1. Dəyişmə, dəyişdirmə.
□ Təbdil etmək – dəyişmək.
Havanın hər bir zərrəsi həmişə hərəkət edib yerini təbdil edər.
Təbdil olmaq – dəyişilmək, əvəz olunmaq.
İyirmi beş il bundan irəli qəzet haqqında yazılan həcv və föhşlərin indi mədh və tərifə təbdil olması, əlbəttə, bizim üçün böyük bir mayeyi-iftixardır.
2. xüs. Mövzusu başqa əsərdən götürülüb yeni mühitə, yeni şəraitə uyğun şəkildə işlənmiş ədəbi əsər.
Bakı işçi teatrı [repertuar qıtlığını] ləğv etmək üçün, başlıca olaraq, tərcümə və təbdillərdən istifadə edirdi.