TS

Top Secret Tam məxfi
Trustworthy computing (TwC)
TSA
OBASTAN VİKİ
Dövrü(tsikl) işsizlik
Dövrü (tsikl) işsizlik — işsizlik forması sənayenin tənəzzülü, istehsalda işçi qüvvəsinə olan tələbin aşağı düşməsi nəticəsində yaranır.
Dövrü (tsikl) işsizlik
Dövrü (tsikl) işsizlik — işsizlik forması sənayenin tənəzzülü, istehsalda işçi qüvvəsinə olan tələbin aşağı düşməsi nəticəsində yaranır.
Echinops tschimganicus
Echinops tschimganicus (lat. Echinops tschimganicus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Fris Tsvikki
Fris Svikki (14 Fevral, 1898 – 8 Fevral, 1974)—İsveçrə astronomu.O həyatının çox hissəsini Amerika Birləşmiş Ştatlarının Kaliforniya Texnologiya İnstitutunda işləmiş,nəzəri astronomiyaya və müşahidə astronomiyasına bir çox mühüm töhfələr vermişdir. == Həyatı == Fris Svikki Bolqarıstanın Varna şəhərində anadan olmuşdur.Onun atası, Fridolin (d 1868) Bolqar şəhərində görkəmli sənayeçi idi və həmçinin Bolqarıstanın Varna şəhərində (1908-1933) Norveç səfiri vəzifəsində çalışmışdır.Varnada Svikkinin evi Fridolin Svikki tərəfindən layihələndirilmiş və tikilmişdir.Onun anası Fransisk Vrek (d 1871) əslən Avstriya-Macarıstan İmperiyasının Çexiyasından idi.Fris, Svikki ailəsindəki üç övladdan ən böyüyü idi:onun Leoni adlı bacısı və Rudolf adlı kiçik qardaşı var idi.Frisin anası 1927-ci ildə Bolqarıstanın Varna şəhərində vəfat edib və o İsveçrəyə qayıdanda onun atası Fridolin 1945-ci ilə qədər Bolqarıstanda qalıb.Bacısı Leoni Varna şəhərindən olan bir Bolqarnan evləndi və bütün həyatını bu şəhərdə keçirdi. 1904-ci ildə, altı yaşında,Fris İsveçrənin Qlarus şəhərinə nənə və babasının yanına ticarət öyrənməyə göndərilib.Lakin onun riyaziyyat və fizikaya olan marağı onun İsveçrənin Sürix şəhərində yerləşən İsveçrə Federal Texnologiya İnstitutunda ali təhsil alması ilə nəticələndi.O, 1925-ci ildə Kaliforniya Texnologiya İnstitutunda Robert Milliken ilə işləmək üçün ABŞ-yə köçdü. O, bizim kainatın bu gün başa düşülməsinə dərin təsir edən çoxsaylı kosmoloji nəzəriyyələrin banisidir.O ilk olaraq Neytron ulduzlarının kosepsiyasını başa düşməyə imkan verən Supernova terminini elmə daxil etdi.Svikki ”Tənha canavar” idi və o bütün riyazi işlərini özü edirdi.O "Tənha canavarın fəaliyyətləri" başlığı altında avtobioqrafik əsər yazmağı planlaşdırırdı. Fris Svikki o dövrdə olan bəzi reaktiv mühərrikləri təkmilləşdirib və 50-dən artıq patantə sahib idi. Fris Svikki ateist idi. == Elmi işləri == Frits Zwicky məhsuldar alim idi və astronomiya elminin bir çox sahələrində mühüm töhfələr vermişdir.
