TÜRKƏÇARƏ

is. Xalq təbabətinin müalicə üsullarından biri; arahəkimliyi.
Evdə Xanpəri, Gülpəri, Fatmanisə yığılıb, uşağın dərdini başa düşməzdilər, olmazın türkəçarə davaları ilə bu uşağın qarnını doldurardılar. H.Sarabski.
[Dükançının] üstəlik türkəçarə ilə məşğul olan fırıldaqçı bir bacanağı vardı. Ə.Vəliyev.

□ Türkəçarə etmək – türkəçarə yolu ilə müalicə etmək.
[Məmmədin] arvadı Banuxanım əri üçün yer salıb, türkəçarə eləməyə başladı. Aşıq Qərib”.
[Rəşid:] Bir qədər türkəçarə edəndən sonra, belə məlum olur ki, guya Qurbanqulunun bacısı qorxmuş(dur). T.Ş.Simurq.

Синонимы

  • TÜRKƏÇARƏ türkəçarə bax arahəkimi
TÜRKCƏ
TÜRKƏÇARƏÇİ
OBASTAN VİKİ
Türkəçarə
Azərbaycan xalq təbabəti və ya Türkəçarə — azərbaycanlıların inanclarına və adət-ənənələrinə görə xəstəliklərin müalicəsi. Xalq təbabəti inanmaya, nəsillər boyunca ötürülən biliklərə əsaslanır. Türklər arasında bu üsullar “türkəçarəlik”, onları tətbiq edən həkim isə “türkəçarə” adlandırılmışdır. “Loğman” adı İslamın qəbulundan sonra istifadə edilmişdir. Azərbaycan ziyarətgahlarının ruhi xəstələri sağaltması, dua vasitəsilə ağrıların azalması şamanizmə əsaslanır. Eyni zamanda cinçilərin və ruhları qovanların mövcudluğu da şaman inancı ilə bağlıdır. Türkəçarəlik 1930-cu illərdən sonra təqib edilsə də, yarpız, kəkotu, qarpız, müxtəlif ədviyyatlar vasitəsilə bir sıra narahatçılıqların (soyuqlama, öskürük, üşütmə, baş ağrıları, boğaz ağrıları, nəfəs daralması) müalicəsi davam etmişdir. Hal-hazırda geniş yayılmış üsullar banka atmaq, bitkilərin tüstüsünü vermə, həcəmət (çərtmə ilə qan alma), şəfalı sular, bitki tərkibli dərmanlar və s.-dir. Həcəmət atmaq iti bir alətlə qan çıxartmaq üsuludur. Həcəmət aləti heyvan buyunuzundan hazırlanır və qan buynuz vasitəsilə sorulurdu.

Значение слова в других словарях