tuva

sif. de touva ; ~ dili langue f touva

tutuşdurulmaq
tuvaca
OBASTAN VİKİ
Tuva
Tıva Respublikası (rus. Республика Тыва, tıva Тыва Республика) — Rusiya Federasiyasındaki 22 muxtar republikadan biri. Respublikanın ərazisi 170.5 min kvadrat kilometrdir . Tuvanı Asiya qitəsinin coğrafi mərkəzi adlandırırlar. Bu həm də Tuvanın nəqliyyat yolları üzərində yerləşməsi ilə əlaqədardır. Tıva Respublikası dağlıq ölkədir. Tuva və Toca çökəklikləri yerləşir. Əsas faydalı qazıntıları kobalt, civə, qızıl, daş kömür, dəmir və s-dir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının temperaturu- 35°S, iyul ayınında isə 12°S olur.
Tuva (dəqiqləşdirmə)
Tuva — Tuva Xalq Respublikası — Tuva — İsmayıllı rayonunda palçıq vulkanı. Tuva — Qobustan rayonu ərazisində dağ. Hündürlüyü 690 m.
Tuva dili
Tıva dili — Tıva dili Altay dil ailəsinin türk qrupunun uyğur yarımqrupuna mənsubdur. Təqribən 264 min nəfər bu dildə danışır. Dilin kodu tyv-dir (ISO 639).
Tuva mətbəxi
Tuva mətbəxi— Türk xalqlarından biri olan Tuvaların ənənəvi yeməkləri. Tuva mətbəxi mal-qara saxlamaq və köçəri yaşayış tərzi ilə sıx əlaqəsi var. Tuva mətbəxi ət yeməkləri və ağartı məhsulları ilə zəngindir. Yeməklərin çoxu Orta Asiya və Monqol yeməklərinə bənzəyir. Tuvalar arasında, ət yeməklərinin hazırlaması üçün daha çox quzu, keçi və sığır ətindən istifadə olunur. Eləcə nadir hallarda at əti və tarbaqan ətidə işlədilir. Öküz və şimal maralı ətidə tuvaların yaşadığı bəzi yerlərdə işə gəlir. Süd məhsulları üçün inək südü ən çox, daha az keçi və at südündən istifadə edilir, ancaq xüsusi bir əkinçilik növünün xarakterik olduğu bəzi yerlərdə dəvə və maral südü istifadə olunur . Çiy süd yeyilmir, ancaq mayalanır. İstisna olaraq çiy süzülmüş südün qaynar suya əlavə edildiyi və qaynadıldığı zaman südlə çay tökülməsi hallarıdır.
Tuva tarixi
Tuva tarixi— Tıvanın və Tuva Xalq Respublikasının keçmişi. Tuva ərazisində erkən orta əsrlərə aid arxeoloji obyektlərdə S. İ. Vaynşteyn və L. R. Kızlasovun qazıntıları da qeyd olunmalıdır. Bu qazıntılar zamanı Dağlıq Altayda eramızın I minilliyinə dair çoxlu maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Arxeoloji qazıntılar əsasında L. R. Kızlasov tuvaların erkən orta əsrlər tarixini yazmışdır. Orta əsrlərdə Avrasiyanın mədəni-siyasi həyatında mühüm rol oynamış türklər (göytürklər), kimaklar (V. V. Bartolda görə kaymaklar), karluklar, xakaslar, uyğurlar, bulqarlar, peçeneqlər, xəzərlər və b. tarixi də arxeoloji materiallarda əks olunmuşdur. Bu xalqlara aid abidələr L. R. Kızlasov, S. A. Pletnyova, V. A. Moqilnikov və b. arxeoloqlar tərəfındən öyrənilmişdir. 1207-ci ildə Tuva, Çingiz xan dövründə Monqol dövləti tərəfindən işğal edilmişdir. "Monqolların gizli tarixi" adlı tarixi əsərə görə Tuba, Tubas şəklində şimal-qərbdə, Xanqhaslar ilə birlikdə yaşayan bir Türk xalqıdır.