Froyla Tsalam
Froyla Tsalam (ing. Froyla Tzalam; 27 iyul 1971, San-Antonio[d]) — belizeli antropoloq və icma lideri. == Həyatı == Tsalam Toledo şəhərinin San Antonio kəndində anadan olub. Texasdakı Triniti Universitetindən antropologiya ixtisası üzrə bakalavr dərəcəsi ilə məzun olub. Daha sonra, Susseks Universitetindən kənd inkişafı üzrə magistr dərəcəsi əldə edib. Hal-hazırda Sarstun Temaş Yerli İdarəetmə İnstitutunun icraçı direktorudur. == Fəaliyyəti == 22 aprel 2021-ci ildə Beliz Baş naziri Conni Briseno ser Kolvill Yanqın təqaüdə çıxmasının ardından Belizin növbəti general-qubernatoru olaraq onu namizəd olaraq açıqladı. Üçüncü general-qubernator, bu vəzifəyə təyin edilmiş ikinci qadın və ilk yerli amerikalı general-qubernatoru olaraq Tsalam vəzifəsinə başladı. Tsalam 2017-ci ilin yanvarında senata namizədlik verdi və siyahıya alındı, lakin STYİİ-dakı işinə yönəlmək üçün sonradan imtina etdi.
Galium tsukinanats
Geokimyəvi tsikl
Geokimyəvi tsikl - Vernadskiyə görə, Yer qabığında kimyəvi elementlərin və onların birləşmələrinin dövranına səbəb olan hadisə və proseslərin məcmusu. Elementlərin tarazlıqda olan birləşmələri, elementlərin bir geosferdən digərinə keçməsi nəticəsində bu tarazlığın pozulması, uzunmüddətli (geoloji baxımdan) dəyişilmələrin vaxtaşırı təkrarı Yer qabığı atomlarının əksəriyyətinin iştirak etdiyi xüsusi dövrü proseslər yaradır. Bir termodinamik örtüyü əhatə edən elementin Yer qabığının bütün proseslərində dövrü miqrasiyalarını əhatə edən dövrü proses (tsikl) və ümumi geokimyəvi tsikl fərqləndirmək lazımdır. Kimyəvi xassələrinə uyğun olaraq hər elementin öz geokimyəvi tsikl vardır. Bu tsikllər atomların yalnız əsas hissəsi üçün dönərdir: onların bir qismi daim və qanunauyğun olaraq dövrandən çıxır və ya yenidən dövrana qoşulur. Planetar miqyasda geokimyəvi tsikl səthi hadisələr olub, Yer qabığından kənara çıxmır. Bu anlayış müxtəlif termodinamik örtüklərdə gedən ayrı-ayrı prosesləri bir-birilə əlaqələndirməyə və beləliklə, Yer qabığında elementin tarixini bərpa etməyə imkan verir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.
Harald tsur Hauzen
Harald tsur Hauzen (11 mart 1936[…], Helzenkirxen, Üçüncü Reyx – 29 may 2023, Heydelberq, Baden-Vürtemberq) — alman alimi, 2008-ci ildə insan papilloma virusunun uşaqlıq boynunun xərçənginə səbəb olmasını sübut etməsinə görə Nobel mükafatına layiq görülüb. == Həyatı == 1955 — orta məktəbi bitirib 1960 — Hamburq Universitetinin Tibb fakültəsini bitirir 1961–63 — Düsseldorf Universitetinin Tibbi Microbiologiya and Immunologiya bölməsində işləyib: virusun törətdiyi xromosom dəyişikliklərinin tədqiqatı and diaqnostic bacteriologiya and virologiya üzrə təlim. 1964 — evlənir və ilk oğlu Yan Dirk dünyaya gəlir 1965 — Verner and Gertrud Henledən Filadelphiyanın Uşaq Hospitalında iş təklifi gəlir, orada Verner Henle Virologiya bölməsinin müdiri idi 1966–68 — Filadelfiyaya işləməyə gedir: bütün laboratoriya yenicə kəşf olunmuş Epştayn-Barr virusunu araşdırırdı. Onlar müşahidə etmişdilər ki, Burkitt limfomalı xəstələr bu virusa qarşı çox sayda anti-bədəncik (əks-cisimcik) ürətir. Harald tsur Hauzen isə molekular biologiyanın tez inkişaf edən müayinə üsullarını yaxşı bilmədiyi üçün başqa bir virusla (adenovirus tip 12) işləyir. Tsur Hauzen elektron mikroskop altında göstərə bilir ki, tip 12 adenovirusuna yoluxmuş insan hüceyrələri spesifik xromosom pozuntuları meydana gəlir, eləcə də EBV-hissəciklərini antigen-müsbət Burkitt limfom hüceyrələrində nümayiş etdirə bilir. 1969 — Vürtsburq Universitetində yenicə açılmış virusologiya laboratoriyasının müdiri Eberhard Veker-dən dəvət aldığı üçün qayıdır Almaniyaya. Burada ona imkan verilir öz müstəqil araşdırma qrupunu yaratsın. Almaniyada Tsur Hauzen fikrini tamamən EBV-un tədqiqatına yönəldir. Verner Henlenin və Corc Klaynın köməkliyi ilə Filadelfiya və Stokholmdan çox sayda Burkitt limfom hüceyrə sıraları və xərçəng biopsiyaları alır.
