TURXAN
TURKAY
OBASTAN VİKİ
Turxan Allahverdiyev
Turxan Gənceyi
Turxan Gənceyi – filoloq alim, filologiya elmləri doktoru, professor. 1925-ci ildə Təbrizdə doğulmuşdur. Orta təhsilini Təbrizdə, ali təhsili İstanbul universitetinin ədəbiyyat fakültəsində almışdır. Əmək fəaliyyətinə Neapol universitetinin şərqşünaslıq fakültəsində dərs deməklə başlamışdır. Eyni zamanda Frankfurt na Mayne və Hamburq universitetlərinin şərqşünaslıq universitetlərində dərs demişdir. 1959-cu ildən London universitetində tələbələrə türk xalqlarının ədəbiyyatı və "Dədə Qorqud" eposu haqqında mühazirələr oxumuşdur. Kembric universitetinə dəvət alıb, burada, 1984-cü ildə Turxan üçün məxsusi olaraq fars və türk ədəbiyyatı kafedrası açılır. Turxan Gənceyi, Xətai, M. F. Axundov, C. Məmmədquluzadə, Hüseyn Cavid, Mikayıl Müşfiq, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov və bir sıra başqaları haqqında ədəbiyyatşünaslıq məqalələrinin müəllifidir. Azərbaycanın şair və yazıçılarının əsərlərini ingilis dilinə çevirmişdir. Turxan Gənceyi böyük Azərbaycanın şairi Xətai haqqında (I Şah İsmayıl) monoqrafiya yazarkən Britaniya muzeyində saxlanılan əlyazmalardan istifadə etmişdir.
Turxan Gəncəyi
Turxan Zeynal oğlu Gəncəyi (20 mart 1925-2005) — ədəbiyyatşünas. Turxan Zeynal oğlu Gəncəyi 1925-ci il mart ayının 20-də Təbrizdə dünyaya gəlmişdir. Orta məktəbi bitirdikdən sonra on doqquz yaşında təhsilini davam etdirmək üçün İstanbula gedərək oradakı Universitetin türk və fars dilləri bölümünü bitirmişdir. Alim pedaqoji fəaliyyətə görkəmli şərqşünas Bombaçinin dəvətilə İtaliyanın Neapol Universitetinin Şərqşünaslıq İnstitutunda başlayıb. T.Gəncəyi bir sıra ölkələrdə – İtaliyada (1949- 1953, 1956-1959), Almaniyada (1953-1956), İngiltərədə (1956- 1969) elmi və pedaqoji fəaliyyətlə məşğul olub. 1969- 1970-ci illərdə bir neçə aylığa İrana qayıtmış, sonradan yenə İngiltərəyə getmiş, ömrünün sonuna qədər bu ölkənin universitetlərində fəaliyyət göstərmişdir. Alim 16 aprel 2005-ci ildə Londonda vəfat etmişdir. Turxan Gəncəyi gənc yaşlarından geniş erudisiyası və istedadı ilə çalışdığı bütün elmi müəssisələrdə diqqət mərkəzində olmuşdur. O, bir çox Avropa dillərini gözəl bilir və əsərlərinin əksəriyyətini də bu dillərdə yazırdı. Mübaliğəsiz deyə bilərik ki, Lütfi Zadə dəqiq elmlər sahəsində Azərbaycanı bütün dünyada necə şöhrətləndirmişsə, T.Gəncəyi də filologiya, türkologiya sahəsində yetişmiş genişmiqyaslı bir alim kimi Vətənimizin başını uca etmişdir.
Turxan Məmmədov
Turxan Süleyman
Turxan Süleymanov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Əbu Turxan
Səlahəddin Xəlilov (Səlahəddin Sədrəddin oğlu Xəlilov; təxəllüsü; Əbu Turxan; 22 fevral 1952, Marneuli) — fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2007). Səlahəddin Xəlilov 22 fevral 1952-ci ildə Borçalı mahalında, Sarvan qəsəbəsində (indi, Gürcüstan Respublikasının Marneuli şəhərində) anadan olmuşdur. 1968-ci ildə orta məktəbi qızıl medalla bitirərək, BDU-nun fizika fakültəsinə daxil olmuşdur. 1973-cü ildə BDU-nun fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, təyinat üzrə universitetin molekulyar fizika kafedrasında saxlanmışdır. Elmi fəaliyyətini fəlsəfə ixtisası üzrə aspiranturaya qəbul olunmaqla davam etdirmişdir. Özəl "Azərbaycan" universitetini qurmuş, universitetin təsisçiliyindən çıxana qədər onun rektoru olmuşdur. Evlidir, oğlu və 2 qızı var. 1976-cı ildə “Elmi-texniki tərəqqinin sistem-struktur təhlili” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmləri namizədi (PhD) dərəcəsini almışdır. 1990-cı ildə “Elmi-texniki tərəqqinin məntiqi-qnoseoloji tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, ADPU-nun fəlsəfə kafedrasının professoru və müdiri vəzifəsinə seçilmişdir. 1991-ci ildə Azərbaycanda özəl təhsil sisteminin əsasını qoymuş, ilk ingilisdilli özəl gimnaziyanı, humanitar liseyi və ilk özəl universitetlərdən biri olan Azərbaycan Universitetini təsis etmişdir.
