TƏHLÜKƏSİZLİK
TƏHRİF
OBASTAN VİKİ
Pakistan Təhrik-i İnsaf
Pakistan Təhrik-i İnsaf — Pakistanda siyasi partiya.Sədri keçmiş kriket oyunçusu İmran Xandır.
Pakistan Təhriki Təliban
Pakistan Talibanı və ya formal olaraq Təhrik-i-Taliban-i-Pakistan — Pakistan-Əfqanıstan sərhədində fəaliyyət göstərən terrorçu təşkilat.2007-ci ildən fəalliyyət göstərən qruplaşmanın lideri (şeyx) Bayatullah Məshud həmçinin İran-Əfqanıstan sərhəddində də öz aktivliyini qoruyub saxlamaqdadır.
Təhrif
Təhrif — hər hansı bir şeyi əsl məcrasından və ya malik olduğu vəziyyətdən çıxarmaq, yaxud onu dəyişməyi nəzərdə tutan ərəb mənşəli söz. Başqa sözlə, təhrif bir növ dəyişmək və əvəz etməkdir. Lakin təhrif bu sözlərin mənasını vermir. Təhrifin bir neçə növü var. Onların ən əhəmiyyətlisi söz və məna təhrifidir. Söz təhrifi hansısa mövzunun zahiri görkəmini dəyişməkdən ibarətdir. Məsələn, hər hansı deyimdən bir cümlənin çıxarılması və ona bir cümlənin əlavə edilməsi. Yaxud, cümlələrin yeri elə dəyişilir ki, deyimin mənası orijinaldan fərqlənir, yəni bir sözlə deyimin görkəminə və sözünə toxunulur. Məna təhrifində isə sözə və zahiri görkəmə toxunulmur. Söz olduğu kimi qalır, lakin onu deyən şəxsin məqsədi düzgün izah olunmur.
Təhrif edilən cinayətkar (film, 1967)
Təhrif edilən cinayətkar (yap. 変態魔, ing. Perverted Criminal və ya ing. Abnormal Criminal) – 1967-ci ildə istehsal olunmuş Yaponiyanın erotik filmidir. Film baş qəhrəmanları cinayətkar və nekrofiliya olan qadındır. == Rollarda == == Maraqlı faktlar == "Təhrif edilən cinayətkar" filmi dünya ölkələrində 3D formatında çəkilmiş ilk seks filmidir.
Təhrik
Təhrik etmə — sözlə və ya başqa şirnikləndirici vasitələrlə birini bir iş görməyə vadar etmə, sövq etmə, meyilləndirmə, həvəsləndirmə.
Təhrim Surəsi
66-cı surə ət-Təhrim (Qadağan) surəsi (Mədinədə nazil olmuşdur, 12 ayədir). Surə adını islam peyğəmbəri Məhəmmədin bəzi qidaları özünə qadağan etməsindən danışan 1-ci ayədən götürmüşdür.
Təhrir meydanı
Təhrir meydanı(ərəb. ميدان التحرير‎ Mīdān at-Taḥrīr, ing. Liberation Square)- Azadlıq meydanı anlamını daşıyan meydan, Misirin paytaxtı Qahirədə yerləşir.
Təhriri-Öqlidis
"Təhriri-Öqlidis" (ərəb. تحریر اقلیدس‎; azərb. Evklidin şərhi‎) — Nəsirəddin Tusinin riyaziyyat (həndəsə) sahəsində yazdığı əsər. Əsərdə Evklidin "Başlanğıclar" ("Əsaslar") əsərində verilmiş 700-dən artıq teoremin isbatı təhlil edilmiş və bir çoxunun yeni isbatı verilmişdir. == Tərcümə və nəşr == "Təhriri-Öqledis" kitabı ilk dəfə 1594-cü ildə Romanın "Mediçi" mətbəəsində ərəbcə nəşr edilib. "Təhriri-Öqlidis" 1598-ci ildə ikinci dəfə yenə Romada çap olunur. Kitaba Avropada olan böyük tələbi ödəmək üçün o, latın dilinə tərcümə edilərək, 1657-ci ildə Londonda çap edilir. Bir sıra Şərq ölkələrində ərəb dilində nəşr edilən əsər 1801-ci ildə İstanbulda, 1824-cü ildə Mərakeşdə,1880-ci ildə isə Tehranda nəşr olunur. Əsər Həsən Zərrinəzadə tərəfindən ərəb dilindən azərbaycan dilinə tərcümə edilmiş və YUNESKO-nun da maliyyə yardımı ilə Nəsirəddin Tusinin 800 illik yubileyi ilə əlaqədar olaraq N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası tərəfindən nəşrə hazırlanmış və 2001-ci ildə, Bakıda "Ulduz" nəşriyyatında çap olunmuşdur. == Həmçinin bax == Zic-Elxani == İstinadlar == == Xarici keçidlər == Euclid.
Təhrəbənd (Həştrud)
Təhrəbənd (fars. طهرابند‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 137 nəfər yaşayır (19 ailə).
Zamanın təhrifi
Zamanın təhrifi və ya zamanın distorsiyası (ing. tachypsychia) — zamanın həqiqi ölçüsündən asılı olmayaraq, insan zamanın uzandığını və ya daraldığını hiss edə biləcəyi zaman onun qavrayışındakı dəyişikliyi ifadə edən psixoloji termin. Zaman yavaşladıqda, hərəkət edən obyektlərin bulanıqlaşması kimi optik illüziyalar yarana bilər . Zamanın təhrifi keçmişin və ya gələcəyin təhrif olunmuş qavrayışına səbəb ola bilər. Bəzən bu şüursuz şəkildə baş verir. Qavrayışdakı dəyişikliklərin səbəbi çox vaxt psixoloji travma, fiziki fəaliyyət, psixi vəziyyətə və şüura təsir edən maddələrin istifadəsidir. == Tarixi == Zamanın distorsiyasının ayrıca bir fenomen kimi müəyyənləşdirilməsi nisbətən son dövrlərdə başlamışdır. Psixoloq Paul Fress 1978-ci ildə yazırdı ki, stresli vəziyyətdə yaşanan vaxtın həddən artıq qiymətləndirilməsi baş verir və bunda affektiv vəziyyət həlledici rol oynayır . Bəzi psixoloqlar fərdin psixoloji vaxtı kimi kateqoriyanı müəyyən edir , zamanın qavranılmasının subyektivliyini qeyd edirlər. Qeyri-elmi mühitdə, eyni zamanda, vaxtın fərdi olaraq qəbul edildiyi, həmçinin stresli bir vəziyyətdə bir çox insanın təhrif - uzadılmış vaxtı hiss etdiyi barədə ümumi bir fikir var.
Təhrik-i-Taliban-i-Pakistan
Pakistan Talibanı və ya formal olaraq Təhrik-i-Taliban-i-Pakistan — Pakistan-Əfqanıstan sərhədində fəaliyyət göstərən terrorçu təşkilat.2007-ci ildən fəalliyyət göstərən qruplaşmanın lideri (şeyx) Bayatullah Məshud həmçinin İran-Əfqanıstan sərhəddində də öz aktivliyini qoruyub saxlamaqdadır.
Təhrim surəsi
66-cı surə ət-Təhrim (Qadağan) surəsi (Mədinədə nazil olmuşdur, 12 ayədir). Surə adını islam peyğəmbəri Məhəmmədin bəzi qidaları özünə qadağan etməsindən danışan 1-ci ayədən götürmüşdür.

Значение слова в других словарях