Hasekura Tsunenaqa
Hasekura Tsunenaqa (1571[…], Naqai[d], Yamaqata prefekturası – 7 avqust 1622, Mutsu əyaləti[d], Tosando[d]) — yaponiyalı samuray və səyyah. Hasekura Tsunenaqa əsasən Şimali Amerika, Avropa və Vatikana səfərlər etmişdir.
Haydemari Veçorek-Tsoyl
Haydemari Veçorek-Tsoyl (21 noyabr 1942[…], Frankfurt-Mayn, Prussiya[d]) – alman pedaqoq və siyasətçi. == Həyatı və peşəsi == Haydemari Tsoyl Frankfurtdakı Herder Məktəbini bitirdikdən sonra 1961-1965-ci illərdə Frankfurt-Maynda İohann-Volfqanq-Göte Universitetində ingilis dili və tarixi öyrənib.1965-1974-cü illərdə Fridrix Ebert məktəbində və 1977-1978-ci illərdə Rüsselshaymdakl Georg Büxner məktəbində müəllim işləyib. 1965-1979-cu illərdə SPD siyasətçisi Norbert Viitsorek ilə evli olub. Boşandıqdan sonra Veçorek-Tsoyl soyadını saxlayıb. O, evangelistdir və xristian inanclarını "həmişə mənim rəhbər prinsipim" kimi təsəvvür edib. == Siyasi karyera == === Siyasi partiya === thumb|Haydemari Veçorek-Tsoyl Juso sədri olaraq, 1976. thumb|Viitsorek-Zoyl 1988 ( Erhard Eppler ilə) Veçorek-Tsoyl 1965-ci ildən SPD-nin üzvüdür. 1974-1977-ci illərdə o, Gənc Sosialistlər Təşkilatının Federal Sədri olub və bu vəzifədə çalışan ilk qadın olub. Bu müddət ərzində o, "Qırmızı Heydi" adlanaraq şöhrət qazandı. O, 1984-cü ildən SPD federal idarə heyətinin üzvüdür.
Hidrogen tsikli
Hələ 1950-ci ildə Beyts və Nikole hidroksil radikalının ozon ilə reaksiyaya girərərək və sonra regenerasiya olunması ilə ozonun parçalanmasının mümkünlüyünü söyləmişdir: HO•+ O3 → HO•2 + O2 HO•2 + O• → HO•2 + O2 Stratosferdə hidroksil radikalları su, hidrogen və metan molekullarından əmələ gəlir. Su molekulu günəşin ultrabənövşəyi radiasiyasının təsiri ilə fotodissosiasiya olunur, H2 və metan isə O (1D) vəziyyətində olan atomar oksigen reaksiyaya girir: H2 + O(1D) → HO• + H H•+ O2 + M → HO•2 + M CH4 + O(1D) → C•H3 + HO• HO• radikallarının hesablanan qatılığı təxminən 40 km hündürlükdə maksimuma çatır. Hidrogen tsikllindəki ozon ilə hidroksil radikalının reaksiyası radikalların məhv olması nəticəsində pozulur: HO•+ HO•2 → H2O + O2 HO•2 + HO•2 → H2O2 + O2 Lakin, HO• radikalları məhv olana qədər hündürlükdən asılı olaraq15-dən 110-a qədər ozon molekulunu parçalaya bilirlər. == Mənbə == V.M. Abbasov, R.Ə. Əliyeva, N.Ə.Səlimova, M.M Abbasov. Ekoloji kimya 2003.