Tuva vadisi
Tuva vadisi (ərəb. الوادي المقدس طوى‎) (ing. Valley of Tuwa, Vale of Tuwa, Valley Tuwa) Misirdə Sinay yarımadasında yerləşən Quranda iki yerdə yaxşı xatırlanan müqəddəs bir vadidir. Tuva: Bu ya bir vadinin xüsusi adıdır, ya da "Gecənin sonrakı vaxtı" mənasındadır. (Təfsirçilərin çoxu "Tuva" sözünün bir vadi adı olduğunu bildirmişdirlər. Tuva vadisi iki dəfə müqəddəs ad kimi xatırlanmışdır; birincisi, Allahın Musa ilə yanan ağacla burada danışanda, digəri, Musa Qədim Misirdən çıxandan sonra bu vadiyə gələndə baş vermişdir. Misirin Sinay yarımadasının cənubundakı Sinay dağında (Tur-i Sina) yerləşir. Tövhidi dinlər (Yəhudilik, Xristianlıq, İslam) tərəfindən müqəddəs sayılır. Tuva vadisindən Quranda iki yerde bəhs edilir. Taha surəsinin XII ayəsində və Naziat surəsinin XVI ayəsində bəhs edilir.
Tuva Mədəniyyət Mərkəzi
Tuva Mədəniyyət Mərkəzi (tam adı: TƏMSİM "Tuvanın Ənənəvi Mədəniyyət və Sənətlərinin İnkişafı Mərkəzi"), Rusiyanın Tuva Respublikasının paytaxtı Kızıl şəhərində, Mədəniyyət Nazirliyinə tabe olan bir Mədəniyyət Sarayıdır. respublika. Mərkəz, bu tip iki əsas regional məkandan biri olan Rus Mədəniyyəti Mərkəzi ilə yanaşı ənənəvi mədəniyyətin qorunması və təqdimatı üçün tədbirlər təşkil etməsi ilə məşhurdur . Tuva Mədəniyyət Mərkəzi xalqın təşəbbüsü ilə yaradılmışdır. Kongar-ool Ondarın irsinin qorunması və daha da zəngin mədəni irsin inkişafı məqsədi ilə qurulmuşdur. Mərkəzin önündə Ondarın heykəli də istifadədədir. Mərkəzin açılışı 2008-ci ildə olmuşdur və 2012-ci ildə respublika muzeyinin köhnə binasının yerində tikilmiş yeni binaya köçmüşdür. Muzey üçün, öz növbəsində, yeni bir bina tikildi və köhnə, böyük tarixi dəyərə malik olmasına baxmayaraq, xüsusən Tuvanın Sovet Rusiyasına daxil olması barədə qərarın imzalanması səbəbiylə yıxıldı. Həddindən artıq dağıntı və yerinə mədəniyyət mərkəzinin binası qoyulmuşdur . “Başqa bir baxış da var idi - taleyüklü qərarların verildiyi tarixi binanı qorumaq, xüsusən Tuvanın SSRİ-yə girməsi haqqında Bəyannamə.
