimali Amerika, Avropa və Vatikana səfərlər etmişdir.
Haydemari Veçorek-Tsoyl
Haydemari Veçorek-Tsoyl (21 noyabr 1942[…], Frankfurt-Mayn, Prussiya[d]) – alman pedaqoq və siyasətçi. Haydemari Tsoyl Frankfurtdakı Herder Məktəbini bitirdikdən sonra 1961-1965-ci illərdə Frankfurt-Maynda İohann-Volfqanq-Göte Universitetində ingilis dili və tarixi öyrənib.1965-1974-cü illərdə Fridrix Ebert məktəbində və 1977-1978-ci illərdə Rüsselshaymdakl Georg Büxner məktəbində müəllim işləyib. 1965-1979-cu illərdə SPD siyasətçisi Norbert Viitsorek ilə evli olub. Boşandıqdan sonra Veçorek-Tsoyl soyadını saxlayıb. O, evangelistdir və xristian inanclarını "həmişə mənim rəhbər prinsipim" kimi təsəvvür edib. thumb|Haydemari Veçorek-Tsoyl Juso sədri olaraq, 1976. thumb|Viitsorek-Zoyl 1988 ( Erhard Eppler ilə) Veçorek-Tsoyl 1965-ci ildən SPD-nin üzvüdür. 1974-1977-ci illərdə o, Gənc Sosialistlər Təşkilatının Federal Sədri olub və bu vəzifədə çalışan ilk qadın olub. Bu müddət ərzində o, "Qırmızı Heydi" adlanaraq şöhrət qazandı. O, 1984-cü ildən SPD federal idarə heyətinin üzvüdür.
Hidrogen tsikli
Hələ 1950-ci ildə Beyts və Nikole hidroksil radikalının ozon ilə reaksiyaya girərərək və sonra regenerasiya olunması ilə ozonun parçalanmasının mümkünlüyünü söyləmişdir: HO•+ O3 → HO•2 + O2 HO•2 + O• → HO•2 + O2 Stratosferdə hidroksil radikalları su, hidrogen və metan molekullarından əmələ gəlir. Su molekulu günəşin ultrabənövşəyi radiasiyasının təsiri ilə fotodissosiasiya olunur, H2 və metan isə O (1D) vəziyyətində olan atomar oksigen reaksiyaya girir: H2 + O(1D) → HO• + H H•+ O2 + M → HO•2 + M CH4 + O(1D) → C•H3 + HO• HO• radikallarının hesablanan qatılığı təxminən 40 km hündürlükdə maksimuma çatır. Hidrogen tsikllindəki ozon ilə hidroksil radikalının reaksiyası radikalların məhv olması nəticəsində pozulur: HO•+ HO•2 → H2O + O2 HO•2 + HO•2 → H2O2 + O2 Lakin, HO• radikalları məhv olana qədər hündürlükdən asılı olaraq15-dən 110-a qədər ozon molekulunu parçalaya bilirlər. V.M. Abbasov, R.Ə. Əliyeva, N.Ə.Səlimova, M.M Abbasov. Ekoloji kimya 2003.
III Vlad Tsepeş
III Vlad Tsepeş (rum. Vlad Ţepeş) və ya Vlad Drakula (rum. Drăculea) (ən tezi 1428 və ən geci 1431 və ya dekabr 1431 – 14 dekabr 1476, Buxarest, Valaxiya knyazlığı)- Valaxiya voyevodası. Atası və babası kimi "Drakon" ("Əjdaha") ordeninin üzvü olmuşdur. 1897-ci ildə irland yazıçısı Brem Stoker Drakula əsərini yazmışdı. Bu kitab Vlad Tsepeşin şöhrətini daha da artırmışdı. Əslində "Drakula" əsərində IV əsrdə hökmranlıq etmiş İrlandiyanın qəddar hökmdarı Drakuladan danışılır. III Vlad Tsepeş Transilvaniyanın (Şimal-Qərbi Rumıniya) kiçik Siqişoara şəhərciyində 1431-ci ilin noyabr və ya dekabr ayında dünyaya gəlmişdir. 13 yaşı olanda Osmanlılar tərəfindən əsir götürülmüşdü. 4 il əsir qaldıqdan sonra azad edilmişdi.
Jo-Vilfried Tsonga
Jo-Vilfred Tsonqa tam adı Jo-Vilfred Tsonqa (d.17 Aprel 1985 Le Mans Fransa) Fransız tennisçi. Məhəmməd Əliyə olan bənzərliyinə görə ona "Tennisin Məhəmməd Əli'si" də çağırırlar.
Kanada tsuqası
Kanada tsuqası (lat. Tsuga canadensis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin tsuqa cinsinə aid bitki növü. Təbii halda Şimali Amerikanın qərb hissəsində qarışıq və təmiz meşələrdə bitir. Cinsə 10 növ daxildir. Ən geniş yayılan növü Kanada tsuqasıdır. Hündürlüyü 30 m olan ağacdır. Qövs şəklində aşağı əyilən budaqları çətirə enli konus forması verir. Gövdəsinin diametri 0,9 m-ə qədərdir, dərin yarıqlarla örtülmüşdür, qamətli, düz, ağımtıl-boz qabıqlı olur, əksər hallarda gövdəsi haçalanır. İynəyarpaqları parıltılı tünd-yaşıl, hamar, xırda, uzunluğu 1,5 sm-ə qədər, yuxarısı ensiz, ucu kütdür. İynəyarpaqlarının rənginə, (qızılı, gümüşü), boyuna görə fərqlənən formaları vardır.
