TURŞUMUŞ

f.sif.
1. İstidən, çox qalmaqdan və ya başqa səbəbdən qıcqırmış, qıcqırıb xarab olmuş, şişib qoxumuş. Turşumuş süd.
– İrəlidəki qalın meşədən turşumuş xəzəl qoxusu gəlirdi. M.Hüseyn.

2. məc. Narazı, pərt; narazılıq ifadə edən. Narazılığı turşumuş üzündən bilinir.
– Nurcahan xala həyətə girər, nəzəri kişinin turşumuş sifətinə sataşdıqda qıçları quruyardı. H.Sarabski.

TURŞUMAQ
TURŞUTMA

Значение слова в других словарях