Tuva Respublikasının Ordeni
Tıva Respublikasının Ordeni — Tıva Respublikasının ən yüksək dövlət mükafatı. Tıva Respublikasının 24 dekabr 1992-ci il tarixli 388 saylı "Tıva Respublikasının dövlət mükafatları haqqında" qanunu ilə təsis edilmişdir. Tıva Respublikası ordeni respublikanın sənaye, ictimai fəaliyyətində, sosial və mədəni inkişafında, dostluğun və beynəlxalq təhsilin möhkəmləndirilməsində, təhlükəsizliyinin təmin edilməsində, vətəndaşların həyatı və sağlamlığının qorunmasında xüsusi xidmətlərinə görə Tıva Respublikasının ən yüksək dövlət mükafatıdır. Respublika qarşısında xidmətləri olan, onun təhlükəsizliyi uğrunda fəaliyyət göstərən şəxslərə təqdim edilir. Tıva Respublikasının ordeni ilə Rusiya Federasiyasının vətəndaşları və eləcə də xarici vətəndaşlar təltif edilir. Tıva Respublikasının ordeni ilə təltif edilmə aşağıdakı hallarda həyata keçirilir: sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, ticarət və xalq təsərrüfatının digər sahələrində, eləcə də dövlət-kooperativ, sahibkarlıq, fermer və arat fəaliyyətinin inkişafında böyük nailiyyətlərə görə; elm, mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində, hüquq qaydasının, qanunların və təhlükəsizliyin təmin edilməsində xüsusi xidmətlərinə, böyüməkdə olan nəslin təlim-tərbiyəsində əldə etdiyi nailiyyətlərə, yüksək ixtisaslı kadrların hazırlanmasına, əhaliyə tibbi xidmət göstərilməsinə, bədən tərbiyəsi və idmanın inkişafına görə; MDB və digər dövlətlərin respublikaları ilə hərtərəfli dostluq, iqtisadi, elmi-texniki və mədəni əlaqələrin inkişaf etdirilməsi və dərinləşdirilməsi istiqamətində fəal fəaliyyətinə görə; xüsusilə səmərəli dövlət və ictimai fəaliyyətə görə; respublika qarşısında digər xüsusi görkəmli xidmətlərinə görə. Tıva Respublikası ordeni, əmək kollektivlərinin, bələdiyyələrin nümayəndə orqanlarının, idarə, nazirliklərin, habelə ictimai təşkilatların tövsiyəsi ilə Tuva Respublikası Hökuməti Başçısının Fərmanı ilə verilir. Orden ilə təltif olunmuş təşkilatların rəhbərləri ordenin saxlandığı yerləri, onun mühafizəsini və təşkilatın işçilərinin onunla tanış olma imkanlarını müəyyən edirlər. Tıva Respublikası ordeni alan şəxs yenidən mükafatlandırıla bilər. Tıva Respublikası ordeni ilə təltif olunan şəxsə respublika büdcəsindən 50.000 rubl məbləğində birdəfəlik pul mükafatı verilir.
Tuva Respublikasının himni
Men — Tıva Men (Mən tıvayam / Mən tıvalıyam) (tıvaca: Мен — Тыва Мен; rusca: Я — Тувинец, Ya tuvinets) Tıva Respublikasının himni. Yazıçısı Olonbayar Qantomir, bəstəkarı Bayantsaqaan Ooxiydir. Tıva Respublikasının Böyük Xuralı (parlamenti) tərəfindən rəsmi olaraq qəbul edilmişdir, və respublikanın köhnə himni olan Tooruktuğ Dolqay Tañdım himnini 11 avqust 2011-ci il tarixindən etibarən əvəz etmişdir.
Tuva Xalq Respublikası
Tuva Xalq Respublikası (Latınça — tıva Тьʙа Arat Respuʙlik, kirilçə — tıva Тыва Арат Республик) — müstəqilliyi yalnız SSRİ (1924) və Monqolustan Xalq Respublikası (1926) tərəfindən tanınmış dövlət. Dövlət Cənubi Sibir ərazisində 1921–1944 illər arasında mövcud olmuşdur. 1921–1926-cı illərdə rəsmi olaraq Tannu-Tuva adlanırdı. Çin tərəfindən tanınmamış və beynəlxalq aləm tərəfindən Çinin ərazisi olaraq qiymətləndirilirdi. 1944-cü ildə isə SSRİ-nin tərkibinə daxil edilərək Tuva muxtar vilayətinə çevrilmişdir (RFSF-in tərkib hissəsi) Dövlət Rusiya imperiyasının protektoratlığında olan Uryanxayski diyarı ərazisində formalaşmışdır. 1917-ci ilin mart ayında Fevral inqilabından sonra Uryanxayski diyarı ərazisində sürətli şəkildə sovetləşmə həyata keçirilirdi. 11 iyun 1918-ci ildə diyarın rus əhalisinin V qurultayı, ardından 13 iyulda isə Tuva xalqının qurultayı çağrılır. Diyar sovet deputatlarının qaşısında duran məsələ Uryanxay diyarının müqəddəratının müəyyət edilməsi olur. 18 iyun 1918-ci ildə isə rus və tuva qurultay iştirakçılarının görüşü təşkil edilir. Burada Diyarın öz müqəddaratını həll etməsi, rus və tuva xalqları arasında qarşılıqlı anlaşma, dostluq haqqında müqavilə imzalanır.