Məhməd Cahid Turxan
Mehmet Cahid Turxan (türk. Mehmet Cahit Turhan; 29 aprel 1960, Trabzon) — Türk bürokrat və siyasətçi. Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri (9 iyul 2018-ci ildən). Mehmet Cahid Turxan 29 aprel 1960-cı ildə Türkiyənin Trabzon şəhərində dünyaya gəlmişdir. 1981-ci ildə Qaradəniz Texniki Universitetinin İnşaat memarlıq fakültəsinin İnşaat bölümündən məzun olmuşdur. 1986-cı ildə Qaradəniz Texniki Universitetinin Fənn Elmləri İnstitutunda magistraturanı bitirmişdir. Əmək fəaliyyətinə 1985-ci ildən başlamışdır. 1985–2005-ci illərdə Türkiyə Respublikasının Avtomobil Yolları Baş İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır. 2005–2015-ci illərdə Türkiyə Respublikasının Avtomobil Yolları Baş İdarəsinin direktoru vəzifəsində işləmişdir. 2016-cı ildə Türkiyə Respublikasının Prezident Aparatında baş müşavir olaraq çalışmışdır.
Turxan Xədicə Sultan
Turxan Xədicə Sultan (1627 – 4 avqust 1683, Konstantinopol) — 18. Osmanlı sultanı Sultan İbrahimin hasəkisi və 19. Osmanlı sultanı Sultan Mehmedin anasıdır. 1651-ci ildə taxt naibəsi Kösəm Sultanın öldürülməsindən sonra taxt naibəsi olaraq dövlət işlərini oğlu adına idarə etməyə başladı. Rus əsilli olub, 1627-ci ildə dünyaya gəlmiş və 12 yaşında tatar hücumları ilə ələ keçirilərək Kor Süleyman Paşa tərəfindən dövrün validə sultanı Kösəm Sultana hədiyyə edilmişdir. Saray hərəmxanasına alındıqdan sonra adı dəyişdirilərək Turxan Xədicə qoyuldu. Hərəmxana tərbiyəsi alan və Sultan İbrahimə təqdim edilən ilk kəniz olan Turxan Sultan 15 yaşında 2 yanvar 1642-ci ildə Şahzadə Mehmedi dünyaya gətirdi və hasəki sultan oldu. Şahzadə Mehmedin dünyaya gəlişi Osmanlı sülaləsinin kəsilmə təhlükəsinin qarşısını almış, bu səbəblə həm Turxan Sultan, həm də oğlu sarayda xüsusi dərəcəyə gətirildi. Saraydakı təlimiylə xüsusi olaraq Sultan Əhmədin qızı Atikə Sultan vəzifələndirilmişdir. Hasəki sultanlıq dövrü o qədər də yaxşı keçmədi.
Mehmet Cahid Turxan
Mehmet Cahid Turxan (türk. Mehmet Cahit Turhan; 29 aprel 1960, Trabzon) — Türk bürokrat və siyasətçi. Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri (9 iyul 2018-ci ildən). == Həyatı == Mehmet Cahid Turxan 29 aprel 1960-cı ildə Türkiyənin Trabzon şəhərində dünyaya gəlmişdir. == Təhsili == 1981-ci ildə Qaradəniz Texniki Universitetinin İnşaat memarlıq fakültəsinin İnşaat bölümündən məzun olmuşdur. 1986-cı ildə Qaradəniz Texniki Universitetinin Fənn Elmləri İnstitutunda magistraturanı bitirmişdir. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1985-ci ildən başlamışdır. 1985–2005-ci illərdə Türkiyə Respublikasının Avtomobil Yolları Baş İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır. 2005–2015-ci illərdə Türkiyə Respublikasının Avtomobil Yolları Baş İdarəsinin direktoru vəzifəsində işləmişdir. 2016-cı ildə Türkiyə Respublikasının Prezident Aparatında baş müşavir olaraq çalışmışdır.
Validə Turxan Sultan türbəsi
Validə Turxan Sultan türbəsi — İstanbulun Fateh rayonunda yerləşən XVII əsrdə inşa olunan Yeni Məscid külliyəsinə aid türbə. Türbə 1663-cü ildə memar Mustafa ağa tərəfindən inşa olunmuşdur. Osmanlı sultanlarından beşi bu türbədə dəfn olunmuşdur. Safiyə Sultanın 1598-ci ildə inşasına başladığı Yeni Məscid külliyəsi Xədicə Turxan Sultan tərəfindən tamamlanmışdı. Külliyənin cənub cəbhəsində yerləşən türbə memarlıq xüsusiyyətləri baxımından Sultan Əhməd türbəsinə bənzəyir. Kvadrat planlı olan türbənin daxili interyeri çini və xəttatlıq işləmələriylə bəzədilmişdir. Türbədə aşağıdakı şəxslər dəfn edilmişdir: Validə Turxan Xədicə Sultan IV Mehmed II Mustafa III Əhməd I Mahmud III Osman Sultan Əhmədin oğlu Şahzadə Mehmed (d. 1 mart 1697 — ö. iyun 1703) Sultan Mehmedin qızı Fatma Sultan (d. 1680 — ö.

Значение слова в других словарях