III Vlad Tsepeş
III Vlad Tsepeş (rum. Vlad Ţepeş) və ya Vlad Drakula (rum. Drăculea) (ən tezi 1428 və ən geci 1431, dekabr 1431 və ya 2 noyabr 1431 – 14 dekabr 1476, Buxarest, Valaxiya knyazlığı)- Valaxiya voyevodası. Atası və babası kimi "Drakon" ("Əjdaha") ordeninin üzvü olmuşdur. 1897-ci ildə irland yazıçısı Brem Stoker Drakula əsərini yazmışdı. Bu kitab Vlad Tsepeşin şöhrətini daha da artırmışdı. Əslində "Drakula" əsərində IV əsrdə hökmranlıq etmiş İrlandiyanın qəddar hökmdarı Drakuladan danışılır. == Həyatı == III Vlad Tsepeş Transilvaniyanın (Şimal-Qərbi Rumıniya) kiçik Siqişoara şəhərciyində 1431-ci ilin noyabr və ya dekabr ayında dünyaya gəlmişdir. 13 yaşı olanda Osmanlılar tərəfindən əsir götürülmüşdü. 4 il əsir qaldıqdan sonra azad edilmişdi.
Jo-Vilfried Tsonga
Jo-Vilfred Tsonqa tam adı Jo-Vilfred Tsonqa (d.17 Aprel 1985 Le Mans Fransa) Fransız tennisçi. Məhəmməd Əliyə olan bənzərliyinə görə ona "Tennisin Məhəmməd Əli'si" də çağırırlar.
Kanada tsuqası
Kanada tsuqası (lat. Tsuga canadensis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin tsuqa cinsinə aid bitki növü. Təbii halda Şimali Amerikanın qərb hissəsində qarışıq və təmiz meşələrdə bitir. Cinsə 10 növ daxildir. Ən geniş yayılan növü Kanada tsuqasıdır. Hündürlüyü 30 m olan ağacdır. Qövs şəklində aşağı əyilən budaqları çətirə enli konus forması verir. Gövdəsinin diametri 0,9 m-ə qədərdir, dərin yarıqlarla örtülmüşdür, qamətli, düz, ağımtıl-boz qabıqlı olur, əksər hallarda gövdəsi haçalanır. İynəyarpaqları parıltılı tünd-yaşıl, hamar, xırda, uzunluğu 1,5 sm-ə qədər, yuxarısı ensiz, ucu kütdür. İynəyarpaqlarının rənginə, (qızılı, gümüşü), boyuna görə fərqlənən formaları vardır.
Karl-Teodor tsu Quttenberq
Karl-Teodor Mariya Nikolaus İohann Yakob Filipp Frants İosif Silvestr Bul-Frayherr fon und tsu Quttenberq — Almaniyanın müdafiə naziri (2009-2011) Almaniyanın müdafiə naziri Karl-Teodor 2011-ci il martın 1-də istefa verib. Xristian Sosial Birlik Partiyasının üzvü olan Karl-Teodorin istefasına onun doktorluq dissertasiyasının saxta olması ilə bağlı mübahisələr səbəb olub. Karl-Teodor elmi işinin bir hissəsini başqa müəlliflərdən köçürməkdə və onlara istinad etməməkdə günahlandırılmışdı. Mübahisələr onun doktorluq dərəcəsindən məhrum edilməsi ilə nəticələnmişdi.