Tuva Milli Musiqi və Dram Teatrı
Viktor Kok-ool adına Tuva Milli Musiqi və Dram Teatrı (rus. Тувинский национальный музыкально-драматический театр имени В. Кок-оола, tıva В. Ш. Көк-оол аттыг национал хөгжүм-шии театры) 1936-cı ildə təsis edilmişdir. Teatr Tuva aktyoru və RSFSR-in əməkdar artisti Viktor Şoqjapoviç Kok-oolun adını daşıyır. Teatr studiyasının əsasında yaradılmışdır. Studiyanın özü 1936-cı ildə Viktor Kok-oolun "Xayıran bot" pyesi əsasında hazırlanmış tamaşa ilə açılmışdır. Studiyanı açma qərarı Tuva Xalq Respublikasının Kiçik Xuralı tərəfindən qəbul edilmişdir. 1944-cü ildə Tuva SSRİ-nin tərkibinə daxil oldu, 1945-ci ildə isə Milli Teatr yaradıldı. 1947-ci ildə teatr nəznində rus truppası yaradıldı. 1950-ci ildə teatrda aktyorluq studiyası açıldı. 1958-ci ildə teatr musiqi və drama teatrına çevrildi.
Toju tuvalıları
Toju tuvalıları və ya Toju tuvalar (tuvaca: Тугалар Tugalar ya da Тухалар Tuhalar) – Rusiya Federasiyasının Tuva Respublikasının şimal-şərq bölgəsindəki Toju kojuununda yaşayan türk xalqlarından tuvalıların bir boyu. Tuvada ortalama 4000-dən çox saya sahibdirlər: Kunqurtuq beldesi – 1785 nəfər Adırkejik kəndi – 1096 nəfər İy beldesi – 1077 nəfər Sıstıq-Hem beldesi – 155 nəfər Çazılar beldesi – 119 nəfər Hal-hazırda Toju tuvalılarının yaşadığı Tovu kojuununda qədimdə Samoyed xalqları ilə Yenisey dillərini danışan xalqlar yaşayırdı və bunları bir qismi Tuva adı altında türkləşmişdir. Toju tyvalılarının dili Sayan dil qrupunun Tayqa alt qrupuna aid Tuva dilinin şərq ləhcələri qrupuna aiddir. Onların dilləri İrkutsk oblastındakı tofalar ilə Monqolustandakı duxalar və Buryatiyadakı soyotların dillərinə yaxındır. Toju tuvalıları ədəbiyyatının şifahi nümunələri arasında dastanlar, nağıllar, mahnılar, atalar sözləri və məsəllər vardır. Şerləri dəyişik növlərdədir. Tuva musiqisi epikdir. Tovu tuvalıları digər qərb və mərkəzi tuvalıların əksinə tayqada yaşayırlar və burada şimal maralı təsərrüfatı ilə məşğul olurlar. Bununla yanaşı, ovçuluq, balıqçılıq və yabani bitki toplayıcılığı da edirlər. Toju tuvalılarının qadınları sarana adı verilən Türk zambağı soğanlarını da toplayırlar və bu toplama ailə başına 100 kq və ya da daha çox olur.
