TƏLHİB
TƏLXBAR
OBASTAN VİKİ
Gözəl təlxələr
Gözəl təlxələr (lat. Coluber) — Suilanıkimilər fəsiləsinə aid ilan cinsi. Bu cinsə əvvələr çoxlu növlər daxil idi.
Məzrayə-i Təlxab (Sulduz)
Məzrayə-i Təlxab (fars. مزرعه تلخاب‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Qırmızıqarın təlxə
Qırmızıqarın təlxə(lat. Dolichophis schmidti) — Suilanıkimilər fəsiləsinə aid ilan növü. Müasir zamana qədər bu növ Xəzər təlxəsinin bir yarımnövü hesab edilirdi. Onların əsas fərqləri ondadır ki, Qırmızıqarın təlxə əsasən Qafqazda yayılmışdır. Digər fərqi isə qarın nahiyəsi isə qırmızı olmasıdır. Onların bədənindəki pulcuqlar hamarlığı ilə seçilir. Onlara Mərkəzi Anadoludan İranın şimalına qədər olan ərazilərdə, Dağıstanın cənubunda, Azərbaycanda, Gürcüstanda, Ermənistanda və Türkmənistanın Bir çox çaylarının kənarlarında yayılmışdır. Yarımnövləri yoxdur. Onlar düzən çaylarının kənarlarından başlayaraq, hündürlüyü 1000–1500 metr olan dağ çaylarının dərələrində belə rast gəlinir. Gün zamanı aktiv olur.
Qışlaq-i Təlxab (Qoşaçay)
Qışlaq-i Təlxab (fars. قشلاق تلخاب‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 250 nəfər yaşayır (47 ailə).
Rəngarəng təlxə
Rəngarəng təlxə (lat. Hemorrhois ravergieri) — Suilanıkimilər fəsiləsinə aid ilan növü. Rəngarəng təlxə 1.2 m uzunluğa malik olur. Bu növə Kiçik Asiyadan şimal-qərbi Çinə qədər olan ərazilərdə rast gəlinir. Cənubi Qafqaz ölkələrində, Türkmənistan, Tacikistan, Özbəkistan və Qazaxıstan ərazilərində yayılmış yarımnövlər tap örgənilmişdir. Bu növ əsasən qayalı və daşlı dağlıq ərazilərdə yayılmışdır. 2300 metr yüksəklikləyə qədər yayıla bilirlər. Onlara daşların altında, qəmiricilərin yuxalarında daha tez-tez rast gəlinir. Aktiv dövrü fevraldan noyabr-dekabr aylarına təsadüf edir. 5–18 yumurta qoyur (17–24 x 30–45 mm).
Svinsəbənzər təlxə
Svinsəbənzər təlxə (lat. Hemorrhois nummifer) — Suilanıkimilər fəsiləsinə aid ilan növü. Ümumi uzunluqları 120–160 sm-dir. Böş bədən hissədən nazik boğazla ayrılır. Yuxari hissəsi boz, boz-qəhvəyi rəngdə olur. Bəzən isə bütünlüklə qara rəngdə olur. Onlar əsasən Kipr, Rodos, Ksantos adalarında, Anadolu, Yaxın Şərq, Sinay yarımadası, Şimal-şərqi Misir, Şimal-şərqi İran, Şimal İraq, Ermənistan və Mərkəzi Asiya ərazilərində yayılmışdır. Onlar 1300 metr yükksəlikdə, qayalıqlar, daşlar arasında yayılırlar. Xüsusi ilə çay kənarlarında rast gəlinirlər. Kolluqlar, daşlar və gəmiriçilərin yuvalarında gizlənirlər.
Təlxab (Həştrud)
Təlxab (fars. تلخاب‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 51 nəfər yaşayır (13 ailə).
Təlxab (Qoşaçay)
Təlxab (fars. تلخاب‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 465 nəfər yaşayır (105 ailə).
Təlxək
Təlxək — xalq oyunlarında, hökmdarların yanında olan komik tip.Təlxək italyan (pagliaccio) mənşəli söz olub "onu izləyənləri güldürən və əyləndirən, əcaib geyimli, üzü həddindən artıq və komik şəkildə boyalı oyunçu" mənasını verir. İlk dəfə e.ə. 1600-cü illərdə görünən təlxəklər, bu gün dünyanın bir çox yerində kloun kimi tanınır və sevilirlər. Bəzi qaynaqlara görə, XVIII əsrə qədər saraylarda təlxək saxlanılması ənənəsi davam edib. XVI əsrdən isə İtaliyada səhnəyə aktyor kimi çıxıblar. Təlxəklər – grotesk (əsasən dünyanı vecinə almayan adamlara deyilir) görünüşə sahib olub, komik tipli sənətçilərdir. Bu imici formalaşdıqmaq üçün rəngli və şişirdilmiş pariklər, fərqli makiyajlar, gözə fövqəladə böyük görünən ayaqqabılar və qəribə kostyumlar istifadə edirdilər. Təlxəklik fiziki performans tələb edən xüsusi təhsilin bir parçası olaraq qəbul edilməlidir. İlk təlxəklik növlərinə qədim Yunanıstanda, İtaliya küçə teatrında Commedia dell Arte, fransız mənşəli pantomim və yapon Kabuki ənənələrində və Avropada rast gəlinməkdədir. Daha çox "itoynadan" kimi tanınan Avropada təlxəkləri monarxların və varlı aristokratların evlərində çalışırdılar.