Karl-Teodor tsu Quttenberq
Karl-Teodor Mariya Nikolaus İohann Yakob Filipp Frants İosif Silvestr Bul-Frayherr fon und tsu Quttenberq — Almaniyanın müdafiə naziri (2009-2011) Almaniyanın müdafiə naziri Karl-Teodor 2011-ci il martın 1-də istefa verib. Xristian Sosial Birlik Partiyasının üzvü olan Karl-Teodorin istefasına onun doktorluq dissertasiyasının saxta olması ilə bağlı mübahisələr səbəb olub. Karl-Teodor elmi işinin bir hissəsini başqa müəlliflərdən köçürməkdə və onlara istinad etməməkdə günahlandırılmışdı. Mübahisələr onun doktorluq dərəcəsindən məhrum edilməsi ilə nəticələnmişdi.
Kartlis tsxovreba
"Kartlis tsxovreba" ( gürc. ქართლის ცხოვრება "Gürcülərin həyatı", yaxud "Kartli həyatı"), VIII əsr ərəfəsində yazılmağa başlamış və zaman-zaman – XIX əsrə qədər, əlavələr edilmiş gürcü əlyazmaları toplosu. "Kartlis tsxovreba" iki hissəyə ayrılır: 1."Qədim Kartlis tsxovreba"; 2."Yeni Kartlis tsxovreba". "Qədim" Gürcüstanın XIV əsrə qədərki, "Yeni" isə Gürcüstanın XIV əsrdən XVIII əsrə qədərki tarixini əhatə edir. "Qədim Kartlis tsxovreba"nın XV—XVII əsrlərə aid bir neçə siyahısı qalmışdı. XVIII əsrdə çar VI Vaxtanq tərəfindən yaradılmış komissiya (Beri Eqnataşvili rəhbərliyi ilə) Gürcüstanın XIV—XVIII əsrlər tarixini tərtib etdi. XIX əsrdə "Kartlis tsxovreba"ya XVII—XVIII əsrlərə aid bir sıra tarixi mövzularda məqalələr də əlavə edildi. "Kartlis tsxovreba"da başlıca olaraq Gürcüstanın siyasi tarixi təsvir edilir və bir çox hallarda orada yazılanlar qeyri-gürcü tarixçilərinin yazdıqları ilə üst-üstə düşür. "Qədim Kartlis tsxovreba" tarix mövzusunda 10 məqalədən ibarətdir. "Kartli çarlarının həyatı" — Leonti Mroveli , XI əsr.
Kaxaber Tsxadadze
Kaxaber Cumberoviç Tsxadadze (gürc. კახაბერ ჯუმბერის ძე ცხადაძე; 7 sentyabr 1968, Rustavi) — keçmiş SSRİ və gürcüstan futbolçusu, müdafiəçi, Beynəlxalq dərəcəli SSRİ idaman ustası (1992), Qəbələ klubu baş məşqçisi (2024). 7 sentyabr 1968-ci ildə Gürcüstanın Rustavi şəhərində doğulub. Müdafiəçi mövqeyində çıxış edən Tsxadadze futbolçu karyerasına 1986-cı ildə Rustavi "Metallurq"unda başlayıb. Daha sonra ardıcıl olaraq Dinamo Tbilisi, "İberiya", QİF (ikisi də Gürcüstan), QİF (İsveç), Spartak Moskva, Dinamo Moskva (İkisi də Rusiya), "Ayntraxt" (Almaniya), "Alaniya" (Rusiya), Mançester Siti (İngiltərə), "Lokomotiv" (Tiflis/ Gürcüstan) və Anji Mahaçqala (Rusiya) klublarının formasını geyinib. 1992-ci ilidən 6 dəfə SSRİ, 1991–98-ci illərdə 25 dəfə Gürcüstan milli futbol komandasına çağırılıb. Tsxadadze məşqçi karyerasına 2001-ci ildə Tiflis "Lokomotiv"ində başlayıb və bir il bu komandada çalışıb. 2005/2006 mövsümünü Dinamo Tbilisi klubunda, 2006/2007 mövsümünü "Sioni"də keçirib. 2008/2009-cu illərdə Standard Bakıda çalışıb. 2009-cu ilin iyunundan isə İnter Bakı klubunda işləyir.
Kazumi Tsubota
Kazumi Tsubota (d. 23 yanvar 1956) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Kimiko Tsumura
Kimiko Tsumura (津村紀三子, Tsumura Kimiko, 16 avqust 1902, Akaşi – 12 aprel 1974) – Yaponiya no aktrisası və dramaturqu. O, no tamaşalarında çıxış edən ilk qadınlardan biridir. Kimiko Tsumura 16 avqust 1902-ci ildə Yaponiyanın Akaşi şəhərində doğulmuşdur. O, üç qızdan və bir oğuldan ibarət ailənin ən gənc üzvü idi. Kimiko doğulduqdan dərhal sonra ailə işlə əlaqədar olaraq Tokioya köçmüşdür. Kimikonun atası Masumi biznesmen idi və uşaqlarının sənət təhsilinə böyük önəm verirdi. Kimikonun böyük bacısı Şizuko no nəğmələrini və rəqslərini öyrənmiş, digər bacısı Çiyo isə peşəkar rəssamdan ənənəvi rəssamlıq dərsləri almışdır. Kimiko əvvəlcə Çiyo kimi rəssamlıqla məşğul olsa da, 13 yaşından etibarən ənənəvi teatr sənətinə maraq göstərməyə başlamışdır. Həmin dövrdə Tokioda qızlar üçün no dərsləri təşkil olunsa da, onların no tamaşalarında çıxış etmələrinə icazə verilmirdi. Tsumura 17 yaşında aktyor Kanze Kasetsunun tələbəsi olmuşdur.