Tuvalar
Tuvalar/Tıvalar və ya Tuvalılar/Tıvalılar (tıvaca: Тывалар, Tıvalar) — Cənubi Sibirdə yaşayan türk xalqlarından biri. Tuvalılar türk xalqlarının uyğur qrupuna daxildirlər. Tubalar, tocinlər və urianxaylar tuvaların etnik qruplarıdır. Əsasən Rusiya Federasiyasının bir hissəsi olan Tıva Respublikasında, qismən Monqolustanın şimal-qərb oymaqlarında (Rusiya və Tıvayla olan sərhəd bölgələrində), və az sayda Çinin Şincan Uyğur Muxtar Rayonunun şimal qismində yaşayırlar.
Tuvalu
Tuvalu — Sakit okeanda doqquz mərcan adasından ibarət Polineziya ölkəsi. Ölkə Avstraliya və Havay adalarının arasında yerləşir. Tuvalu ada dövləti olduğundan heç bir dövlət ilə quru sərhəddinə malik deyil, ancaq ölkənin yaxınlığında Kiribati, Fici və Samoa adaları yerləşir. Tuvalu dünyada Vatikan, Monako və Naurudan sonra dünyanın ən kiçik ölkəsidir. Ölkənin cəmi 25,9 kv km ərazisi vardır. Vatikandan sonra isə ən az əhalisi olan ikinci müstəqil dövlətdir. Eyni zamanda Tuvalu BMT-nin üzvüləri arasında ən az əhaliyə malikdir. 1978-ci ilin 1 yanvar tarixində Böyük Britaniyadan öz müstəqilliyi qazandıqdan sonra Tuvalu əsasən turizm sahəsini inkişaf etdirməyə başlamışdır. Qlobal istiləşmə son illər ölkənin su altında qalma ehtimalını artırmışdır. Paytaxt Funafuti dəniz səviyyəsindən cəmi 5 metr yüksəkdə yerləşməsi vəziyyəti daha da gərginləşdirmişdir.
Tuvalu 2012 Yay Olimpiya Oyunlarında
Tuvalu — 2012-cı ildə Böyük Britaniyanın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında. 27 iyul və 12 avqust tarixləri arasında Böyük Britaniyanın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında Tuvalu yığması, üç yüngül atlet ilə təmsil olundu. Onlardan ikisi, 100 metr məsafəyə qaçış yarışlarında çıxış etmiş Tavevele Noa, qapanış mərasimində Tuvalu yığmasının bayraqdarı olan Asenate Manoa və ağırlıqqaldıran Tuau Lapua Lapua idi. Qəbul edilən standartlara cavab vermədikləri üçün, hər üç atlet turnir kartı yerlərində iştirak etmişdir. Lapua açılış mərasimində Tuvalu yığmasının bayraqdarı idi. Tuvalu yığmasının qapanış mərasimindəki bayraqdarı isə, Asenate Manoa idi. Noa və Manoa qadınlar üzrə 100 metrlik qaçışda yeni bir milli rekord yaratdıqlarına baxmayaraq, turnirin ilkin mərhələlərindən keçə bilməmiş, Lapua isə kişilər üzrə yarımyüngül çəkidə (62 kiloqram) ağırlıqqaldırma yarışında 12-ci yeri tutdu. 2008 Pekin Olimpiadasında debüt edən Tuvalu üçün London Olimpiadası, sayca qatıldıqı ikinci Olimpiya Oyunları oldu. Tuvalunun Olimpia Oyunlarına göndərdiyi ən çox atlet sayı 3-dür. Əvvəlki yarışda olduğu kimi bu Olimpiya Oyunlarında da, heç bir Tuvalu idmançısı, Olimpiya medalına sahib ola bilmədi.