Kartlis tsxovreba
"Kartlis tsxovreba" ( gürc. ქართლის ცხოვრება "Gürcülərin həyatı", yaxud "Kartli həyatı"), VIII əsr ərəfəsində yazılmağa başlamış və zaman-zaman – XIX əsrə qədər, əlavələr edilmiş gürcü əlyazmaları toplosu. == Quruluş == "Kartlis tsxovreba" iki hissəyə ayrılır: 1."Qədim Kartlis tsxovreba"; 2."Yeni Kartlis tsxovreba". "Qədim" Gürcüstanın XIV əsrə qədərki, "Yeni" isə Gürcüstanın XIV əsrdən XVIII əsrə qədərki tarixini əhatə edir. "Qədim Kartlis tsxovreba"nın XV—XVII əsrlərə aid bir neçə siyahısı qalmışdı. XVIII əsrdə çar VI Vaxtanq tərəfindən yaradılmış komissiya (Beri Eqnataşvili rəhbərliyi ilə) Gürcüstanın XIV—XVIII əsrlər tarixini tərtib etdi. XIX əsrdə "Kartlis tsxovreba"ya XVII—XVIII əsrlərə aid bir sıra tarixi mövzularda məqalələr də əlavə edildi. == İçindəkilər == "Kartlis tsxovreba"da başlıca olaraq Gürcüstanın siyasi tarixi təsvir edilir və bir çox hallarda orada yazılanlar qeyri-gürcü tarixçilərinin yazdıqları ilə üst-üstə düşür. "Qədim Kartlis tsxovreba" tarix mövzusunda 10 məqalədən ibarətdir. "Kartli çarlarının həyatı" — Leonti Mroveli , XI əsr.
Kaxaber Tsxadadze
Kaxaber Cumberoviç Tsxadadze (gürc. კახაბერ ჯუმბერის ძე ცხადაძე; 7 sentyabr 1968, Rustavi) — keçmiş SSRİ və gürcüstan futbolçusu, müdafiəçi, Beynəlxalq dərəcəli SSRİ idaman ustası (1992), Qəbələ klubu baş məşqçisi (2024). == Həyatı == 7 sentyabr 1968-ci ildə Gürcüstanın Rustavi şəhərində doğulub. == Karyerası == Müdafiəçi mövqeyində çıxış edən Tsxadadze futbolçu karyerasına 1986-cı ildə Rustavi "Metallurq"unda başlayıb. Daha sonra ardıcıl olaraq Dinamo Tbilisi, "İberiya", QİF (ikisi də Gürcüstan), QİF (İsveç), Spartak Moskva, Dinamo Moskva (İkisi də Rusiya), "Ayntraxt" (Almaniya), "Alaniya" (Rusiya), Mançester Siti (İngiltərə), "Lokomotiv" (Tiflis/ Gürcüstan) və Anji Mahaçqala (Rusiya) klublarının formasını geyinib. 1992-ci ilidən 6 dəfə SSRİ, 1991–98-ci illərdə 25 dəfə Gürcüstan milli futbol komandasına çağırılıb. Tsxadadze məşqçi karyerasına 2001-ci ildə Tiflis "Lokomotiv"ində başlayıb və bir il bu komandada çalışıb. 2005/2006 mövsümünü Dinamo Tbilisi klubunda, 2006/2007 mövsümünü "Sioni"də keçirib. 2008/2009-cu illərdə Standard Bakıda çalışıb. 2009-cu ilin iyunundan isə İnter Bakı klubunda işləyir.
Kazumi Tsubota
Kazumi Tsubota (d. 23 yanvar 1956) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Keysuke Tsuboy
Keysuke Tsuboy (d. 16 sentyabr 1979) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 40 oyun keçirib.