Xəzər təlxəsi
Xəzər təlxəsi və (lat. Dolichophis caspius) — Suilanı fəsiləsinə aid iri ilan növü. Avropanın ən iri ilanlarında biridir. Onun uzunluğu 200 sm, bəzən isə 250 sm ola bilir. Bu növə daxil olan ilanlar Egey dənizi adalarında yaşayan papulyasiyaları isə 100 sm təşkil edirlər. Erkəklər əsasən dişilərdən iri olurlar. Başları kiçik olur. Yetkin iilanların bel hissəso çoşqun-zeytunu, parlaq-sarı və ya qırmızı olur. Areldan kənarda onu Balkan təlxəsi (Hierophis gemonensis) və ya Kərtənkələyəbənzər ilana oxşayırlar. Onlar əsasən Balkan yarımadası, Cənubi Moldova, Ukrayna və Rusiyanın qərb çöl sahələrində, Cənubi Qafqaz ölkələrində, Şimali Türkiyə, Şərqi Qazaxıstan, Şimali İran ərazilərində yayılmışdır.
Yapon təlxəsi
Yapon təlxəsi (lat. Euprepiophis conspicillata) — Suilanı fəsiləsinə aid ilan növü. Uzunluğu 80 sm, quyruğu 16 sm təşkil edir. Başı bədəndən hiss olunan tərzdə ayrılır. Göz altında pulcuq şəbəkəsi yoxdur. Göz önü hissədə isə pulcuqlar iri ölçülərə malikdir. Bədəninin bel və qarın nahiyəsində pulcuqlar hamardır. 21 cərgədən ibarət pulcuğa malikdir. . Cavan fərdlər sarı-boz olur. Üzəridə isə qara və ya qəhvəyi nöqtələr vardır.
Zaqafqaziya təlxəsi
Zaqafqaziya təlxəsi(lat. E.hohenackeri Str) — zəhərli ilan növü. Zaqafqaziya təlxəsinin bədəninin uzunluğu 75 sm -ə , quyruğu bundan 4–5 dəfə qısa olan orta ölçülü ilandır. Bir gözünü qalxancığı var. Gözaltı qalxancığı yoxdur. İki gözarxası, adətən 8, seyrək hallarda 7 və ya 9 üstdodaq qalxancığı vardır. Gövdənin ortası ətrafında 23, seyrək hallarda 21 və ya 25 pulcuq olur. Qarın qalxancıqları 195–226, quyruqaltı qalxancıqlar 57–74 cütdür. Üstdən qəhvəyimtil-qonur, qonurumtul-boz və ya açıq qəhvəyi rəngdə olub, bəzi yerlərdə gödək köndələn zolaqlar əmələ gətirən qəhvəyi, qonur və ya az qala qara xallardan ibarət iki uzununa sırası vardır. Əksər hallarda bu xalların sıraları bel tirəsi boyunca gedən ensiz açıq zolaqla bir birindən ayrılır.
Zeytuni təlxə
Zeytuni təlxə (lat. Platyceps najadum) — Suilanıkimilər fəsiləsinə aid ilan növü. Zeytuni təlxələr 80–90 sm uzunluğa malik (maksimal 1,08 m) olurlar. Başları öndən yumrudur. Zeytuni təlxə Balkan yarımadası, Kiçik Asiya, İraq və Qafqazda (Azərbaycan, Gürcüstan, Ermənistan) yayılmışlar. Dağıstan, Çeçenistan, İnquşetiya, Stavropol və Krasnodar ərazilərində bir yarımnöv yayılmışdır. Azərbaycanın cənub-şərqində C. n. albitemporalis (Darevsky et Orlov, 1994) yarımnövü, Türkmənistanda isə Atayev təlxəsi (Coluber najadum atayevi Tuniyev et Shammakov, 1993) adı ilə tanınan yarımnövü yayılmışdır. Onlara daşlı yarımsəhralarda, arid çöllərdə, hündürlüyü 2200 mm yüksəkliyə maliyə ərazilərdə yayıla bilir. Onlar daşın altlarında və gəmiriçilərin yuvalarında dinçəlirlər.
İran dırmanan təlxəsi
Fars dırmanantəlxəsi (lat. Zamenis persica) — Suilanıkimilər fəsiləsinə aid növ. Sayı azalmaqda olan relikt növdür. Xarici görünüşünə görə eskulap təlxəsinə çox oxşayır. Kiçik və orta ölçülü ilan olub, uzunsov başı boynundan bir qədər seçilir. Bədən uzunluğu 70 sm-dən 90 sm qədərdir, lakin bəzi iri fərdləri 120 sm-ə çatır. İran təlxəsinin 2 rəng aberasiyası var: açıq və melanik. Açıq aberasiyada bədənin bel tərəfinin rəngi açıq boz və tünd bozdan, bozumtul-qəhvəyi rəngə qədər dəyişir, nadir hallarda qırmızımtıl-qəhvəyi rəngdə olur. Melanik aberasiyada bədən tamamilə qara rəngdədir. Üst dodaq qalxancıqları, başın yanları və alt tərəfi ağ rəngdədir.

Значение слова в других словарях