Tuvalu 2016 Yay Olimpiya Oyunlarında
Tuvalu — 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında. 5-21 avqust tarixləri arasında Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında Tuvalu yığması, bir yüngül atlet ilə təmsil olundu. Tuvalu yığmasının bayraqdarı olan Etimoni Timuani, 100 metr məsafəyə qaçış yarışlarında çıxış etdi və təsnifat mərhələsindəcə mübarizəni dayandırdı. 2008 Pekin Olimpiadasında debüt edən Tuvalu üçün Rio-de-Janeyro Olimpiadası, sayca qatıldıqı üçüncü Olimpiya Oyunları oldu. Bundan əvvəl, Pekində və Londonda baş tutan yarışlarda üç idmançı ilə təmsil olunan Tuvalu, bu səfər yalnızca bir idmançı ilə təmsil olundu. Digər yarışlarda olduğu kimi bu Olimpiya Oyunlarında da, heç bir Tuvalu idmançısı, Olimpiya medalına sahib ola bilmədi. Tuvalunu təmsil edən yeganə idmançı olan 24 yaşlı sprinter Etimoni Timuani, Rio-de-Janeyro Olimpiadasının təntənəli açılış mərasimində Tuvalu bayrağını apardı. Etimoni Timuaniyə Olimpiya Oyunlarına qatılmaq hüququnu, Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (IAAF) wild-cardı icazə verdi. Q = Növbəti mərhələyə vəsiqə qazandı DNF = Kənarlaşdırıldı DNS = Yarışmadı XXXI Yay Paralimpiya Oyunlarında yüngül atletika idman növü üzrə yarışlar 12-21 avqust tarixləri arasında Joao Avelanj adına Olimpiya Stadionunda baş tutdu. Tuvalunu bu idman növü üzrə, Etimoni Timuani təmsil etdi.
Tuvalu bayrağı
Tuvalu bayrağı — Tuvalunun Dövlət bayrağı
Tuvan-Tocinlər
Tuvalar/Tıvalar və ya Tuvalılar/Tıvalılar (tıvaca: Тывалар, Tıvalar) — Cənubi Sibirdə yaşayan türk xalqlarından biri. Tuvalılar türk xalqlarının uyğur qrupuna daxildirlər. Tubalar, tocinlər və urianxaylar tuvaların etnik qruplarıdır. Əsasən Rusiya Federasiyasının bir hissəsi olan Tıva Respublikasında, qismən Monqolustanın şimal-qərb oymaqlarında (Rusiya və Tıvayla olan sərhəd bölgələrində), və az sayda Çinin Şincan Uyğur Muxtar Rayonunun şimal qismində yaşayırlar.
Tuvan - Tocinlər
Tuvalar/Tıvalar və ya Tuvalılar/Tıvalılar (tıvaca: Тывалар, Tıvalar) — Cənubi Sibirdə yaşayan türk xalqlarından biri. Tuvalılar türk xalqlarının uyğur qrupuna daxildirlər. Tubalar, tocinlər və urianxaylar tuvaların etnik qruplarıdır. Əsasən Rusiya Federasiyasının bir hissəsi olan Tıva Respublikasında, qismən Monqolustanın şimal-qərb oymaqlarında (Rusiya və Tıvayla olan sərhəd bölgələrində), və az sayda Çinin Şincan Uyğur Muxtar Rayonunun şimal qismində yaşayırlar.
Tuvarcievlərin binası (Rostov-na-Donu)
Tuvarcievlərin binası - Rostov-na-Donu şəhərinin ərazisində, Şaumyan küçəsi ev/41 ünvanında yerləşən bina. Bina bir mərtəbədən ibarətdir. Binanın yaşı bir əsrdən çoxdur. Bina öz dövrübün tipin tacir binalarından biri olmuşdir. Bina XIX əsrin sonları inşa edilmişdur. Bursda şəhərdə ilk bilyard yeri olmuşdur. Bina 2016-cı ildə tamamən sökülmüşdür. XIX əsrin sonlarında inşa edilmişdir. Bu bina haqqınfa ilk məlumat 1894-cü ildə əhlakların üiymətləndirilməsi ilə bağlı dərc olunana sənənddə rast gəlinir. Bina o zaman 67 nömrəli bina kimi tanınırdı.

Значение слова в других словарях