Ki no Tsurayuki
Ki no Tsurayuki (yap. 紀貫之 ; 866 və ya 872, Heyan-kyo[d] – 30 iyun 945, Heyan-kyo[d]) — yapon şairi, Heyan dövrünün filoloqu, tanka janrında şeirlər yazan ədib, 36 ölməz şairdən biri. == Həyatı == Tsurayukinin həyatı və xarakteri ilə bağlı məlumatlar çox azdır. O həyatını əsasən ədəbiyyata həsr etmişdir. Tsurayuki köhnə zadəgan ailəsindən idi. O, Fucivara ailəsi tərəfindən hakimiyyətdən uzaqlaşdırılmışdı. 905-ci ildə Tsurayuki İmperator Dayqonun (897-930) fərmanı ilə şairlər birliyinin başçısı təyin edilir (bu birlik sonralar "Kokin vakasyu" (Köhnə və yeni yapon şeirləri toplusu) külliyatını tərtib edəcəkdi). Yalnız 930-cu ildə Ki no Tsurayuki Tosa əyalətinin hakimi təyin edilmiş (930-935) və bu dövrdə "Şinsenvakasyu" külliyyatını tərtib etmişdi. 935-ci ildə Ki no Tsurayuki 5 il müddətində nazirlərə ona yeni vəzifə verilməsi xahişi ilə müraciət etsə də, bu müraciəti ilə bağlı müsbət cavab ala bilməmişdir. Yalnız 940-cı ildə Ki no Tsurayuki mərasimlər idarəsində (cibusyo) xarici işlər və buddizm rahiblərinin işi üzrə şöbəyə (qembaryo) rəis təyin edilir, 944-cü ildə isə ona 5-ci dərəcə verilir.
Kimiko Tsumura
Kimiko Tsumura (津村紀三子, Tsumura Kimiko, 16 avqust 1902, Akaşi – 12 aprel 1974) – Yaponiya no aktrisası və dramaturqu. O, no tamaşalarında çıxış edən ilk qadınlardan biridir. == İlk illəri == Kimiko Tsumura 16 avqust 1902-ci ildə Yaponiyanın Akaşi şəhərində doğulmuşdur. O, üç qızdan və bir oğuldan ibarət ailənin ən gənc üzvü idi. Kimiko doğulduqdan dərhal sonra ailə işlə əlaqədar olaraq Tokioya köçmüşdür. Kimikonun atası Masumi biznesmen idi və uşaqlarının sənət təhsilinə böyük önəm verirdi. Kimikonun böyük bacısı Şizuko no nəğmələrini və rəqslərini öyrənmiş, digər bacısı Çiyo isə peşəkar rəssamdan ənənəvi rəssamlıq dərsləri almışdır. Kimiko əvvəlcə Çiyo kimi rəssamlıqla məşğul olsa da, 13 yaşından etibarən ənənəvi teatr sənətinə maraq göstərməyə başlamışdır. Həmin dövrdə Tokioda qızlar üçün no dərsləri təşkil olunsa da, onların no tamaşalarında çıxış etmələrinə icazə verilmirdi. == Karyerası == Tsumura 17 yaşında aktyor Kanze Kasetsunun tələbəsi olmuşdur.
Kombinə tsiklli elektrik stansiya
Kombinə tsiklli elektrik stansiyalar- Brayton və Renkin tsiklinin kombinasiyası üzrə fəaliyyət göstərən, faydalı iş əmsalının yüksək olması ilə seçilən güc qurğularıdır. Ötən əsrin 60-cı illərindən sonra energetika sahəsində KTES-lərə maraq artmışdır və müasir dövrdə də bu tendensiya davam edir. Belə ki, artıq dünyada 64 % faydalı iş əmsalına malik KTES-lər mövcud olsa da, bu sahədə fəaliyyət göstərən dünya şirkətləri faydalılığın daha da artırılması yönündə işlər aparır. KTES-lərin yüksək səmərəliliyini nəzərə alaraq Azərbaycanda da 21-ci əsrin əvvəllərindən başlayaraq bu tip elektrik stansiyaların inşasına başlanıldı. Gözlənildiyi kimi Azərbaycanda KTES-lərin inşası ölkənin enerji sisteminə öz müsbət təsirini göstərdi və Azərbaycan elektrik enerjisi idxalçısından, ixracatçısına çevrildi.
