TƏKƏBBÜR

[ ər. ]
1. is. İddia, təşəxxüs, lovğalıq, özünü çəkmə, fors.
[Rüstəmovun] …hər şeyə yuxarıdan baxan büzük gözlərinə hüdudsuz bir təkəbbür çöküb qalmışdı. M.İbrahimov.

2. sif. Təkəbbürlü, iddialı, dikbaş, təşəxxüslü, lovğa, forslu. [Piri baba:] Rəhmətlik qardaşımın cəmi xasiyyəti oğlu Əlimərdana keçmişdir.
Atası kimi təkəbbür, kinli, höcət, qoçaq bir dəliqanlıdır. S.S.Axundov.
Dünyada şöhrətpərəst və təkəbbür adamlar çox qorxaq olar(lar). M.İbrahimov.

3. Təkəbbürlə şəklində zərf mənasında.
Cəmil də öz növbəsində təkəbbürlə döşünü qabardaraq Tahirə baxıb dedi. M.Hüseyn.
… Bir gəlin, öz gözəlliyini dərk edən qadınlara məxsus bir təkəbbürlə gəlib [Sultan ilə Səmədin] qarşısından keçdi. İ.Hüseynov.

Синонимы

  • TƏKƏBBÜR iftixar — vüqar — məğrurluq
  • TƏKƏBBÜR lovğalıq — dikbaşlıq — yekəxanalıq — iddia
  • TƏKƏBBÜR təkəbbür bax 1. mənəmlik; 2. lovğalıq

Этимология

  • TƏKƏBBÜR Ərəbcə kəbir, kübra, əkbər sözləri ilə qohumdur, “özünü böyük tutan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
TƏKƏ
TƏKƏBBÜRLÜ
OBASTAN VİKİ
Təkəbbürlü Tarkvini
Təkəbbürlü Lusi Tarkvini və ya II Tarkvini (lat. Lucius Tarquinius Superbus e. ə. 534— e. ə. 509) — Roma krallığının yeddinci və sonuncu kralı. Xüsusi qəddarlığı ilə seçilən Lusi Tarkvini Superb devrilərək Romadan qovulmuşdur. Onun və oğlanlarının özbaşınalıqları cəmiyyəti onlara qarşı çıxartmış, hətta Senat onlardan üz döndərmişdir. Təkəbbürlü Tarkvininin üçüncü və kiçik oğlu Sekst Tarkvini tərəfindən kəramətli və fəzilətli romalı qadın Lukresiyanın zorlamasından sonra onun olanları ərinə söyləməsi və intihar etməsi cəmiyyətin səbir kasasını dolduran son damla olmuşdur. Qohumları Lusi Yuni Brut və Publi Valeri Publikola Lukresiyanın cəsədini foruma çıxardaraq romalıları kralı devirməyə və respublika elan etməyə çağırmışlar.

Значение слова в других словарях