Konrad Tsuze
Konrad Tsuze (alm. Konrad Ernst Otto Zuse‎; 22 iyun 1910[…] – 18 dekabr 1995[…]) — alman mühəndisi, ixtiraçısı və iş adamı, müasir kompüterin yaradıcılarından biri. == Fəaliyyəti == 1941-ci ildə düzəltdiyi Z3 hesablama maşını ilə o proqramlaşdırıla bilən kompyuterin və yüksək dilli proqramlaşdırmanın ixtiraçısı sayılır. Tsuzenin düzəltdiyi hesablama maşını rəqəmlərin dual təsvirinə əsaslanaraq üğürla işləyir. O bu maşını hesabat işlərində yaranan çətinliyi aradan qaldırmaq üçün ixtira etmişdir. Tsuze Berlində təyyarə zavodunda mühəndis kimi fəaliyyət göstərirdi. O, təyyarələrin statik hesabatları və riyazi məsələlərin həlli zamanı bu işlərin avtomatlaşdırılması üzərində düşünməyə başlayır. Tsuzenin ideyası dişli çarxlar və ştanqalardan imtina etmək və dual say sistemindən istifadə etməklə yeni bir məntiqə əsaslanan hesablama maşını düzəltməkdən ibarət idi. Artıq 1938-ci ildə, o, özünün ilk sınaq maşınını-Z1-i nümayiş etdirir. Bu maşın öz məntiqinə və yaddaş prinsipinə görə mexaniki maşınlara oxşayırdı.
Konstantin Eduardoviç Tsialkovski
Konstantin Eduardoviç Tsiolkovski (rus. Константи́н Эдуа́рдович Циолко́вский; 5 (17) sentyabr 1857, İjevsk[d], Ryazan quberniyası[d], Rusiya imperiyası – 19 sentyabr 1935[…], Kaluqa, RSFSR, SSRİ[…]) — müasir kosmonavtikanın əsasını qoyan rus alimi, yazıçı, kosmosu Rusiya tərəfindən fəth edilməsini təbliğ edən tədqiqatçısı. == Həyatı == Tsiolkovski 10 yaşında olarkən qızılca xəstəliyinə tutulur və eşitmə qabiliyyətini itirdiyinə görə məktəbi tərk etməli olur. Bundan sonra o, sərbəst təhsil alır və ailəsi tərəfindən Moskavaya oxumağa göndərilir. Moskvada Tsiolkovski fizika, astronomiya, mexanika və həndəsəni oyrənir. Üç il təhsil alan Konstantin atası tərəfindən geri, evə qaytarılır. Bundan sonra uzun müddət doğma kəndlərində fizika dərsi deyir. 1882-ci ildə Tsiolkovski Kaluqa vilayətinin Borovski dairəsində riyaziyyat müəllimi kimi işə düzəlir. O artıq evlənmiş və övladı var idi. Rus inqilabı ərəfəsində Tsialkovcki özünə qapılmış şəkildə yaşayır.
Lao-tszı
Lao-tszı (e. ə. VI əsr – e. ə. V əsr) — Çin filosofu. == Həyatı == Lao Tzı (Çin: 老子; pinyin: Lǎozǐ; Wade–Giles: Lao Tzu; həmçinin Lao Tse, Lao Tu, Lao-Tsu, Laotze, Laosi, Laocius, və digər şəkildə tərcümə edilir; e. ə. VI əsr – e. ə. V əsr) qədim Çin filosofudur.